Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə9/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   43

downloaded from KitabYurdu.org
36 
qapısı  ağzmdaca  yerə  sərilmişdi.  Qanı  çəkilmiş  sifətinin  sol 
tərəfi  aydın  görünürdü.  Bərəlmiş  gözləri  elə  bil  Qasımlmm 
ayaqqabılarına  zillənmişdi.  Təcrübəli  ekspert  əyilib  onun 
yarasına  baxdı.  Bıçaq  zərbəsi  kürəyə  sol  tərəfdən,  ürək 
nahiyəsindən endirilmişdi. 
Qasımlı  qalxıb,  otağa  göz  gəzdirdi.  Ağ  pərdə  ilə  örtülmüş 
yeganə pəncərəsi küçəyə baxan bu otaq çox da böyük deyildi. 
Burada bir çarpayı, iki stul və bir orta böyüklükdə stol var idi. 
Stol pəncərəyə, demək olar ki, bitişdirilmişdi. Onun üstündə, 
pəncərənin  qarşısına  qoyulmuş  neft  lampası  hələ  yanırdı. 
Ancaq, bütün gecəni yandığı üçün alov öləzimişdi. Yəqin ki, 
neft qurtarmaq üzrə idi. Stolun üstündə yarımçıq 
araq şüşəsi, bir kiçik araq stəkanı, yarıdan çoxu yeyilmiş bir 
turşuya  qoyulmuş  xiyar,  külqabı  və  siqaret  qutusu  var  idi. 
Külqabı siqaret kötükləri ilə dolu idi. 
Heç kəs danışmırdı. Üzücü sükutu birinci Mahir pozdu. O, qan 
gölməçəsinə işarə edib dedi: 

Axşam  öldürüblər.  Hələ  heç  yerinə  girməyibmiş. 
Görürsünüz,  çarpayıda  yatağı  açılmayıb.  Ancaq,  lampanın 
yanmağı onu göstərir ki, hadisə hava qaralandan sonra olub... 
Kapitan  Talıbov  danışığına  ara  verdi.  Ona  təkcə  Nemətin 
qulaq asdığını görüb, üzünü ona tutdu: 

Deməli, saat doqquz ilə on bir arasında! 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
37 
Qasımlı otağa bir daha nəzər yetirib dəhlizə çıxdı. Dəhlizin bir 
tərəfi həm də mətbəx rolunu oynayırdı. Qab-qacaq yuyulub öz 
yerinə  -  şkafa  yığılmışdı.  Ümumiyyətlə,  dəhlizdə  də,  otaqda 
da  səliqə-sahman  hökm  sürürdü.  Polkovnik  o  biri  otağın 
qapısını itələdi. Qapı bağlı idi... 
Həyətə  düşdülər.  Qiyas,  Elməddin  və  kəndin  daha  bir-neçə
sakini  evin  qabağında  dayanmışdı.  Onlar  on  beş  yaşlı  bir 
oğlanı dövrəyə almışdılar. Oğlan nəsə danışırdı. Evdən çıxan 
yad  adamlan  görüb  söhbətini  kəsdi.  Elməddin  üzünü  onlara 
çevirib dedi: 
- Cavid Əhlimanın oğludur. Dünən nahar vaxtı bizim həyətdə
gördüyünüz  adamın.  -  Əli  ilə  küçənin  o  biri  tərəfindəki 
ikimərtəbəli evi göstərdi. - Bu evdə yaşayırlar. Həmişə yaxın 
qonşu olublar. Deyir, dünən günortadan sonra Mahmud bizə
gəlmişdi... 

Hə?.. Danış, görək?! - Mahir maraqlandı. 
Cavid həyəcanlı olsa da, özünü ələ alıb, 
təzədən danışmağa başladı: 

Dünən atam şəhərdən gələndən sonra nahar edib, həyətin 
aşağısına, tövləni təmizləməyə getdi. Bir azdan Mahmud əmi 
əlləri, üst-başı bulaşıq halda darvazadan girdi. Atamı soruşdu. 
Sonra  da  iri  çəkicimizi  istədi.  Dedim  ki,  çəkic  tövlənin 
yanında olmalıdı. Atam özü orada¬dı. Mahmud əmi tövləyə 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
38 
getdi.  Sonra  əlində  çəkic,  atamla  birlikdə  qayıtdı.  Atam  onu 
ötürüb yenə 
tövləni  təmizləməyə  getdi.  Sonra,  daha  Mahmud  əmini 
görməmişəm. 

Bu saat neçədə olub? - yenə Mahir soruşdu. 
Söhbət,  deyəsən,  Qasımlı  üçün  maraqlı  deyildi.  O,  iti 
nəzərlərlə həyətə göz gəzdirirdi. 

İkinin yarısı olardı... - Cavid suala cavab verdi. - Sabirin 
maşını həmişə saat birdə gəlir. Atam da şəhərdən gələn kimi 
tələsik nahar edib tövləni təmizləməyə getdi. 

İkinin yarısında yox! - Qasımlı söhbətə qarışdı. - İki, ya 
da  üçə  işləmiş...  Dünən  sənin  atan  saat  ikinin  yarısında 
Elməddingildən çıxdı. 

Ola bilər... - Cavid tanımadığı adama maraqla baxdı. 
Bu vaxt Mehdixan kişi həyətə girdi. Həyətdəki adamlara göz 
gəzdirib, heç bir söz demədən evə çıxdı və az keçmiş yenə də
geri qayıtdı. Gəlib qonaqlarının yanında dayandı. 

Zəng elədin? - Elməddin atasından soruşdu. 

Hə!  Gələcəklər...  -  İcra  nümayəndəsi  dilxor  halda 
dilləndi. 
Qanbay  Qasımlı  adamlardan  aralanıb  bir  daha  həyətə  göz 
gəzdirməyə  başladı.  Mahirlə  Nemət  də  ona  yaxınlaşdılar. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
39 
Qasımlı yarımçıq qalmış hamam tikintisinə baxırdı. Hamamın 
divarları  mişar  daşından  yeddi  sıra  çəkilmişdi.  İri  dəmir 
təknədə hazırlanmış sement palçığı quruyub xarab olmuşdu. 
Çox  fikirli  görünən  xəfiyyə  əyilib  əlini  qurumuş  məhlula 
vurdu. Sonra dikəlib kənara çəkildi. Mahir də, Nemət də ona 
mane olmamaq üçün susurdular. Ancaq yenə Mahir dözməyib 
öz fikrini bildirdi: 

Mənə  belə  gəlir  ki,  dünən  saat  üçdən  sonra  Mahmudun 
qonağı olub... 
Qasımlı onu diqqətlə süzüb qeyri-müəyyən cavab verdi: 

Sizi başa düşürəm... Ancaq... 
Tövlə tərəfdən qoyun mələrtisi gəldi. 

Ağayar  haradadı  bəs?  -  Mehdixan  kişinin  gur  səsi 
eşidildi. 

Yəqin,  xəbəri  yoxdu  hələ,  -  həyətdəki  kişilərdən  biri 
cavab verdi. 
Nemətgil  onlara yaxınlaşdı.  Heç kəs danışmırdı.  Baş vermiş 
hadisə  o  qədər  qeyri-  müəyyən,  o  qədər  gözlənilməz  idi  ki, 
danışmağa elə bir söz də tapmırdılar. Hamı polisin gəlməsini 
gözləyirdi. 
Mahir onu maraqlandıran suala  cavab tapmaq üçün yenə də
Cavidə müraciət etdi: 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
40 

Dünən  günortadan  sonra  buraya  qonaq  gəldiyini 
görməmisən? 

Yox...  -  Cavid  çiynini  çəkdi.  -  Görməmişəm...  -  Birdən 
nəsə  xatırlayıbmış  kimi  cəld  dilləndi:  -  Ancaq  dünən  gecə
buraya bir maşın gəlmişdi! 

Bu gecə? - Mahir soruşdu. 

Yox, dünən gecə! Özü də... UAZ idi, deyəsən. 

Sən gördün maşını? - Mehdixan kişi söhbətə qoşuldu. 

Yox,  mən  yatmışdım,  -  Cavid  cavab  verdi.  -  Maşının 
səsinə  ayıldım.  Atam  da  səsə  ayılıb  həyətə  çıxmışdı. 
Soruşdum, dedi ki, Mahmud əmingilə gəlmişdi. 

Kim olub gələn? 

Bilmirəm... - Cavid başını buladı. 
Onun baxışlarında bir yazıqlıq, bir kövrəklik var idi. Anasının 
evdən getməsi onu əməlli-başlı sarsıtmışdı. 
-
Əhliman haradadı? - İcra nümayəndəsi soruşdu. 
-
Tezdən durub meşəyə gedib. 
-
Get, çağır, gəlsin! Həm də yasxana qurmaq lazım olacaq. 
-  Mehdixan  kişi  uşağa  tapşırdı  və  Cavid  darvazadan  çıxan 
kimi  üzünü Elməddinə  tutdu:  -  Sən  də  qonaqları  apar,  səhər 
yeməyini yesinlər. Acdırlar. 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə