Elxan Zal Qaraxanlı Azərbaycan simfoniyası



Yüklə 24,71 Kb.
Pdf görüntüsü
tarix25.06.2018
ölçüsü24,71 Kb.
#51014


Elxan Zal Qaraxanlı 

 

Azərbaycan simfoniyası  

 

Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Anıt məzar dastanı” 

poemasından bir parça 

 

 

Min il tapdalandı, min il talandı, 



Min il ayaq altda qaldı bu torpaq. 

Neçə şəhərləri oda qalandı, 

Dinini dəyişdi, özünü dandı, 

Doğma torpağında zəncirlənən xalq. 

Hər dövrə vurduqca zamanın pəri, 

Tarixin qan içən cahangirləri, 

Bu yurdu özünə meydan seçibdir, 

Hər daşın üstündən ölüm keçibdir, 

Burda Keyxosrovun kəsilmiş başı, 

Tuluğun içində al qan içibdir. 

 

Hər daşı qaldırsan min dastan deyər,  



Min il əvvəl olan el savaşından, 

Deyərlər Feyləqus oğlu İsgəndər,  

Yunan ordusuna olarkən rəhbər,  

Qüllələr yapdırıb insan başından.  

Burda Bərdə qızı şanlı Nüşabə,  

Qadın qeyrətini qoyub nişanə. 

Bu ellər dönəndə min-min tonqala,  

Düşmənə gor olub son ev, son qala.  

Burda arslanürək ərənlər ilə, 

Yanaşı vuruşub amazonkalar. 

 

Pompeyin yenilməz legionları, 



Burda mələr qalıb üzü torpağa. 

Alpan ölkəsinin ər oğlanları, 

Meydan savaşında yendi onları, 

Yendi qılınclardan od yağa-yağa. 

O şanlı günlərin əsrarlığında, 

Gizlənən günlər var əsr ağırlığında. 

Burda ərlər olub, ərənlər olub, 

Babəklər, Arslanlar, Kərəmlər olub. 

Bir savaş günündə Şah İsmayılın, 

Topu kəsdiyini görənlər olub. 

 

          



 


 

 

Azər torpağının yanğısı qutsal, 



Hərə öz içində bir od bitirib. 

Turan ağacında şaxəli bir dal, 

İtmiş kitabını axtaranda xalq, 

Bir qam Göy Tanrıdan törə gətirib. 

Bunu tör başında ata qam dedi – 

Türklər törəlidir, törə əbədi. 

Dünyanı nizamla fırladır qanun, 

Tanrı qanunuyla yaşayar budun. 

Bu yer dağılmasa, bu Göy çökməsə,  

Pozulmaz törəsi ilahi odun. 

 

Savaş kitabında biz zər idikmi? 



Babalar söylədi türkündü dünya! 

Yeri başdan-baçşa gəzər idikmi, 

Biz Şirvan idikmi, Xəzər idikmi? 

 

Dünya səltənəti qururduq guya! 



Üfüqdən-üfüqə keçdikcə çəri, 

Bir az oturaqdıq, bir az köçəri. 

Unutduq atəşi, unutduq qamı, 

Könül isindirdi İncilin tamı, 

Oğuzun mübarək bahadırları, 

Qopuzla yaydılar ulu İslamı. 

 

Məhrəm işığını çilədikcə şəm, 



Zaman öz atını çapdı yarına, 

Dönüb əcdadların torpaqlarına, 

Biz Səlcuq ordusu olduq möhtəşəm.  

Küllüyün altından durdu Naxçıvan, 

Biz olduq, İrana, Turana sultan.  

Şəmsəddin Eldəgiz azman bir sütun,  

Arslanlar doğurdu Möminə xatun,  

Beyrək baxışlarla baxdı dünyaya, 

Şanlı səltənəti müqəddəs odun. 

 

Çaldı qopuzunu Qorqud dədələr, 



Ulu ozanların gur gəldi səsi. 

Şöhrət tonqalını yandırdı zəfər, 

Allah kəlamıyla ellərə rəhbər  

oldu... bu müqəddəs odlar ölkəsi. 

Gəncənin şöhrəti gəzdi dünyanı, 

 

 




 

Onda Nizamiydi könüllər xanı. 

Şahənə misralar doğan günlərin, 

Sirli xəzinəsi fikirdən dərin. 

Leylayla Məcnunun hekayətini, 

Burada yaşadı Xosrovla Şirin. 

 

Zəfər türküsünü çaldıranda zəng,  



Çingiz orduları sədlər keçdilər. 

Tarix kitabını yazdıqca lələk, 

Günləri gün üstə fırladı fələk, 

Ellər su yerinə dərd-qəm içdilər. 

Dua göy üzündə, kök dərindədir, 

Bu ellər tanrının nəzərindədir. 

İman qalasını yenmək çox çətin,  

Səmadan verilib bu kitab, bu din, 

Orta əsrlərin üfüqlərində, 

Günəş tək parladı Tusi Nəsrəddin. 

 

Açılmaz tarixin sirli bağları, 



Savaşın səhnəsi min oyunludur. 

Zülmətə bürünmüş orta çağları, 

Üstündə yellənən türk bayraqları, 

Qara qoyunludur, Ağ qoyunludur... 

Türkün rəşadəti cinlər ürküdür, 

Qoru, ulu Tanrım, qoru türkümü. 

Sükutun ardınca son savaş gəlir, 

Bayraq ləngərində al qumaş gəlir, 

Bölünmüş elləri birləşdirməyə, 

Dodağı dualı qızılbaş gəlir. 

 

Bu dünya çox görüb ulu şahları, 



Can Allah sözünə, tən gücə mayıl.  

Taleyin köhləni açdı bağları, 

Didilib- dağılmış bu torpaqları, 

Bir bayraq altına yığdı İsmayıl. 

Doğulub türklüyün arzularından,  

“Qazilər, şah mənəm” dedi o mərdan.  

Düşmənlər var isə 

xıncaram-dedi,  

Tuğumu zirvəyə sancaram-dedi. 

Burda, Azərbaycan torpaqlarında,  

Fatehəm,Teymuram, Səncərəm-dedi. 

 

 



 


 

El başsız qalanda bircə anlığa, 

Ortadan qaçmağa köklənir ulus, 

Xor baxıb alplığa, qəhrəmanlığa, 

Ölkə bölünəndə əlli xanlığa, 

İti süngüsünü parladar urus. 

Qəflət mürgüsündə dəm alanda biz, 

Bakıdan aralı salındı Təbriz. 

Yenilmiş elatlar olmaz özündə, 

Məmləkət yaşadı şair sözündə, 

Tanrı müjdəçisi ər olmayanda, 

Millətin murazı qalar gözündə. 

 

Ümid qılıncımız yaşadı qında, 



Gözlədik nə vaxtsa zəfər gələcək. 

Əsrin zülmətini dağıdanda dan, 

İşıqlı başların arzularından, 

Xilaskar gələcək, 

Heydər gələcək! 

Torpağın bağrından bir ərdi, gəldi,  

Xalqın gözlədiyi Heydərdi-gəldi. 

Ehey, məmləkətin vətəndaşları,  

Yüksəliş əsrinin qızıl başları, 

Keçmiş əzəmətin xarabasında, 

Bir bina tikirik, 

yığın daşları..! 



 

 

Qaraxanlı E.Z.  Azərbaycan simfoniyası // Yeni Azərbaycan. – 2013. – 9 may. 

- № 82. – S. 10-11. ; Ulduz. – 2013. - № 7. – S. 75-96. 

 

 

 

Yüklə 24,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə