Elyazma org elektron kitabxanası



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə8/28
tarix08.07.2018
ölçüsü0,75 Mb.
#54000
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

qoxusu yayılır, havada sellafon torbalar uçuşurdu. Sənin başın xarabdı, prokurorun 
küçəsini təmizləməmişik, dərimə saman təpər!  
 
Qoy təpsin, etinasız halda dedi, səhər on iki dəqiqə gecikmişdim, indi də iş vaxtından 
on iki dəqiqə çox işləyib, əvəzini çıxdım. Bizdə iş səkkiz saatlıqdır, bunu dana 
bilməzsən. Səhər saatı gözümə təpməsəydin, on iki dəqiqə gecikməklə dövlət 
qardaşımızı müflis elədiyimi bəyan eləməsəydin, bunlar yadıma düşməzdi.  
 
Müdirin çığır-bağırına baxmadan maşını qaraja gətirib gözətçiyə təhvil verdi və 
yuyunub, balaca köşkdə paltarlarını dəyişərək evə qayıtdı. 
 
İlk işi cücələrə dən səpmək oldu, amma birdən-birə cücələrdlən doqquzunun 
olmadığını görəndə heyrətdən gözləri kəlləsinə çıxdı. Əncir ağacının quru budağı üstə 
oturmuş qarğanı səslədi: 
 
- Sənin işindi? 
 
- Lap elə mənim işimdi. 
 
- Mən cücələri bölmüşdüm axı, sənə səkkizi düşürdü. Sənsə birdən-birə doqquzunu 
aparıbsan! 
 
- Cücə görəndə qanım cuşə gəlir, - qarğa etinasız halda qarıldadı. 
 
Yanıb-yaxılırdı, sənin lap yeddi arxadan dönəni, bütün sülaləni, ananı-bacını, dədəni-
babanı, ölülərini-dirilərini…. Sən oğraş qarğasan! Sən dünyanın ən həyasız quşusan!  
 
Qarğa narazı qalmışdı, necə də abırsız adamsan, onu məzəmmətləyirdi, iki cücədən 
ötrü özünü boğursan.  
 
«Özümü boğurmuşam, iki cücədən ötrü?! – həyətin ortasında atılıb düşürdü. – Tfu 
sənin sifətinə! Demək cücə görəndə qara qanın cuşə gəlirmiş, hə?! Mən səndən 
bunun hesabını soraram! Heç şübhən olmasın!». 
 
Qarğaya etibar eləyə bilməzdi, bunun cücə görəndə qanı cuşə gəlirmiş, nə qədər 
hamısının axırına çıxmamışdı, cücələri hinə saldı.  
 
Akasiya ağacının dibindəki samovarı yandırıb, yaxınlıqdakı vələs kötüyünün üstündə 
oturdu, stul əvəzinə payızda meşədən gətirdiyi bu kötüklərdən istifadə eləyirdi.  
 
Qarğa da gəlib yaxınlıqdakı kötüyün üzərinə qondu.  
 


Bu onu lap cinləndirdi, vay səni, çaqqal! Cücəmi oğurlayırsan, azlıq eləyir, gəlib hələ 
bir mənimlə üzbəüz də oturursan! Qalx və mənim məclisimi tərk elə! 
 
Qarğa hirslə qarıldadı, könülsüz halda qanadlarını çalıb havaya qalxdı, amma bir 
qədər havada dövrə vurandan sonra yenə gəlib kötüyün üstündə oturdu. Daha bir 
söz demədi, yenə arada bununla dərdləşirdi, qovsa, tək-tənha qalacaqdı, onsuz da 
darıxmaqdan bağrı çatlayırdı.  
 
Çay dəmlədi, qarğaya nə qədər hirslənsə də, onun üçün evdən buğda gətirib səpdi. 
Sənə bir əhvalat danışmaq istəyirəm, çay içə-içə qarğaya dedi.  
 
«Danış, - qarğa işküzarlıqla buğdaları bir-bir dənləyərək dedi, - amma uzun 
olmasın». 
  
«Uzun olmayacaq, qısadı. Biz məktəbdə oxuyanda səkkiz oğlan, bir qız idik. Yeddimiz 
qıza dəlicəsinə vurulmuşduq, içərimizdə eynəkli, çəlimsiz birisi var idi, o isə qıza 
etinasız idi. Səkkizinci sinfi qurtaranda qızı bu şəhərə, yaşlı bir kişiyə zorla ərə 
verdilər. Dəli olmuşduq, az qala ağlımızı itirəcəkdik. Eynəkli isə elə həmən gün özünü 
həyətlərindəki tut ağacından asmışdı. Sən demə o qızı bizim hamımızdan çox 
sevirmiş, sadəcə biruzə vermirmiş».  
 
Qarğa əsəbi reaksiya verdi, nə olsun, bunun mənə nə dəxli? Sənə dəxli yoxdu, dedi, 
insanların dərd-sərindən quşlara nə, sadəcə istədim biləsən. 
 
- Lap elə bildim! Nə olasıdı? 
 
- Yum! 
 
- Sənə nə olub? – qarğa incik halda səsləndi. 
 
- Heç… 
 
- Olub, olub. 
 
- Darıxıram, - etiraf elədi. 
 
- Boş şeydi. 
 
Səninçün əlbəttə boş şeydi, ilk dəfəydi qarğaya həsəd aparırdı, hara istəyirsən uçub 
gedirsən, dərdin yox, sərin yox. Bircə yem fikri çəkirsən, o da bol. Uça bilənlərin 
dərdi olmur. 
 


Çaxır almışdı, evdə pendir, pamidor da var idi, süfrə açdı, günəş dağların arxasına 
əyilib qaranlıq düşəndən sonra qonşuluqdakı dul qadının evində kirayə qalan musiqi 
müəlliməsi də gəldi.  
 
Çaxır içir, qızın yumru çənəsinə, qız danışdıqca xəfifcə titrəşən qızılı saçlarına baxır, 
nədənsə qüssələnirdi.  
 
Qız burda əbədi qalan deyildi, uzağı bir-iki ilə çıxıb gedəcəkdi və o zibil maşını, müdir 
və qarğayla qalacaqdı. İndidən belə bunu təsəvvür eləyəndə ürəyi sıxılırdı. 
 
- Niyə kədərləndin? – qız soruşdu. 
 
- Heç. 
 
- Mənim nə vaxtsa gedəcəyimi düşündün? 
 
- Hə, - etiraf elədi. 
 
- Bəlkə heç getmədim, evləndim qaldım burda. 
 
- Evləndin? 
 
Hər halda səninlə yox, qız başını arxaya əyib gülür, yumru çənəsində elektrik 
lampasının solğun işığı şölələnirdi, sən reallığı dərk eləməlisən. Mən bu balaca 
şəhərin ən gözəl qızıyam, yeganə musiqi müəlliməsiyəm, bilirsən nə qədər başıma 
fırlanan var? Lap heç istəyənim olmasa belə zibil daşıyana ərə getmərəm. Sadəcə 
vaxt keçirdirik, istəmirsən, gəlmərəm. Amma sən çox da ürəyini sıxma, əlinə düşən 
fürsətdən geninə-boluna istifadə elə, gələcəyin hesabını aparma. Bəlkə mən 
gedəndən sonra məndən də gözəl qızla tanış olacaqsan.  
 
Qız haqlıydı, əlbəttə zibil daşıyana ərə getməzdi, şəhərin az qala bütün cavanları 
başına fırlanırdılarsa, niyə də getsin?  
 
Yaxşı, dedi, bir halda belədisə, fürsətdən geninə-boluna istifadə eləyək. Həmişə 
olduğu kimi qızın şalvarını çıxaranda hirslənirdi. Bu nədi, sən bir dəfə əməlli-başlı 
qadın paltarı geymədin də! Hər dəfə şalvarını çıxardanda elə bilirəm kişi 
soyundururam, olub-qalan həvəsim də keçir.  
 
«Həvəsin keçir, eləmi? – qız gülürdü. – Belə tamam iştahdan düşürsən? İştahdan 
düşdüyünü görməmişəm. Az danış, yoxsa şalvar çıxartmağa da həsrət qalarsan!» 
 
Qız səhərə yaxın getdi, o da bir az yatıb ayağa qalxdı, əvvəlcə cücələri hindən 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə