Elyazma org elektron kitabxanası



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə9/28
tarix08.07.2018
ölçüsü0,75 Mb.
#54000
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

buraxdı, arxın kənarından gicirtikan dərib hərəsinin belinə bir topa bağladı, özünü 
ağacların arasına verib gözləməyə başladı. Çox gözləyəsi olmadı, qarğa qovaq 
ağacındakı yuvasından pırıltı ilə havaya qalxdı, cücələrin səsini eşitmişdi və məlum 
işdir, qanı cuşə gəlmişdi.  
 
Havada bir-iki dövrə vurub cücələrin üzərinə şığıdı, birini götürüb havaya qalxdı. 
Azacıq qalxmışdı ki, birdən cücəni yerə buraxıb, yaxınlıqdakı təpədə oturdu, 
çaynaqlarını quma-torpağa sürtür, otların içərisində mayallaq aşır, heç cür 
sakitləşmirdi. O gizləndiyi yerdən çıxmışdı, qarnını tutub gülür, uğunub gedirdi. 
Apara bildinmi, sənə dedim axı bunun üçün cavab verəcəksən!  
 
Qarğa bir xeyli də vurnuxub sakitləşəndən sonra uçub alça ağacına qondu, onu 
qanlı-qanlı süzürdü: 
 
- Sən alçaq adamsan! – nifrətlə dedi. 
 
- Mən?!  
 
- Sən! 
 
- Cücələrimi oğurlayan alçaq olmur, mən alçaq oluram?  
 
- Deməyinin adı nədi, balalarım ac qalsın? 
 
- Oğraş qarğa, mən sənin balalarını yedizdirmək üçün öhdəçilik götürmüşəm? Uç 
çölə, orda bəs qədər çəyirtikə var, tut, gətir.  
 
Qarğaya nə qədər hirslənsə də, balaları üçün daşın üzərinə çörək qoydu, getmək 
istəyəndə qonşunun səkkizinci sinifdə oxuyan oğlu gəldi.  
 
Arıq, çəlimsiz yeniyetməydi, iri eynəyi sifətini büsbütün tutmuşdu, anasının deməyinə 
görə dərslərini yaxşı oxuyurdu, əlaçıydı.  
 
- Salam, dostum, - oğlanı salamladı. 
 
- Müəllimə ilə işin olmasın, - oğlan onu eşitmirmiş kimi qaşqabağını tökərək dedi. 
 
- Necə? – qulaqlarına inanmadı. 
 
- Müəlləimə ilə işin olmasın! 
 
- Niyə? 


 
- Mən onu sevirəm. 
 
- Dostum, sən hələ uşaqsan. Dərslərini oxu. Sevməyə vaxtın çox olacaq.  
 
- İşin olmasın! 
 
- Birdən oldu? 
 
- Onda öldürürəm! 
 
- Sən, məni? Dostum, gəl səni yola salım! – oğlanın qolundan yapışıb doqqaza qədər 
gətirdi və öz həyətlərinə itələdi.  
 
Çaşıb qalmışdı, işə bax, gör onun dilsiz-ağızsız hesab elədiyi oğlan nələr danışırdı. 
Vurulub, özü də kimə, müəlliməsinə! Hələ bir hədələyir də, işin olsa, öldürərəm! 
Qarışqa belə öldürə bilməz, külək bərk dəysə, götürüb aparar, di gəl öldürməkdən 
dəm vurur. 
 
Müdir onu qapının ağzında gözləyirdi, saatı da əlindəydi. On altı dəqiqə gecikibsən, 
amma bu dəfəlik bağışlayıram, bir söz demirəm. Amma hər işçi gündə beş-on dəqiqə 
işə geciksə, dövlət qardaş büsbütün müflis olar!  
 
«Bağışlayan, bir söz deməyən əbləh saatıyla qapının ağzını kəsdirməz! On altı dəqiqə 
gecikmişəmsə, iyirmi dəqiqə artıq işlərəm, dövlət qardaşımızı müflis eləmərəm!». 
 
Müdir içəri cumdu, kiminləsə danışır, nərildəyirdi, sən bir də oxu! Əməlli oxu, mən 
biləni quş-quşunu öldürməkdən ötrü adama uzağı iki-üç il iş verərlər. Yoxsa on beş il 
nədir?! A kişi, mən on beş il yaşamaram, iyrənc bir varlıqdan ötrü ömrümü 
türmədəmi başa vurum?  
 
Müdir telefonu yerə qoyub alnının tərini sildi, yana-yana onu bir xeyli süzdü
yumruğunu stola vurdu, stulları təpiklədi və fəhlələri səslədi ki, işə başlasınlar. 
 
Bu gün yeddiyə iyirmi dəqiqə işləmiş işi saxladı, onu fikrindən döndərə bilməyəcəyini 
başa düşən müdir daha bir söz demədi, amma əlini açıb Allaha yalvarır, ona tezliklə 
bu lənətə gəlmiş maşında işləməyə razı olan birisini yetirməyi xahiş edirdi. Nəzir 
boyun alırdı. Kiminsə qəbri üstünə dizi-dizi gedəcəyinə and içirdi.  
 
Bir şüşə çaxır, çörək, pomidor alıb evə qayıtdı. Hələ həyətə çatmamış qarğanın 
həyəcanlı qarıltısını eşitdi, şübhəsiz nəsə olmuşdu.  
 


Həyətə keçən kimi gördüyü mənzərədən sarsıldı, cavan bir oğlan qovaq ağacıyla 
qarğanın yuvasına doğru dırmaşırdı, qarğa da vay-həşir qopartmışdı, qoymayın, 
adam balalarımı aparacaq! 
 
Ey, neyləyirsən, oğlanı səslədi, düş aşağı görüm.  
 
Oğlan ağacın gövdəsini buraxmadan geri döndü.  
 
«Mən biologiya müəllimiyəm, - dedi, - məktəbdə canlı guşə düzəldirik. Bir qədər quş, 
heyvan yığmışıq. Bu yuvadakı qarğa balalarını da aparacağam».  
 
«Başını daşa döyəcəksən! Sən nə deyib məndən icazəsiz qarğalarımı aparmaq 
istəyirsən?»  
 
«Sən nə haqla məni təhqir edirsən? Mən dövlət qardaşımızın göstərişini yerinə 
yetirirəm!»  
 
«Dövlət qardaşımız sənə deyir gəl, mənim qarğa balalarımı oğurla?!»  
 
«Qarğa balaları sənin niyə olurlar? Çölün, düzün qarğasıdı!»  
 
«Çölün, düzün qarğasıdısa, mənim bağımda niyə yuva qurub? Cəhənnəm ol, düş 
aşağı! Yoxsa təpənə bir daş vurub, zorla aşağı salaram! Dövlət qardaşımızın göstərişi 
yarımçıq qalar». 
 
Oğlan bir qədər tərəddüd elədi, amma onun doğrudan da daşa əl ata biləcəyini 
düşünüb, ağacdan düşdü, pərt olmuşdu.  
 
Onu hədələyir, bu işi belə qoymayacağını deyirdi. Sənin kimi zibil daşıyanlar, 
maarifimizin, təhsilimizin inkişafına mane ola bilməzlər! Adamlar var idi, balalarımız 
oxusun deyə bütün var-dövlətlərindən keçir, qapısının mal-heyvanını verirdilər. 
Sənsə qarğa balalarına qıymadın! Çölün qarğasına!  
 
«Əcəb işə düşdük! Qardaşım, sənə qarğa balası lazımdısa, get, çöldən, meşədən tut! 
Yaxşı, mısmırığını sallama, bir halda lazımdı, tut qarğanın özünü apar, oğraş qarğadı, 
müftəxorun yekəsidi, qoy bir işdə kara gəlsin. Otursun orda, sizin canlı guşənizdə, 
uşaqlar da baxıb görsünlər necə əclaf qarğalarımız var».  
 
«Mən bu oğraş, müftəxor qarğanı necə tutum?»  
 
«Orası sənlikdir. Olmaya qarğanı dövlət qardaşımız üçün mən tutmalıyam?»  
 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə