Əlyazması hüququnda kamal asadpour mahmod oğlu TƏLİMİn səMƏRƏSİNİn yüKSƏLDİLMƏSİNDƏ MÜASİr pedaqoji texnologiyalardan iSTİfadəNİN İmkanlari və yollari e lmi rəhbər



Yüklə 188,26 Kb.
səhifə1/12
tarix19.03.2022
ölçüsü188,26 Kb.
#84594
  1   2   3   4   5   6   7   8   9   ...   12
Azərbaycan respublikasi təhsİl nazirlİyi


Azərbaycan respublikasi təhsİl nazirlİyi

BAKI DÖVLƏT UNİVERSİTETİ

Əlyazması hüququnda

KAMAL ASADPOUR MAHMOD oğlu

TƏLİMİN SƏMƏRƏSİNİN YÜKSƏLDİLMƏSİNDƏ MÜASİR PEDAQOJİ
TEXNOLOGİYALARDAN İSTİFADƏNİN İMKANLARI VƏ YOLLARI


E lmi rəhbər:

N
1 }
AxMtOvv acima j

\ ‘0%ca-n ’

! ^ j



Bakı-2012

OüIQ^/dX

{t> &/ jLtyj


übar Muxtar qızı Muxtarova Pedaqoji elmlər doktoru, professor


MÜNDƏRİCAT

! ^ j 1


{t> &/ jLtyj 1

GİRİŞ 2


m- 18

nı 119


  1. FƏSİL. TƏLİMİN SƏMƏRƏSİNİN YÜKSƏLDİLMƏSİ MƏQSƏDİLƏ

MÜASİR PEDAQOJİ TEXNOLOGİYALARDAN İSTİFADƏNİN ■ İMKANLARI VƏ YOLLARI

  1. 1. Təlim prosesində müasir pedaqoji texnologiyaların tətbiqinin

! ^ j 1

{t> &/ jLtyj 1

GİRİŞ 2

m- 18


nı 119

GİRİŞ



Müasir dünyada baş verən yeni texnoloji dəyişikliklər bütün dünya əhalisinin həyat və iş tərzinə müəyyən qədər təsir göstərmişdir. Bu, eyni zamanda bütün ənə­nəvi metodlara, xüsusilə təlim-tərbiyə, təhsil və idarəetmə metodlarına ciddi təsir etmişdir. Əgər dünənə kimi təhsil yalnız müəllim və tərbiyəçinin rəhbərliyi altında aparılır və kitab təhsilin ən mühüm informasiya mənbəyi hesab olunurdusa, bu gün yeni vasitə və əlaqələndirici mühitlə qarşı-qarşıyadır. Texnologiya sahəsindəki ən son yeniliklər olan yerli, regional və beynəlxalq informasiya kanallarının ölkənin infor­masiya məkanına daxil olması və yeni təlim texnologiyaları layİhəçilərə, proqra- mistlərə, müəssisə rəhbərlərinə, təhsil proqramının icraçılarına - müəllimlərə, tələbə­lərə, şagirdlərə yeni metodlar təqdim etmişdir. Bu yenilik və dəyişikliklər daima inkişafdadır.

Bİr vaxtlar təlim-tərbiyə və təhsildə müəyyən zaman məhdudiyyətləri vardı. Təyin olunmuş yaşa qədər hər bir insan rəsmi təlimlərə qoşula və öz təhsilini davam etdirə bilərdi. Təlim-tərbiyə və təhsil ocağı ciddi qayda-qanunları olan dörd divar masında aparılır, şagirdlər isə verilən elementar bilikləri mənimsəyirdilər. Bütün informasiya mənbələri yalnız müəllim hesab olunurdu, o, isə dərsi öz arzu və istəyinə uyğun olaraq aparırdı. Ötən əsrin 50-60-cı illərindən başlayaraq təlim texnologiyaları məktəbə gətirilməyə başladı.

Beləliklə, təhsildə İnkişaf başlandı. Təlim radiosundan tutmuş təlim televizoruna kimi - peyk antennası, CD, film, video, kompüter, internet, mobil telefon və digər­lərinin hər biri təhsilin təkmilləşməsində mühüm rol oynadı. Şübhə yoxdur ki, təhsilin başlanğıcında onun təkmilləşməyə, inkişafa və genişlənməyə ehtiyacı vardır. İnsanın elmi və biliyi artdıqda təbii ki, onun maraq dairəsi genişlənərək təhsil sahəsində yeni texnologiyaların tətbiqi ilə təlim və təhsil prosesində yeni üslublar yaranmışdır.

İnformasiya və rabitə texnologiyasının İnkişafı təhsilə bir proses kimi güclü təsir göstərmiş və bu təsir günü-gündən daha da genişlənməkdədir. Təlim və təhsil prosesinin həyata keçirilməsində texnologiyaların müsbət təsirinə heç kəsin şübhəsi yoxdur. Digər tərəfdən, günbəgün informasiya texnologiyasının bacarıqları üzərində onların İstehsalı, təqdimatı və ötürülməsində yeni təlim faktları əlavə olunur. Bunlar da təhsildə yeni bir mahiyyət alır. Bütün tədqiqatlar və əldə olunmuş nəticələr təlim və tədris prosesində texnologiyaların təsirinin göstəricisidir. İnformasiya texnologi­yası və yeni təlim və təhsil texnologiyası İnkişaf etməkdə olan ölkələr üçün nailiy­yətlərin artırılması, əlaqələrin inkişafı və təhsilin keyfiyyəti üçün potensial bir imkan olmaqla bərabər, təhsil imkanlarının genişləndirilməsi üçün güclü bir vasitədir. Ra­bitə və İnformasiya texnologiyasının yarandığı gündən bəri ötən qısa müddət ərzində insanların həyat tərzində çoxlu dəyişikliklər baş vermişdir. Yeni, müasir texnolo­giyalar əsasında yaradılmış təhsil ənənəvi təhsil sistemində olan müvəffəqiyyətsizlik­ləri aradan qaldıra bilmiş və köklü dəyişikliklər əmələ gətirmişdir. Təhsil sistemində aparılan islahatlar ənənəvi sistemlərdə zaman, məkan və təhsil mənbələrində olan məhdudiyyətləri aradan qaldırmışdır. Bu iş təhsilin metodlarının və metodikasının dəyişməsinə səbəb olmuşdur. İnformasiya texnologiyası insanların qarşısında yeni İmkanlar açır. Texnoloji imkanlardan formalaşan bu cür sistemlərdən düzgün istifadə təhsildə uğurların artmasına, məkan və zaman problemlərinin aradan qaldırılmasına səbəb olmuşdur.

İnformasiya və kommunikasiya texnologiyası, xüsusilə kompüter, internet və veb şəbəkə təhsil sisteminin dəyişməsi, yeni təhsil nümunələrinin yaranması və təli­min elmləşməsi üçün münasib vasitələr və şərait yaratmış, müəllim və tərbiyəçilərin rollarının azaldığı bir vaxtda asanlaşdıran və yol göstərən yeganə bilik mənbəyi kimi təlimin tələbinə çevrilmişdir.

Belə ki, informasiya və kommunikasiya texnologiyası, informasiya və veri­lənlərin ötürülməsi İlə yanaşı həll, axtarış və seçim qarşısında olan şagirdlərdə yaradıcı təfəkkürü inkişaf etdirdi.

Pedaqoji və İnformasiya texnologiyası əsasında müəyyən çərçivə daxilində, mərkəzi nəzarət olmaqla təlimin metod və üsulları müəllimdən təlim alana (öyrənənə) ötürülür, şagirdlər və müəllimlər bir-birləri ilə qarşılıqlı anlaşma və həmkarlıq mü­nasibətləri əsasında münasib iş ənənəsi qururlar. İnformasiya texnologiyalarının digər yeni vasitələrinin meydana gəlməsi nəticəsində təhsil prosesində yeni bir model müəyyənləşdirildi. Bu model təhsildə yeni bir nümunədir. Onun ağırlıq mərkəzi təlim olanın, öyrənənin üzərinə düşür. Müəllim isə bu prosesdə yolgöstərən, təlimi İstiqa­mətləndirən məsləhətçi funksiyasını yerinə yetirir. Təlim alan ondan informasiya və kommunikasiya texnologiyası vasitəsilə təlim prosesi üçün çoxsaylı mənbələrə əsas­lanaraq hazırlamış olduğu informasiyanı mənimsəyir. Bundan əlavə, müəllim şa­girdlər üçün mümkün dərs vəsaitləri tapır və onların bir-birilə qarşılıqlı anlaşmada olmaq imkanına real yol açır.

Pedaqoji və informasiya texnologiyası sahəsində son yeniliklər, təhsil müəs­sisələrini, təşkilat və qurumları belə nəticəyə gəlməyə vadar etmişdir ki, təlimin və təhsil sisteminin təkmilləşdirilməsi üçün, informasiya vasitəsilə daha uğurlu metod­lardan istifadə mümkündür. Təlim vəsaitlərindən yeni bir dalğa (kəşf) meydana gələ­nə qədər internetlə əlaqə və internet klublardan istifadə müasir tələbə çevrilmişdir. Bu yeni texnologiya nəsli təkcə təhsilin keyfiyyətinin artmasına deyil, həm də təlim pro­sesinin özündə belə yeni keyfiyyətli dəyişikliklərin yaranmasına səbəb olmuşdur. (4)

İnsanların əvvəlki həyatları: qəbilə həyatı, sənaye dövrü, ondan sonrakı dövr, virtual dövr düşüncə gücündən qaynaqlanmış və öz təkamül yolunu getmişdir. Bu dövrlərin hər birinin hərəkətverici qüvvələrindən gün, sərmayə və biliyi göstərmək olar. Bilik İKT-İlə bir olan informasiya dövründə cəmiyyətin inkaredilməz qüdrətinin mənbəyi olmuşdur.

Texnologiyanın insan həyatına daxil olması ilə onun həyatının bütün aspekt­lərinə təsir göstərmiş və insanların bütün fəaliyyəti biliyin əsasında formalaşmışdır. İT-nİn sehirli gücü və onun bütün yer kürəsində yayılması insan həyatının müxtəlif sahələrində (sənaye, iqtisadiyyat, ticarət, tibb, təhsil və s.) köklü dəyişikliklər əmələ gətirmişdir. Buna görə də bu dövrü informasiya və bilik əsri adlandırmaq olar. Hazırda informasiya və kommunikasiyadan istifadəsiz insan fəaliyyətinin hər bir növü demək olar ki, qeyri-mümkündür.

Bu gün kənd təsərrüfatı və sənaye istiqamətli bir cəmiyyətdən informasiya yönümlü dünyaya, başqa sözlə fiziki dünyadan virtual dövrə keçid ərəfəsindəyik. Bu dövrdə yaşamaq üçün onun xüsusiyyətlərini və zəruri şərtlərini öyrənmək lazımdır.


Yüklə 188,26 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə