Əlyazması hüququnda m a h m u d L u t ü r k a y r ə Ş a d ə T



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə13/22
tarix14.09.2018
ölçüsü0,64 Mb.
#68241
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

39 

 

Müvafiq  hesabda  müəəsisənin  ölkə  ərazisindəki  və  xarici  banklardam  milli  



və xarici valyutalarla aldığı müxtəlif qısamüddətli kreditlərin vəziyyəti və hərəkəti 

əks etdirilir. 

Kreditləşmə,  kreditlərin  sənədləşdirilməsi  və  onların  ödənilməsi  qaydaları 

bankın müvafiq təlimatları və kredit müqavilələri ilə tənzimlənir. 

Vaxtında ödənilməmiş bank kreditləri ayrıca uçota alınır. 

Kreditlər  alındıqda  501  №  li  hesabın  kreditinə,  ödəniş  mənbəini  uçota  alan 

hesabların  debetinə  yazılır.  Kredit  faizi  ödənmə  vaxtından  asılı  olmayaraq  aid 

olduğu  ayın  xərclərinə  daxil    edilir  (uçot  siyasətində  hesablama  metodundan 

istifadə edildikdə). 

Qısamüddətli  faiz  xərcləri  yaradan  öhdəliklərin  mühasibat  uçotu 

hesablarında əks etdirilməsi qaydası aşağıda verilmişdir: 

1.  İşdən azad edilmə ilə bağlı müavinət hesablanmışdır: 



D-T 202 “İstehsalat məsrəfləri” 

K-T  511  “İşdən  azad  olunması  ilə  bağlı  qısamüddətli  müavinətlər  və 

öhdəliklər” 

2. Müavinətin bir hissəsi ödənilmişdir: 



D-T  511  “İşdən  azad  olunması  ilə  bağlı  qısamüddətli  müavinətlər  və 

öhdəliklər” 

K-T 211 “Kassa” 

3. Uzunmüddətli zəmanət öhdəliklərinə görə hesablanmışdır: 



D-T 731 “Sair əməliyyat xərcləri” 

 

K-T 512 “Qısamüddətli zəmanət öhdəlikləri” 

 

4.Xalis mənfəət hesabına zəmanət öhdəlikləri hesablanmışdır: 



 

D-T 341 “Hesabat dövrünün xalis mənfəəti” 

 

K-T 512 “Qısamüddətli zəmanət öhdəlikləri” 

 

5.Zəmanət öhdəlikləri ödənilmişdir: 



D-T 512 “Qısamüddətli zəmanət öhdəlikləri” 

K-T 223 “Bank hesablaşma hesabları” 


40 

 

6.  Bölüşdürülməmiş  mənfəət  hesabına  hüquqi  xismət  üzrə  öhdəlik 



hesablanmışdır: 

D-T 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət” 

K-T 513 “Qısamüddətli hüquqi öhdəliklər” 

7. Hüquqi öhdəliklərin bir hissəsi ödənilmişdir: 



D-T 513 “Qısamüddətli hüquqi öhdəliklər” 

K-T 223 “Bank hesablaşma hesabları” 

8. İşçilərə müavinət hesablanmışdır: 



D-T 341 “Hesabat dövrünün xalis mənfəəti” 

K-T 514 “Mənfəətdə iştirak planı və müavinət planları” 

 

9.Müəssisə öz işçisinin  mağazadan aldığı mala  görə  götürdüyü öhdəlik  üzrə 



hesablama aparmışdır: 

 

D-T 341 “Hesabat dövrünün xalis mənfəəti” 

 

K-T 515 “Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər” 

 

10. İşçinin öhdəliyi ödənilmişdir: 



 

D-T 515 “Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər” 

 

K-T 221 



 

11. Sığorta müqaviləsi üzrə öhdəlik hesablanmışdır: 

 

D-T 515-1 “Sığorta müqaviləsi üzrə qısamüddətli öhdəliklər” 

K-T 223 “Bank hesablaşma hesabları” 

 

2.4. Əmlak və şəxsi sığorta üzrə hesablaşmaların uçotu metodikası 



 

 

Müəssisə  sığortaçı  kimi  çıxış  edərkən  onun  əmlakının  və  işçi  heyətinin 



sığorta 

edilməsi 

üzrə 

qısamüddətli 



öhdəliklər 

haqqında 

məlumatları 

ümumiləşdirmək  üçün  uçotda  515  №  li  “Digər  qısamüddətli  qiymətləndirilmiş 



öhdəliklər  ”  hesabının  1-ci  “Sığorta  müqavilələri  üzrə  qısamüddətli 

öhdəliklər” subhesabından istifadə edir. 


41 

 

 



Hesablanan sığorta xərci istehsal məsrəfləri uçota alınan hesabların debetinə, 

515 № li hesabın kreditinə yazılır. Bu hesab üzrə mühasibat köçürmələri aşağıdakı 

kimidir: 

1.Sığortalanmış mal-material ehtiyatları üzrə itkilər silinmişdir: 



D-T 515-1 “Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər” 

K-T 201 “Material ehtiyatları” 

K-T 204 “Hazır məhsul” 

K-T 205 “Mallar” 

2. Sığorta şirkətinə sığorta haqqı ödənilmişdir: 



D-T 515-1 “Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər” 

K-T 221 “Kassa” 

K-T 223 “Bank hesablaşma hesabları” 

3. Sığorta ödənişinin məbləği müəssisəyə dəyən zərərdən artıq olmuşdur: 



D-T 515-1 “Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər” 

K-T 611 “Sair əməliyyat gəlirləri” 

4.  Xarici  valyuta  ilə  haqq-hesab  aparılarkən  müsbət  məzənnə  fərqi 

yaranmışdır: 

D-T 515-1 “Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər” 

K-T 332 “Məzənnə fərqləri üzrə ehtiyat” 

5.  Əmlakın  və  işçilərin  məcburi  sığortalanması  üzrə  borclar  istehsal 

məsrəflərinə silinmişdir: 

D-T 202 “İstehsal məsrəfləri” 

K-T 515-1 “Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər” 

6. Gələcək dövrlər üçün sığorta haqqı hesablanmışdır: 



D-T 223 “Bank hesablaşma hesabları” 

K-T 515-1 “Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər” 

7. Sığorta müqaviləsi üzrə sığorta ödəmələri daxil olmuşdur: 



D-T 223 “Bank hesablaşma hesabları” 

K-T 515-1 “Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər” 


42 

 

8.  Xarici  valyuta  ilə  haqq-hesab  aparılarkən  mənfə  məzənnə  fərqi 



yaranmışdır: 

D-T 332 “Məzənnə fərqləri üzrə ehtiyat” 

K-T 515-1 “Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər” 

9. Sığorta orqanları tərəfindən ödənilməmiş itkilər silinmişdir: 



D-T 343 “Keçmiş illər üzrə bölüşdürülməmişmənfəət” 

K-T 515-1 “Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər” 

 

2.5. Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklərin uçotu metodikası 



 

Vergi  və  sair    məcburi  ödənişlər  üzrə  öhdəliklər  Hesablar  Planının  52-  ci 

maddəsində  qeydə  alınır  və  bu  məqsəd  üçün  aşağıdakı  sintetik  hesablar  nəzərdə 

tutulmuşdur: 



521 № li “Vergi öhdəlikləri” 

522 № li “Sosial sığorta və təminat üzrə öhdəliklər” 

523 № li “Digər məcburi ödənişlər üzrə öhdəliklər” 

521  №  li  hesab  müəssisənin,  onun  işçi  heyətinin  və  təsisçilərinin  büdcəyə 

ödədikləri, bütün növ vergilər (ƏDV, mənfəət vergisi, aksizlər, fiziki şəxlərin gəlir 

vergisi,  əmlak  vergisi,  yol  və  mədən  vergisi  və  s.)  üzrə  hesablaşmaları 

ümumiləşdirmək üçün istifadə edilir. 

Büdcəyə  köçürülməsi  vergilər  521  №  li  hesabın  kreditində,  həmin  vergilər 

üzrə ödənilən məbləğlər isə kreditinə yazılır. 

Büdcəyə  vergilərin  hesablanması  və  ödənilməsi  Azərbaycan  Respublikası 

Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər orqanların 

müvafiq  qərar  və  normativ  sənədləri  ilə  tənzimlənir.  Analitik  uçot  vergilərin 

növləri üzrə aparılır.  

Artıq  respublika  xəzinədarlıq  sisteminə  keçdiyi  üçün  büdcəyə  ödənilən 

bütün  vergilər  yerli  xəzinədarlıq  idarəsinə  köçürülür.  Ödənişin  təyinatı  qrafasında 

köçürülən verginin adı və hesabat dövrü göstərilir. 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə