Əlyazması hüququnda m a h m u d L u t ü r k a y r ə Ş a d ə T



Yüklə 0.57 Mb.

səhifə2/22
tarix14.09.2018
ölçüsü0.57 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   22

 

beynəlxalq  standartlarının  tələblərinə  uyğunlaşdırmaq  hesab  olunur.  Bununla 



əlaqədar  olaraq  təsərrüfatçılığının  bazar  sistemi  inkişaf  edən  ölkələrin  xüsusən  də 

ABŞ-ın həmin sahədəki təcrübəsi öyrənilməlidir. 

Təcrübə  göstərir  ki,  ABŞ-da  mövcud  olan  mühasibat  uçotu  və  hesabatı 

sisteminin  qurulmasının  bir  sıra  prinsiplərinin  və  konseptual  əsaslarının 

Azərbaycanda  mühasibat  uçotunun  təkmilləşdirilməsində  böyük  metodoloji 

əhəmiyyət kəsb edir. 

Magistr  işinin  mövzusu  müəssisələrin  uzunmüddətli  və  qısamüddətli 

öhdəliklərinin  uçotu  və  təhlil  problemlərinə  həsr  olunmuşdur.  İş,  müasir  elmi  və 

praktik baxımdan kifayət qədər aktualdır və bazar münasibətləri şəraitində işləyən 

müəssisələrin fəaliyyətinə qiymət verilməsində çox vacib şərtlərdən biridir. 



Problemin  öyrənilmə  vəziyyəti.  Aktivlərin  başqa  sözlə  kapitalın  və 

öhdəliklərin uçotda, hesabatda və iqtisadi təhlildə əks etdiriləsi bütün hallarda həm 

ölkə, həm də  xarici ölkələrin  iqtisadçı  və uçotla  məşğul olan alimlərin tədqiqat  və 

intepretasiya obyekti olmuşdur. Həmin alimlərə aid etmək olar: E. Hendrikson, M. 

Bred,  K.  Druri,  B.  Nidlız,  X.  Anderson,  D.  Kolduell,  Y.  Sakalov,  V. 

Novodvorskiy,  N.  Kondrakov,  P.  Bezrukix,  A.  Şeremet,  V.  Kovalov,  V.  Petrova, 

V. Paliy, C. Leontiyeva və başqaları. 

Bizim ölkəmizdə uzunmüddətli və qısamüddətli öhdəliklərin uçotu və təhlilinin 

bir sıra  məqamları V. İsayevin,  H. Namazəliyevin,  A.Səlimovun, V. Novruzovun, 

S.  Səbzəliyevin,  Q.  Abbasovun,  İ.  Abbasovun,  V.  Quliyevin,H.  Cəfərlinin,  S. 

Yaqubovun, R.Əliyevin və başqalarının əsərlərində araşdırılmışdır. 

Tədqiqatın məqsəd və vəzifəsi. Beynəlxalq praktikada qəbul olunan “Maliyyə 

uçotu  konsepsiyasında”  öhdəliklər  və  yaxud  passivlər  dedikdə  müəssisənin 

gələcəkdə  əldə  edə  biləcəyi  iqtisadi  xeyirdən  imtina  etməsinin  mümkünlüyü  başa 

düşülür. Öhdəliklərin əsas xarakteristikası aşağıdakılar hesab olunur: 

a) 


müəssisələrdə  müəyyən  öhdəliklərin  mövcud  olması.  Bu  zaman 

müəssisə özünün  malik olduğu aktivləri  və yaxud  xidmətləri  gələcəkləri 

digər təşkilatlara verir; 



 

b) 



həmin öhdəliklərin baş verməsinə gətirib çıxaran təsərrüfat hadisələrinin 

artıq baş verməsi; 

c) 

öhdəliyin meydana gəlməsi güman oluna bilər (belə bir hal, öhdəliklərin 



baş  verə  biləcəyi  və  yaxud  baş  verə  bilməyəcəyi  mövqelər  üçün 

xarakterikdir.  Məsələn,  tutalım  ki,  aviasiya  şirkəti  onun  reysi  ilə 

müəyyən miqdarda km “uçan” sərnişinə güzəşt nəzrdə tutur. Sərnişin bu 

güzəştdən  həm  istifadə  edə,  həm  də  etməyə  bilər.  Belə  halda  şirkətin 

sərnişinlərə  güzəşt  öhdəliyi  güman  sayılır.  Əslində  bu  güman  100  % 

sayıla  bilməz.  Başqa  sözlə  həmin  öhdəliyi  yalnız  statistika  üsulları  ilə 

hesablamaq mümkündür. 

Beynəlxalq  və  Milli  standartlara  uyğun  olaraq,  müəyyən  əlamətlərə  görə 

bağlanılan öhdəliklər  mühasibat uçotunda və  hesabatda onun baş verdiyi anda əks 

etdirilə  bilər.  Borcların  baş  verməsinin  əks  etdirən  ilk  sənədlərdə  qaydaya  görə 

onun əməli gəldiyi tariz göstərilir. Lakin təsərrüfat praktikasında elə hallar olur ki, 

borcların baş verdiyi tarixini dəqiq müəyyənləşdirmək mümkün deyildir. Mümkün 

öhdəliklərin  məbləğini  dəqiq  bilinmədikdə  müəssisə  həmin  məbləği  öz 

hesabatlarında  qiymətləndiriləcək  öhdəliklər  və  yaxud  mümkün  zərərlər  adı  altına 

əks etdirirlər. 

Tədqiqatın  predmeti  və  obyekti.  Öhdəliklərin  dəyəri  dedikdə,  onun  baş 

verməsinə  səbə  olan  təsərrüfat  əməliyyatları  haqda  məlumatlar  başa  düşülür. 

Öhdəliklərin  dəyərinin  artımı  öhdəliklər  uçota  alınan  hesabların  kreditində  qeydə 

alınır.  Aktivlərin  bir  yaxud  bir  neçə  hesablaşmaların  debetində  əkd  etdirilən 

dəyərinin  artımı  ona  uyğun  gəlir.  Müəssisənin  qəbul  etdiyi  öhdəliklərin  əvəzinə 

aktivlər  əldə  olunan  zaman  sonuncunun  dəyəri  xərc  prinsiplərinə  və  satın  alınan 

aktivin dəyərinə bərabər surətdə müəyyənləşdirilir. 

Öhdəliklərin  dəyəri  faiz  hesablanılan  öhdəliklərin  əsas  məbləğinə  görə 

müəyyənləşdirilir.  Prinsipcə  öhdəliklərin,  tutalım  ki,  borcların  məbləği  gələcəkdə 

ödəniləcək məbləğdə uçotda əks etdirilməlidir. 

Qeyd  etmək  lazımdır  ki,  öhdəliklər  üzrə  faizlərin  ödənilməsi  bütün  hallarda 

ayrıca  mühasibat  köçürməsi  ilə  rəsmiyyətə  salınır.  Qaydaya  görə  malsatan  və 




 

malalan təşkilatlarla əməliyyatların gedişində baş verən debitor və kreditor borcları 



normal iqtisadi əlaqələr şəraitində bir il ərzində ödənilir. Buna görə də müəssisələr 

adətən  qısa  müddətli  kreditor  borclarını  onların  ödənmə  tarixinə  dəyərləri  ilə 

uçotda  əks  etdirirlər.  Belə  ki,  onun  dəyəri  ilə  öhdəlik  hesabına  əldə  olunan 

aktivlərin  dəyəri  bir-birinə  tamamilə  uyğun  gəlir.  Qeyd  etmək  lazımdır  ki, 

yuxarıdakı  tələblərə  uyğun  gəlməyən  qısamüddətli  öhdəliklərdə  ödənmə  tarixinə 

olan dəyərilə qiymətləndirilir. 



Dissertasiya 

işinin 

nəzəri 

və 

metodoloji 

əsaslarını 

Azərbaycan 

Respublikasının  Konstitusiyası  ,  AR  Mülki  Məcəlləsi,  “Mühasibat  uçotu”  haqda  

Azərbaycan  Respublikasının  Qanunu,  Nazirlər  Kabinetinin  qərarları,  Milli 

Mühasibat  Uçotu  Standartları  ölkə  və  xarici  iqtisadi  amillərin  uçot,  hesabat  və 

təhlilə dair əsərləri və s. təşkil edir.  

Tədqiqat  prosesində  aşağıdakı  metodlardan  istifadə  edilmişdir:  mücərrəd-

məntiqi, ümumiləşdirmə, iqtisadi təhlil, müqayisə və s. 



Işin elmi yeniliyinə aiddir: 

  uzunmüddətli    və  qısamüddətli  öhdəliklərin  müxtəlif  növlərinin 

mahiyyəti və məzmunu dəqiqləşdirilmişdir; 

  uçot,  hesabat  və  təhlil  üçün  çox  mühüm  əsas  hesab  edilən  öhdəliklərin 

təsnifatı dərindən araşdırılmışdır; 

  Milli  Mühasibat  Uçotu  Standartlarına  istinad  etməklə  öhdəliklərin 

müxtəlif növlərinin dəqiq qiymətləndirilməsi yolları göstərilmişdir; 

  öhdəliklərin  uçotunun  mövcud  metodikasında  müşahidə  edilən  bəzi 

çatışmazlıqlara tənqidi münasibət bildirilmişdir; 

  öhdəliklərin  müxtəlif  növlərinin  sintetik  və  analitik  uçotunun 

təkmilləşdirilməsi istiqamətində müəyyən təkliflər verilmişdir; 

  öhdəliklərin  təhlili  sistemində  göstəricilərin  seçilməsinə  yeni  yanaşma 

işlənilib hazırlanmışdır və s. 

İşin  həcmi  və  strukuturu.  Magistr  dissertasiyası  girişdən,  üç  fəsildən, 

nəticələrdən və ədəbiyyat siyahisindən ibarətdir. 




: application -> uploads -> 2016
2016 -> Ali məktəb psixologiyası
2016 -> Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Magistratura Mərkəzi Hacıyev Tural Eldar oğlu
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2016 -> Magistratura məRKƏZİ
2016 -> İxtisas: 5301. 01 Daxili fiskal siyasət və dövlət maliyyəsi İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya
2016 -> Bilet 1 Davranış iqtisadiyyatı Süni intellektin yaranmasının başlanğıc mərhələsi İnformasiya, verilən, məlumat, bilik Verilənlər bazasının modelləri Bioloji neyron İqtisadi informasiyanın layihələndirmə mərhələləri Genetik alqoritmlər Bilet
2016 -> Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə