Əlyazması hüququnda m a h m u d L u t ü r k a y r ə Ş a d ə T


I  FƏSİL.  Uzunmüddətli  öhdəliklərin  iqtisadi  mahiyyəti  və  onun



Yüklə 0,57 Mb.

səhifə3/22
tarix14.09.2018
ölçüsü0,57 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   22

 

I  FƏSİL.  Uzunmüddətli  öhdəliklərin  iqtisadi  mahiyyəti  və  onun 



uçotunun qarşısında duran vəzifələr 

 

1.1 Uzunmüddətli öhdəliklərin mahiyyəti qiymətləndirilməsi üsulları və 

uçotunun qarşısında duran vəzifələr 

 

Uzun  müddətli  öhdəliklərin  müddəti  bir  ildən  yuxarı  olur,  uzunmüddətli 

öhdəliklər  və  onlara  hesablanılan  faizlər  həm  borc  verənin,  həm  də  borcu  olanın 

mühasibat  hesablarında  bərabər  məbləğdə  əks  etdirilir.  Beynəlxalq  uçot 

prinsiplərinə  uyğun  olaraq  həmin  öhdəliklərin  məbləği  aşağıdakı  amillərdən  asılı 

olaraq müəyyənləşdirilir. 

1. 

Uzun  müddətli  öhdəliklərin  məbləği  həmin  öhdəliklərin  əvəzinə  əldə 



olunan  kapitalın,  malların  və  xidmətlərin  bazar  dəyərinə  bərabərdir. 

Güman  edilir  ki,  borclar  üzrə  sövdələşmələrin  və  yerləşmələtin  əsasın 

faiz  stavkalarını  bazar  dəyəri  təşkil  edir.  Bu  dəyərin  köməyilə  borcun 

əvəzinə  əldə  olunan  kapitalın  və  yaxud  iş  və  xidmətlərin  bazar  dəyərini 

tarazlaşdırmaq mümkündür. 

2. 


Uzun müddətli öhdəliklər üzrə faizlərin müntəzəm ödənilməsi faizi bazar 

stavkaları əsasında müəyyənləşdirilir. 

3. 

Uzun  müddətli  öhdəliklərin  balans  məbləği  onun  yerdə  qalan  nəğd 



məbləğinin  indiki  dəyərinə  bərabərdir.  Uzun  müddətli  borcların  balans 

dəyərini  hesablamaq  üçün  istifadə  olunan  faiz  stavkaları  həmin  borcun 

yerləşdirdiyi müddətdə dəyişilmir. 

Beynəlxalq  standartlara  uyğun  olaraq  müəssisənin  balans  hesabatına 

uzunmüddətli  öhədliklər  uzunmüddətli  kreditlər  ayrıca  rubrikada  əks  etdirilir.  Bu 

rubrika  isə  özlüyündə  ayrıca  subrubrikalarda  bölüşdürülür.  Hər  bir  subrubrikada 

konkret müəssisənin uzunmüddətli borclarının strukturu əks etdirir. 

Beynəlxalq  standartlar  səviyyəsində  hazırlanılan  “uzunmüddətli  öhdəliklər” 

rubrikası respublikada qüvvədə olan hesablar planının aşağıdakı hesablarına uyğun 

gəlir: 



 

92 “Uzunmüddətli bank kreditləri” hesabının saldosu; 



95 “Uzunmüddətli borclar” hesabının saldosu; 

97 “İcarə öhdəlikləri” hesabının saldosu. 

ABŞ-da  və  bir  sıra  qərb  ölkələrində  uzunmüddətli  borcların  verilməsi 

özlüyündə  şirkətlər  tərəfindən  həyata  keçirilən  kapital  qoyuluşların  əsas  mənbəyi 

hesab  olunur.  Qiymətli  kağızlar  satın  alınan  zaman  (borc  öhdəlikləri)  kreditorlar 

səhmlərin  sahibkarların  əleyhinə  səs  vermək  hüququ  qazanmışlar.  Başqa  sözlə 

səhmləri  satan  müəssisə  həm  investisiya  cəlb  edir,  həm  də  özlüyündə  mühüm 

təsərrüfat  qərarlarının  çıxarılmasında  nəzarəti  öz  əlində  saxlayır.  Bundan  başqa 

dividentlərdən  fərqli  olaraq  uzunmüddətli  borclar  üzrə  faizlərin  ödənməsi  şirkətin 

xərclərinə aid edilir. Həmin məbləğ onun vergiyə cəlb olunan mənfəətindən çıxılır. 

Uzunmüddətli  öhdəliklər  səmərəli  yerləşdirildikdə,  cari  mənfəət  həmin 

öhdəliklər üzrə ödənilməsi faizlərin məbləğin üstələyir. Eyni zamanda müəssisənin 

gəlirliyi  aşağı  düşdükdə,  mənfəət  və  uzunmüddətli  borclar  üzrə  ödənişlər 

arasındakı azalır və bəzən zərərli kəmiyyətə çevrilir. Belə hallarda müəssisə həmin 

ödəncləri  dividendlərin  aşağı  salınması  və  yaxud  bəzi  aktivlərin  imtina  etməsi 

hesabına həyata keçirilməlidir. 

Uzunmüddətli  öhdəliklər  istiqrazlar  (istiqraz  sertifikatları),  borc  öhdəlikləri, 

borc  intizamı  formasında  yerləşdirilir.  Bu  sənədlər  hüquqi  qüvvəyə  malikdir,  onu 

buraxan təşkilatın öhdəliklərin əks etdirir. 

İstiqrazlar  üçün  uzunmüddətli  borcların  yerləşdirilməsi  sənədlərindən  başqa 

istiqraz  kontraktları  da  tərtib  olunur.  Kontraktda  bu  sövdələşmələrin  konkret 

şərtləri,  habelə  borclunun  və  kreditorun  hüquq  və  vəzifələri  müəyyənləşdirilir. 

Eyni  zamanda  kontraktda  borcun  məbləği,  ona  görə  faizlər,  onların  ödənmə 

dövrləri,  ödənmə  müddəti  habelə  borcların  vaxtından  əvvəl  ödənilməsi  tələbləri 

göstərilir. 

Öhdəliklərin  yerləşdirilməsi  haqda  kontraktda  həmçinin  həm  kreditorun,  həm 

də borclunun maraqlarını təmin edən şərtlər öz əksin tapır. 

Uzunmüddətli  öhdəliklərin  yerləşdirilməsi  haqda  sazişı  borclu  müəssisənin 

ödəmə  qabiliyyəti  riskinin  aşağı  salınmasına  yönəldilən  məhdudiyyətlər  də  daxil 



 

edilə  bilər.  Belə  məhdudiyyətlərə  aiddir:  aksioner  cəmiyyət  tərəfindən  ödəniləsi 



dividendlərin  yuxarı  həddinin  müəyyənləşdirilməsi;  likvidlik  və  yaxud  gəlirliliyin 

müəyyən səviyyəsinin gözlənilməsi; borcların və faizlərin ödənilməsini təmin edən 

ödəniş  fondunun  saxlanılması  (mühasibat  uçotunda  belə  fond  müəssisənin 

investisiya kimi təsnifləşdirilir). Sadalanan şərtlərin gözlənilməməsi o deməkdir ki, 

borclu təşkilat borcları üzrə öhdəlikləri yerinə yetirilir və kreditorun ixtiyarı var ki, 

ona çatası məbləğini və faizi istəniləndən tələb etsin. 

Uzunmüddətli  öhdəliklər  kapital  bazarına  bir  neçə  üsulla  yerləşdirilə  bilər. 

Xarici  ölkələrdə  ən  geniş  yayılan  metodlardan  birisi  anderraytinq  adlanır.  Həmin 

metodun  mahiyyəti  ondadır  ki,  buraxılan  səhmlərin  bütün  həcmi  bank  və  şirkət 

arasındakı saziş əsasında investisiya bankına satılır. Bank kommersiya riskinin tam 

və yaxud bir qismini öz üzərinə götürür və istiqrazları fond bazarında daha yüksək 

qiymətə  satır.  Bank  tərəfindən  satın  alınan  istiqrazların  qiyməti  ilə  onların  fond 

bazarına  satılan  qiyməti  arasındakı  fərq  anderraytinq  əməliyyatlarına  görə  bankın 

gəlirləri sayılır. 

Bəzi hallarda istiqrazların buraxılışı prospekt sənədin köməyilə yerləşdirilir. Bu 

prospektdə  şirkətin  auditor  yoxlamasından  keçən  maliyyə  hesabatının  məzmunu, 

satışın  şərtləri  və  habelə  şirkətin  kommersiya  fəaliyyətinin  xarakteri  göstərilir. 

İnvestorları  cəlb  etmək  üçün  maliyyə  xarakterli  mətbuatda  anderrayterin  siyahısı 

ilə birlikdə istiqrazların buraxılması haqda elanlar dərc etdirilməlidir. 

İstiqrazların  bilavasitə  investisiya  firmalarına  və  müxtəlif  şəxslərə  satılması 

anderraytinqin alternativi kimi çıxış edir. 

Fond bazarında  yerləşdirilən  istiqrazlar  investorla arasındakı alqı-satqı obyekti 

sayılır. Eyni zamanda onların arasındakı sövdələşmələr uçotunda əks olunmur. 

Qeyd  etmək  lazımdır  ki,  şirkətin  uzunmüddətli  öhdəliklərinin  balans  dəyəri 

qaydaya  görə  onların  bazar  dəyərləri  ilə  üst-üstə  düşmür.  Uzunmüddətli  borcların 

balans  dəyərinin  qiymətləndirilməsi  istiqrazda  göstərilən  bir  sıra  göstəricilər 

əsasında qurulur. 

Bunlara aiddir: 

a)  istiqrazların nominal dəyəri; 



: application -> uploads -> 2016
2016 -> Ali məktəb psixologiyası
2016 -> Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Magistratura Mərkəzi Hacıyev Tural Eldar oğlu
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2016 -> Magistratura məRKƏZİ
2016 -> İxtisas: 5301. 01 Daxili fiskal siyasət və dövlət maliyyəsi İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya
2016 -> Bilet 1 Davranış iqtisadiyyatı Süni intellektin yaranmasının başlanğıc mərhələsi İnformasiya, verilən, məlumat, bilik Verilənlər bazasının modelləri Bioloji neyron İqtisadi informasiyanın layihələndirmə mərhələləri Genetik alqoritmlər Bilet
2016 -> Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə