10
b) istiqrazların fəaliyyət müddəti başa çatdıqdan sonra çatan ödəniş müddəti
(bu müddəti borclu kreditora istiqrazların nominal dəyərini ödəməlidir);
c) faiz stavkalarının elan olunması;
d) faizlərin ödənilməsi tarixi;
e) istiqrazların buraxıldığı rəsmi tarix.
Uzunmüddətli öhdəliklərin bazar dəyərlərini dəqiq qiymətləndirmək üçün
istiqrazda göstərilməyə və fond bazarında təşəkkül tapan bəzi mühüm məlumatları
da bilmək lazımdır. Bir sıra səbəblər üzündən istiqrazlar rəsmi tarixdən daha gec
buraxıla bilər. Belə bir halda buraxılan istiqrazları qeydiyyata alınmasının rəsmi
prosedurasının gecikdirilməsi ilə əlaqədardır. Borcların yerləşdirilməsinin çətinliyi
və ləngidilməsi şirkətin iqtisadi vəziyyətindəki ciddi dəyişikliklərlə də əlaqədar ola
bilər. Bazarda faiz stavkaların aşağı düşməsi ilə əlaqədardır. Şirkət düşüncəli
surətdə istiqrazların satışını ləngitməsi hallarına da təcrübədə təsadüf olunur.
Sonuncu amil şirkətdən asılı olmayan, lakin istiqrazların bazar dəyərinə təsir
edən ən mühüm amillərdəndir. İstiqrazların elan olunan və bazar faizlərinin
stavkaları bərabər olduqda istiqrazlar fond bazarında nominal dəyəri ilə satılır.
Eyni zamanda ümumiqtisadi vəziyyətin təsiri altında faizin bazar stavkasının
hərəkəti elan olunan stavkadan kənarlaşmaya gətirib çıxarır. Buna baxmayaraq
bütün müəssisələr elan olunan stavkanı bazar stavkasını maksimum yaxınlaşmağa
cəhd göstərirlər. Müəssisənin faizinin bazar stavkasının və istiqrazlarının və
istiqrazların bazar dəyərinin dəyişilməsi biri-birinə əks asılılıqdır. Əgər bazar
stavkası elan olunandan yüksəkdirsə, onda istiqrazların bazar dəyəri onların
nominal dəyərindən aşağı düşür.
Beləliklə, əgər faizin bazar stavkası elan stavkanı üstələyərsə, onda istiqrazlar
güzəştlə satılır.
İstiqrazların güzəştlə və yaxud mükafatla satılması istiqrazların keyfiyyətini
sübut etmir. Sadəcə olaraq onların bazar qiymətlərinə düzəlişi həyata keçirir.
Faktik olaraq istiqraz əldə olunan zaman onu saxlayan nəğd pul vəsaitlərinin iki
tipini satın alır: a) borcun əsas hissəsini; b) faiz qaydasında ödənilən məbləği. Əgər
11
istiqrazın nominal dəyəri onların dəyərini üstələyərsə, onda istiqraz mükafatla,
əksinə olduqda isə güzəştlə satılır.
Tutalım ki, müəssisə fond bazarında nominal dəyəri 400000 manat olan
istiqrazı illik 10 % stavka ilə 10 il müddətinə yerləşdirir (ödəniş hər ilin dekabr
ayının 31-də hesablanılır). Eyni dərəcədə risklə istiqrazlar üzrə bazarda mövcud
olan stavka illik 15 %-dir. Bu rəqəmləri istinad edərək istiqrazın bazar qiymətini
müəyyənləşdirək:
Əsas borcun cari dəyəri:
400000 x (PYI, 15 %, 10) = 400000 x 0,4942370
98873,88
Ödənişin cari dəyəri:
400000 x (PYI, 15 %, 10) = 400000 x 6,14457
245783,4
İstiqrazın bazar qiyməti
344656,52
Borcun nominal dəyərinə görə
edilən güzəşt
55343,44
Qeyd etdiyimiz kimi misalda istiqraz borcunun indiki dəyəri və yaxud bazar
qiyməti onun nominal dəyərindən aşağı olmuşdur. Buna görə də həmin borc üzrə
gəlirlərin səviyyəsini gəlirlərin bazar səviyyəsini gəlirlərin bazar səviyyəsinə
tarazlaşdırmaq üçün borc güzəştlə satılmalıdır.
1.2 Uzunmüddətli borcların uçotu
Uzunmüddətli
borcların
yerləşdirilməsinin
və
onlara
faizlərin
hesablanılmasının qeydiyyata alınması üçün müəssisələrdə qaydaya görə
uzunmüddətli borcların sosial jurnalı və yaxud istiqraz jurnalı tərtib olunur.
Uzunmüddətli borcların beynəlxalq mühasibat uçotunda əks etdirilməsi cari
dəyərlə həyata keçirilir.
12
Sadə hallarda faizin elan olunan stavkası bazar qiymətinə bərabər tutulur. Belə
hallarda borcların onların emitentində (borclu) və borcu alanda (investor və yaxud
kreditor) jurnallarında əks etdirilməsi aşağıdakı qaydada aparılır.
Tutalım ki, borclu müəssisə investor müəssisədə 2010-ci il yanvar ayının 1-də
buraxılan bütün istiqrazların satmışdır. Borcun məbləği 300000 manat təşkil edir.
Elan olunan faiz stavkası 10 % təşkil etmiş və bazar dəyərinə bərabərdir. Borcun
ödənmə müddəti 2015-cı ilin dekabr ayının 31-nə nəzərdə tutulub. Faizlərin
ödənməsinin dövriliyi bir il (hər ilin dekabr ayı) ayının 31-i təşkil etmişdir.
Qeyd etdiyimiz kimi borcun cari dəyəri əsas borcun və ona görə faizin dəyərinə
bərabərdir. Belə olduğu şəraitdə faiz stavkası onun nominal dəyərinə bərabər olur:
30000 x (PVI, 10 %, 7) + 30000 x (PVI, 10 %, 7) = 30000 x 0,513158 + 30000
+ 4,868419 = 300000 manat
Göstərilən borc üzrə istiqrazların alqı-satqısı zamanı 2010-cü il yanvar ayının
1-də borclu müəssisə və müəssisə - investor aşağıdakı jurnal yazılışları həyata
keçirmişlər:
Borclu – müəssisə
Müəssisə – investor
Pul vəsaitləri
300000
İstiqrazlara investisiyalar
300000
İstiqrazlar üzrə öhdəliklər
30000
Pul vəsaitləri
30000
2010-cü illər ərzində faizlərin hər il ödənilməsi jurnallarda aşağıdakı qaydada
həyata keçirilir.
Borclu – müəssisə
Müəssisə - investor
Faizlərin ödənilməsinə
Pul vəsaitləri
30000
Çəkilən xərclər
30000
Pul vəsaitləri
30000
Faizlərdən əldə olunan gəlirlər
30000
Əsas borcu ödənməsi belə qeydə alınır: