Əlyazması hüququnda m a h m u d L u t ü r k a y r ə Ş a d ə T



Yüklə 0,57 Mb.

səhifə6/22
tarix14.09.2018
ölçüsü0,57 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   22

16 

 

kreditinə  yazılır.  Hesablanılan,  lakin  hələ  ödənilməmiş  öhdəliklərin  belə  bir 



qaydada əks etdirilməsi gəlir və xərcləri üzləşdirmək üçün həyata keçirilir. 

Avansların  və  depozitlərin  alınması  malalanlar  və  müəssisənin  digər 

kommersiya  kontraagentləri  ilə  münasibətlərin  qurulmasının  ən  geniş  yayılmış 

formalarından  birisi  hesab  olunur.  Məsələn,  sifarişi  qəbul  edən  müəssisə  sifarişçi 

təşkilatdan  avans  tələb  etmək  hüququna  malikdir.  Bu  avansdan,  müəssisə  ona 

dəyən  zərərləri  ödəmək  üçün  istifadə  edir.  Depozitlər  də  belə  məqsədlərə  xidmət 

göstərir.  Buradan  görünür  ki,  avanslar  və  depozitlər  hər  şeydən  əvvəl  sığortalama 

funksiyanı  yerinə  yetirir  və  müqavilə  öhdəliklərini  yerinə  yetirmək  üçün 

müəssisənin kontraagenti üçün stimul rolu oynayır. 

“Qabaqcadan  ödənilən  gəlirlər”  termini  hələlik  göndərilməyən  mallara  və 

göstərilməyən  xidmətlərə  görə  müəssisənin  əldə  etdiyi  pul  vəsaitlərini  xarakterizə 

edir.  Belə  vəziyyətlərin  daha  xarakterik  nümunəsi  dəmir  yolu,  aviasiya  və  digər 

nəqliyyat  vasitələrinə  biletlərin  satılması,  qəzet  və  jurnallara  abunə,  icarəyə 

götürülən  əmlakdan  rəsmi  istifadə  olunanadək  icarədar  tərəfindən  götürülən  icarə 

öhdəlikləri  və  s.  sayıla  bilər.  Müəssisəyə  belə  ödənişlərin  daxil  olması  həm  pul 

vəsaitlərinin  artımı  (pul  vəsaitləri  uçota  alınan  hesabların  kreditləşməsi)  və 

öhdəliklərin əmələ gəlməsi kimi əks etdirilir. 

Beynəlxalq  uçot  praktikasında  belə  öhdəlikləri  əks  etdirmək  üçün  hesablar 

planına  “Qazanılmamış  gəlirlər”  (gələcək  dövrlərin  gəlirləri)  və  yaxud  “Avans 

qaydasında əldə olunan gəlirlər” adlı passiv hesab açmaq nəzərdə tutulmuşdur. 

Əvvəlcədən  dəyəri  ödənilən  mallar  və  xidmətlər  daxil  olduqdan  sonra 

qazanılmamış  gəlirlər  adlı  passiv  hesab  azalır  və  həmin  əməliyyatlar  üzrə  gəlirlər 

kreditləşir.  Belə  köçürmə  nizamlayıcı  köçürmə  olmaqla,  dövrünün  sonunda 

öhdəlik  kimi  növbəti  uçot  ilinə  keçirilir  və  balans  hesabatında  digər  öhədliklər 

sırasında öz əksini tapır. 

Müxtəlif  ölkələrdə  qanunvericiliyə  görə  müəssisələrin  öz  malalanlarından  və 

yaxud əməkdaşlarından mərkəzi və yaxud yerli orqanların xeyrinə müxtəlif gəlirlər 

tutulur.  Üçüncü  şəxsin  hesabına  belə  tutulmalar  mühasibat  uçotunda  müəssisənin 




17 

 

pul  vəsaitlərinin  artması  və  yaxud  həmin  şəxsə  qarşı  müəssisənin  öhdəliklərinin 



baş qaldırılması kimi əks etdirilir. 

Beynəlxalq  standartlara  görə  ödənilməsi  məzuniyyətlərə  çəkilən  xərclər, 

əməkdaşlaq  tərəfindən  həmin  məzuniyyətdən  istifadə  olunan  ilə  aid  edilir.  Bunun 

üçün aşağıdakı şərtlər yerinə yetirilməlidir: 

a) 

əməkdaşlar  tərəfindən  həmin  vaxtda  işlənilən  dövrdən  asılı  olaraq 



məzuniyyət hesablanması həyata keçirilir; 

b) 


istifadə olunmamış məzuniyyət cəmlənir; 

c) 


məzuniyyətin  ödənməsinə  çəkilən  xərclər  güman  olunur  (hansı  ki, 

əməkdə onu istifadə edir); 

d) 

məzuniyyətin  ödənilməsi  üzrə  xərclərin  ölçüsü  etibarlı  şəkildə 



qiymətləndirilir. 

Əməkdaşların  məzuniyyətin  ödənilməsi  üzrə  borc  o  vaxt  baş  qaldırır  ki, 

əməkdaş  ona  çatan  məzuniyyətdən  maliyyə  ili  ərzində  istifadə  etmir  və  bu 

məzuniyyət növbəti ilə keçirilir. 

Gərgin  maliyyə  vəziyyəti  və  dövriyyə  kapitalının  çatışmaması  şəraitində 

müəssisə  özünün  qısamüddətli  borclarını  uzunmüddətli  borclara  çevrilməyə  cəhd 

göstərə  bilər.  Belə  halda  müəssisə  həmin  xərclərin  ödənməsini  cari  aktivlər 

hesabına  uzada  bilər.  Beynəlxalq  standartlara  görə  borclu  müəssisə  maliyyə 

hesabatında qısamüddətli öhədlikləri uzunmüddətli öhədliklərə çevirmək imkanına 

malikdir (əgər müəssisə digər müəssisə ilə razılığa gəlmişdirsə). 

Beynəlxalq  standartlara  uyğun  olaraq  müəssisənin  maliyyə  hesabatında 

gələcəkdə  bar  verəcək  hadisələrə  görə  öhədliklər  haqqında  göstərişlərə  icazə 

verilir. Belə öhdəliklər şərti öhədliklərə yaxud şərti passivlər adlanır. Onlar adətən 

müxtəlif şəraitdə baş verir. 

Uçotda  şərti  zərərlərin  əks  etdirilməsinin  ümumi  prinsipləri  aşağıdakı 

verilmişdir (cədvəl 2.1). 



 

 

 


18 

 

Cədvəl 2.1 



Maliyyə uçotunda şərti öhədliklərin əks etdirilməsi prinsipləri 

Hadisənin gümanları (hansı 

ki, zərərlərə gətirib çıxarır)

 

Zərərlərin ölçüsü 

qiymətləndirilə bilər

 

Zərərlərin ölçüsü 

qiymətləndirilə bilməz

 

 

 



Yüksək

 

Zərərlər və öhədliklər 



ödənilməsi hesablanılır 

(hər iki göstərici 

bilavasitə maliyyə 

uçotunda əks etdirilir)

 

Zərərlər və öhədliklər 



hesablanılmır, lakin qeyd 

formasında maliyyə 

hesabatında əks etdirilir

 

 



Orta

 

Zərərlər və öhədliklər 



hesablanılmır, lakin qeyd 

formasında maliyyə 

hesabatında əks etdirilir

 

Zərərlər və öhədliklər 



hesablanılmır, lakin qeyd 

formasında maliyyə 

hesablarında əks etdirilir

 

 



 

Aşağı


 

Hesablama həyata 

keçirilmir, maliyyə 

hesabatında qeydə ehtiyac 

yoxdur və buna icazə 

verilmir


 

Hesablama həyata 

keçirilmir, maliyyə 

hesabatında qeydə ehtiyac 

yoxdur və buna icazə 

verilmir


 

 

1.4 Borc qiymətli kağızların xarakteristikası və uçotu 

 

Mövcud  qaydaya  görə  borc  qiymətli  kağızları  dedikdə  emitentlər  tərəfindən 

fond  bazarında  pul  vəsaitlərini  əvəz  etmək  üçün  yerləşdirilən  öhədliklər  başa 

düşülür.  Azərbaycan  bazarında  istiqrazlar,  depozit  və  əmanət  sertifikatları  və 

veksellər  daha  geniş  yayılmışdır.  Xəzinadarlıq  öhədliklərin,  çekleri,  bank  əmanət 

kitabçalarını,  habelə  varran  formalı  qiymətli  kağızları,  opsion  və  başqalarını  da 

xüsusi qrupa aid etmək lazımdır. 

Ümumiyyətlə, istiqraz qiymətli kağızların əsas növlərindən biridir. Bu qiymətli 

kağıza  görə  onun  sahibindən  müəyyən  müddətdə  istiqrazın  nominal  dəyərini  və 

yaxud digər əmlak ekvivalenti əldə etmək mümkündür. 




: application -> uploads -> 2016
2016 -> Ali məktəb psixologiyası
2016 -> Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Magistratura Mərkəzi Hacıyev Tural Eldar oğlu
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2016 -> Magistratura məRKƏZİ
2016 -> İxtisas: 5301. 01 Daxili fiskal siyasət və dövlət maliyyəsi İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya
2016 -> Bilet 1 Davranış iqtisadiyyatı Süni intellektin yaranmasının başlanğıc mərhələsi İnformasiya, verilən, məlumat, bilik Verilənlər bazasının modelləri Bioloji neyron İqtisadi informasiyanın layihələndirmə mərhələləri Genetik alqoritmlər Bilet
2016 -> Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə