Əlyazması hüququnda m a h m u d L u t ü r k a y r ə Ş a d ə T



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix14.09.2018
ölçüsü0,64 Mb.
#68241
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

25 

 

II FƏSİL. ÖHDƏLIKLƏRIN MİLLİ MÜHASİBAT UÇOTU 



STANDARTLARINA UYĞUN OLARAQ UÇOTDA VƏ HESABATDA ƏKS 

ETDİRİLMƏSİ METODİKASI 

 

2.1. Uzunmüddətli faiz xərcləri yaradan və qiymətləndirilmiş 

öhdəliklərin uçotu metodikası 

 

Uzunmüddətli  faiz  xərcləri  yaradan  öhdəliklər  hesablar  Planının  4-cü 

bölməsindən  40-cı  maddəsində  qeydə  alınmışdır.  Bu  bölməyə  aşağıdakı  sintetik 

hesablar aiddir: 



401 № li “Uzunmüddətli bank kreditləri” 

402 № li “İşçilər üçün uzunmüddətli bank kreditləri” 

403 № li “Uzunmüddətli konvertasiya olunan istiqrazlar” 

404 № li “Uzunmüddətli borclar” 

405  №  li  “Geri  alınan  məhdud  tədavül  müddətli  imtiyazlı  səhmlər  (uzun-

müddətli)” 

406 № li  “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər” 

407 № li  “Törəmə (asılı) müəssisələrə uzunmüddətli faiz  xərcləri yaradan 

öhdəliklər” 

408 № li “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” 

Uzunmüddətli öhdəliklərin müddəti adətən 12 aydan (1 ildən) artıq olmalıdır.  

Müəssisənin  bankdan  götürdüyü  12  ay  müddətindən  artıq  kreditlər  401  №  li 

hesabda əks etdirilir.  

Müvafiq  hesabda  müəssisənin  ölkə  ərazisindəki  və  xarici  banklardan  milli  və 

xarıcı  valyutalarla  aldığı  müxtəlif  uzunmüddətli  kreditlərin  vəziyyəti  və  hərəkəti 

uçota alınır.  

Kreditləşmə,  kreditlərin  sənədləşdirilməsi  və  onların  ödənilməsi  qaydaları 

bankın  müvafiq  təlimatları  və  kredit  müqavilələri  ilə  nizama  salınır.  Vaxtında 

ödənilməmiş  bank  kreditləri  ayrıca  uçota  alınır.  Kreditlər  alındıqda  401  №  li 

hesabın  kreditinə,  ödəniş  mənbəyini  uçota  alan  hesabların  debetinə  yazılır.  Kredit 



26 

 

faizi  ödənilmə  vaxtından  asılı  olmayaraq  aid  olduğu  ayın  xərclərinə  daxil  edilir 



(uçot siyasətində hesablama metodundan istifadə edildikdə).  

Uzunmüddətli  faiz  xərcləri  yaradan  öhdəliklərin  uçotunun  mühasibat 

hesablarında əks etdirilməsi qaydası aşağıdakı kimidir: 

1.  Bankdan uzunmüddətli kredit alınmışdır: 



D-T 223 “Bank hesablaşma hesabı” 

K-T 401 “Uzunmüddətli bank kreditləri hesabı” 

2. Alınmış kreditlərə görə faiz hesablanmışdır: 

(Bu yazılış 16 ay ərzində hər ay təkrar olunur) 

D-T 721 “İnzibati xərclər” 

K-T 434 “Faizlər üzrə uzunmüddətli kreditor borcları” 

3. Kreditə görə faiz ödənilmişdir: 



D-T 434 “Faizlər üzrə uzunmüddətli kreditor borcları” 

K-T 223 “Bank hesablaşma hesabı” 

4. Cərimə hesablanmışdır: 



D-T 341 “Hesabat dövrünün xalis mənfəəti, zərəri” 

K-T 538 “Digər qısamüddətli kreditor borcları” 

5. Cərimə ödənilmişdir: 



D-T 538 “Digər qısamüddətli kreditor borcları” 

K-T 223 “Bank hesablaşma hesabı” 

6. Kredit ödənilmişdir: 



D-T 401 “Uzunmüddətli bank kreditləri hesabı” 

K-T 223  “Bank hesablaşma hesabı” 

7. Hesablaşma və valyuta hesabına bank krediti mədaxil edilmişdir: 



D-T 223  “Bank hesablaşma hesabı”  

K-T 401 “Uzunmüddətli bank kreditləri hesabı” 

8. Malsatan və podratçılara olan borc kredit hesabına ödənilmişdir: 



D-T 431“Malsatan və podratçılara uzunmüddətli kredit alınmışdır” 

K-T 401“Uzunmüddətli bank kreditləri hesabı” 

9. Alınmış avanslar üzrə borclar kredit hesabına ödənilmişdir: 




27 

 

D-T 443 “Alınmış uzunmüddətli avanslar” 



K-T 401“Uzunmüddətli bank kreditləri hesabı” 

10. Vergilərə görə budcəyə olan borclar kredit hesabına ödənilmişdir: 



D-T 521 “Vergi öhdəlikləri” 

K-T 401“Uzunmüddətli bank kreditləri hesabı” 

11.  Qısamüddətli  kreditlər  üzrə  borclar  alınmış  uzunmüddətli  kredit  hesabına 

ödənilmişdir: 

D-T 501 “Qısamüddətli bank kreditləri” 

K-T 401“Uzunmüddətli bank kreditləri hesabı” 

12. Törəmə müəssisələr üçün kredit alınmışdır: 



D-T 172 “Törəmə asılı müəssisələrin uzunmüddətli debitor borcları” 

K-T 401“Uzunmüddətli bank kreditləri hesabı” 

13.  Xarici  valyuta  ilə  alınmış  kreditlər  üzrə  mənfi  məzənnə  fərqi  əks 

etdirilmişdir: 

D-T 332 “Məzənnə fərqləri üzrə ehtiyat” 

K-T 401“Uzunmüddətli bank kreditləri hesabı” 

14.Xarici valyuta ilə alınmış kredit üzrə müsbət məzənnə fərqi əks etdirilmişdir: 



D-T 401“Uzunmüddətli bank kreditləri hesabı” 

K-T 332 “Məzənnə fərqləri üzrə ehtiyat” 

15. Kredit üzrə borc nəgd ödənilmişdir: 



D-T 401“Uzunmüddətli bank kreditləri hesabı” 

K-T 221 “Kassa” 

16. Kredit üzrə borc bank hesabından ödənilmişdir: 



D-T 401“Uzunmüddətli bank kreditləri hesabı” 

K-T 221 “Kassa” 

Uzunmüddətli  kreditlər  üzrə  analitik  uçot,  kreditlərin  növləri,  onları  verən 

banklar  valyuta  növləri  və  s.  üzrə  aparılır.  Müəssisənin  işçilərinə  fərdi  mənzil 

tikintisi,  bağ  evlərinin  tikintisi  və  s.  məqsədlərlə  borc  vermək,  həmçinin  kreditə 

satılmış  mallara  görə  ticarət  təşkilatlarına  ödəniləsi  məbləğlər  üçün  müəssisənin 

aldığı  bank  kreditlərinin  uçotu  402  nömrəli  “İşçilər  üçün  uzunmüddətli  bank 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə