47
ölkələr arasında fərq daha da artır. İqtisadi qloballaşma şəraitində əsas amillərdən biri
və ən birincisi milli iqtisadi asılılığa yol vermədən qarşılıqlı iqtisadi münasibətlərin
qurulmasıdır. Məhz bunun üçün əsas vacib şərt məsələnin nəzəri əsaslarını başa
düşülməsini tam dərk etmək və təmin etməkdir. Öz-özlüyündə qloballaşma və
iqtisadi qloballaşma anlayışı mürəkkəb sistemə malik həm nəzəri bilik sahəsi, həm də
təcrübi prosesdir. Bu baxımdan problem həm də kompleks yanaşma tələb edir.
Burada nəzərə alınmalıdır ki, prosesin özünü tənzimləməsi amili təbii baş verən
inkişafda özünü doğruldur. Son dövrün dünya təcrübəsi göstərir ki, milli
iqtisadiyyatların qarşılıqlı iqtisadi əlaqələri sırasında diqqəti daha çox cəlb edəni,
güclü təsiredici amili sayılan və eyni zamanda həmin əlaqələrə dünyəvi xarakter
verən proses qlobal xarakterli xarici iqtisadi fəaliyyətdir. Bu baxımdan qeyd olunan
fəaliyyətin səmərəliliyinin yüksəldilməsi yollarını fikrimizcə aşağıdakı kimi
formalaşdırmaq məqsədəuyğun olardı:
a).iqtisadi qloballaşma şəraitində əsas amillərdən biri və ən birincisi milli iqtisadi
asılılığa yol vermədən qarşılıqlı iqtisadi münasibətlərin qurulmasıdır;
b).subsidiya, güzəştli vergi dərəcələri, maliyyə yardımı və s. həvəsləndirici vasitələr
tətbiq etməklə ixracat potensialının inkişaf etdirilməsi və onun strukturunun tədricən
təkmilləşdirilməsi;
c).respublikanın xarici iqtisadi əlaqələrinin strukturunda “ixrac sindikatlarının” tətbiq
edilməsi;
d).idxalın struktur çevikliyi və elastikliyi tətbiq olunmaqla onun iqtisadi cəhətdən
səmərəli təşkilinə nail olunması;
e).milli iqtisadiyyatın sabit artımı, texniki modernləşmə və ümumilikdə, səmərəlilik
səviyyəsinin yüksəldilməsi məqsədi ilə xarici investisiyaların cəlb edilməsi;
f).hazır məhsul istehsalı üçün ondan məqsədəuyğun istifadəsi və lisenziyaların satışı
vasitəsilə tətbiq olunma sferasının genişləndirilməsi.
Müasir qloballaşma şəraitində Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətinin
48
təhlili və onun inkişaf strategiyasının prioritetlərinin müəyyənləşdirilməsi
istiqamətində aparılan tədqiqat araşdırmaları ilə aşağıdakı nəticələr əldə edilmişdir:
a).qeyri-neft sektorunun inkişafının prioritet istiqamətləri müəyyənləşdirilmiş və
onun strateji inkişafının problemləri ətraflı araşdırılmışdır;
b). sənayedə istehsal olunan məhsulların rəqabətqabiliyyətliliyinin və keyfiyyət
göstəricilərinin artırılması hesabına ölkə iqtisadiyyatının dünya təsərrüfat sisteminə
inteqrasiyası məsələləri sistemli tədqiq edilmişdir;
c). aparılmış hərtərəfli elmi araşdırmaların ümumiləşdirilməsi əsasında ölkə
iqtisadiyyatının
yaxın
gələcəkdə
inkişaf
konturları
və
əsas
hədəfləri
müəyyənləşdirilmişdir;
d). Azərbaycanın 2020-ci ilədək olan dövrü əhatə edəcək inkişaf konsepsiyasının
hazırlanmasında nəzərə alınmalı amillər göstərilmiş, elmi əsaslara söykənən
konkret müddəadan irəli sürülmüşdür;
e). dayanıqlı iqtisadi inkişafın təmini, ölkənin istehsal potensialının gücləndirilməsi,
daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, sənaye müəssisələrinin
inkişafının prioritet istiqamətləri müəyyən olunmuşdur. İqtisadi nəzəriyyənin inkişafı
gedişində müəyyən “standart” üsullar dəsti əmələ gəlmişdir ki, bunlardan istifadə
həyata keçirilən sosial-iqtisadi siyasətin konkret məqsədlərinə tabedir Məhz
Azərbaycanın dayanıqlı inkişaf xəttinə keçidi yeni tip, sosial-iqtisadi, ekoloji və
demoqrafik indikatorların dinamik tarazlığının qorunub saxlanılmasına, istehsalın
yüksək səmərəliliyinə, elmi-texniki sahənin prioritet inkişafına istiqamətlənmiş
təsərrüfatın yaradılmasını tələb edir
10
.
10
Yeni dünyada yeniləşən Azərbaycan iqrisadiyyatı. Səh.170-173
49
Azərbaycanın açıq iqtisadiyyatının formalaşmasının geoiqtisadi səmtlərinin
müəyyən edilməsi müstəqillik əldə olunduqdan sonra dövlətin inkişafının mühüm
məsələlərindən birinə çevrilmişdir.
Hazırkı dövrdə Azərbaycan dünya iqtisadi sisteminə kifayət qədər inteqrasiya
etmişdir. Buna aydın misal kimi “Əsrin müqaviləsi”- Bakı-Tbilisi-Ceyhan transmilli
neft kəmərini göstərmək olar. Bu enerji dəhlizi çərçivəsində qlobal əməkdaşlığın
inkişafı üçün güclü impuls rolunu oynayır. Bundan başqa Bakı-Tbilisi-Ərzurum qaz
kəmərinin işlənib hazırlanması və Azərbaycandan Avropaya təbii qazın təchiz
edilməsini də göstərmək olar (regionda 200 milyard barrel neft və 640 trilyon kub.fut
qaz ehtiyatı qiymətləndirilmişdir, bu da dünya ehtiyatlarının 15 faizini təşkil edir).
Azərbaycanın açıq iqtisadiyyatının səmərəli işləyən modeli özündə iki dialektik və
ziddiyyətli, lakin bir-biri ilə qarşılıqlı şərtləşdirilən cəhəti birləşdirir. Bunlar strateji
istiqamətlərdir ki, uzunmuddətli prioritetləri və milli inkişafın məqsədini əks etdirir.
İkinci, dövlət tənzimlənməsi cəmiyyət və əhalinin ayrı-ayrı təbəqələri arasında
vəsaitin daha da bərabərölçülü paylanmasına yönəldilmişdir və eləcə də vəsaitlərin
zamanında paylanması ilə bağlıdır (təhsil, səhiyyə, müxtəlif kateqoriyadan olan
insanların və əhalinin məşğulluğu və sosial müdafiəsi).
Azərbaycan öz inkişafının ikinci dövrünə daxil olduğu vaxt inkişaf etmiş
demokratik dövlətlər öz inkişafının yeni-qloballaşma və müasirləşmə,qlobal
informasiya cəmiyyətinin inkişaf dövrünə daxil olmuşdur. Deməli, Respublikamız
irəliyə doğru inkişafda elə bir strateji xətt seçməlidir ki, demokratik cəmiyyətin öz
əsasları üzərində yüksək səviyyədə inkişafı və təkmilləşməsi dövrünə xas olan
vəzifələri (qlobal informasiya cəmiyyətinin və insan amilinin rolunun artması
dövrünün ) tələblərinə uyğun yerinə yetirə bilsin.Azərbaycan bir tərəfdən özünün
zəngin təbii resurslarının,kənd təsərrüfatına yararlı torpaq sahələrinin istehsal
dövriyyəsinə cəlb olunması qeydinə qalmalı, digər tərəfdən iqtisadiyyatını
modernləşdirərək onun səmərəliliyinin , məhsulun rəqabət qabiliyyətinin
yüksəldilməsi qeydinə qalmalıdır.
Dostları ilə paylaş: |