Əlyazması hüququnda



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə6/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26735
1   2   3   4   5   6   7   8   9   ...   24

20 

 

aparılır.  İqtisadi  fəaliyyət  milli  ən'ənələrə  tabe  edilir.  Bu,  indi    Afrikanın  bəzi 



ölkələrində  mövcuddur.  İqtisadiyyatın  başlıca  məsələləri,  ölkənin,  tayfa  və  qəbilə 

başçılarının göstərdiyi məsləhətlər əsasında həyata keçirilir. 



1.2

  .


İqtisadi sistemin milli xarakteri.İqtisadiyyatın müxtəlif milli modelləri.   

 

İqtisadi  sistemin  milli  xarakteri  də  mövcuddur.  İqtisadi  sistemin  milli  xarakteri 

dedikdə hər bir  ölkənin, xalqın özünəməxsus istehsal münasibətlərinin olması,həmin 

cəmiyyətdəki  məhsuldar  qüvvələrinin  inkişaf  səviyyəsi,əmək  bölgüsünün  formaları 

nəzərdə tutulur. 

Iqtisadi inkişaf modelləri fərqli təsərrüfat mexanizmlərlə idarə olunur. Bu modellərin 

müxtəlif  məzmuna  malik  olmaları  ilə  bağlıdır.  İqtisadi  modeli  fəaliyyətə  gətirən 

təsərrüfat  mexanizmlərə  bunları  aid  etmək  olar:  1)  bazar  mexanizmi;  2)  dövlət 

tənzimi mexanizmi; 3) inzibati amirlik mexanizmi

2

 Müxtəlif modellərin fəaliyyətində 



təsərrüfat mexanizmin komponentlərinin (ünsürlərinin) müxtəlif kombinasiyalarından 

istifadə  olunur.  Azərbaycanın  milli  iqtisadiyyatı  öz  xarakteri  etibarı  ilə  qarışıq  

iqtisadiyyatdır.  Burada  müxtəlif  mülkiyyət  formalarına əsaslanan cürbəcür təsərrüfat 

formaları  fəaliyyət  göstərir.  Bu  sistemdə  xüsusi  mülkiyyətə  əsaslanan  xüsusi 

təsərrüfat  forması  və dövlət  mülkiyyətinə  əsaslanan dövlət təsərrüfat  forması aparıcı 

mövqeyə  malikdirlər.  Azərbaycanın  iqtisadi  inkişaf  modeli  müəyyənləşdirilərkən 

onun iqtisadiyyatının qarışıq xarakterdə olması nəzərə alınmalıdır. 

  Ümumi  iqtisadi  inkişaf  modelinə  uyğun  olaraq  iqtisadiyyatın  hər  bir  sahəsinin  öz 

modelini  formalaşdırılmalıdır,  ancaq  ayrı-ayrı  sahələrin  modelləri  arasında  qarşılıqlı 

əlaqəni  təmin  edə  bilən  plan  mexanizmindən  istifadə  olunmalıdır.  Lakin,  plan 

mexanizmi  konkret  sahələrin  nisbi  müstəqil  fəaliyyətini  məhdudlaşdırmamalıdır. 

Modeldə dövlətin tənzimləyici funksiyası bazar mexanizminin kölgəsində qalmamalı 

və digər mexanizmlərlə qarşılıqlı əlaqədə daha fəal rol oynamalıdır. 

Müstəqilliyin  dayanıqlı  və  əbədi  olması  hər  bir  dövlətin  iqtisadi  potensialından 

bilavasitə  asılıdır.  Azərbaycanın  20  illik  müstəqillik  yolunda  nail  olduğu  inanılmaz 

                                                             

2

 Babayev Ə.P  İqtisadi nəzəriyyə. Bakı 2001. Səh 205-206 




21 

 

iqtisadi  nailiyyətlərin  milli  inkişaf  modeli  ilə  bağlılığı  aksiom  kimi  qəbul  edilən 



həqiqətdir.  Məsələ  burasındadır  ki,  istənilən  ölkənin  iqtisadi  inkişaf  istiqaməti  onun 

imkanlarına,  şəraitinə  müvafiq  olur  və  müxtəlif  parametrlərə  görə  başqalarından 

fərqlənir.  Oxşar  imkana  malik  ölkələr  isə  qarşılıqlı  təsir  və  nümunələr  zəminində 

özlərinə xas iqtisadi inkişaf modelləri müəyyən edirlər. Bu baxımdan iqtisadçı alimlər 

ayrı-ayrı dünya ölkələrinin  inkişafını  nəzəri cəhətdən kifayət qədər öyrənilmiş  ABŞ, 

İsveç,  Almaniya,  Yaponiya,Cənubi  Koreya,  Malayziya,  Çin  iqtisadi  modellərinə 

nəzərən 

təsnifatlaşdırır, 

özünü 

qabarıq 


göstərən 

xüsusiyyətlərə 

görə 

ümumiləşdirmələr  aparırlar.Bütün  bunlara  əsasən  deyə  bilərik  ki,  Azərbaycanın 



müasir  iqtisadiyyatı  qarışıq  iqtisadi  sistemdir  və  iqtisadi  inkişaf  modeli  sistem 

daxilində 

“planlı 

tənzimlənən 

sosialyönümlü 

bazar 


iqtisadiyyatı” 

kimi 


formalaşmışdır.Azərbaycan  milli  iqtisadi  inkişaf  modelinin  qurulmasında  bir  çox 

dünya ölkələrinin  iqtisadi  inkişaf  modellərindən  də  istifadə olunmuşdur. İndi  isə bu 

modellərə ayrılıqda nəzər salaq. 

Amerikan modeli aşağıdakı cəhətləri ilə səciyyələnir: 

a) xüsusi mülkiyətin iqtisadiyyatda çəkisinin çox olması və üstün mövqe tutması; 

b) təsərrüfat qanunvericiliyinin bazar subyektlərinin tam sərbəst-liyini təmin etməklə 

onların dövlət tərəfindən ola biləcək təsirindən qorunması

3



v)  dövlət  tənzimlənməsinin  məhdud  xarakter  daşıması  və  əsasən  makroiqtisadi 

prosesləri əhatə etməsi; 

q)  əhalinin  bir  çox  zəruri  yaşayış  problemlərinin  həll  edilməsində  dövlətin  təcrid 

edilməsi; 

d)  sosial  məqsədlərin  həyata  keçirilməsinə  yönəldilən  xərclərin  qa-lıq  xarakter 

daşıması; onların işsizlərə və həyat səviyyəsi ən aşağı olan təbəqələrə yönəldilməsi; 

                                                             

3

 Babayev Ə.P .  İqtisadi inkişafdan modernləşməyə doğru. Səh.144-157 




22 

 

e)  ümumi  milli  məhsulda  dövlət  büdcəsinin  xüsusi  şəkisinin  az  ol-ması;  sosial 



məqsədlərə  yönəldilən  dövlət  investisiyalarının  və  dövlət  xərclərinin  çəkisinin  aşağı 

olması; 


Sosial  yönümlü  Almaniya  modeli  bazar  iqtisadiyyatı  modelinin  əsas  cəhətləri 

aşağıdakılardır: 

a)  çox  və  ya  az  dərəcədə  dövlət  sektorunun  olduğu  qarışıq  iqtisa-diyyatın  mövcud 

olması; 


b)  nəinki  makroiqtisadi  proseslərin,  hətta  bazar  subyektlərinin  fə-aliyyətlərinin  ayrı- 

ayrı sahələrinin dövlət tərəfindən tənzimlənməsi; 

v)  dövlət  tərəfindən  əhaliyə    qeyri-  istehsal  sahəsindəki  xidmətlərin  pulsuz 

göstərilməsi,  ailə  gəlirlərindən  asılı  olmayaraq  cəmiyyətin  bütün  üzvlərinin  bu 

xidmətdən  istifadə  etməsi  üçün  sosial  təminat  yaradılması,  hər  bir  vətəndaşa  pulsuz 

təhsil, səhiyyə xidməti alması hüquqlarının həyata keçirilməsinə təminat verilməsi; 

q)  tənzimlənmənin  azad  rəqabətin  saxlanılmasına,  kapitalların  ol-duqca  az  əllərdə 

cəmlənməsinin  qarşısının  alınmasına,  yeni  təsərrüfat  obyektlərinin  yaradılmasına 

yönəldilməsi; 

d)  işsizlərin  sayını  mininum  həddə  çatdırmaqla  əhalinin  məşğul-luğunun 

tənzimlənməsi; 

e) ümumi milli məhsulda dövlət büdcəsinin böyük hissəyə malik olması; 

j)  iqtisadiyyatın  büdcə  -  maliyyə  siyasəti  ilə  deyil,  kredit  -  pul  siya-səti  vasitəsilə 

tənzimlənməsi. 

     Bazarın  bu  modeli  İkinci  Dünya    müharibəsindən  sonra    L.  Erxard  tə-rəfindən 

həyata  keçirilən  iqtisadi  islahatlar  nəticəsində  meydana  gəlmiş-dir.  Ona  görə  də  bu 

modeli çox vaxt alman və ya neoliberal model ad-landırırlar. Lüdviq Erhard bildirirdi 

ki,iqtisadiyyat    hər  cür  totalitaristlərin  müdaxilələrindən  qanunvecilik  sistemi  ilə 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə