Əlyazması hüququnda



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə10/25
tarix14.09.2018
ölçüsü0,61 Mb.
#68436
1   ...   6   7   8   9   10   11   12   13   ...   25

 

30

yaradılmış,  dövlət  borclarının  çevik  idarə  olunması,  lüzumsuz  borcların 



yaradılmasının  qarşısının  alınması  əsasən  təmin  olunmuş,  respublikada  dövlət 

qiymətli kağızlar bazarının yaradılması sürətləndirilmişdir.  

Xəzinədarlıq  sisteminin  yaradılması  ilə  əlaqədar  olaraq  5  mindən  çox  büdcə 

təşkilatının  8  mindən  çox  bank  hesabı  bağlanmış  və  həmin  dövrdə  təşkilatların 

hesabında  sərbəst  büdcə  qalığı  kimi  mövcud  olan  34,0  mln.manat  vəsait  vahid 

xəzinə  hesabına  cəmləşdirərək  əmək  haqqına  və  sosial  müdafiə  üzrə  ayırmaların 

ödənilməsinə yönəldilmişdir.  

Məhz bu tədbirlər nəticəsində respublikanın bütün büdcə təşkilatlarında əmək 

haqlarını tamamilə ödəmək, Dövlət Sosial Müdafiə Fonduna büdcə təşkilatları üzrə 

borc  problemlərini  aradan  qaldırmaq  və  xeyli  miqdarda  büdcə  vəsaitlərinə  qənaət 

etmək mümkün olmuşdu.  

Bəzən  ölkələrdən  fərqli  olaraq  respublikamızda  yaradılmış  xəzinədarlıq 

sistemi  dövlət  vəsaitlərinin  idarə  edilməsində  aktiv  rola  malikdir.  Belə  ki,  büdcə 

vəsaitlərinin hərəkətinin tam xəzinə uçotunun aparılması ilə yanaşı dəqiq müəyyən 

olunmuş  və  mövcud  qanunvericilklə  təsbit  edilmiş  prosedurlara  uyğun  olaraq 

xəzinədarlıq tərəfindən büdcə təşkilatlarının bütün xərclərinin icrası və ona nəzarət 

prosesi həyata keçirilir. Başqa sözlə, xəzinədarlıq respublikamızda büdcənin kassa 

icrasını  həyata  keçirən,  büdcə  və  büdcədənkənar  vəsaitlərin  hərəkəti  haqqında 

dolğun  və  hərtərəfli  informasiyaya  malik  olan  yeganə  orqan  kimi  çıxış  edir. 

İstənilən  dövlətin  uğurlu  iqtisadi  inkişafı,  hər  şeydən  əvvəl  onun  malik  olduğu 

maliyyə  və  maddi  ehtiyatlarının  vəziyyəti  haqqında  dürüst  və  operativ  məlumata 

malik  olmasından,  habela  onların  effektiv  idarə  edilməsi  imkanından  asılıdır. 

Yaranmış  hər  hansı  vəziyyətin  real  qiymətləndirilməsi  və  qəbul  ediləcək  qərarın 

keyfiyyəti,  məhz əldə edilmiş  ilkin  informasiyanın etibarlılığından asılıdır. Dövlət 

vəsaitlərinin  effektiv  idarə  edilməsi,  cari  vəzifələrin  yerinə  yetirilməsi  üçün  tələb 

olunan vəsaitlərin proqnozlaşdırılmasıvə baş kredit sərəncamçılarına veriləcək xərc 

limitlərinin  müəyyən  edilməsi  üçün  tələb  olunan  məlumat  mənbəyi  kimi  hazırda 

xəzinədarlıq  çıxış  edir.  Xəzinədarlığın  həyata  keçirdiyi  xəzinə  uçotu  və  hesabatı 

kredit  sərəncamçıları  tərəfindən  büdcə  vəsaitlərinin  istifadə  vəziyyəti,  təşkilatlar 



 

31

tərəfindən  istifadə  olunmayan  və  lüzumsuz  yaradılan  ehtiyat  vəsaitlərin  aşkar 



edilərək,  onların  dövriyyəyə  cəlb  edilməsi,  büdcə  təxsisatları  ilə  kassa  xərcləri 

arasında  müddətin  maksimum  qısaldılması  üçün  tədbirlərin  görülməsi, 

büdcədənkənar  vəsaitlərin  daha  çox  prioritet  tədbirlərin  maliyyələşdirilməsinə 

yönəldilməsi  barədə  dolğun  məlumatın  əldə  edilməsi  və  son  nəticədə,  dövlət 

vəsaitlərin səmərəli idarə edilməsi üçün zəruri baza yaradır.  

Büdcə  təşkilatlarının  nə  vaxt  və  hansı  xərcləri  həyata  keçirəcəyi  barədə 

məlumatlara  malik  olmaqla,  xəzinədarlıq,  vahid  hesabın  köməyi  ilə  təşkilatların 

istifadə olunmayan və sərbəst olan qalıq büdcə vəsaiti hesabına digər mənbələrdən 

qısa  müddətə  vəsait  cəlb  olunması  barədə  özünün  hazırladığı  proqnozlara 

düzəlişlər  etmək  və  kassa  kənarlaşmalarını  aradan  qaldırmaq  və  ya  onun  təsirini 

minimuma endirmək imkanına malikdir. Xəzinədarlığın vahid hesaba malik olması 

–  onun  iqtisadiyyatın  digər  sahələrində  baş  verə  biləcək  hər  hansı  neqativ 

proseslərdən  qorunmasını  təmin  edir.  Bununla  yanaşı  vahid  hesabın  yaradılması 

büdcədə  nəzərdə  tutulmuş  vəsaitlərin  kredit  sərəncamçıları  tərəfndən  müəyyən 

edilmiş  qaydalara  uyğun  olaraq  istifadə  edilməsində  məhdudiyyətlər  yaratmır. 

Əksinə,  xəzinədarlıq  tərəfindən  vəsaitlərin  birbaşa  son  istifadəçilərə  çatdırılması 

ayrılmış  vəsaitlərdən  büdcə  sistemi  üzrə  mövcud  qanunvericiliyin  tələblərinə 

uyğun  istifadə  etməklə  büdcə  təşkilatına  öz  funksional  vəzifələrini  daha  effektiv 

yerinə yetiriməyə imkan verir. 

Maliyyə  vəsaitlərinin  səmərəli  istifadə  eliməsi  ilə  yanaşı  onların 

xərcləməsinin  bütün  mərhələlərində  xəzinədarlıq  istənilən  səviyyədə  büdcənin 

icrasına  ilkin  nəzarət  funksiyasını  da  həyata  keçirir.  Yalnız  bununla  dövlət 

maliyyəsinin vahidliyi və onlardan istifadə edilməsi təmin edilə bilər. 

Respublikamızda  xəzinədarlıq  sisteminin  yaradılmasının  ilkin  mərhələsində 

(1997-1998-ci  illər)  xəzinə  orqanları  tərəfindən  büdcə  təşkilatlarının  həyata 

keçirdikləri  yalnız kassa  xərcinə  nəzarət olurdusa, sonradan bu  nəzarət  vəsaitlərin 

kassa xərcindən əvvəlki mərhələlərinə də tətbiq olunurdu. Bu mexanizm vəsaitlərin 

məqsədli  istifadəsini  təmin  edən  daha  effektiv  vasitəyə  çevrildi.  1999-cu  ildə 

dövlət  büdcəsinin  xərcləri  üzrə  öhdəliklərin  qəbul  edilməsi,  2000-ci  ildə  isə 



 

32

büdcədən  maliyyələşən  kredit  sərəncamçıları  tərəfindən  alınan  malların,  qəbul 



edilən  iş  və  xidmətlərin  xəzinə  uçotu  mərhələləri  tətbiq  edilirdi.  Eyni  zamanda 

dövlət  vəsaitlərinin  səmərəli  idarə  edilməsində  mühüm  əhəmiyyət  kəsb  edən 

aşağıdakı  müddəalar  «Büdcə  sistem  haqqında»  Azərbaycan  Respublikası 

Qanununda təsbit edilirdi: 

-  dövlət  büdcəsinə  bütün  daxilolmaların  və  ödəmələrin,  büdcədənkənar 

haqların (ödənişlərin), büdcədənkənar dövlət  fondlarının  maliyyə əməliyyatlarının 

qanunvericiliklə  müəyyən  edilmiş  qaydalara  uyğun  olaraq  dövlət  xəzinədarlığı 

vasitəsilə icra edilməsi; 

-  büdcə  təşkilatlarının  satın  aldığı  mallara,  qəbul  etdiyi  iş  və  xidmətlərə  görə 

dövlət  xəzinədarlığı  tərəfindən  qabaqcadan  dövlət  (büdcə)  öhdəliklərinin 

götürülməsi  və  bu  öhdəliklər  çərçivəsində  satınalmalardan  yaranan  kreditor 

borcların xəzinədarlıq tərəfindən ödənilməsi.  

Qeyd  etmək  lazımdır  ki,  birinci    müddəa  –  dövlətin  malik  olacağı  və  vahid 

hesaba  daxil  olacaq  bütün  vəsaitlərin,  büdcə  vəsaitləri  hesabına  aparılacaq  bütün 

xərclərin xəzinədarlıq vasitəsilə icra edilməsini və beləliklə, bu əməliyyatları icmal 

büdcə  balansının  tərkib  elementinə  çevirməklə  büdcənin  konsolidiyası  zamanı 

kənarlaşdırılan  aradan  qaldırılmasını  təmin  edir.  İkinci  müddəa  isə  dövlət 

vəsaitlərinin büdcədə nəzərdə tutulmuş təyinat və məqsədlərə yönəldilməsini təmin 

etməklə  yanaşı  büdcə  təşkilatları  tərəfindən  alınan  malları  (iş  və  xidmətləri) 

əvvəlcədən  yaradılmış  öhdəlik  çərçivəsində  xəzinə  uçotuna  qəbul  etməklə, 

lüzumsuz  kreditor  borclarının  yaradılmasının  qarşısını  alır.  Məhz  bu  mərhələlərin 

tətbiqindən  sonra  keçid  iqtisadiyyatı  üçün  xarakterik  olan  və  iqtisadiyyatın 

inkişafına mənfi təsir göstərən ödəməmələr problemi büdcə təşkilatları üçün demək 

olar  ki,  aradan  qalxmış,  son  zamanlar  bu  təşkilatlar  tərəfindən  mövcud  tələblər 

çərçivəsində yaradılan kreditor borcların məbləği isə kəskin surətdə – on dəfələrlə 

azalmışdır.  

Dövlət  büdcəsindən  maliyyələşən  təşkilatların  büdcə  və  büdcədənkənar 

vəsaitləri  üzrə  maliyyə  əməliyyatlarına  xəzinədarlıq  tərəfindən  müəyyən  olunmuş 

qaydada  funksional  və  iqtisadi  təsnifata  uyğun  surətdə  nəzarət  edilməsi  dövlət 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə