Əlyazması hüququnda



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə11/25
tarix14.09.2018
ölçüsü0,61 Mb.
#68436
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

 

33

satınalmaları  zamanı  rəqabət  və  təminatlı  satışın  formalaşmasına,  büdcə 



vəsaitlərindən  sui-istifadə  olunmasının  qarşısının  alınmasına,  ən  zəruri  xərclərin 

digər  xərclərlə  müqayisədə  faktiki  yaranmış  borcların  səviyyəsinə  uyğun 

ödənilməsinə və büdcə təşkilatlarının kommunal xidmətlər üzrə yaranmış borcların 

vaxtında və tam ödənilməsinə imkan vermişdir.  

Xəzinədarlıq  sisteminin  tətbiqi,  açılan  maliyyələşmə  ilə  vəsaitlərdən  istifadə 

müddəti  arasında  məsafəni  azaltmağa,  maliyyə  resursu  olmadan  mövcud  kassa 

vəsaitləri  hesabına  manevr  etməklə  maliyyələşmə  dövrünü  minimuma  endirməyə 

imkan verir ki, bu da büdcənin icrası üzrə prioritet sahələrin müəyyən edilməsi və 

dövlətin maliyyə vəsaitlərinin səmərəli istifadə olunması üçün zəmin yaradır.  

Eyni  zamanda,  xəzinədarlığın  tətbiqi    hesabına  dövlət  vəsaitlərindən 

istifadənin  səmərəliliyini  artırmaq  üçün  büdcənin  səmərəsiz  xərclərdən 

təmizlənərək  təkmilləşdirilməsinə,  büdcənin  icrasında  zəruri  şəffaflığın  təmin 

olunmasına,  kvazifikal  xərclərin  aradan  qaldırılmasına  və  dolayı  subsidiyaların 

büdcə vasitəsilə tənzimlənməsinə nail olmuşdur.  

Bütün  bu  qeyd  edilənlər  son  nəticədə,  büdcə  vəsaitlərinin  yalnız  xəzinə 

hesabları  vasitəsilə  istifadə  olunmasını,  dövlət  büdcəsində  nəzərdə  tutulmuş 

vəsaitlərin  birbaşa  son  təyinatına  çatdırılmasını,  dövlət  xərclərinin  yalnız 

xəzinədarlıq  tərəfindən  qəbul  edilmiş  öhdəliklər  çərçivəsində  yaranan  borcların 

ödənilməsinə yönəldilməsini, büdcə təşkilatları tərəfindən maliyyə intizamına əməl 

edilməklə  və  təsdiq  edilmiş  xərc  smetalarında  nəzərdə  tutulmuş  limitlər 

gözlənilməklə  vəsaitlərdən  məqsədyönlü  və  təyinatına  görə  istifadə  olunmasına 

zəruri nəzarətin həyata keçirilməsini təmin etmişdir.  

Bu istiqamətdə nəzarəti daha da gücləndirmək, dövlət vəsaitlərindən səmərəli 

və qənaətlə  istifadə edilməsi  üzərində təsirli cari  nəzarəti təmin etmək, debitor  və 

kreditor  borclarını  daha  çevik  idarə  etmək,  xəzinə  işlərinin  keyfiyyətini  daha  da 

artırmaq  məqsədilə  xəzinədarlıq  sisteminin  kompüterləşdirilməsi,  bütün  maliyyə 

qurumlarını  əhatə  edən  lokal  şəbəkələrin  yaradılması  üçün  Maliyyə  Nazirliyi 

tərəfindən müvafiq işlər həyata keçirilir.  




 

34

Son illərdə Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarından 



istifadə  sahəsində  müəyyən  addımlar  atılmış  və  bu  istiqamət  –  dövlət  siyasətinin 

prioritetlərindən  birinə  çevrilmişdir. 

Bu  özünü  – 

maliyyə  sisteminin 

idarəedilməsində  əyani  şəkildə  nümayiş  etdirir.  Belə  ki,  maliyyənin  idarəedilməsi 

olduqca böyük  həcmli  informasiya  kütləsinin emal  olunması  ilə  müşayiət olunur. 

Dövlətin  iqtisadi  siyasətinin  əsas  strateji  məsələsi  olan  büdcə  prosesinin  həyata 

keçirilməsi,  maliyyə  sisteminin  idarə  edilməsində  xüsusi  çəkiyə  malik 

komponentdir. Bu zaman nəzərə almaq lazımdır ki, dövlət büdcəsi və icmal tətbiqi 

ilə  mərhələləlrlə  həll  edilərkən,  informasiyaların  işlənməsinin  riyazi-prqoram 

təminatı yaradılması məsələnin digər texniki tərəfləri ümumi sistemin tərkib hissəsi 

kimi  vəhdətdə  nəzərdən  keçirilməlidir.  Bu  yanaşmanın  məntiqi  nəticəsi  olaraq, 

qeyd  olunan  prinsip  keyfiyyət  və  zaman  baxımından  nəzarətdə  saxlanılmalıdır. 

Göstərilən  amillər  daxilində  məsələnin  həlli  üçün  Maliyyə  Nazirliyində  ilk 

addımlar  atılmış,  büdcə  prosesinə  uyğun  informasiya  sistemin  idarəedilməsinin 

riyazi-proqram  təminatı  yaradılmışdır.  Bu  da  imkan  verir  ki,  büdcə  informasiya 

axınlarının  tənzimlənməsi  operativ  həllini  tapsın.  «Büdcə  sistemi  haqqında» 

Qanunun  tələblərinə,  eyni  zamanda  yeni  yaradılmış  dövlət  büdcəsi  təsnifatının 

iyearxik  tələblərinə,  həmçinin  büdcənin  tərtibi  zamanı  yaranan  çoxsaylı  sorğulara 

uyğunlaşdırılması və onun bütün göstəriciləri səviyyəsində kəsişmə parametrlərinə 

uyğun  həll  alqoritmi  proqram  təminatında  nəzərdə  tutulur  və  yekun  paketin 

formaları əvvəlcədən müəyyənləşdirilir.  

Xəzinədarlıq  yaradılandan  sonra  dövlət  maliyyə-informasiya  sisteminin 

yaradılması maliyyənin idarə edilməsi baxımından son dərəcə önəmil bir tədbirdir. 

Çünki  bunun  sayəsində,  vahid  hesablama  sisteminin  mövcudluğunun  əsasını 

qoymuşdur.  Ona  görə  də  ayrı-ayrı  büdcə  vahidlərinin  özlərinin  fərdi  qaydada 

hesablaşma hesablarının olması aradan qaldırılmışdır. Bundan başqa, bütün dövlət 

gəlirləri  vahid  bir  hesabda  saxlanılmalı,  depon  olunmalı  və  eyni  zamanda 

kreditləşmənin  özü də vahid  hesab qaydasında aparılmalıdır. Vahid  hesab qaydası 

gəlirlə aə xərclər haqqında operativ qaydada maliyyə informasiyası əldə etməyə və 

bunun əsasında maliyyə resurslarının operativ qaydada idarə etməyə imkan verir. 



 

35

İnformasiya və kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin üstünlüyü 



ondan ibarətdir ki, iqtisadi sistem kəsilməz olsa da, proqnozlaşdırmanın mahiyyəti 

cari, gələcək vəziyyətin müqayisə faktorlarının analitik təhlili üçün geniş imkanlar 

yaranır  ki,  bu  isə  maliyyənin  idarəolunmasının  –  operativ,  tənzimləmə,  nəzarət 

mərhələlərində  baş  verə  biləcək  bütün  böhranlı  situasiyaların  və  kataklizmlərin 

qarşısının  alınmasını  asanlaşdırır.  Mövcud  praktika  göstərir  ki,  informasiya 

texnologiyalarının tətbiqi ölkənin iqtisadi inkişafına müsbət təsir göstərir və sosial 

sabitlik gətirir. 

Maliyyə  Nazirliyində  növbəti  büdcə  ili  üçün  dövlət  büdcəsinin  tərkib  hissəsi 

olan  –  gəlir  və  xərclərin  layihələri  hazırlanarkən  təsnifatın  funksional,  iqtisadi  və 

təşkilatı 

təsnifatların 

paraqrafları 

səviyyəsində 

informasiya 

axınının 

avtomatlaşdırılması nəticəsində cari ilin dövlət büdcəsinin gözlənilən icrasına dair 

məlumat,  həmçinin  növbəti  büdcə  ili  üzrə  gəlirlərin  ötən  ilin  faktiki  və  cari  ilin 

gözlənilən  nəticələri,  habelə  xərclərin  funksional,  iqtisadi  və  təşkilati  təsnifatlar 

üzrə müqaisəsi və digər informasiyalar əldə etmək mümkündür. 

Dövlət və icmal büdcə layihəsinin hazırlanması kimi ölkə miqyaslı məsələnin 

həlli 

metodologiyası 



İKT-nin 

tətbiqi 


– 

maliyyənin 

idarəedilməsində 

proqnozlaşdırma  və  digər  ehtimalların  reallaşdırılmasının  sınaq  mərhələlərini 

şərtləndirməklə  yanaşı,  dövlətin  sosial-siyasət,  əhalinin  sosial  müdafiə  sisteminin 

möhkəmləndirilməsində mühüm rol oynayır.  

 

 

 



 

 

 



 

 

 



 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə