Əlyazması hüququnda



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə16/25
tarix14.09.2018
ölçüsü0,61 Mb.
#68436
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

 

47

 



 

FƏSİL III DÖVLƏT BÜDCƏ XƏRCLƏRİNİN 

SƏMƏRƏLİLİYİNİN ARTIRILMASI YOLLARI 

3.1. Dövlət büdcə xərc noromativlərinin təkmilləşdirilməsi 

 

Dövlət  büdcəsinin  tərtibi  zamanı  və  icra  prosesində  istifadə  olunan 



normativlər  qanunvericilik  aktları  əsasında  müəyyən  olunur  və  aşağıdakı  növlərə 

ayrılır: 

-  sosial  tələblərin  təmin  olunmasının  natural  göstəricilərinin  pulla 

ifadəsindən  ibarət olan  maliyyə  normaları  (məsələn, büdcə təşkilatlarında əhalinin 

qida  ilə,  dərman  vəsaitləri  ilə,  yumşaq  inventarla  təmin  olunması  xərclərinin 

normaları); 

-  fərdi  ödəniş,  normalarv  (məsələn,  əmək  haqqı  dərəcəsi,  müvainət,  təqaüd 

və s normaları); 

- orta statistik göstəricilər əsasında əvvəlki bir neçə il, eyni zamanda konkret 

dövrdə cəmiyyətin  maddi-maliyyə  imkanları  üzrə  götürülmüş  normaları  (məsələn, 

binanın saxlanması, tədris xərcləri və s normalar); 

 Normalar  mütləq (hökumət və ya icra orqanları tərəfindən tərtib olunur) və 

ya fakultativ (nazirlik, baş idarələr tərəfindən tərtib olunur) ola bilər.  

Büdcə normaları fərdi (ayrı-ayrı xərc növləri üzrə) və birləşdirilmiş (məcmu 

xərclər və ya təşkilat üzrə bütövlükdə) ola bilər. 

Natural  göstəricilər  (xidmət  edən  işçilərin  sayı  və  binanın  ölçüsü  və  s.)  və 

maliyyə normaları əsasında xərclərin büdcə smetası tərtib olunur.  

Təhsil,  səhiyyə,  əmək  və  əhalinin  sosial  müdafiəsi,  elm,  mədəniyyət, 

gənclər,  idman  və  turizm,  rabitə,  nəqliyyat,  tikinti,  yanacaq-enerji,  qaz,  su,  aqrar 

sahələr və dövlət hakimiyyəti örqanlarının saxlanılması üzrə xərc normaları və ştat 

normativləri  və  zəruri  göstəricilərdən  hesab  edilir.  Buna  görə  də  müstəqillik  əldə 

edilməsi  və  respublikamızda  yeni  iqtisadi  sistemə  keçidlə  əlaqədar  aidiyyət 




 

48

sahələrdə  yeni  dərs  normativlərinin  hazırlmanmasına  və  əvvəlki  normativlərin 



təkmilləşdirilməsinə nail olmuşdur.  

Hazırda  istifadə  olunan  100-dən  çox  mövcud  normativ  dövlət  büdcəsinin 

daha dəqiq, şəffaf, obyektiv  və real tərtib  olunması  üçün  imkan  yaradılmışdır.  Bu 

normativlər aşağıdakılardır% 

  «Əqli  və  fiziki  inkişafında  qüsuru  olan  uşaqlar  üçün  rəhbər  işçilərin, 

inzibati  təsərrüfat,  tədris  yardımçı  və  xidmətedici  heyətin  nümunəvi 

ştatları»; 

  «Diplomatik  dərəcələr  və  xarici  dilləri  bilməsinə  görə  tariflərin  müəyyən 

edilməsi haqqında»; 

  «Başa çatdırılmış tikintilərin ortalılığına icazə verilməsi haqqında»; 

  «Məktəbəqədər  uşaq  müəssisələrində  və  internat  məktəblərində  uşaqların 

saxlanılması  haqqının  və  musiqi  məktəblərində  təhsil  haqqının  miqdarı 

barədə»; 

  «Qocalar  və  əlillər  üçün  Azərbacan  Respublikasının  Əmək  və  Əhalinin 

Sosial  Müdafiəsi  Nazirliyinin  ümumi  və  ruhi  əsəb  internat  evlərində 

ayaqqabılardan,  geyim  və  dəyişək  əşyalarından  istifadənin  norma  və 

müddətləri»; 

  «Tərkibində  axşam  sinifləri  və  qiyabi  qrupları  olan  gündüz  ümumtəhsil 

məktəbləri üçün əlavə ştat və əmək haqqı faiz əlavəsi haqqında»; 

  «Bütün  tiplərdən  olan  internat  məktəblərində,  əqli  və  fiziki  cəhətdən 

qüsurlu  uşaqlar  üçün  internat  məktəblərində,  uşaq  evlərində,  yetim  və 

valideyin  himayəsindən  məhrum  uşaqlar  üçün  internat  məktəblərində 

tərbiyə  olunan  uşaq  və  yeniyetmələrin  geyim,  ayaqqabı  və  yumşaq 

intervallarla təmin olunması norması haqqında»; 

  «Təhsil  ocaqlarında,  xəstəxanalarda  və  sosial  sahənin  digər  ictimai 

müəssisələrində vətəndaşların qida normaları»; 

  «Tikintidə  müqavilə  qiymətlərinin  hesablanmasında  «Bazar  əmsal» 

üsulunun tətbiq edilməsi barədə»; 




 

49

  Bakı,  Sumqayıt  şəhərlərinin,  o  cümlədən  Abşeron  rayonunun  hüdudları 



daxilində  yaşayış  sahəsi  olmayan  Azərbaycan  Respublikasının  Milli 

Məclisinin  deputatlarına  mənzil-kirayə  xərclərinin  ödənilməsi  qaydaları 

barədə Təlimat; 

  «Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, litseylərin və 

gimnaziyalarının nümunəvi ştatı haqqında»; 

  «Büdcədən 

maliyyələşdirilən 

məktəbəqədər 

uşaq 

müəssisələrinin 



nümunəvi ştatları haqqında» 

  «Təhsil  sistemində  olan  Naxçıvan  Muxtar  Respublikası,  respublikanın 

digər  bölmələrində  olan  şəhər  və  rayon  filmotekalarının  nümunəvi  ştatı 

haqqında»; 

  «Təhsil  sistemində  olan  rayon  və  şəhər  (rayon  bölgüsü  olmayan  şəhər) 

metodkabinələrin nümunəvi ştatı haqqında»; 

  «Azərbaycan  Respublikası  dövlət  peşə  məktəblərinin  və  peşə  litseylərinin 

nümunəvi ştatları haqqında»; 

  «Azərbaycan  Respublikası  rayon  (şəhər)  əhalisinin  sosial  müdafiəsi 

mərkəzinin ştat vahidlərinin normativləri»; 

  «İdman  tədbirlərinin  keçirilməsi  üçün  büdcə  vəsaitlərinin  xərclənməsi 

qaydaları və normaları»; 

  «Tibb-sosial ekspert komissiyaları haqqında» Əsasnamə; 

  «Büdcədən  maliyyələşdirilən  dövlət  orqanlarının  «Müdafiə  Nazirliyi, 

Daxili  İşlər  Nazirliyi,  Milli  Təhlükəsizlik  Nazirliyi,  Prokurorluq  və  başqa 

xüsusi  orqanlar  istisna  olmaqla»,  eləcə  də  büdcədən  tam  və  qismən 

maliyyələşdirilən  digər  təşkilatların  tabeliyində  olan  minik,  yük, 

sərnişindaşıyan  və  xüsusi  təyinatlı  avtonəqliyyat  vəsaitlərinin  bir  ədədi 

üçün yürüş və neft məhsullarının aylıq normaları;  

  «Məcburi  dövlət  sosial  sığorta  ödəmələrinin  hesablanması  və  ödənilməsi 

haqqında Əsasnamə» 

  «Ədəbiyyat və incəsənət əsərlərinin sifarişi əsasında yaradılmasına, onların 

ilk  kütləvi  ifə  və  ya  nümayiş  hüququnun  alınmasına  görə  müəllif 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə