Əlyazması hüququnda



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə20/25
tarix14.09.2018
ölçüsü0,61 Mb.
#68436
1   ...   17   18   19   20   21   22   23   24   25

 

59

  Xəstəxanalarda  və  digər  səhiyyə  müəssisələrində  xəstələrə  və  ayrı-ayrı 



xəstəliklər üzrə pulsuz dərman verilməsinin norma və qaydaları, istifadə 

olunan yumşaq və bərk inventarlarının məsrəf normaları; 

  Xəstəxanalar, 

poliklinikalar 

və 

ambulatoriyalar, 



feldşer-mama 

məntəqələri,  təcili  və  təxirəsalınmaz  tibbi  yardım  stansiyaları, 

yanköçürmə  stansiyaları,  vərəm  xəstələri  üçün  sanatoriyalar,  uşaq  və 

yeniyetmələr 

(vərəmli 

olmayan) 

üçün 

sanatoriyalar, 



sanitar-

epidemioloji  sanatoriyalar,  dezinfeksiya  stansiyaları,  körpələr  evi  və 

digər səhiyyə müssisələrinin ştat normativləri; 

  Azərbaycan  Respublikasının  Əmək  və  Əhalinin  Sosial  Mudafiəsi 

Nazirliyinin  tabeliyində  olan  büdcədən  maliyyələşdirilən  bütün  növ 

internat  evləri  vəndə  pulsuz  dərmanlardan  istifadə,  yumşaq  və  bərk 

inventarların məsrəf normaları. 

İqtisadiyyatın bir sıra sahələri də dövlət büdcəsinin formalaşmasına bu və ya 

digər  şəkildə  təsir  göstərdiyindən  həmin  sahələrin  tənzimlənməsinə  dair  mövcud 

olan  normaların  təkmilləşdirilməsi,  olmayan  normaların,  o  cümlədən  «Enerji 

istehsalında  yanacaq  sərfiyyatı  normaları»,  «Yanacaq,  enerji,  qaz,  su  və  digər 

məhsulların istehsalı və nəqli üzrə itkilərin normaları», «Əsaslı tikinti, əsaslı təmir 

və digər təmir  işlərini aparmaq  üçün  normalar»,  «İstismar dəyərinin  hesablanması 

metodikasının  və  idman  qurğularının  idarə  haqqının  qiymətlərinin  təyin  olunması 

Qaydaları»,  «İdman  qurğularında  tədbirlərin  keçirilməsi  üçün  müqavilələrin 

bağlanması qaydaları haqqında Təlimat»ın və s hazırlanması zəruridir. 

Bütövlükdə  iqtisadiyyatın,  onun  tərkib  hissəsi  olan  dövlət  büdcəsinin  idarə 

olunması  üçün  tətbiq  olunan  normativlər  bir  qayda  olaraq  ayrı-ayrı  sahələrin  icra 

orqanları,  büdcədən  maliyyələşən  təşkilatlar  tərəfindən  hazırlanır  ki,  bu  da  əksər 

hallarda dövlətçilik prinsiplərindən çox, sahə, müəssisə prinsiplərinə xidmət edir.  

Bu  kimi  halların  aradan  qaldırılması  üçün  ayrı-ayrı  sahələr  üzrə 

normativlərin  hazırlanması  üçün  mövcud  olan  müvafiq  qurumların  birləşdirərək 

Azərbaycan  Respublikasının  Prezidentinin  və  ya  Azərbaycan  Respublikasının 



 

60

Nazirlər  Kabinetinin  yanında  Normativ  Tədqiqat  İnstitutunun  yaradılması 



məqsədəuyğundur. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

61

3.2.  Büdcə xərclərinin informasiya axınının avtomatlaşdırılması 



 

XX yüzilliyin dördüncü on illiyinin ortalarından etibarən insan cəmiyyətinin 

həyatına  daxil  olan  EHM  əsrin  sonundu  informasiya  və  kommunikasiya 

texnologiyaları  (İKT)  kimi  təsdiq  etmiş  və  cəmiyyətin  inkişafına  təsir  gömtərən 

əsas  amillərdən  biri  olmuşdur.  İKT-nin  təsiri  ilbəil  genişlənərək  dövlət 

strukturlarını,  institutları,  iqtisadi,  sosial,  elm,  təhsil,  səhiyyə  və  mədəniyyət 

sahələrini  əhatə  etmiş,  bütövlükdə  intsanların  həyatının  ayrılmaz  hissəsinə 

çevrilmişdir.  Hazırda  dünya  dövlətlər  düzənində  inkişaf  etmiş  və  inkişaf  etməkdə 

olan ölkələr  informasiya texnologiyalarının  verdiyi  üstünlüklərdən  istifadə edir  və 

faydalanır.  

İnformasiya    mühitinə  istiqamətlənmiş  insan  fəaliyyətinin  bəşəriyyətin  

gələcəyinə  gedən  yol  olduğu  artıq  heç  kimdə  şübhə  doğurmur.  İnformasiya      və 

kommunikasiya  texnologiyalarının  müxtəlif  fəaliyyət  sferalanında  tətbiqinin 

səviyyəsi  bu  gün  hər  bir  ölkənin  intellektual  və  elmi  potensialının,  dövlət 

idarəçiliyində  şəffaflığın  və  demokratiyanın  inkişafını,  eyni  zamanda  ölkələrarası 

informasiya 

mübadiləsinin 

– 

inteqrasiyanın 



təminini 

şərtləndirən 

əsas 

göstəricilərdəndir.  



Dünya  təcrübəsi  onu  göstərir  ki,    informasiya      və  kommunikasiya 

texnologiyalarından  geniş  istifadə  edilməsi  nəinki  ölkənin  hərtərəfli  inkişafına 

xidmət 

edir, 


eyni 

zamanda 


çoxsaylı 

problemlərin 

(işsizilik, 

informasiyablakadasının aradan qaldırılması, elm və texnika yenilikləri və s.) həlli 

üçün mühüm vəsaitədir. 

Təsadüfü  deyildir  ki,  informasiya  və  kommunikasiya  texnologiyalarının 

Azərbaycan  Respublikası  üçün  əhəmiyyətini  nəzərə  alaraq  Azərbaycan 

Respublikası  prezidenitinin  Sərəcamı  ilə  «Azərbaycan  Respublikasının  inkişafı 

naminə  informasiya      və  kommunikasiya  texnologiyaları  üzrə  Milli  Startegiya 

(2003-1012- ci illər)» təsdiq edilmişdir.  

Son 

illədrə 


Azərbaycanda 

informasiya 

və 

kommunikasiya 



texnologiyalarından  istifadə  sahəsində    müəyyən  addımlar  atılmış  və  bu  istiqamət 


 

62

dövlət  siyasətinin  prioritetlərindən  birinə  çevrilmişdir.  Bu  özünü  maliyyə 



sisteminin  idarə  edilməsində  əyani  şəkildə  nümayiş  etdirir.  Belə  ki,  maliyyənin 

idarə  edilməsi  olduqca  böyük  həcmli  massivlərin  emal  olunması  ilə  müşayiət 

olunur.  Dövlətin  iqtisadi  siyasətinin  əsas  strateji  məsələsi  olan  büdcə  prosesinin 

həyata  keçirilməsi  maliyyə  sisteminin  idarə  edilməsində  xüsusi  çəkiyə  malik 

komponentdir.  Bu  zaman  nəzərə  almaq  lazımdır  ki,  dövlət  və  icmal  büdcə 

sayihəsinin  tərtibi  və  hazırlanması  mərhələlərlə  informasiya      texnologiyalarının 

tətbiqi  həll  edilərkən,  informasiyalarının  işlənməsinin  riyazi-proqram  təminatı 

yaradılarkən  məsələnin  texnoki tərəfi  ümumi sistem tərkəib  hissəsi kimi  vəhdətdə 

nəzərdən  keçirilməlidir.  Bu  yanaşmanın  məntiqi  nəticəsi  olaraq,  qeyd  olunan 

prinsip  keyfiyyət  və  zaman  baxımından  nəzarətdə  saxlanılmalıdır.  Göstərilən 

faktorlar daxilində məsələnin halli üçün Maliyyə Nazirliyində ilk addımlar atılmış, 

büdcə  prosesinə  uyğun  informasiya  sisteminin  idarə  edilməsinin  riyazi-proqram 

təminatı  yaradılmışdır.  Bu  da  imkan  verir  ki,  büdcə  informasiya  axınlarının 

tənzimlənməsi  operativ  həllini  tapsın.  «Büdcə  sisemin  haqqında»  Qanunun 

tələblərinə,  eyni  zamanda  yeni  yaradılmış  dövlət  büdcəsi  təsnifatının  iearxik 

tələblərinə,  həmçinin  büdcənin  tərtibi  zamanı  yaranan  çoxsaylı  sorğulara 

uyğunlaşdırılması 

və 


onun 

bütün 


göstəriciləri 

səviyyəsindən 

kəsişmə 

parametrlərinə uyğun həll alqoritmi proqram təminatında nəzərdə tutulur və yekün 

paketin formaları əvvəlcədən müəyyənləşdirilr.  

informasiya      və  kommunikasiya  texnologiyalarının  tətbiqinin  üstünlüyü 

ondan  ibarətdir  ki,  iqtisadi  sistem  kəsilməz  olsa  da,  proqnozlaşdırılmanın 

mahiyyəti  cari,  gələcək  vəziyyətin  müqayəsə  faktorlarının  analitik  təhlili  üçün 

geniş  imkanlar  yaranır  ki,  bu  isə  maliyyənin  idarə  olunmasının  –  operativ, 

tənzimlənmə, nəzarət mərhələsində baş verə biləcək bütün böhranlı situasiyalarının 

və  kataklizimlərin  qarşısının  alınmasını  asanlaşdırır.  Mövcud  praktika  göstərir  ki, 

informasiya  texnologiyalarının  tətbiqi  ölkənin  iqtisadi  inkişafına  müsbət  təsir 

göstərir və sosial stabillik gətirir.  

Maliyyə Nazirliyində növbəti büdcə ili üçün dövlət büdcəsinin tərkib hissəsi 

olan  gəlir  və  xərclərin  layihələri  hazırlanarkən  təsnifatın  funksional,  iqtisadi  və 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə