Əlyazması hüququnda



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə21/25
tarix14.09.2018
ölçüsü0,61 Mb.
#68436
1   ...   17   18   19   20   21   22   23   24   25

 

63

təşkilatı  təsnifatlarının  paraqrafları  səviyyəsində 



informasiya  axınlarının 

avtomatlaşdırılması nəticəsində cari ilin dövlət büdcəsinin gözlənilən icrasına dair 

məlumat,  həmçinin  növbəti  büdcə  ili  üzrə  gəlirlərin  ötən  ilin  faktiki  və  cari  ilin 

gözlənilən  nəticələri,  habelə  xərclərin  funksional,  iqtisadi  və  təşkilati  təsnifatlar 

üzrə müqayisəsi və digər informasiyaları əldə etmək mümkündür. 

Dövlət  və  icmal  büdcə  layihəsinin  hazırlanması  kimi  ölkə  miqyaslı 

məsələnin  həlli  metodologiyasına  İKT-nin  tətbiqi  maliyyəsinin  idarə  edilməsində 

proqnozlaşdırma  və  digər  ehtimalların  reallaşdırılmasının  sınaq  mərhələlərini  

şərtləndirməklə  yanaşı,  dövlətin  sosial  siyasət,  əhalinin  sosial  müdafiə  sisteminin 

möhkəmləndirilməsində mühüm rol oynayır.  

Maliyyə  sisteminin  digər  mühüm  sahəsi  olan  xəzinədarlığın  idarə 

olunmasını  İKT-siz  təsəvvür  etmək  qeyri-mümkündür.  Bu  mənada  qeyd  etmək 

lazımdır  ki,  artıq  xəzinədarlığın  bütün  mərhələsinin  proqnozlaşdırılması  prosesi 

başa çatdırılmış,  respublikanın bir çox rayonlarında  uğurla tətbiq olunur.  Bununla 

bərabər  Xəzinədarlığın  İnformasiya  İdarəçiliyi  Sisteminin  (XİİS)  beynəlxalq 

standartlara  cavab  verən  proqram  təminatının  yaradılmasının  üzərində  artıq  işlər 

başlanmışdır.  Belə  ki,  XİİS-in  həyata  keçirilməsinin  maliyyə  dəstəkliyini  öz 

üzərinə  götürən  Amerika  Birləşmiş  Ştatlarının  İnkişaf  Agenitliyi  (USA  İD)  və 

KARANA (CARANA) koorporasiyasının vasitəsilə hazırlanması məqsədilə tender 

elan olunub. Texniki təchizatı isə Dünya Bankı tərəfindən reallaşdırılacaqdır.  

Dünya  Bankının  təklif  etdiyi  proqram  təminatının  tətbiqi  ilə  Almaniya 

«SAP»  şirkətinin  Rusiyadakı  səlahiyyətli  nümayəndəliyi  məşğul  olacaqdır. 

Xəzinədarlıq  sistemində  axının  avtomatlaşdırılması  prosesi  cari  ilin  axırınadək 

başa çatdırılmalır.  

Eyni 

zamanda 


respublika 

miqyasında 

Xəzinədarlığın 

İnformasiya 

İdarəedilməsi  Sisteminin  lokal  şəbəkəyə  keçilməsinə  də  başlanacaqdır.  Bu  da 

maliyyənin  idarə  ediməsində  informasiyalaşdırma  məhdudiyyətinin  aradan 

qaldırılmasına  şərait  yaradacaq,  İKT-nin  xidmətlərindən  həm  ölkəmiz,  həm  də 

respublikamıza maraq göstərən dünya maliyyə qurumları faydalanacaqdır.  




 

64

İnformasiya 



axınının 

avtomatlaşdırılması 

gələcəkdə 

həm 


büdcədə 

xərclənmələrin və tendensiyalarınişlənməsinə, həm də büdcə vəsaitinin çevik idarə 

olunmasına  –  əməliyyatların  mərkəzləşdirilmiş  qaydada  xəzinədarlığın  vahid 

hesabı vasitəsilə aparılmasına imkan verəcəkdir.  

Qeyd  etmək  yerinə  düşər  ki,  Maliyyə  Nazirliyinin  mərkəzi  aparatı 

texnologiyalarından çoxdan istifadə edir və bəhrələnir. 

Onu  da  qeyd  edək  ki,  Azərbaycan  Respublikasının  Prezidentinin 

Azərbaycan  Respublikasında  rəsmi  statistikanın  təkmilləşdirilməsinə  dair  Dövlət 

Proqramı  haqqında  Fərmanın  icrası  yaxın  vaxtlarda  keçiriləcəkdir.  Bu  da  öz 

növbəsində  respublikanın  müəyyən  nazirlikləri  arasında  yaradılacaq  lokal 

şəbəkədən,  məlumat  bazarlarından    istifadə  edilməsi  İqtisadi  İnkişaf  Nazirliyi, 

Milli Bank, Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi İKT-nin verdiyi üstünlük 

daxilində  razılaşdırılmış  informasiya  təması  və  mübadiləsinin  birgə  iştirakçısı 

olacaqdır.  İKT-nin  tətbiqi  sferasında  daha  bir  yenilik    olacaqdır  ki,  bu  da 

informasiyaların  operativ  ötürülməsinə,  dəqiqliyinə,  vaxta  qənaətə,  məlumatların 

sistemləşdirilməsinə, rəsmi statistikanın təkmilləşdirilməsinə xidmət edən vahid və 

kompleks informasiya bazasının yaradılması və müəyyən informasiyaların kağızla 

daşınmasına son qoyulmalıdır. 

Bütün qeyd edilənlər onu göstərir ki, qabaqcıl dünya təcrübəsinə yönəldilmiş 

Milli  Startegiyanın  əsas  məqsədi  İnformasiya      və  Kommunikasiya 

Texnologiyalarından  geniş  istifadə  etməklə  ölkənin  demokratik  inkişafına  kömək 

etmək  və  bununla  da  Azərbaycan  beynəlxalq  aləmə  inteqrasiya  olunmasına  şərait 

yaratmaqdır.  Yaxın  gələcəkdə  milli  starategiyanın  müəyyənləşdirdiyi  fəaliyyətin 

həyata  keçirilməsi  nəticəsində  maliyyə  sisteminin  idarə  olunmasında  effektiv, 

şəffaf  və  nəzarət oluna bilən  maliyyə sferasının  yaradılması,  həmçinin beynəlxalq 

elektron informasiya məkanına inteqrasiyası təmin ediləcəkdir.  

 

 

 



 


 

65

3.3.  Dövlət büdcə xərclərinin səmərəliliyinin artırılması 



istiqamətləri 

 

Dövlət  büdcəsindən  səmərəli  istifadə  edilə  bilməsinin,  onun  keyfiyyətinin 

yüksəldilməsinin  əsas  və  həlledici  amillərindən  biri  də  büdcə  daxilolmaları  və 

xərclərin  balanslaşdırılması  və  optimallaşdırılması  məsələsidir.  Xərclərin 

optimallaşdırılması  dedikdə  eyni  zamanda  prioritet  xərclərin  xüsusi  çəkisinin 

mümkün  qədər  artırılması  nəzərdə  tutulur.  Bu  isə  əsasən  üç  amil  sayəsində 

mümkündür: a) icmallaşdırılmış büdcədə vergilərin yığım həcminin artırılması; b) 

dövlət  borcuna  xidmətin  azaldılması;  c)  daxili  və  xarici  borcların  minimuma 

endirilməsi. Bu amillər dövlətin riortiet xərclərinin artırılması imkanları yüksəkdir. 

Belə olduqda büdcə xərclərinin optimal həcmi və strukturu təmin edilə bilər. Sosial 

–iqtisadi inkişafın prioritet istiqamtəlrinin inkişafı təmin edlir.  

Müstəqilliyin  ilk  illərində  respublikanın  iqtisadiyyatında  müşahidə  olunan 

geriləmələr  hökuməti  məcbur  edir  ki,  1995-ci  ildən  başlayaraq  iqtisadi  siyasətə 

köklü  dəyişikliklər  həyata  keçirilsin.  Həmin  ildən  başlayaraq  ölkə  daxilində 

siyastəin  nizamlanması  və  Dağlıq  Qarabağda  atəşkəsin  saxlanması  üçün 

Azərbaycan  Beynəlxalq  Valyuta  Fondu  (BVF)  və  Dünya  Bankı  (DB)  tərəfindən 

dəstəklənən  iqtisadi proqramlar  həyata keçirməyə başladı.  BVF-nun tövsiyyəsi  ilə 

həyata keçirilən geniş islahatlar ölkə iqtisadiyyatına səmərəli və canlanma yaratdı. 

Bu proqram çərçivəsində ölkədaxili və ölkəxarici ticarət rejimləri sərbəstləşdirildi, 

idxalat və ixracat müəyyən ölkələrarası fərqlər aradan qaldırıldı.  

Bizim  zənnimizcə  indiki  müharibə  şəraitində  dövlətin  maliyyə  resursları 

prioritet  sahə  olan  ölkənin  milli  təhlükəsizliyinə,  əhalinin  müdafiəsinə, 

iqtisadiyyatın  strateji  sahələrinin  inkişafına  yönəldilməlidir,  sənayenin  xammal 

bazasından  yüksək  texnika  və  texnologiyaya  malik  olan  emal-istehsal  sahəsnə 

çevrilməsinə  yönəldilməlidir.  Büdcə  xərclərinin  optimallaşdırılması  üzrə  həyata 

keçirilən  hər  bir  tədbir  son  nəticədə  maliyyə  resurslarından  səmərəli  və 

məqsədyönlü  istifadə  edilməsi  deməkdir.  Dövlət  büdcəsi  yalnız  o  zaman 

əsaslandırılmış hesab edilə bilər ki, onun tətbiqi və təsdiqi zamanı bütün resurslara 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə