Əlyazması hüququnda



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə24/25
tarix14.09.2018
ölçüsü0,61 Mb.
#68436
1   ...   17   18   19   20   21   22   23   24   25

 

72

Bu  da  o  deməkdir  ki,  infilyasiyanın  bundan  sonrakı  artımı  böyük 



əhəmiyyət  kəsb  etmir,  lakin  büdcənin  nominal  və  real  gəlirlərinin 

azalmasına səbəb ola bilər.  

Qısa  müddətli  dövlət  öhdəlikləri  buraxılması  vasitəsi  ilə  bank  və  qeyri-bank 

borclamaları fərdi investisiyaların səmərəli olaraq sıxışdırılmasına səbəb olur. Qısa 

müddətli  planlaşdırma  şəraitində  dövlətə  imkan  verir  ki,  büdcə  kəsirini  müəyyən 

bir  səviyyədə  saxlaya  bilsin.  Lakin  uzun  müddətli  planlaşdırmada  bu  neqativ 

hallara  səbəb  ola  bilir.  Belə  bir  vəziyyətdə  Rusiya  Federasiyası  1998-ci  ildə 

üzləşməli  oldu.  Nəticədə  onlar  yüksək  borc  faizi  ödəmək  məcburiyyətində 

qalmışdılar, 

borcların 

ödənilməsi 

xərcləri 

yüksəlmişdi, 

iqtisadiyyatın 

subyektləridövlət tərəfindən aparılan  maliyyə siyasətinə öz  inamlarını  itirmişdilər, 

ona görə ki, bu siyasət özünün sabitliyini itirmişdir.  

Dünya  təcrübəsi  göstərir  ki,  yüksək  infilyasiya  şəraitində  və  iqtisadiyyatın 

qeyri-sabitliyi  şəraitində  uzun  müddətli  dövlət  borcu  öhdəliklərinə  maraq  aşağı 

düşür, onlara olan tələb heçə enir. Məcburiyyət qarşısnda görülən tədbirlər iqtisadi 

subyektlərin dövlət ilə  maliyyə  münasibətlərinin deformasiyasına səbəb olur. Belə 

alətlərin  artması  dövlət  xərcləri  üzrə  borcların  artmasına  gətirib  çıxarır  və  son 

nəticədə  dövlətin  çoxsaylı  kontingentlərinə  borclarının 

özünün  ödəmə 

qabiliyyətinin  olmaması  üzündən  borclarının  sürətli  artımına  səbəb  olur. 

Ödənilməli  və  vaxtında  ödənilə  bilməyən  borcların  artımı  dövlət  təşkilatlarında 

əmək  haqlarının  ödənilməsinin  çox  uzun  müddətə  gecikdirilməsi,  aşağı  büdcə 

strukturlarına  faktiki  transferlərin  aşağı  düşməsinə,  məcmu  tələbata  neqativ  təsir 

göstərir.  Bu  vəziyyət ciddi təhlil edilməlidir, ona  görə  ki,  vaxtı keçmiş borclar  və 

əmək  haqqının ödənilməsinin  gecikdirilməsi bizim ölkəmizin şəraitində birdəfəlik 

proqnozlaşdırılmasın  və  planlaşdırılmanın  pozulmasına  səbəb  ola  bilər. 

Təqdirəlayiq məsələdir ki, bizim ölkəmizdə 1997-1998-ci illərdən bəri belə bir hal 

baş verməmişdir.  

Azərbaycan  respublikasında  sabit  və  möhkəm  fiskal  siyasətin  sabitliyi  və 

möhkəmliyinin  hamı  tərəfindən  qəbul  edilə  bilən  konsepsiyası  işlənib 

hazırlanmışdır.  Heç  bir  ölkədə  fiskal  siyasətin  sabitliyi  və  möhkəmliyinin  hamı 



 

73

tərəfindən  qəbul  oluna  biləcək  konsepsiyası  işlənib  hazırlanmışdır.  Lakin  hamı 



fiskal  siyasətin  sabitliyi  və  möhkəmliyi  barədə  bir  fikirlə  şərikdirlər  ki,  istər  cari 

maliyyə ilində və istərsə də gələcək perspektivdə o ümumi daxili  məhsula (ÜDM) 

nisbətən dövlət borcunun artmasına gətirib çıxarır. 

Müasir  dövrdə  dövlət  büdcəsinin  defisitinin  ölçülməsinin  elə  bir  əlverişli 

metodu  yoxdur  ki,  büdcə  prosesinin  bütün  iştirakçılarını  qane  edə  bilsin. 

Ümumiyyətlə  dünya  büdcə  praktikasında  dövlət  büdcəsinin  vəziyyətinin 

ümumiləşdirilmiş  göstəricisi  onun  ümumi  daxili  məhsula  nisbəti  götürülür. 

Tədqiqat  nəticəsində  bizə  məlum  oldu  ki,  büdcə  defisitinin  müəyyən  edilməsi 

metodunun  seçilməsinə  bir  sıra  amillər  təsir  edir.  Bu  amillər  arasında  defisitin 

xarakteri, əhatə dairəsi və miqyası, mühasibat uçotu metodu, potensial ödhəliklərin 

xarakteri və dövlətin qarantiyası xüsusi diqqət tələb edir.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

74

NƏTİCƏ 



 

Göründüyü kimi büdcə xərcləri sosial və digər ehtiyacları təmin etmək və ya 

iqtisadi  və  sosial  həyata  müdaxilə  etmək  məqsədilə  müəyyən  üsullardan  istifadə 

edərək həyata keçirdiyi pul xərcləridir. Bununla belə həmin xərclər heç bir gəlirləri 

olmadığı üçün özləri üçün zəruri olan maliyyə vəsaitlərini dövlət büdcəsindən alan 

idarə  və  təşkilatlarının  xərcləridir.  Təhsil  müəssisələrinə  eyni  zamanda  müəyyən 

olunmuş prinsiplərlə büdcədən hər il iri həcmdə vəsait ayrılır.  

Müasir  iqtisadi  inkişaf  səviyyəsində  büdcə  xərclərinin  tərkibi  çox  müxtəlif 

və genişdir. Dövlət isə həmişə bu tərkibdə zəruri dəyişikliklər aparmaqla xərclərin 

bir  qismini  artırmaq,  digər  bir  qismini  isə  nəzarət  altına  almaq  siyasəti  yeritməyə 

çalışır.  

İqtisadi  və  sosial  həyata  müdaxilə  məqsədi  ilə  iqtisadi  fəaliyyətlərin 

istiqamətlərini  dəyişdirmək  və  möhkəmləndirmək  baxımından  müasir  bazar 

iqtisadiyyatına  keçid  dövründə  büdcə  xərclərinin  böyük  əhəmiyyəti  vardır. 

Dövlətin  iqtisadi  və  sosial  sahələr  müdaxiləsi  hər  zaman  istər  inzibati-amirlik, 

istərsə də bazar iqtisadiyyatı şəraitində zərurətə çevrilir.  

Dövlət  orqanlarının  həyata  keçirdikləri  xərclərin  miqdarına  hər  hansı  bir 

artım  yaranırsa,  deməli  büdcə  xərclərində  artım  baş  verir.  Büdcə  xərclərinin 

artımına səbəb nəticə etibarilə aşağıdakı kimidir: 

1.  köhnə iqtisadi sistemdə bazar iqtisadiyyatına keçid. 

2.  pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi 

3.  ölkədəki və əhalinin tərkibindəki dəyişmələr. 

Büdcə  xərclərinin  təsnifləşdirilməsi  dövlət  xərclərinin  dəqiq  iqtisadi 

təhlilinin  həyata  keçirilməsi  baxımından  da  gərəkli  və  əhəmiyyətlidir.  Büdcə 

xərclərinin  təsnifləşdirilməsinin  iki  geniş  yayılmış  forması  vardır.  Bunlar 

idarəetmə  əlamətinə  görə  funksional  (idarə  və  təşkilatlar0  və  iqtisadi  mahiyyətə 

görə isə iqtisadi (xərc maddələri) təsnifləşdirmələridir. Bir neçə dəfə dəyişiklikdən 

zəruri  yenilikdən  sonra  hal-hazırda  edilən  dəyişiklik  də  nəzərə  alınmaqla  büdcə 

təsnifatı ilə müvafq proseslər həyata keçirilir.  



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə