Əlyazması hüququnda



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə25/25
tarix14.09.2018
ölçüsü0,61 Mb.
#68436
1   ...   17   18   19   20   21   22   23   24   25

 

75

Büdcə  xərclərinin  proqnozlaşdırılması  maliyyələşdirmə  baxımından, 



maliyyə  vəsaitinə  qənaətə  görə  çox  vacib,  zəruri  və  düzgünlük  və  dəqiqlik  tələb 

edən bir prosesdir ki, bu da əsas etibarilə 2 mərhələdən: 

1.  şəbəkə-ştat-kontingent göstəricilərinin müəyyən edilməsi 

2.  haqq-hesab  vahidləri  üçün  normativlərin  müəyyənləşdirilməsindən 

ibarətdir.  

Bu iş üzrə də aydındır ki, son illərdə respublikamızın üzləşdiyi ağır fəlakətlər, 

infilyasiya, bazar iqtisadiyyatına keçid və bununla əlaqədar xüsusi ilə özəlləşdirmə 

və  s.  Digər  proseslər  iqtisadi  böhrana  gətirib  çıxarmışdır  ki,  bir  çox  dəyişikliklər 

olmuşdur.  

Xərclərin  icrasına  gəldikdə,  aidiyyatı  baxımından  yuxarıda  qeyd  etdiyimiz 

vurğulamaq olar. Bir əsas şeyi də demək olar ki, hər il ayrılan külli miqdarda vəsait 

müəyyən  istiqamətlərdə  nəzərdə  tutulmuş  və  ya  dürüstləşdirilmiş  məbləğ 

formasında verilir. Lakin heç də bu məbləğ olduğu kimi icra nəzərdə tutulmuş xərc 

məbləğindən  az  olur.  Bəzi  hallarda  müəyyən  səbəblər  üzündən  fövqaladə 

vəziyyətdə icra məbləği üstələmiş olur. Məsələn: müdafiəsində, sosial xərclərdə.  

Xərclərin icrasına nəzarət maliyyənin əsas funksiyalarından biri kimi vacib və 

zəruridir.  Belə  ki,  maliyyə  vəsaitlərindən  səmərəli,  qənaətlə,  düzgün  və  təyinatı 

üzrə  istifadəsi  baxımından  irəli  gəlir.  Hal-hazırki  vəziyyətdə  isə  bu  məsələ  daha 

önəmlidir.  Məhz  bu  bu  baxımdan  bu  istiqamətdə  də  bir  çox  yeniliklər  olmuşdur. 

Belə ki, hüquqi normativ sənədlər, təlimatlar, müvafiq dövlət orqanları yaradılmalı 

və  islahatlar  aparılmalıdır.  Xüsusi  ilə  son  illərdə  yaradılmış  xəzinədarlıq  bu  işi 

xeyli  yaxşılaşdırılmışdır.  Bundan  başqa  ayrı-ayrı  orqanların  müvafiq  idarə  və 

təşkilmatlara nəzarəti üçün şərait yaradılmışdır.  

Xərclərin  maliyyələşdirilməsi büdcə sistemindən  həyata keçirilməklə ənənəvi 

qaydada  aparılır.  Lakin  son  vaxtlar  bazar  iqtisadiyyatına  uyğun  olaraq  lazımi 

yerlərdə 

uyğunlaşdırma 

aparmaqla 

maliyyələşdirmə 

prosesi 


aparılır. 

Maliyyələşdirmə  smeta-maliyyə  planı  əsasında  həyata  keçirilir.  Aylıq  və  rüblük 

yerinə yetirilir. Ayrı-ayrı idarə və təşkilatlar üçün xərc maddələri üzrə təyinatı üzrə 

həyata keçirilir.  




 

76

Dövlət  maliyyəsini  əsas  tərkib  hissəsi  kimi,  dövlətin  gəlirlərinə  nəzarət  edən 



və  pul-valyuta  vəsaitlərinin  hərəkatını  tənzimləyən  ən  mühüm  dövlət  orqanı  kimi 

xəzinədarlığın  böyük  rolu  vardır.  Xəzinədarlıq  sisteminin  lazımi  səviyyədə 

fəaliyyət göstərə bilməsi və qarşısına qoyulan iqtisadi maliyyə məsələlərinin yerinə 

yetirilməsi ümumiqtisadi sabitliyin və inkişafın ən mühüm şərtidir.  

Bazar 

iqtisadiyyatı 



tələblərinə 

uyğun 


xərclərin 

növlərinə 

görə 

maliyyələşdirilməsi  prosesi  müəyyən  zəruri  dəyişikliklərlə  həyata  keçirilir  və 



beləliklə  maliyyə  mexanizmi  daha  da  təkmilləşdirilir.  Maliyyələşdirmə  zəruri 

dəyişikliklər edilmiş son təsnifatla müəyyən dərəcədə təkmilləşdirilmişdir. Belə ki, 

daxili  və  xarici  maliyyələşmə  mənbəyi,  büdcədənkənar  vəsaitlərdən  ayrı-ayrı 

ehtiyatlardan istifadə və s bu işdə əməli bir addımdır. Bazar iqtisadiyyatına keçidin 

tələblərinə uyğun olaraq özəl sferanın inkişaf və genişləndirilməsi zəruridir. Bu da 

maliyyələşdirmənin  təkmilləşdirilməsində  xüsusi  ilə  əsas  şərtdir.  Hal-hazırda 

məsələn, özəl məktəblər tamailə öz xüsusi gəlirləri hesabına, dövlət ali  məktəbləri 

isə  büdcə  vəsaiti  hesabına,  ödənişli  qruplarda  olan  təhsil  haqqları  hesabına 

maliyyələşdirilir. Səhiyyə sahəsində bir çox xəstəxanalar, poliklinikalar və s özünü 

maliyyələşdirmə  prinsipi  ilə  işləyir.  İdarəetmə  xərcləri  də  maliyyələşdirmə;  bütün 

mülkiyyətdən  olan  müəssisə  və  təşkilatları,  şirkətlərin  öz  vəsaiti  hesabına 

maliyyələşdirmə.  

Tədqiqatın  gedişində  çıxarılmış  nəticələr  və  tədqiq  olunan  problem  üzrə  bir 

sıra əməli təkliflər vardır.  

Büdcə  xərclərinin  mahiyyətindən,  rolundan  və  əhəmiyyətindən  danışmağa 

lüzum  yoxdur.  Dövlət  üçün,  xalq  üçün  əvəzsiz  olan  sahələrin  inkişafı  və 

təkmilləşdirilməsi daimə diqqət mərkəzində olmalıdır.  

Gələcəkcə  bazar  iqtisadiyyatı  tələblərinə  uyğun  olaraq  büdcə  xərclərin  zəruri 

həcmi daha dəqiq müəyyənləşdirilsin.  

Büdcə  xərclərinin  səmərəliliyini  artırmaq  sahəsində  aşağıdakı  iqtisadi 

tədbirlər həyata keçirilməlidir: 

- ştat kontingentinin sayına görə planlaşdırma; 

- qeyri-dövlət təhsil sistemini də inkişaf etdirmək; 



 

77

- maliyyələşdirmədə valideyn və digər təşkilatların könüllü iştirakı; 



-  yerli  hakimiyyət  orqanlarının  vəsaiti  hesabına  müxtəlif  maliyyələşmə 

prinsiplərinin tətbiqi; 

- beynəlxalq proqramlarında iştirak etmək; 

- xarici investor vəsaitlərinin respublika iqtisadiyyatına cəlb etmək; 

-  köməklik  göstərən  xarici  və  yerli  müəssisələrə  güzəştli  vergi  sisteminin 

tətbiqi ilə onların maraqlarını artırmaq; 

-beünəlxalq  normalara  uyğun  kadr  hazırlığının  planlaşdırılması,  bu 

istiqamətdə müasir təhlil və proqnozlaşdırma mexanixmlərin tətbiqi və s.  

Respublikamızda 

son 


illərdə 

yaradılmış 

xəzinədarlığın 

bəzi 


çatışmamazlıqlarını aradan qaldırmaqla daha da təkmilləşdirmək lazımdır.  

Bütün  sahələrdə  kompüter  sistemi  ilə  təchiz  edilməklə  informasiya  axınını 

təkmilləşdirmək lazımdır. Bu da idarə və təşkilatların müvafiq orqanlarla qarşılıqlı 

nəzarətinə daha da yaxşı imkan yaradacaqdır.  

Ümumiyyətlə istər büdcə, istərsə də büdcədən kəran maliyyə vəsaitlərindən və 

ehtiyatlarından səmərəli, qənaətlə, düzgün  və  təyinatı  üzrə    istifadə edilməsi  üçün 

bütün büdcə və təşkilatlarında sağlam, möhkəm maliyyə mexanizmi qurulmalıdır.  

Milli  iqtisadi  və  mənəvi  inkişaf  naminə  maksimum  hər  cür  imkanlardan 

istifadə etmək lazımdır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

78

İstifadə olunmuş ədəbiyyatlar 



 

1.  Azərbaycan Respublikasının Konistitusiyası 

2.  Azərbaycan Respublikası «Audit Xidməti haqqında» Qanun, Bakı 1994 

3.  Hesablamalar Palatası haqqında AR Qanunu, Bakı 1999 

4.  AR «Vergi Məcəlləsi»  Bakı 2004 

5.  AR digər normativ hüquqi aktlar, Bakı 1993-2013  illər 

6.  B.A.Xankişiyev  «Maliyyə Nəzarəti» dərs vəsaiti, Bakı 2002 

7.  D.A.Bağırov, M.X.Həsənli «Maliyyə» dərs vəsaiti. Bakı 2011 

8.  N.Novruzov, X.Hüseynov «Maliyyə» Bakı 2007 

9.  M.X.Əsədov, 

S.T.Talıbov 

Dövlət 


xərclərini 

idarə 


edilməsi 

və 


xəzinədarlığın təşkili prblemləri Bakı 2005 

10.  N.Novruzov, E.İbrahimov Büdcə sistemi Bakı 2012 

11.  A.Q.Mirzəyeva «Maliyyə hüququ» dərs vəsaiti Bakı 2009 

12.  Н.Д.Бровкина «Основы финансого контроля», Москва 2007 

13.  «Аудит и финансовый анализ», журнал «6 Москва 2012 

14.  В.В.Ковалев «Финансы», учебник, 3-е издание, Москва 2013 

15.  Е.Ю. 

Гарачева, 

Л.Я.Хорина 

«Государственный 

финансовый 

контроль», курс лекций, Москва 2005 

16. В.М.Родионова  «Финансовый  контроль»,  учебное  попсобие,  Масква 

2002 


17.  AR Maliyyə Nazirliyi internet saytı www.maliyye.gov.az 

18.  AR Hesablama Palatası internet saytı 

www.ach.gov.az

 

19. AR Vergilər nazirliyi internet saytı 



www.taxes.gov.az

 

20. «Audit», uçebnik, Moskva 1995  



 

 

 



 

 



 

79

Azərbaycan Dövlət İqtisad Universitetinin magistri 



      Əhmədov Emil Rafael oğlunun “Azərbaycan dövlət  

büdcəsinin xərclərinin səmərəliliyinin artırılması yolları” 

mövzusunda magistr dərəcəsi almaq üçün dissertasiya işinin 

  

R E F E R A T I 



Mövzunun  aktuallığı.  Artıq  bir  neçə  ildir  ki,  Azərbaycan  Respublikası 

müstəqil  bir  dövlət  kimi  özünün  yeni  siyasi  və  iqtisadi  inkişaf  yolunu  keçmiş  və 

inzibati  idarəetmə  ideyalarından  imtina  etmşdir.  Bu  da  iqtisadi  və  sosial  həyatda 

zəruri dəyişikliklərə səbəb olmuş, respublikada bazar iqtisadiyyatına keçidi və azad 

sektorun  inkişaf  etdirilməsi  şəraitini  yaratmışdır.  Bu  isə  dövlət  büdcəsinin 

əhəmiyyəti  və  rolunu  heç  də  azaltmır,  lakin  onun  bazar  iqtisadiyyatı  və  sosial 

şəraitə  uyğun  olaraq  bazar  iqtisadiyyatı  tələblərinə  cavab    verə  biləcək  səviyyədə 

inkişaf etdirilməsi zərurətini irəli sürür. 

Hal-hazırda  respublikamızda  büdcə  xərclərinin  çox  geniş  şəbəkəsi  fəaliyyət 

göstərir.  Olduqca  zəruri  olan  geniş  istiqamətdə  mövcud  olan  ən  ciddi  problem 

büdcədən maliyyələşdirilmədə qarşıya çıxan çətinliklərdir.  

Azərbaycan  Respublikasının  dövlət  büdcə  xərci  2014-cü  ildə  20,063  milyon 

manat proqnozlaşdırılmışdır ki, bu da 2013-cü ilin xərclərindən 10,4 % artıqdır. 

Müasir  şəraitdə  bazar  iqtisadiyyatı  şəraitində  zəruri  maliyyə  vəsaiti  üçün 

mənbələr  tapılmasında  ciddi  manelər  meydana  çıxır.  Eyni  zamanda  büdcə 

xərclərinin  səmərəliliyinin  təkmilləşdirilməsi  və  həmin  vəsaitlərin  xərclənməsinə 

maliyyə nəzarətinin gücləndirilməsi və yenidən qurulması zərurəti yaranır.  

Bazar iqtisadiyyatı və elmi-texniki tərəqqinin getdikcə sürətlənməsi şəraitində 

büdcə  idarə  və  təşkilatların  fəaliyyətin  keyfiyyətinin  yüksəldilməsi,  inkişafının  və 

idarə  olunmasının  habelə  ümumi  problemin  özəyində  duran  büdcə  xərclərinin 

təkmilləşdirilməsi məsələsi son dərəcədə böyük əhəmiyyətə malikdir.  

İndiki şəratidə ölkənin milli-ictimai inkişafı prosesində yeni mərhələlər, bəzən 

çətin dərk edilə bilən,lakin mütləq və zəruri proseslər meydana çıxır ki, bunların da 



 

80

həlli ölkənin sosial və iqtisadi səviyyəsindən aslıdır. Dövlət büdcəsi bu proseslərin 



hər  biri  ilə  əlaqədardır.  Belə  ki,  məlum  olduğu  kimi  respublikada  bütün  sosial-

mədəni  tədbirlər,  idarəetmə  aparatı,  elmin  inkşafı  və  sair  idarə  və  təşkilatlar  hal-

hazırda  Azərbaycan  Respublikasının  dövlət  büdcəsindən  maliyyələşdirilir  və 

gələcəkdə də bu vəziyyət cüzi bir dəyişikliklə davam edəcəkdir.  

Beləliklə  qeyd  etdiyimiz  kimi  suveren  respublikamızda  büdcə  məsələsi 

sisteminə  də  ciddi  təsir  göstərir  və  zəruri  dəyişikliklərə  səbəb  olur.  Bundan  asılı 

olaraq  da  bazar  iqtisadiyatı  şəraitində  büdcənin  mahiyyəti  və  əhəmiyyəti, 

xərclərinin  təsnifatı,  proqnozlaşdırılması,  icrası  və  ona  maliyyə  nəzarəti  və 

sonunda xüsusən də maliyyələşdirilmənin təkmilləşdirilməsi müstəsna əhəmiyyətə 

malik olması ilə aktualdır.  

Bazar  iqtisadiyyatı  dövründa  büdcə  xərclərinin  maliyyələşməsi  kimi    əsas  və 

vacib bir məsələnin həyata keçirilməsi və faktiki son illərdəki maliyyələşdirmənin 

dinamikası  və  nəzərdə  tutulmuş  məbləğlərlə  icranın  vəziyyəti  və  istiqaməti 

göstərilmişdir. 

Beynəlxalq  iqtisadi  inteqrasiya  üçün  bu  istiqamətdə  vacib  olan  uçot  və 

nəzarətin  xüsusi  rolu  aydın  tədqiq  edilmişdir.  Daha  sonra  bazar  iqtisadiyyatı 

tələblərinə  uyğun  büdcə  xərclərinin  səmərəliliyinin  artırılması  məsələləri  indiki 

vəziyyətdə mümkün qədər

 

istifadə etməklə tədqiq edilir.  



Dissertasiya işinin məqsədi. Tədqiqatın məqsədi Azərbaycanda dövlət büdcə 

xərclərinin  müasir  vəziyyətini  təhlil  etmək,  optimallaşdırılması  və  ümumiyyətlə 

Azərbaycan  Respublikasının  büdcə  sisteminin  səmərəsinin  yüksəldilməsinə  səbəb 

ola biləsi elmi-praktiki tədbirlər işləyib hazırlamaqdan ibarətdir. 



Tədqiqatın  obyekti.  Tədqiqat  işinin  obyekti  Azərbaycan  Respublikasında 

müasir  dövrdə  ölkənin  maliyyə  siyasəti,  bu  siyasətin  icrası  gedişində  dövlətin, 

büdcə  sistemi  orqanlarının  fəaliyyəti,  ölkədə  həyata  keçirilmiş  maliyyə  sahəsində 

müasir təcrübədən ibarətdir.  



Tədqiqatın predmeti. Tədqiqat  işinin predmeti Azərbaycan Respublikasında 

bütün səviyyələrdə büdcə xərclərinə aid nəzəri və praktiki problemlərin məcmusu, 

bu sahədə dövlət orqanlarının vəzifələrindən ibarətdir.  Baxmayaraq ki, bu sahədə 



 

81

ölkəmizdə  son  20  ildə  xeyli  irəliliəyişlər  hiss  edilir,  hələ  də  bu  sahədə  öz  həllini 



tələb edən xeyli problemlər mövcuddur. 

Tədqiqatın  metodoloji  bazası.  Tədqiqatın  metodoloji  bazası  Azərbaycan 

Respublikası  hökumətinin  Azərbaycan  Respublikasının  büdcə  sisteminin  qərar  və 

qətnamələri,  Milli  Məclisin  qərarları,  müzakirə  materialları,  büdcə,  maliyyə  və 

vergi  orqanları  rəhbərləri  və  aparıcı  mütəxəssislərin  iqtisadiyyat,  maliyyə  və  pul 

dövriyyəsinə aid təklif və tövsiyyələrindən ibarətdir. Dissertasiya işinin yazılışında 

bir  sıra  Azərbaycan  və  xarici  ölkə  iqtisadçı  alimlərin,  monoqrafiya  və 

məqalələrindən istifadə edilmişdir.  

Dissertasiya  işi  girişdən  üç  fəsil,  nəticə  və  istifadə  olunan  ədəbiyyat 

siyahısından ibarət olaraq yazılmışdır. 

Birinci  fəsildə  dövlət  büdcəsinin  xərclərinin  nəzəri  və  metodoloji  əsasları 

nəzəri cəhətdən izah olunur.  

İkinci fəsildə dövlət büdcə xərclərinin səmərəli təhlili araşdırılır. 

Üçüncü  fəsildə  dövlət  büdcə  xərclərinin  səmərəliliyinin  artırılması  yolları 

informasiya axınının avtomatlaşdırılması tədqiq olunmuşdur. 

Tədqiqatın  gedişində  çıxarılmış  nəticələr  və  tədqiq  olunan  problem  üzrə  bir 

sıra əməli təkliflər vardır.  

Dövlət  üçün,  xalq  üçün  əvəzsiz  olan  sahələrin  inkişafı  və  təkmilləşdirilməsi 

daimə diqqət mərkəzində olmalıdır.  

Gələcəkcə  bazar  iqtisadiyyatı  tələblərinə  uyğun  olaraq  büdcə  xərclərin  zəruri 

həcmi daha dəqiq müəyyənləşdirilsin.  

Büdcə  xərclərinin  səmərəliliyini  artırmaq  sahəsində  aşağıdakı  iqtisadi 

tədbirlər həyata keçirilməlidir: 

- ştat kontingentinin sayına görə planlaşdırma; 

- qeyri-dövlət təhsil sistemini də inkişaf etdirmək; 

- maliyyələşdirmədə valideyn və digər təşkilatların könüllü iştirakı; 

-  yerli  hakimiyyət  orqanlarının  vəsaiti  hesabına  müxtəlif  maliyyələşmə 

prinsiplərinin tətbiqi; 

- beynəlxalq proqramlarda iştirak etmək; 




 

82

- xarici investor vəsaitlərinin respublika iqtisadiyyatına cəlb etmək; 



-  köməklik  göstərən  xarici  və  yerli  müəssisələrə  güzəştli  vergi  sisteminin 

tətbiqi ilə onların maraqlarını artırmaq; 

-beynəlxalq  normalara  uyğun  kadr  hazırlığının  planlaşdırılması,  bu 

istiqamətdə müasir təhlil və proqnozlaşdırma mexanixmlərin tətbiqi və s.  

Respublikamızda  son  illərdə  yaradılmış  xəzinədarlığın  bəzi  çatışmazlıqlarını 

aradan qaldırmaqla daha da təkmilləşdirmək lazımdır.  

Bütün  sahələrdə  kompüter  sistemi  ilə  təchiz  edilməklə  informasiya  axınını 

təkmilləşdirmək lazımdır. Bu da idarə və təşkilatların müvafiq orqanlarla qarşılıqlı 

nəzarətinə daha da yaxşı imkan yaradacaqdır.  

Ümumiyyətlə istər büdcə, istərsə də büdcədən kəran maliyyə vəsaitlərindən və 

ehtiyatlarından səmərəli, qənaətlə, düzgün  və  təyinatı  üzrə    istifadə edilməsi  üçün 

bütün büdcə və təşkilatlarında sağlam, möhkəm maliyyə mexanizmi qurulmalıdır.  

Milli  iqtisadi  və  mənəvi  inkişaf  naminə  maksimum  hər  cür  imkanlardan 

istifadə etmək lazımdır. 




 

83

Резюме 

 

 

   



В  диссертационной  работе  исследованы  пути  повышения 

эффективности  расходов  государственного  бюджета.  В  нем  обосновывается 

актуальность,  цель  и  задачи,  практическая  значимость  исследования,  а  также 

исследуются 

теоритические 

и 

методологические 



основы 

изучения 

эффективности расходов государственного бюджета. 

 

На  основе  анализа  дается  современное  состояние  эффективности 



использования  бюджетных  средств,  роль  финансового  контроля  и  ее  оценки.          

Диссертация  характеризует  основные  направления  путей  повышения 

эффективности  расходов  государственного  бюджета.  Определены  основные 

направления 

совершенствованного 

финансирования 

отдельных 

видов 


расходов государственного бюджета. 

 

 

 

 

 

 

 

 

 


 

84

                     Summary 

On this dissertation researched the ways to increase the effectiveness of state 

budget expenditures. It substantiates the relevance, purpose and objectives, the 

practical significance of tically and methodological basis of studying the 

effectiveness of the state budget expenditures. 

 Based on the analysis given the current state of efficiency of budgetary 

funds, the role of financial control and evaluation. Thesis describes the main 

directions of the state budget expenditures. Also defined the main directions to 

improve the financing of certain types  of the state budget expenditures.  



 

 

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə