Əlyazması hüququnda


  Dövlət büdcə xərclərinin maliyyələşmə forması və metodları



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə5/25
tarix14.09.2018
ölçüsü0,61 Mb.
#68436
1   2   3   4   5   6   7   8   9   ...   25

 

15

 



1.2.  Dövlət büdcə xərclərinin maliyyələşmə forması və metodları 

 

Təcrübədə  büdcə  təxsisatının  istifadəsində  büdcə  maliyyələşdirilməsindəki 

metoddan istifadə edilir: 

  «netto-büdcə»  sistemi  üzrəmaliyyələşmə.  Pul  vəsaitlərinin  verilməsi 

bu üsulu onunla xarakterizə edilir ki, bu zaman büdcə maliyyələşməsi 

təsdiq  olunmuş  büdcə  nəzərdə  tutulmş  məsrəf  ətrafında  məhdud 

olmalıdır; 

  «Brutto-büdcə» sistemi üzrə  maliyyələşmə 0 bu sistem tam büdcədən 

maliyyələşən  müəssisə  və  təşkilatlarda  tətbiq  edilir.  Bu  halda  büdcə 

vəsaiti  bütün  növ  xərclərin  hansı  ki,  istər  cari  və  istərsə  də  büdcə 

təşkilatının  fəaliyyətinin  genişləndirilməsi  əlaqədar  xərclər  üçün 

ayrılır. 

Maliyyə  ilində  nəzərdə  tutulan  büdcə  öhdəliklərinin  icrası  üçün  büdcə 

təxsisatlarının  maliyyələşdirilməsi  yolu  ilə  büdcə  maliyyələşdirilməsi  həyata 

keçirilir. 

Büdcə təxsisatına aşağıdakıar aid edilir: 

  Dövlətə  (bələdiyyələrə)    göstərilən  xidmətlərə  (icra  olunan  işlərə),  o 

cümlədən dövlətə (bələdiyyələrə) kantrakt əsasında göndərilən malların, 

icra  olunmuş  işlərin,  göstərilən  xidmətlərin  ödənilməsi  üçün  ayrılan 

təxsisatlar; 

  Əhalinin sosial təminatı; 

  Dövlət  (bələdiyyə)  təşkilatları  hesab  edilməyən  hüquqi  şəxslərə  büdcə 

investisiyalarına təxsisatlar; 

  Hüquqi  şəxslərə,  fərdi  sahibkarlara  (dövlət  və  bələdiyyələrdən  başqa) 

fiziki şəxslərə subsiyadaların verilməsi; 

  Büdcələrarası transferlərin verilməsi; 




 

16

  Beynəlxalq  hüquq  subyektlərinə  üzvlük  haqlarının,  əvəzsiz  olan 



ödənişlərin köçürülməsi; 

  Dövlət (bələdiyyə) borclarına xidmətlərə; 

  Azərbaycan  Respublikasının  onların  subyektlərinin,  bələdiyyələrin, 

hüquqi  şəxslərin,  vətəndaşların,  dövlət  hakimiyyət  orqanlarının  və 

onların  vəzifəli  şəxslərin  qanunsuz  hərəkətləri  nəticəsində  dəymiş 

ziyanın  ödənilməsi  ilə  əlaqədar  iddialar  üzrə  məhkəmə  aktların 

(qərarların) icrasına. 

Büdcə  maliyyələşməsinin  əsas  elementi  büdcədən  vəsaitin  verilməsi 

metodudur.  Bu  metodun  köməyi  ilə  maliyyə  orqanları  büdcədə  nəzərdə  tutulmuş 

tədbirlər 

üçün 

pul 


vəsaitləri 

ilə 


təmin 

edir, 


maliyyə 

resurslarının 

bölüşdürülməsində mövcud praporsiyaları tənzimləyir. 

Dövlətin  maddi  istehsal  sferasında  istehsala,  mənzil  –  məişət  təsərrüfat 

xərcləri  ölkə  iqtisadiyyatının  real  sektorunun  maliyyələşdirilməsi  xərclərinə  aid 

edilir. 


Büdcə  vəsaitləri  nazirliklərə,  baş  idarə  və  müəssisələrin  istehsalının 

genişləndirilməsi  ilə  əlaqədar  məsrəflərə  (kapital  qoyuluşuna),  sadə  təkrar 

istehsalın  təmin  edilməsinə  (subsidiya,  datasiya  və  transferlər)  əməliyyatlara  və 

sair xərclərə verilir. 

Xalq  təsərrüfatının  maliyyələşdirilməsi  xərcləri  nazirlik  baş  idarə  və 

münasibətlər  üzrə  planlaşdırılır  və  eyni  zamanda  məqsədli  təyinat  üzrə  nəzərdə 

tutulur. 

Büdcə  vəsaitlərinin əsas hissəsi  xalq təsərrüfatının  üstün sahələrinə ayrılır ki, 

bunlara  yanacaq  sənayesi  energetika,  kənd  təsərrüfatı  və  nəqliyyat  sahələrini  aid 

etmək olar. 

Büdcə  vəsaitlərinin  məqsədli  istifadəsi  baxımından  iqtisadiyyatın  inkişafı 

üçün  kapital qoyuluşunun maliyyələşdirilməsi xərcləri daha böyük əhəmiyyət kəsb 

edir.  



 

17

Kapital  qoyuluşunun  maliyyələşdirilməsi  istehsal  və  qeyri-istehsal  təyinatlı 



yeni  və  fəaliyyətdə  olan  əsas  fondların  genişləndirilməsinə  pul  vəsaitlərinin 

verilməsidir.  

Büdcə  resurslarının  məhdudluğu  ilə  əlaqədar  olaraq  məqsədli  proqramlara 

daxil edilən və ya icra hakimiyyəti orqanları qərarları ilə həyata keçirilən tədbirlər 

üzrə investisiyaları pul vəsaitləri ayrılır.  

İqtisadiyyatın  maliyyələşdirilməsi  xərclərinin  mühüm  istiqaməti  hüquqi 

şəxslərə  müxtəlif  subsidiyaların,  datasiyaların  və  subversiyaların  verilməsidir.  Bu 

vəsaitlər  dövlət,  bələdiyyə  və  özəl  müəssisələrin  müxtəlif  cari  xərclərini  və 

zərərlərini ödəmək üçün ayrılır. 

Bu  xərclərin  əsas  hissəsi  kömür  sənayesinə,  aqrar  sənaye  komplekslərinə, 

mənzil məişət, şəhər nəqliyyatına və iqtisadiyyatın digər sahələrinə yönəldilir.  

Sosial ehtiyaclara xərclər dövlətin sosial funksiyalarının yerinə yetirilməsi ilə 

əlaqədardır. Bu xərclər aşağıdakı qruplara bölünür: 

  Təhsil; 

  Mədəniyyət, kinomotoqrafiya; 

  Kütləvi informasiya vasitələri; 

  Səhiyyə; 

  Bədən tədbiyəsi və idman; 

  Sosial siyasət. 

Sosial  ehtiyaclara  xərclər  smeta  planlaşdırılması  prinsipləri  əsasında 

müəyyən  edilir.  Bu  xərclər  konkret  tədbirlər  və  məsrəf  növləri  üzrə 

maliyyələşdirilir.  Xərclərin  həcmi  qeyri  istehsal  sferasının  idarələrində  tərtib 

olunan  smetalar  və  maliyyə  orqanları  tərəfindən  hesablanmış  təxsisatın  əsasındv 

aparılmış  əməliyyatlar  və  s  metodlarla  müəyyən  edilir.  Büdcə  təşkilatlarının 

smetaları  üzrə  xərclərin  hesablanmasının  əsasını  onların  fəaliyyət  göstəriciləri 

(sinif  şagirdlərinin  sayı,  tədris  qruplarının  sayı,  tədris  sinif,  çarpayı  aparılan 

əməliyyatların sayı və s.) təşkil edir. 

Bu zaman təşkilatın il ərzində fəaliyyəti nəzərdə tutulmalıdır.  




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə