Əlyazması hüququnda



Yüklə 0,59 Mb.

səhifə8/25
tarix14.09.2018
ölçüsü0,59 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   25

 

24

Dövlət borclarının ödənilməsində büdcə vəsaitlərindən istifadə edilməsinin bir 



çox  üstünlükləri  vardır.  Hər  şeydən  əvvəl,  qeyd  etmək  lazımdır  ki,  bu  cəhət 

borcların  ödənilməsində  müəyyənlik  yaradır.  Yəni,  bu  yolla  hər  il  üzrə  müəyyən 

həcmdə vaxt çatmış borc məbləğləri ödənilir. Vaxtı çatmış borcların ödənilməsi də, 

öz növbəsində, dövlətin kredit reytinqini artırmış olur.  

Digər  tərəfdən,  bu  məqsədlə  büdcə  vəsaitlərindən  istifadə  olunması  digər, 

qeyri-məqsədəuyğun maliyyə mənbələrindən istifadə qarşısının qismən almış olur. 

Məsələn,  əgər  həmin  ödənişlər  dövlət  büdcəsində  yer  almazsa,  bu  zaman  digər 

metodlara, o cümlədən yeridən borc vasitələri cəlb etməyə ehtiyac yaranacaq ki, bu 

da bir çox çətinliklərə yol açacaqdır.  

Dövlət büdcəsi üzrə borc xidmətinin daha bir üstünlüyü ondan ibarətdir ki, bu 

ödənişlərin dövrü olaran həyata keçirilməsinə imkan verir. Belə ki, ödənişlər təkcə 

birbaşa deyil, həm də hissə-hissə həyata keçirilir.  

Dövlət  büdcəsi  həm  daxili,  həm  də  xarici  borcların  ödənişinə  xidmət  edir. 

Buna əsas borc məbləğləri ilə yanaşı faizlər də daxildir.  

Əksər  ölkələrdə  olduğu  kimi  Azərbaycanda  da  hər  il  «Dövlət  büdcəsi 

haqqında»  qanuna  əsasən  daxili  və  xarici  dövlət  borcunun  limiti  müəyyən  edilir. 

Eyni  zamanda,  burada  dövlət  zəmanəti  ilə  investisiya  layihələri  üzrə  istifadə 

ediləcək  xarici  kreditlərin  həcmi  öz  əksini  tapır.  Hər  maliyyə  ili  ərzində  dövlətin 

xarici və daxili borcunun ödənilməsi ilə bağlı xərclər Azərbaycan Respublikasının 

«Dövlət  büdcəsi  haqqında»  qanunda  yer  alır.  Qeyd  etmək  lazımdır  ki, 

Azərbaycanda bu xərclər bütünlüklə mərkəzləşdirilmiş xərclərə aid edilir.  

2009/20014-cü  illər  üzrə  Azərbaycanda  daxili  və  xarici  dövlət  borclarına 

büdcə xidmətlərinin həcmi haqqında -də məlumat verilmişdir.  

 

cədvəl № 1 



Dövlət borcları üzrə büdcə xidməti  

Göstəricilər  

2009 

2010 


2012 

2013 


2014 

Dövlətin  xarici  borcları  üzrə 

büdcə xərcləri  

22,6 


38,6 

100,6 


112,9 

205,4 



 

25

Dövlətin  daxili    borcları  üzrə 



büdcə xərcləri  

227,2 


287,1 

312,4 


780,7 

780,5 


 

Xarici  dövlət  borcu  üzrə  büdcə  xidmətinin  ən  yüksək  həcmi  2009-cu  ildə 

(22,6 mln.manat) təsadüf edir. Daxili dövlət borcu üzrə isə bu səviyyə 2009-cu ilə 

(227,2  mln.manat)  təsadüf  edir.  Bu  baxımdan  maraqlı  faktlardan  biri  də 

2009/2013-cü illərdə həm xarici, həm də daxili dövlət borcları üzrə büdcə xidməti 

səviyyəsinin  aşağı  düşməsidir.  Bu  cəhət  2002-ci  ildən  sonra  dövlət  büdcəsi 

imkanlarının  əvvəlki  illərə  nisbətən  aşağı  olmasından  irəli  gəlmir.  Belə  ki,  həmin 

ildən  sonra  büdcə  gəlirlərinin  həcmi  artmışdır.  Əslində,  dövlət  borclarına  büdcə 

xidməti  həcminin  aşağı  düşməsinə  birbaşa  səbəb  –  ödəniş  vaxtı  çatmış  borcların 

azlıq təşkil etməsidir.  

Dövlət  xəzinəsinin əsas  vəzifələrindən biri büdcədə dövlət  gəlirləri  ilə dövlət 

xərcləri  arasındakı  bə\rabərliyi  təmin  etməkdir.  Çünki,  xəzinə  bütün  dövlət 

gəlirlərinin  toplandığı  və  bütün  dövlət  xərclərinin  ödəndiyi  kassa  rolunu  oynayır. 

Bundan  ötrü  dövlət,  həyata  keçirilməli  olan  ödəmələri  nizamlı  şəkilə  salmaq 

məqsədilə  dövlət  qiymətli  kağızları  –  xəzinə  vekselləri  buraxıaraş  borc  vəsaitləri 

cəlb edilir və qeyd olunan ehtiyacları ödəyir.  

Qeyd etmək lazımdır ki, ilk dəfə qısamüddətli dövlət borcları məhz, xəzinənin 

kassa ehtiyaclarını ödəmək məqsədilə yaranmışdır.  

Məlum  olduğu  kimi,  dövlət  xəzinəsi  təkcə  dövlət  büdcəsi  üzrə  gəlir  və 

xərclərin  yerləşdiyi  kassa  rolunu  oynamır.  Belə  ki,  xəzinə  bütünlüklə  dövlət 

gəlirlərinin  və  xərclərinin  yer  aldığı  maliyyə  alətidir.  Xəzinədə  dövlət  büdcəsi  ilə 

yanaşı, büdcədənkənar fondların, eləcə də, dövlət bölməsinin gəlirləri və məsrəfləri 

yer  almaqdadır.  Buna  görə  də  dövlətin  kassası  rolunu  oynayan  xəzinə  çoxsaylı 

gəlir  və  xərclərlə  bağlı  olan  əməliyyatları  balanslaşdırılmış  qaydada  həyata 

keçirmək  məcburiyyətindədir.  Bunu  nəzərə  alaraq,  dövlət  gəlirləri  və  xərcləri 

arasında  balansı  təmin  etmək  məqsədilə  xəzinə  qiymətli  kağızları  emissiya  edilir. 

İqtisadi subyektlər tərəfindən investisiyalaşdırılan xəzinə qiymətli kağızları yüksək 

etibarlı və aşağı riskli olurlar.  

 



 

26

 



 

FƏSİL II DÖVLƏT BÜDCƏ XƏRCLƏRİNİN  SƏMƏRƏLİ 

XƏRCLƏNMƏSİNİN TƏHLİLİ 

2.1. Büdcə xərclərinin səmərəli istifadə edilməsində 

xəzinədarlığın rolu 

 

Məlum  oldüğü  kimi  dövlət  büdcəsi  ölkənin  iqtisadi  fəaliyyətinin 

ümumiləşdirilmiş  makroiqtisadi  göstəricilərindən  biri  olub  özündə  bütün  əsas 

maliyyə  əməliyyatlarının    -  gəlir,  xərc  və  dövlət  borcunun  üzvi  surətdə  əlaqəsini 

əks etdirir. Bu əməliyyatlar xaraktercə müstəqil olsalar da, həyata keçirilən dövlət 

siyasətinə  uyğun  olaraq  onun  tərkib  elementləri  kimi  bir-birini  şərtləndirən  və 

tamamlayan maliyyə əməliyyatları kimi çıxış edir.  

Vespublikamızda bazar  münasibətlərinin daha da gücləndirilməsi ilə əlaqədar 

olaraq mövcud iqtisadi mühitə uyğun olan və aparılan iqtisadi siyasəti tamamlayan 

real dövlət büdcəsinin tərtibi, onun icrası zamanı dövlət vəsaitlərinin səmərəli idarə 

edilməsinin təşkili – ən zəruri, həyati məsələyə çevrilmişdir.  

Ayrı-ayrı  əməliyyatlar  üzrə  maliyyə  idarəetmənin  optimallaşmasında 

xəzinədarlıq  mühün  rol  oynayır.  Dünya  ölkələrinin  təcrübəsi  xəzinədarlığın  bu 

sahədə  böyük  səlahiyyətə  malik  olduğunu  göstərir.  Bu  səlahiyyətlər, 

aşağıdakılardan  ibarətdir:  -  birincisi  –  dövlət  büdcəsinin  planlaşdırılması  və  onun 

icrasına  nəzarət;  büdcədən  kənar  fondların,  habelə  yerli  orqanların  əməliyyatları 

üzərində  nəzarət;  ikincisi  –  cari  nağd  pulların  idarə  edilməsi,o  cümlədən  bank 

sisteminə  daxil  olan  vəsaitlər  üzərində  nəzarət,  habelə  dövlət  xərclərinin  nizama 

salınmasını təmin etmək; üçüncüsü – dövlət borclarının və təminatlı borcların idarə 

edilməsi;  dördüncüsü  –  dövlət  maliyyə  aktivlərinin,  o  cümlədən  dövlət 

müəssisələrinin  səhm  paketlərinin  idarə  edilməsi;  beşincisi  –  dövlət  idarəetmə 

orqanlarında  əməliyyatların  uçotu  və  dövlət  maliyyə  informasiya  sisteminin 






Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə