Əlyazması hüququnda



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə9/25
tarix14.09.2018
ölçüsü0,61 Mb.
#68436
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

 

27

səmərəli  fəaliyyətinin  təmin  edilməsi;  altıncısı  –  auditor  qaydasında  yoxlama  və 



qiymətləndirmə. 

Lakin  ayrı-ayrı  ölkələrdə  xəzinədarlıq  qarşısında  duran  vəzifələrin  məzmunu 

eyni  olmur.  Eyni  zamanda  bəzi  ölkələrin  xəzinədarlıq  sistemi  öz  üzərində  bütün 

fəaliyyət növləri ilə bağlı olan məsuliyyəti götürmək istəmirlər. Hətta belə halların 

özündə də, xəzinədarlıq büdcə gəlirləri və xərclərinin səmərəli qurulmasında bu və 

ya  digər  formada  iştirak  edirlər.  Xəzinədarlığın  büdcə  gəlirləri  fəaliyəti  üzrə 

aşağıdakı  kimidir:  1)  vergilərin  təşkili  məsələləri;  2)  banklar  vasitəsilə  büdcəyə 

daxilolmaların  müəyyən  edilməsi  məqsədilə  banklarla  danışıqların  aparılması;  3) 

bank  sistemi  vəsitəsilə  daxiolmaların  toplanması  və  nəzarəti;  4)  daxilolmaların 

müxtəlif  dövlət  idarəçiliyi  orqanları  və  xüsusi  proqramlar  üzrə  bölüşdürülməsi. 

Bundan  başqa  xəzinədarlıq  resursların  bölüşdürülməsi,  xərclənməsi,  büdcə 

vahidləri üzrə (nazirlik, idarə və s.) ayrılması və s məsələlərlə də məşğul olur.  

Beynəlxalq  təcrübə  və  respublikamızda  formalaşan  maliyyə  sistemi  mövcud 

vəziyyətdə  bu  məsələlərin  düzgün  və  beynəlxalq  standartlara  uyğun  həll  edilməsi 

üçün müvafiq təşkilati tədbirlərin həyata keçirilməsini və praktiki olaraq alternativi 

olmayan  qərarın  –  Maliyyə  Nazirliyinin  nəzdində  Dövlət  Xəzinədarlığın 

yaradılmasını tələb edirdi.  

Bazar  iqtisadiyyatının  mövcud  olduğu  bütün  sivil  dünya  ölkələrində 

xəzinədarlıq  sistemi  dövlət  maliyyəsinin  əsas  elementlərindən  biri  kimi  çoxdan 

formalaşmış  və  səmərəli  fəaliyyət  göstərir.  Hər  bir  ölkənin  konkret  inkişaf 

səviyyəsindən  və  idarəetmə  prinsiplərindən  asılı  olaraq,  xəzinədarlıq  sisteminin 

yerinə  yetirdiyi  funksiyalar  çoxşaxəli  olub  bir-birindən  kəskin  surətdə  fərqlənir. 

Eyni  zamanda  yerinə  yetirdiyi  funksiyalarla  şərtlənən  xəzinədarlıq-maliyyə 

sisteminin  əsas  tərkib  elementlərindən  biri  kimi  büdcənin  icrası  üzrə  ən  vacib 

iqtisadi qurumların fəaliyyətini əlaqələndirməyə və dövlətin malik olduğu maliyyə 

vəsaitlərini  optimal  idarə  etməyə  imkan  verir.  Lakin  buna  baxmayaraq  keçid 

dövrünü  yaşayan  MDB  ölkələrindən  fərqli  olaraq  respublikamızda  xəzinədarlıq 

sisteminin  yaradılmasına  nisbətən  gec  başlandı.  Azərbaycan  Respublikasının 

Prezidenti  «Azərbaycan  Respublikasında  Dövlət  Xəzinədarlığın  yaradılması 



 

28

haqqında»  04  oktyabr  1995-ci  il  tarixli  Fərmanı  imzalayaraq  büdcədən 



maliyyələşən  bütün  təşkilatların  hesablaşma  hesablarının  istisnasız  olaraq 

bağlanması haqqında göstəriş verdi və beləliklə də, dövlət resurslarının saxlanması 

və  idarə  edilməsi  üçün  «vahid  hesab»  anlayışının  yaradılmasının  bünövrəsini 

qoydu.  Maliyyə  sektorunda  bu  istiqamətdi  aparılan  islahatların  əhəmiyyətini  və 

beynəlxalq  insitutlar  tərəfindən  ciddi  dəstəklənməsini  nəzərə  alaraq  və  eyni 

zamanda  bu  prosesin  gedişinə  mənfi  təsir  göstərə  biləcək  hər  hansı  manəenin 

qarşısını  almaq  məqsədilə  Respublika  Prezidentinin  16  may  1997-ci  il  tarixində 

«Azərbaycan  Respublikasında  Dövlət  Xəzinədarlığın  fəaliyyətinin  tənzimlənməsi 

haqqında»  Sərəncam  imzaladı.  Bununla  da,  respublikamızda  dövlət  maliyyə 

vəsaitlərindən  istifadə  olunmasının  səmərəli  mexanizminin  formalaşdırılması,  bu 

vəsaitlərin birbaşa son təyinatına çatdırılması və onunla bağlı əməliyyatların yalnız 

xəzinə  hesablarının  vasitəsilə  aparılması  üçün  zəruri  hüquqi  baza  yaradıldı.  

Maliyyə Nazirliyi tərəfindən bu hüquqi bazaya əsaslanaraq respublikamızda çevik 

xəzinədarlıq  sisteminin  yaradılması  üçün  müvafiq  normativ  sənədlər  hazırlandı  

büdcə  və  büdcədənkənar  vəsaitləri  üzrə  bütün  maliyyə  əməliyyatları  xəzinə 

hesabları vasitəsilə həyata keçirilməyə başladı.  

Dövlət  xəzinədarlığının  yaradılmasında  əsas  məqsəd  –  dövlət  maliyyə 

vəsaitlərinin optimal idarəetməsinə şərait yaratmışdır. Bu isə təbii ki, xəzinədarlığa 

aşağıda  göstərilən  müvafiq  normativ  hüquqi  aktlarda  təsbit  olunmuş  geniş  vəzifə 

və funksiyaların tapşırılmasını tələb edirdi: 

-  müvafiq  qanunvericiliyə  uyğun  olaraq,  büdcə  və  büdcədənkənar 

daxilolmaların  mədaxil  edilməsi,  bölüşdürülməsi  və  paylanması  əməliyyatlarının 

həyata keçirilməsi; 

-  büdcə  daxilolmaların  vəziyyətindən  asılı  olaraq,  təsdiq  edilmiş  dövlət 

büdcəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşməsinin həyata keçirilməsi; 

-  dövlət  büdcəsi  vəsaitlərinin  idarə  edilməsi.  O  cümlədən  mərkəzləşdirilmiş 

xərclər  üzrə  nəzərdə  tutulmuş  resurslardan  istifadənin  səmərəliliyinin  təmin 

edilməsi məqsədilə maliyyə planlaşdırılmasının həyata keçirilməsi; 




 

29

-  ehtiyat  fondundan  və  investisiya  xərclərindən  vəsaitlərin  hökumətin 



müəyyən etdiyi təyinatlar üzrə yönəldilməsinin təmin edilməsi; 

-  dövlət  büdcəsində  nəzərdə  tutulmuş  xərclər  üzrə  dövlət  öhdəliklrinin  qəbul 

edilməsi, büdcə təşkilatları tərəfindən alınan malların qəbul edilən iş xidmətlərinin 

uçotu  üzrə  tədbirlərin  həyata  keçirilməsi  və  büdcə  xərclərinin  kassa  icrasının 

yerinə yetirilməsi; 

-  dövlət  büdcəsində  büdcə  kəsirinin  ötürülməsi  üçün  nəzərdə  tutulmuş 

maliyyələşmə mənbələrindən istifadə edilməsi; 

-  büdcə  təşkilatlarının  büdcədənkənar  vəsaitlərinin  və  məqsədli  büdcə 

fondlarının gəlir və xərclərinin kassa icrasının həyata keçirilməsi; 

- xəzinə  hesabları  üzrə əməliyyatların  həyata keçirilməsi  və onların  uçotunun 

təşkil edilməsi; 

-  dövlət  büdcəsindən  ayrılan  vəsitlərdən  təyinatı  üzrə  istifadə  olunmasına, 

büdcə  təşkilatlarının  büdcədənkənar  vəsaitlərinin  maliyyə  orqanları  ilə 

razılaşdırılmış  qaydada  təsdiq  edilmiş  smetalara  uyğun  istiafdəsində  ümumi 

nəzarətin təşkil edilməsi və s.  

Respublikamızda  xəzinədarlıq  sisteminin  yaradılmasına  nisbətən  gec 

başlanmasına baxmayaraq ölkə rəhbərliyinin bilavasitə qayğısı və köməkliyi ilə bu 

sistemin  formalaşdırılması  və  təşəkkül  tapması  üçün  çox  işlər  görülmüş,  sistemin 

bütün  elementləri  qısa  müddətdə  uğurla  həyata  keçirilmiş  və  əldə  olunmuş 

nəticələr beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətlindirilmişdir.  

Müasir  dövrün  tələblərinə  uyğun  olaraq  büdcə  vəsaitlərinin  xərclənməsi 

mərkəzləşdirilmiş qaydada Baş Dövlət Xəzinədarlığı tərəfindən həyata keçirilir ki, 

bu  da  ödənişlər  üzrə  borcların  əmələ  gəlməsinin  qarşısını  almağa,  büdcə 

təşkilatlarını  resursla  müntəzəm  təmin  etməyə  və  zəruri  dövlət  ödənişlərini 

vaxtında  həyata  keçirməy,  büdcə  vəsaitlərinin  səmərəli  xərclənməsi  üzərində  cari 

nəzarəti etməyə imkan verir. 

Hazırda  respublikamızda  beynəlxalq  standartlara  uyğun  xəzinədarlıq  sistemi 

yaradılmış, dövlətə  məxsus  maliyyə  vəsaitlərinin  vahid  mərkəzdən  idarə olunması 

təmin olunmuş, bu vəsaitlərin daxil olması və xərclənməsi üzərində dövlət nəzarəti 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə