56
Məlumatların təhlili göstərir ki, ən yüksək intensiv axıcılıq kişilər arasında
müşahidə olunur. Kadrlar axıcılığının təhlili üçün kadrların yaş strukturunun,
quruluşunun müəyyən edilməsi mühüm əhəmiyyət daşıyır. Kadrlar axıcılığının
intensivliyinin artması fəhlələrin cavanlaşması prosesi ilə bağlıdır.
Işçi qüvvəsi axıcılığı iş yerinin sanitariyasi, iş yerinin yaşayış yerinə yaxınlığı,
kollektiv daxili münasibətlərlə də əlaqədardır. Işçi axını mürəkkəb, ziddiyyətli
prosesdir. Nəzərə alınmalıdır ki, işçi qüvvəsi axını kimin mənafeyinə toxunur.
Əgər işçi qüvvəsi axını işçilərin və kollektivin mənafeyinə zidd deyilsə, demək, bu
normal sosial hadisədir. Ona görə də bu hal ümumi və şəxsi məsələlərin həllinə
kömək edir. Bütün digər hallarda isə biz artıq neqativ işçi axını ilə rastlaşırıq.
Odur ki, müəyyən sosial və iqtisadi tədbirləri həyata keçirməklə onun qarşısını
almağa çalışmalıyıq.
Beləliklə, işçi qüvvəsi axını kompleks sosial-iqtisadi, sosial-psixoloji,
demoqrafik və digər amillərin qarşılıqlı hərəkəti nəticəsində yaranır. Burada
iqtisadi amil ayrı-ayrı konkret şəraitdə üstün rola malik olsa da heç vaxt yeganə
amil ola bilməz. Odur ki, işçi qüvvəsi axınını tədqiq etməkdə sosial münasibət və
amillərdə mühüm rola malikdirlər.
Cədvəl 2.
Göstəricilər
Cəmi
Kişi
Qadın
1
2
3
4
Tez-tez boşdayanmalar olur və iş vaxtından əlavə
işləyirik
26,0
16,3
28,8
Hasilat norması yerinə yetirilə biləcəkdirmi
26,9
24,0
27,8
Hasilat norması gərgindir
3,6
5,1
3,2
Müasir avadanlıqdır
14,3
15,8
13,8
Avadanlıqlar köhnədir
15,5
14,3
15,9
Cəmi:
100,0
100,0
100,0
Növbəlilik sizi qane edirmi:
Hə
Yox
Çox da yox
67,7
25,8
6,5
68,9
25,6
5,5
67,3
25,9
6,8
əmək haqqı ilə razısınızmı:
Hə
Yox
Çox da yox
30,9
45,0
24,1
42,3
38,1
19,6
27,2
47,3
25,5
57
Cəmi:
100,0
100,0
100,0
Işdə yorğunluq hiss edirsinizmi:
a) Fiziki mənada
Hə
Yox
Az yoruluram
57,1
27,4
15,5
47,4
39,2
13.4
60,3
23,6
16,1
Cəmi:
100,0
100,0
100,0
b) əsəbi mənada
çox da yox
hə
yox
14,4
62,1
23,5
15,6
49,0
35,4
13,9
66,4
19,7
Cəmi:
100,0
100,0
100,0
Işiniz sağlamlığınıza mənfi təsir ənfi təsir edirmi:
Hə
Yox
Çox da yox
62,4
23,3
14,3
48,5
30,9
20,6
67,0
20,7
12,3
Cəmi:
100,0
100,0
100,0
Bazar əlaqələri və münasibətləri bir çox rayonlarda işləyənlərin həyat
səviyyəsini heç cür təmin etmir və miqrasiya prosesi sürətlənir. Bəzi hallarda pis
həyat tərzi həmin rayonlarda yaşayanların çox da əlverişli olmayan başqa yerə
köçməsinə də səbə olur.
Qeyd etmək lazımdır ki, hazırda müəssisələrdə tətbiq edilən mexanikləşmə və
avtomatlaşdırma, ağır əl əməyini yüngülləşdirmək üçün həyata keçirilən tədbirlər,
əməyin təşkili ilə bazar idarəetmə üsulu, əmək haqqının təşkili və sair tədbirlər bu
problemi səmərəli halda idarəedilməsinə xidmət etmir.
Iş yerini dəyişmək üçün qərara gəlmək səbəbləri də heç də həmişə eyni olmur.
Adətən işdən gedən şəxs ya bir neçə motivi əsas götürür, ya da bir motivə
əsaslanır. Bu da öz növbəsində başqa motivlərlə əlaqədar olur və bir neçə obyektiv
və subyektiv amillərə istinad edir. Ona görə də işçi axınına qarşı səmərəli mübarizə
aparmaq üçün kompleks yanaşmaq, hər bir obyektiv və subyektiv amili nəzərə
almaq lazımdır. Burada işçi axını motivlərini strukturunun təhlili vacibdir.
Əmək kollektivlərində iş vaxtından səmərəli istifadə eilməsinə ciddi təsir
edən biri də işçilərin tez-tez öz iş yerlərini dəyişmələri, yəni onların qeyri-
mütəşəkkil axınıdır. Aydındır ki, öz iş yerini dəyişdirmək istəyən işçi başqa
müvafiq iş tapmaq üçün müəyyən vaxt sərf etməlidir.
58
Işçi qüvvəsi axınının təhlili göstərir ki, kollektivlərdə kadrların hərəkəti
kompleks səbəblərdən irəli gəlir. Həmin səbəblər hər bir rayon, şəhər, sənaye, ayrı-
ayrı müəssisələr, şəxslər və hətta ayrı-ayrı peşə ixtisasları üzrə müxtəlif əhəmiyyət
kəsb edir.
Qeyd etmək lazımdır ki, başqa sahə və müəssisəyə işə gedənlərin əksəriyyəti
bir qayda olaraq öz ixtisaslarını dəyişməli, yəni ixtisas öyrənməli olurlar. Demək,
onlar müəyyən müddət ərzində istehsalatda fəal iştirak edə bilmirlər. Hətta işçilər
həmin peşə -ixtisasları üzrə işə qəbul olunduqda belə yeni şəraitə uyğunlaşıncaya
qədər öz iş vaxtlarından tam istifadə edə bilmirlər.
Əmək təşkilinin yaxşılaşdırmaq, hər bir işçiyə öz ixtisasını artırmaq,
kollektivdə qarşılıqlı yoldaşlıq münasibətini təmin etmək, əmək şəraitini
yaxşılaşdırmaq (ağır işləri mexanikləşdirmək, zərərli əmək şəraitinə qarşı neqativ
münasibət, gecə növbələrinin sayını azaltmaq), işdən kənar vaxtdan, yəni asudə
vaxtdan səmərəli istifadə edilməsi üçün şərait yaratmaq, nəqliyyatın düzgün
işləməsini təmin etmək, uşaq və məişət şəbəkəsini inkişaf etdirmək və sair. Hansı
müəssisələrdəki göstərilən tədbirlərə əməl olunursa orada işçi qüvvəsi axıcılığı da
xeyli aşağı olur.
Məlumdur ki, əməyin təşkili işçi qüvvəsinin müəyyən texniki səviyyəsində
texnoloji və istehsalın təşkili səviyyəsində məqsədəuyğun və planlı surətdə istifadə
edilməsini təmin edən tədbirlərin cəmidir. O iş yerlərindəişçi qüvvəsi əmələ gəlir
ki, orada fəhlələr materiallarla, alətlə pis təmin olunur və həmin səbəb üzündən
orada boş dayanma halları əmələ gəlir və yaxud avadanlıq səmərəsiz istifadə edilir.
Həm də həmin səbəblər üzündən fəhlənin əmək haqqı aşağı düşür və onda iş yerini
dəyişdirmək həvəsi yaranır.
Digər tərəfdən işin ahəngdar olmaması normal əmək şəraitinə, istirahətə və
oxumağa maneçilik törədir. Nəticədə müəssisədə iş vaxtından əlavə işləmək üçün
çoxlu miqdarda vaxt sərf edilməsi zəruriyyəti yaranır.
Əməyin pis təşkil edilməsi nətiəsində müəssisədə həddindən artıq boş
dayanma hallarına rast gəlmək olur. Xüsusilə belə bir vəziyyət təhsilini davam
edən gənclərə və evdə xeyli iş görən qadınlara daha böyük mənfi psixoloji təsir