Emanet buklet



Yüklə 19,96 Kb.
Pdf görüntüsü
tarix27.03.2018
ölçüsü19,96 Kb.
#35132


BAKI - 2013

AZƏRBAYCAN RESPUBLİKASININ

MƏRKƏZİ BANKI

Pul yığımı və 

e

e



MAN T 

Pul yığımına necə başlamalı?

Pula qənaət etmək bir mədəniyyətdir. Təbii ki, hər 

bir  insan  öz  tələbatını  ödəmək  üçün  gəlirinin 

müəyyən  hissəsini  istehlak  edir.  İstehlakın 

səviyyəsi  və  strukturu  insan  həyatının 

keyfiyyətinə  və  tərzinə  təsir  edir.  Bununla  belə, 

istehlakla  yığım  arasında  müəyyən  bir  tarazlıq 

saxlanılmalıdır. İnsan yığım etməyi bacarmalıdır. 

Çünki  bu,  onun  gələcək  maddi  təminatına 

əhəmiyyətli dərəcədə təsir edəcəkdir.

Pul  yığmağın  əsas  qaydası:  “İlk  növbədə 

yığıma vərdiş et!”

Əmək  haqqı  və  ya  təqaüdü  aldıqda  əvvəlcə 

yığım  haqqında  və  yalnız  bundan  sonra  pulu 

hara xərcləyəcəyiniz barədə düşünün. Çünki, 

xərclənən  pullar  geri  qayıtmır.  Bu  səbəbdən 

yalnız  yığdığınız  pullar  sizə  gələcəkdə  gəlir 

gətirə bilər. 

Pul  yığımına  başlamağın  ən  sadə  üsulu 

gündəlik  xərclərdən  qənaət  etmək  yollarını 

axtarıb tapmaqdır. 

İnsanlar  2  yığım  forması  arasında 

seçim  edə  bilərlər:    evdə  yığılıb  saxlanılan 

(sandıqda, pul daxılında və s.) pullar və bank 

depozitləri  (müddətli  əmanətlər).  Onlar 

arasında  əsas  fərq  yığılan  pulun  nə  qədər 

artması  və  itkisiz  olması  ilə  bağlıdır.  Əgər 

yığdığınız  pulu  evdə  saxlasanız  bu  pul  sizə 

gəlir  gətirməyəcəkdir.  Bundan  əlavə,  pulun 

evdə  saxlanması  onun  bankda  saxlanma-

sından daha risklidir. Əmanət hesabı açdığınız 

təqdirdə  isə  əmanətinizin  məbləği  faiz  gəliri 

hesabına artacaqdır.

Maliyyə savadlılığı - 

pulunuza dəyər qatın!

“QAYNAR XƏTT”

493 11 22 (3-87)

Bank üzrə:            



493 13 23

Milli valyuta üzrə: 




Əgər  bank  müddətli  əmanət  üzrə  sizə  müəy-

yən  bir  faiz  dərəcəsi  vəd  edibsə,  onda 

əmanətin müddəti başa çatana qədər bank, bu 

faiz dərəcəsini dəyişdirə bilməz.

Faiz  iki  üsulla  hesablana  bilər:  sadə  faiz  və 

mürəkkəb faiz. Sadə faiz hesablandıqda əma-

nətin  başlanğıc  məbləği  baza  kimi  götürülür. 

Mürəkkəb  faizin  hesablanması  zamanı  isə 

əmanətin faizlə birlikdə yaranmış məbləği baza 

kimi qəbul edilir.

Ən sadə əmanət növü – müddətsiz əmanətdir. 

Bu əmanətin müddəti yoxdur və siz pulunuzu 

istədiyiniz  vaxt  əmanət  hesabınızdan  götürə 

bilərsiniz. Adətən əmək haqqı və ya təqaüdlər 

məhz  belə  bir  hesaba  köçürülür.  Lakin,  bu 

əmanətlər üzrə faiz dərəcəsi bir qayda olaraq 

aşağıdır.  Bu  səbəbdən  yığdığınız  pul  üçün 

əmanətin  digər  növü  olan  müddətli  əmanət 

hesabından istifadə edə bilərsiniz. 

Əmanət  qəbul  etmək  hüququ  olan  bankda 

müddətli  əmanət  hesabı  açdırmaq  müm-

kündür.  Pulunuzu  hesabınıza  köçürürsünüz, 

sonradan  isə  onu  və  ya  faizləri,  bilavasitə 

bankdan  alır,  yaxud  da  bankomat  vasitəsilə 

istifadə edirsiniz.

Hansı əmanət növü seçilməlidir?

Əmanət nədir?

Əmanət

Faiz dərəcəsi

 – yığım məqsədilə bankdakı əmanət 

hesabınıza  qoyduğunuz  pul  vəsaitidir.  Faiz  – 

sizin pulunuzdan istifadə etdiyinə görə bankın 

sizə ödədiyi kompensasiyadır. Hesab edin ki, 

öz  pulunuzu  banka  borc  verirsiniz,  bank  isə 

bunun  müqabilində  sizə  faiz  ödəyir.  Faiz 

gəlirlərini bankdan aylıq, rüblük, altı aylıq, illik 

və  əmanət  üçün  müəyyən  edilmiş  müddətin 

sonunda götürmək imkanı vardır. Faiz gəlirləri 

əmanətinizin  məbləğini  artırır.  Banklar  isə 

depozit  hesablarında  olan  pulları  başqa 

şəxslərə  (müştərilərə)  borc  vermək  üçün 

istifadə edirlər.

 – bankın sizə müntəzəm olaraq 

ödəməyi öz öhdəsinə götürdüyü məbləğin sizin 

əmanətinizin  məbləğinə  olan  nisbətidir.  Faiz 

dərəcəsi  həmişə  faiz  (%)  ilə  və  illik  əsasda 

ifadə edilir.

Əmanətin xüsusiyyətləri

Əmanət 


bir  vasitədir,  çünki  insanlar 

üçün  əmanət  hesabı  açmaq  hüququna  malik 

olan  Azərbaycan  bankları  Əmanətlərin 

Sığortalanması Fondunun (ƏSF) üzvləridir.

Bank müflis olduqda Fond, bu bankdakı 12 %-

dən  çox  olmayan  faizlə  yerləşdirilən 

əmanətlərinizin  30.000  manata  qədər  olan 

hissəsini sizə geri qaytaracaqdır.

Nəzərə  alın  ki,  qanunvericiliklə  gələcəkdə  bu 

rəqəmlər dəyişə bilər. Odur ki, əmanəti banka 

qoyduğunuz  və  ya  əmanət  müqaviləsinin 

vaxtını  uzatdığınız  tarixdə  bu  rəqəmləri 



bankdan bir daha öyrənin.

etibarlı 

Document Outline

  • Page 1
  • Page 2

Yüklə 19,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə