Embassy of the United States of America



Yüklə 9,12 Kb.

tarix15.08.2018
ölçüsü9,12 Kb.

background image
Embassy of the United States of America 

          Office of Public Affairs            

                Baku, Azerbaijan 

 

111, Azadlıq Prospekti 

 

 

 



Phone: +(99412) 498 03 35 

AZ1007  Bakı, Azərbaycan    

 

 

Fax:  +(99412) 498 93 12  



URL: 

http://azerbaijan.usembassy.gov/

  

 

Email: 



seyidovaG@state.gov

 

 



MƏTBUAT ÜÇÜN AÇIQLAMA 

1 mart 2014-cü il 

ABŞ səfiri Göygöldə baytarlıq laboratoriyasının 

açılışında iştirak etmişdir  

 

 



ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Azərbaycan Respublikasının kənd təsərrüfatı 

naziri Heydər Əsədov ilə birgə ABŞ hökumətinin maliyyə dəstəyi ilə təmir edilmiş Göygöl Zona 

Baytarlıq Laboratoriyasının açılış mərasiminə qatılmışdır.   

 

ABŞ-ın Təhlükəsizliyin Azaldılması üzrə Müdafiə Agentliyi (DTRA) Azərbaycan Respublikası 



Kənd Təsərrüfatı Nazirliyininın Dövlət Baytarlıq Xidməti ilə əməkdaşlıq çərçivəsində Göygöl 

laboratoriyasını təmir edilməsi və ən son baytarlıq xəstəliklərinin aşkarlanması və müalicəsi 

avadanlıqları ilə təmin edilməsinə təxminən bir milyon dollar vəsait xərcləmişdir. DTRA Qax

Quba, Sabirabad və Bərdədə bu kimi baytarlıq laboratoriyalarının yenilənməsini 

maliyyələşdirmişdir.         

 

Ötən on il ərzində DTRA Azərbaycanda təxminən 100 milyon dollar vəsait xərcləmişdir. Bu 



vəsait radar sistemlərinin qurulması və gəmi bazalarının tikintisi, gəmilərin təmiri, habelə 

Azərbaycanın laboratoriya şəbəkəsinin inkişafına yönəldilmişdir. Bu fəaliyyətlər ABŞ 

hökumətinin azərbaycanlııların təhlükəsizliyi və rifahının yaxşılaşdırılması üçün Azərbaycanlı 

tərəfdaşlarla birgə işinin bir hissəsidir.  

 

“İnanıram ki, bu əməkdaşlıq Azərbaycan və həmin bölgənin əhalisinin sağlamlıq və 



təhlükəsizliyini təmin etmək  baxımından önəmli olmuşdur. Buradakı fəaliyyətimiz 

iqtisadiyyatın şaxələndirilməsi və kənd təsərrüfatı sektorunun inkişafı üzrə Azərbaycanın öz 

məqsədlərinə nail olmaq sahəsində ortaq marağımıza xidmət edir”, deyə səfir Morninqstar 

bildirib.       



 

DTRA-nın fəaliyyəti Birləşmiş Ştatlar hökumətinin Azərbaycanın gələcəyinə qoyduğu 



investisiyanın bir hissəsidir.    

: libraries -> azerbaijan -> 749085 -> highlights
highlights -> Səfirin Açılış Nitqi Amerika Günləri Festivalının Açılış Mərasimi Nizami Kino Mərkəzi, Bakı Azərbaycan
highlights -> DöVLƏt katiBİ con kerriNİn bəyanati 25 noyabr 2015-ci IL Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar
highlights -> Mətbuat Katibliyi Press-reliz
highlights -> Səfir Robert Sekutanın çıxışı Humanitar Yardım Layihəsi Təməlqoyma mərasimi Yeni-Daşkənd Cümə axşamı, 5 Noyabr, 2015
highlights -> Prezidentin İqlim Dəyişikliyinə dair Paris Sazişi barədə Bəyanatı
highlights -> Dövlət Departamenti Maliyyə Şəffaflıq Hesabatını dərc etmişdir
highlights -> Abş-ın Azərbaycan Respublikasındakı Səfirliyi Səfir Riçard Morninqstar
highlights -> Abş-ın Azərbaycan Respublikasındakı Səfirliyi Müvəqqəti işlər vəkili Derek Hoqan
highlights -> Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə Prezidentin çıxışı
highlights -> Prepared remarks


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə