“Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Miqrasiya idarəetmə sisteminin inkişafı və “Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının 2008-ci il 24 iyun tarixli 658-IIIQD nömrəli Qanununun tətbiq edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 avqust tarixli 805 nömrəli
Fərmanının 4.11-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” təsdiq edilsin (əlavə
olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 4 iyun 2009-cu il
№ 86
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2009-cu il 4 iyun tarixli 86 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Miqrasiya idarəetmə sisteminin inkişafı və Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli 658-IIIQD nömrəli Qanununun tətbiq
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 avqust tarixli 805
nömrəli Fərmanına uyğun hazırlanmışdır və əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin
(bundan sonra - əcnəbi) Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək
fəaliyyətinə cəlb olunması ilə bağlı əmək miqrasiyası kvotasının formalaşdırılması
şərtlərini və qaydalarını müəyyən edir.
Əmək miqrasiyası kvotası (bundan sonra - kvota) il ərzində Azərbaycan Respublikası
ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları nəzərdə tutulan əcnəbilərin
sayının son həddidir.
Kvota yerli əmək ehtiyatlarından səmərəli istifadə edilməsi və əmək miqrasiyası
proseslərinin tənzimlənməsi sahəsindəki işlərin effektivliyinin artırılması məqsədi ilə
tətbiq edilir.
Kvota daxili əmək bazarının vəziyyəti, işçi qüvvəsinə tələbat, iş yerinin tələblərinə
cavab verən peşə hazırlığına və ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia
etmədiyi boş iş yerlərinin mövcudluğu, məşğulluq xidməti orqanlarının işəgötürənlərin
işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanı
nəzərə alınmaqla müəyyən edilir.
1.2. Kvota Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən hər ilin
başlanmasına üç ay qalmış təsdiq edilir.
1.3. Əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini
həyata keçirməsi üçün fərdi icazələrin verilməsi hər il üzrə müəyyən edilmiş kvota
çərçivəsində həyata keçirilir.
1.4. Qanunvericiliklə müvafiq fərdi icazə alınması tələb olunmayan əcnəbilər
kvotadan kənar Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb
oluna bilərlər.
2. Kvotanın müəyyən edilməsi qaydaları
2.1. Kvotanın müəyyən edilməsi üçün təkliflərin hazırlanması və bu sahədəki işin
əlaqələndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət
Miqrasiya Xidmətinin nümayəndələrindən ibarət Komissiya yaradılır.
Komissiyanın səlahiyyətinə aşağıdakılar aiddir:
a) aidiyyəti dövlət orqanlarından bu qaydalarla müəyyən edilmiş məlumatları almaq;
b) təqdim edilmiş məlumatların dəqiqləşdirilməsi məqsədi ilə aidiyyəti dövlət
orqanlarına sorğu vermək;
c) sosial tərəfdaşların (Həmkarlar İttifaqları Konfederasiyasının və işəgötürən
birliklərinin) nümayəndələrini, elmi tədqiqat institutlarının, aidiyyəti dövlət orqanlarının
mütəxəssislərini və digər ekspertləri Komissiyanın iclaslarına dəvət etmək;
ç) kvota ilə bağlı təkliflər hazırlamaq.
2.2. İşəgötürənlərin əcnəbi işçi qüvvəsinə tələbatını müəyyən etmək məqsədi ilə
əcnəbi işçi qüvvəsini cəlb etmək niyyətində olan işəgötürənlər tərəfindən hər il may ayının
1-dək Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə növbəti il üçün əcnəbi işçi
qüvvəsinə tələbat haqqında proqnoz-məlumat (forma əlavə olunur) təqdim edilir.
[1]
2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
aşağıdakıları hər il avqust ayının 1-dək kvotanın müəyyən edilməsi üzrə Komissiyaya
təqdim edir:
a) növbəti il üçün əmək bazan və demoqrafik inkişaf proqnozları;
b) mövcud əmək ehtiyatlan potensialı, həmçinin işsizlər və sərbəstləşən işçilər üzrə
proqnozları;
c) işçi qüvvəsinə olan tələbatın yerli əmək ehtiyatlan hesabına ödənilməsinin, eləcə də
əcnəbi işçi qüvvəsinin cəlb olunması nəzərdə tutulan ixtisas və peşələr üzrə işsizlərin və
sərbəstləşən işçilərin peşə hazırlığına və yenidən hazırlığa cəlb olunması imkanlarına dair
proqnoz-məlumatı;
ç) Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata
keçirmək üçün fərdi icazə almış əcnəbilərin mənşə ölkələri və ixtisaslar (və ya peşələr)
daxil olmaqla, iqtisadi fəaliyyət sahələri üzrə sayı haqqında məlumatlar və il ərzində
müddətlərinin uzadılması gözlənilən müvafiq fərdi icazələrin sayı üzrə proqnozları;
d) cari və ötən il üçün təsdiq edilmiş kvotadan istifadə olunması vəziyyətinə dair
məlumatı;
e) cari və ötən il ərzində əcnəbi işçi qüvvəsinin cəlb olunması qaydalarının
işəgötürənlər tərəfindən pozulması halları haqqında məlumatı;
ə) işəgötürənlərin əcnəbi işçi qüvvəsinə tələbatına dair ümumiləşdirilmiş proqnoz-
məlumatı.
[2]
2.4. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi aşağıdakıları hər il avqust
ayının 1-dək kvotanın müəyyən edilməsi üzrə Komissiyaya təqdim edir:
a) ölkənin iqtisadi inkişaf perspektivləri üzrə məlumatı;
b) növbəti il üçün ölkənin makroiqtisadi vəziyyəti, o cümlədən sosial-iqtisadi artım,
məşğulluq və onun iqtisadi sahələr üzrə bölgüsü haqqında proqnozları.
2.5. Azərbaycan Respublikasının Təhsil Nazirliyi hər il avqust ayının 1-dək növbəti il
üçün peşə və ixtisaslar üzrə təhsillərini başa çatdıracaq Azərbaycan Respublikası
vətəndaşlarının sayı barədə məlumatı kvotanın müəyyən edilməsi üzrə Komissiyaya
təqdim edir.
2.6. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti aşağıdakıları hər il avqust
ayının 1-dək kvotanın müəyyən edilməsi üzrə Komissiyaya təqdim edir:
a) gözlənilən miqrasiya axınları, xüsusilə də daxili miqrasiya ilə bağlı proqnozları;
b) mənşə ölkələri üzrə əcnəbilər tərəfindən ölkədə olma və yaşama qaydalarının
pozulması faktlarına dair məlumatı;
c) cari və ötən il ərzində ölkəyə gələn, ölkədən gedən, ölkədə müvəqqəti olan və
müvəqqəti yaşayan əcnəbilərin sayı haqqında məlumatı;
ç) cari və ötən il ərzində ölkədə qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olması aşkar
edilmiş əcnəbilər haqqında məlumatı;
d) Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata
keçirmək üçün fərdi icazə almış əcnəbilərin mənşə ölkələri və ixtisasları (və ya peşələri)
daxil olmaqla, iqtisadi fəaliyyət sahələri üzrə sayı haqqında məlumatlar və il ərzində
müddətlərinin uzadılması gözlənilən müvafiq fərdi icazələrin sayı üzrə proqnozları;
[3]
e) cari və ötən il üçün təsdiq edilmiş kvotadan istifadə olunması vəziyyətinə dair
məlumatı;
ə) cari və ötən il ərzində əcnəbi işçi qüvvəsinin cəlb olunması qaydalarının
işəgötürənlər tərəfindən pozulması halları haqqında məlumatı;
f) işəgötürənlərin əcnəbi işçi qüvvəsinə tələbatına dair ümumiləşdirilmiş
proqnoz-məlumatı.
2.7. Kvotanın müəyyən edilməsi üzrə Komissiyaya daxil olmuş məlumatlar əsasında
müvafiq ixtisaslar (və ya peşələr) daxil olmaqla, iqtisadi fəaliyyət sahələri üzrə növbəti il
üçün kvota ilə bağlı təkliflər hazırlayır və hər il sentyabr ayının 1-dək Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim edir.
3. Kvotanın dəyişdirilməsi qaydası
Təsdiq edilmiş kvota il ərzində kvotanın müəyyən edilməsi üzrə Komissiyanın təklifi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən artırıla və ya azaldıla bilər.
“Əmək miqrasiyası kvotasının
müəyyən edilməsi Qaydası”na
əlavə il üçün
_______ il üçün xarici işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumat
1. Əgər hüquqi şəxsdirsə: müəssisə və ya təşkilatın adı ___________________________________
Əgər fərdi sahibkardırsa: soyadı, adı, atasının adı _______________________________________
2. Təşkilati-hüquqi forması _________________________________________________________
3. İşəgötürənin hüquqi ünvanı ______________________________________________________
4. İşəgötürənin faktiki ünvanı _______________________________________________________
5. İş yerinin ünvanı ________________________________________________________________
6. Əgər hüquqi şəxsdirsə: dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi və onun verilmə
tarixi____________________________________________________________________________________
Əgər fərdi sahibkardırsa: VÖEN və onun verilmə tarixi
7. Cari ilin 1 yanvar tarixi üçün təşkilatda işçilərin sayı (cəmi) ______________ o cümlədən,
əcnəbilər ______________
8. İqtisadi fəaliyyət növü: (aidiyyəti növün qarşısında "+" işarəsi yazmalı)
Kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatı
Balıqçılıq, balıqyetişdirmə
Mədənçıxarma sənayesi
Emal sənayesi
Elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi
Tikinti
Topdan və pərakəndə satış, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə
əşyalarının təmiri
Mehmanxana və restoranla xidmətin göstərilməsi
Nəqliyyat, anbar təsərrüfatı və rabitə
Maliyyə fəaliyyəti
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi
Təhsil
Səhiyyə və sosial xidmətlərin göstərilməsi
Digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi
Ev təsərrüfatı üzrə xidmətlər
Sıra №-
si
Əlavə işçi qüvvəsinə olan
tələbat (nəfər)
Xarici işçi qüvvəsinin
cəlb
olunması nəzərdə
tutulan
ixtisas, sənət və peşələr
Xarici işçi
qüvvəsinin cəlb
edilməsinin
əsaslandırılması
cəmi
o
cümlədən,
əcnəbilər
1
2
3
4
5
1.
2.
3.
4.
5.
Hüquqi şəxsdirsə,
təşkilatın rəhbərinin
______________/____/_______________”___” _______
soyadı, adı, atasının adı imza əlaqə tel. nömrəsi tarix
Fərdi sahibkardırsa,
sahibkarın
M.Y.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
7 oktyabr 2011-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
7 oktyabr 2011-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2.2-ci
bənddə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli məşğulluq
xidməti orqanlarına” sözləri “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə” sözləri ilə əvəz
edilmişdir.
[2]
7 oktyabr 2011-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2.3-
cü bəndin “ç”, “d”, “e” və “ə” yarımbəndləri ləğv edilmişdir.
[3]
7 oktyabr 2011-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2.6-cı
bəndin “ç” yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və həmin bəndə
“d”, “e”, “ə” və “f” yarımbəndləri əlavə edilmişdir.
Dostları ilə paylaş: |