Эмин джалилов



Yüklə 65,66 Kb.
Pdf görüntüsü
tarix01.11.2017
ölçüsü65,66 Kb.
#7717


Arxeologiya və Etnoqrafiya 

Tarix və onun problemləri,  № 4 2014 

 

316 

SƏADƏT  MƏMMƏDOVA  

Bakı Dövlət Universitetinin Tarix Fakültəsi 

                                                                    Mənbəşünaslıq, tarixşünaslıq və metodika  

 

   

 

     kafedrasının dissertantı  

                                                                    

E-mail: arkeolok@mail.ru 

 

AZƏRBAYCANIN MADDİ-MƏDƏNİYYƏT OCAĞI - QOBUSTAN 



 

Açar sözlərMezolit, sivilizasiya, mağara, kurqan, maddi-mədəniyyət 

Ключевые словаМезолит, цивилизация, пещера, курган, материально-культурно 

Key words: Mesolithic, civilizing, the cave, borrow, material-cultural 

 

         Azərbaycanın  maddi-mədəniyyət  ocağı  olan  Qobustanda  qayaüstü  təsvirlər  ilk  dəfə 



1939-cu ilin yazında aşkar edilmişdir. Qobustan qayaüstü təsvirlərinin ilk tədqiqatçısı İ.M.Cə-

fərzadə 1947-ci ildən başlayaraq bu təsvirlərin sistematik tədqiqinə başlamışdır. Qobustanda 

Böyükdaş, Kiçikdaş dağları, Cingirdağ və Yazılıtəpə sahəsində 6000-ə qədər qədim şəkil, 10-

dan  çox  daş  dövrü  düşərgəsi,  sonrakı  dövrlərin  yaşayış  yerləri,  çoxlu  qəbirlər  və  başqa 

arxeoloji  abidələr  aşkar  edilmişdir.  Qobustan  abidələri  sahəsi  dövlətin  qərarı  ilə  Qobustan 

dövlət tarixi-bədii qoruğu elan edilmiş, açıq səma altında muzeyə çevrilmişdir.     

         

Qədim mədəniyyətə  malik  olan  Azərbaycan  xalqı zəngin maddi və  mənəvi sərvətlə-

rə malikdir. Bu mədəniyyətin izləri  tarixin dərinliklərinə gedib  çıxır  və Azərbaycan xalqının 

dünyanın  ən  qədim  sivilizasiyalarından  birinin  yaradıcısı  oldugunu  sübut  edir.  Bu  mənada 

Azərbaycan  xalqı  minilliklər  ərzində  yaranmış  zəngin  mədəni  irs  qoyub  getmişlər.  Tarixin 

qədim  çağlarında  yaradılmış  bu  irs  məhz  müxtəlif  tarixi  qaynaqlar,  yəni  maddi  və  yazılı 

abidələr  əsasında  öyrənilir.  Axtarışlar  zamanı  aşkara  çıxarılan  arxeoloji  abidələr,  kitabələr, 

qayaüstü təsvirlər qədim dövrlərdən başlamış orta əsrlərədək Azərbaycan tarixini daha əsaslı 

şəkildə və daha dərindən öyrənməyə imkan verir. Bu cəhətdən Qobustan daş dövründən tut-

muş orta əsrlərədək uzun bir dövrü əhatə edən bir mədəniyyət abidələri ilə çox zəngin tarixi-

arxeoloji  kompleksdir.  Burada  minlərlə  qayaüstü  təsvir,  ibtidai  insan  məskənləri  və  digər 

tarixi abidələri var. Qobustan qaya rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq 

ərazisində  alimlər  tərəfindən  6000-dən  artıq  qayaüstü  təsvir,  20  mağara  və  yaşayış  yeri,  40 

kurqan  aşkar  edilmiş  və  öyrənilmişdir.  XX  əsrin  ortalarından  başlayaraq  Azərbaycan  arxeo-

loqları  tərəfindən  öyrənilən  Qobustan  qayaüstü  təsvirləri  tədqiqatçılara  tariximizi  öyrənmək 

üçün  bol  material  vermişdir.  Böyükdaş  və  Kiçikdaş,  Cingirdağ,  Yazılıtəpə  dağlarında  3500-

dək qayaüstü təsvir, yalaqlar, yazılar və insan əllərinin yaratdığı digər abidələr arxeoloq İshaq 

Cəfərzadə  tərəfindən  kəşf  edilmişdir  (1).  Qobustanda  qayalar  üzərində  qeydə  alınmış  6000-

dən çox qədim təsvir və başqa abidələrlə yanaşı “Ana zağa”, “Ovçular zağası”, “Çardaq zağa”, 

“Kənizə”,  “Öküzlər”,  “Öküzlər-2”,  “Maral”,  “IV  sığınacaq”,  Daşaltı”,  “Ceyranlar”,  “Qaya-

arası”, “Firuz”, “Firuz-2” və bu kimi ondan çox Daş dövrü düşərgəsi, “Böyükdaş”, “Dairə”, 

“Çapmalı” kimi Tunc dövrü yaşayış yerləri və 30-dan çox o dövrün kurqan tipli qəbir abidəsi, 

antik  və  orta  əsrlərə  aid  bir  sıra  tikili  və  həyat  qalıqları  aşkar  edilib  arxeoloji  qazıntılarla 

öyrənilmişdir. 

          Qobustan abidələri kompleksi uzunu 15-20 km, eni 2 km olan zolaqvari kiçik bir sahədə 

yerləşən  Böyükdaş,  Kiçikdaş  və  Cingirdağ  ərazisindəki  qayalıqlar  arasındadır  (2,  s.  59).  XX 

əsrin 40-cı illərinin sonlarında Qobustan qayaüstü rəsmlərinin öyrənilməsinə başlanmış, bura-



Arxeologiya və Etnoqrafiya 

Tarix və onun problemləri,  № 4 2014 

 

317 

da imperator Domisian dövrünün latın kitabəsi də aşkar edilmişdir. Qobustanın ilk tədqiqatçısı 

İ.M.Cəfərzadə  olmuşdur.  Qobustan  qayaüstü  təsvirləri  arxeoloq  İ.M.Cəfərzadə  tərəfindən 

1939-1940-cı illərdə Bakının 60-70-km-də, Səngəçal-Duvannı dəmiryol stansiyaları rayonun-

da, Böyükdaş, Kiçikdaş, Cingirdağ-Yazılıtəpədə aşkar edilmişdir. Onun müntəzəm tədqiqinə 

isə  1947-ci  ildən  başlamışdır.  İ.M.Cəfərzadənin  rəhbərliyi  ilə  Qobustanda  bir  neçə  min  qaya 

və daş gözdən keçirilmiş, onlardan 725 daş üstündə döymə, qazma və sürtmə üsulu ilə çəkil-

miş 3000-dən çox insan və heyvan rəsmi, 20 qayaaltı sığınacaq qeydə alınmışdır (3, s.18).  

         İ.M.Cəfərzadə  qayaüstü  təsvirlər  barəsində  hələ  1965-ci  ildə  çap  etdirdiyi  məqaləsində 

arxeoloji qazıntıların nəticələrinə və qayaüstü təsvirlərin müqayisəli təhlilinə əsasən Qobustan 

qayaüstü rəsmlərinin e.ə. VIII minillikdən son orta əsrlərə qədərki dövrü əhatə etdiyini göstər-

mişdi (4, s.27). Bu barədə öz fikir və mülahizələrini əsaslandırmaq üçün tədqiqatçı İ.M.Cəfər-

zadə qayaaltı sığınacaqlarda aşkar edilmiş dəvəgözü daşı qəlpələrinə, qara, qırmızı və şirli qab 

qırıntılarına diqqət yönəldir (5, s.100).     

       İ.M.Cəfərzadənin “Qobustan. Qayaüstü rəsmlər” adlı monoqrafiyasında Qobustanın qaya 

rəsmlərinin mövzu cəhətdən müxtəlifliyi qeyd olunur. Bu təsvirlərin içərisində natural böyük-

lükdə kişi və qadın cinsli adamların, vəhşi öküz, dağ keçisi, maral, şir və s. böyük miqdarda 

təsvirləri üstün yer tutur. Tədqiqatçı ciddi axtarışlar nəticəsində Böyükdaş dağında daha qədim 

dövrə  aid  çiyinlərindən  çəpəki  ox  asılmış,  silahlı  geyimli  və  yarımçılpaq  qadın  və  kişi 

təsvirləri, tək, qrup (“Yallı” tipli) rəqs səhnələri və əllərini  yuxarı  qaldırmış halda hoppanma 

vəziyyətində tək rəqs rəsmlərini də aşkara çıxarmışdır (6, s.19). 1960-1961-ci illərdə İ.M.Cə-

fərzadə  tərəfindən  “Ovçular  zağası”  nda  aparılmış  arxeoloji  qazıntı  işləri  nəticəsində  aşkar 

olunmuşdu  ki,  düşərgə  sakinləri  qayalarda  şəkil  döymək  və  zərb  aləti  kimi  əsas  çaydaşı  və 

çaxmaqdaşından istifadə etmişlər. Qazıntıdan tapılmış bazalt tipli çaydaşından döymə alətləri 

çoxluq təşkil edir. Onların sayı 19 ədəd olmuşdur (4, s.19). Bütün bunlar həm də tədqiqatçının 

axtarışlarında təkcə qayaüstü təsvirlərin məzmununun açılması deyil, həm də həmin təsvirlərin 

qazılması,  yaranması  üsulunun  tədqiqinin  də  mühüm  yer  tutduğunu  göstərir.  Tədqiqatçı 

İ.M.Cəfərzadə  qazıntı  nəticəsində  iki  ədəd  kiçik  ölçülü  rəsmli  daş  qeydə  almışdır.  Birinci 

daşın  bir  üzündə  öküz,  o  biri  üzündə  insan  və  öküz  təsviri,  ikinci  daşın  üstündə  ortadakı 

yalağın  (daş  qabın)  ətrafında  yalaqdan  su  içməyə  gəlmiş  6  öküz  şəkli  çəkilmişdir.    Belə  bir 

qənaətə  gələn  İ.M.Cəfərzadə  həm  də  heyvanların  əhliləşdirilməsinə  də  diqqət  çəkir.  Onun 

tədqiq etdiyi 45 saylı qayanın cənub-qərb küncündəki öküz təsvirlərindən birinin boynunda ip 

vardır.  Bu  sığınacaq  sakinlərinin  artıq  iribuynuzlu  heyvanı  əhliləşdirdiyini  göstərir.  Güman 

etmək  olar  ki,  Qobustanda  heyvanların  əhliləşdirilməsi  öküzün  əhliləşdirilməsindən  başlan-

mışdır (3, s. 47). 

       Görkəmli  arxeoloq  Q.  İsmayılzadə  qeyd  etmişdir  ki,  «İshaq  müəllimin  qayaüstü  rəsmlər 

üzərində iş təcrübəsi alimlər üçün gözəl məktəb olmuşdur» (7).  

       İ.Cəfərzadəyə  görə,  Qobustanda  qayaüstü  rəsmlərin  ən  qədim  nümunələri  çiyinlərindən 

kaman asılmış, ayaqüstə və ya yarım oturmuş vəziyyətdə silueti çəkilmiş kişi və qadın təsvir-

ləridir  və  onlar  bilavasitə  qadınların  ibtidai  cəmiyyətdə  hakim  olduğu  madərşahlıq  dövründə 

çəkilmişdir.  İ.Cəfərzadənin  dərin  və  geniş  axtarışları  ona  sonrakı  dövrlərin  təsvirlərini  də 

müəyyən  etməyə,  onların  fərqləndirici  xüsusiyyətlərini  aydınlaşdırmağa  imkan  vermişdir. 

Yorulmaz tədqiqatçı müəyyən bir dövrün təsvirlərini tədqiq edərkən çox düzgün olaraq onları 

həmin  dövrün  təsərrüfatı,  dini  təsəvvürləri  və  mədəni  nailiyyətləri  ilə  əlaqələndirmişdir.  Qo-

bustan təsvirlərini öyrənərkən istedadlı alim onların meydana gəlmə tarixinə xüsusi fikir ver-

mişdir. Maraqlı haldır ki, Qobustanı tədqiq edən alimlərin demək olar ki, əksəriyyəti belə bir 

məsələdə  yekdil  mövqedən  çıxış  edirlər  ki,  qayaüstü  təsvirləri  həyata  keçirənlər  böyük  incə-



Arxeologiya və Etnoqrafiya 

Tarix və onun problemləri,  № 4 2014 

 

318 

sənət duyumuna malik olmuşlar. Aparılan tədqiqatlar zamanı aşkar olunmuş maddi sübutlar da 

bu fikri təsdiq edir. Belə ki, qazıntıdan tapılmış xalsedon,  dağ bülluru, daş asmalar, balıqqu-

lağından  asmalar,  qayalarda  yüksək  zövqlə  çəkilmiş  qayaüstü  təsvirlər  “Ovçular  zağası” 

sakinlərinin,  təsvirləri  çəkən  rəssamın  incəsənət  baxımından  yüksək  zövqə  malik  olduğunu 

göstərir.  Qədim  rəssamın  həyatda  gördüklərini  olduğu  kimi  qayada  təbii,  real  əks  etdirmək 

bacarığı adamı heyran edir. Qazıntıdan daha çox oxranın tapılması, bəlkə də ondan təsvirlərin 

boyanmasında    istifadə  olunduğunu  düşünməyə  əsas  verir.  Qobustanı  tədqiq  edən  alimlər 

məntiqi  olaraq  qayaüstü  təsvirlərin  məzmununa  və  formasına,  sayına  görə  həmin  ərazidə 

yerləşən  düşərgəyə  müəyyən  adlar  vermişlər.  Məsələn,”Ana  zağa”  dan  50-55  metr    şimalda, 

“Ovçular zağası” ndan 25 metr cənubda, Böyükdaş dağı yuxarı səki sahəsində üzərində qədim 

təsvirlər  olan  41  və  42  saylı  daşların  arasında  aşkar  edilmiş  düşərgə  haqlı  olaraq  “Öküzlər” 

düşərgəsi adlandırılmışdı. Çünki, 41 və 42 saylı qayaların üzərində öküz təsvirləri vardı.  

      Azərbaycanın görkəmli tədqiqatçılarından C.Rüstəmov və F.Muradova 1974-cü ildə bura-

da arxeoloji qazıntı işləri aparmışdılar (8, s.6). Düşərgədə qazıntı işləri zamanı 41a saylı daşın 

şimal üzündə qədim şəkillərin yerləşdiyi səviyyədən bir qədər aşağı getməsi də aydınlaşdırıl-

mışdır. Daşın şərq ucuna yaxın başı və bədəni 42 saylı qayanın cənub üzündəki döymə üsulu 

ilə çəkilmiş iki insan xətlərlə bəzədilmişdir. Ayaq hissəsi daralır. Onun  yanında qədim qadın 

təsvirləri var. Qazıntının gedişində açılmış daşın alt səviyyəsində də qədim qadın təsvirlərinin 

olduğu  müəyyənləşdirilmişdi.  Bu  barədə  C.Rüstəmovun  və  F.Muradovanın  rəhbərliyilə  Qo-

bustan arxeoloji ekspedisiyasının 1974-cü  il  hesabatında   ətraflı  məlumat verilmişdi (9).  Bir 

maraqlı cəhəti qeyd etmək lazımdır ki, arxeoloqlar qazıntı işləri nəticəsində əldə edilmiş mad-

di-mədəniyyət  nümunələrini  qayaüstü  təsvirlərlə  müqayisəli  surətdə  öyrənməyə  də  üstünlük 

vermişlər.  Məsələn,  “Öküzlər”  düşərgəsindən  aşkar  edilmiş  daş  məmulatların  bir  qisminin, 

iskənə  tipli  üst  paleolit  üçün  səciyyəvi  alətlərin  çoxluğu,  həndəsi  formalı  alətlərin  azlığı  (3 

trapes, 4 seqment), qayalardakı təsvirlər arasında qədim insan kişi və qadın, öküz təsvirlərinin 

olması buradan əsasən Üst Paleolitin sonundan Mezolitə keçən tarixi dövrdə istifadə olundu-

ğunu göstərir. Qazıntılar düşərgədən çox qısa müddətdə ilk və son dövründə də istifadə olun-

duğunu  söyləməyə  əsas  verir.  Arxeoloqlardan  C.Rüstəmov  və  F.Muradovanın  tədqiqat 

obyektlərindən  biri  də  “Öküzlər-2”  düşərgəsidir.  Bu  düşərgədə  Böyükdaş  dağı  yuxarı  səki 

sahəsində “Öküzlər” düşərgəsi ilə “Ovçular zağası” arasında, üzərində qədim qadın, sxematik 

insan,  öküz,  keçi  və  s.  şəkillər  saxlanmış  43  və  44  saylı  qayaların  arasında  yerləşmişdir. 

Arxeoloqlar burada 1983, 1984, 1986-cı illərdə tədqiqat işləri aparmışlar. Arxeoloqlar burada 

çox maraqlı bir nəticəyə gəlirlər.  Onlar qeyd edirlər ki, “Öküzlər-2” düşərgəsində mədəni tə-

bəqənin kiçik bir sahədə, linza şəklində olması, ocaq qalığının olmaması göstərir ki, buradan 

yaşamaq üçün yox, yaxınlıqdakı düşərgələrin (“Ana zağa”, “Ovçular”, “Öküzlər” və s.) sakin-

ləri  boş  vaxtlarında  oturub  dincəlmək  və  qayalarda  şəkil  çəkmək  üçün  istifadə  etmişlər. 

Qobustanda mağara tipli abidələrin diqqət cəlb etməsi, zəngin təsvirlərə və maddi-mədəniyyət 

nümunələrinə malik olması bu istiqamətdə qazıntı və tədqiqat işlərinin gücləndirilməsinə ciddi 

təsir göstərdi. Belə tədqiqat obyektlərindən biri Daşaltı düşərgəsi olmuşdur.  

       Böyükdaş dağının aşağı səki sahəsinin şərq ətəyində, şəkilli daşlar kolleksiyasının 277 və 

277 a saylı daşları arasında üstü çox iri və yastı qaya layı ilə örtülmüş, ağzı şərqə baxan, ya-

şamaq üçün əlverişli olan mağara tipli abidədir. Arxeoloq İ.Cəfərzadə 1966-cı ildə düşərgədə 

arxeoloji qazıntı işləri aparmışdır. Məlum olmuşdur ki, düşərgədən iki tarixi mərhələdə - Daş 

dövrü və orta əsrlərdə istifadə olunmuşdur. Düşərgənin içərisində divarlarda kiçik ölçülü kişi 

təsvirlərinin  olmasına  baxmayaraq,  qum  təbəqəsinə  qədər  əsas  orta  əsrlərə  aid  maddi-mədə-

niyyət  nümunələri  tapılmış,  düşərgənin  çölündən  isə  xeyli  Daş  dövrü  materialı  yığılmışdır. 



Arxeologiya və Etnoqrafiya 

Tarix və onun problemləri,  № 4 2014 

 

319 

Qobustanda  bir  sıra  uzunmüddətli  və  davamlı  yaşayış  prosesinə  malik  olmuş  düşərgələrlə 

yanaşı qısa müddətdə istifadə olunmuş məskənlər də aşkar edilmişdir. Belə məskənlərdən biri 

“Maral” düşərgəsidir. Bu düşərgə Böyükdaş dağı yuxarı səki sahəsinin şimal hissəsində, dağın 

üstündə  qalxan  yolda  40-50  m  qərbdə,  137  və  138  saylı  qayadakı  çox  real  çəkilmiş  maral 

təsvirinin şərəfinə “Maral” düşərgəsi adlandırılmışdır. Burada 1990 və 1993-cü illərdə 60  m

2

  

sahədə arxeoloji qazıntı işləri aparılmışdır. Burada daş dövrünə aid material əsas 137 saylı şə-



killi daşın şimali-qərb tərəfində və 138 saylı (maral şəkilli) daşın cənub tərəfi dibində yerləşir.  

       Arxeoloq  C.Rüstəmov  Qobustana  həsr  etdiyi  tədqiqat  işlərində  müxtəlif  mövzulara  dair 

çoxlu  faktlar  aşkar  etmişdir.  Belə  ki,  Qobustanda  qədim  qadın  təsvirləri  xüsusi  diqqət  cəlb 

edən  mövzulardandır.  O,  qeyd  edir  ki,  ən  qədim  qadın  təsvirləri  Kiçikdaş  dağında  -  “Qaya-

arası” və “Ceyranlar”, Böyükdaş dağında - “Ana zağa” və “Kənizə” kimi daş dövrü düşərgə-

lərinin divarlarında çəkilmişdir. Buradakı oyma qadın təsvirləri, ümumiyyətlə  yuxarı paleolit 

dövrü  qadın  təsvirləri  və  qadın  heykəlcikləriilə  oxşardır  (10,  s.18).  “Kənizə”  düşərgəsindən 

tapılmış yerli əhəngdaşından qadın fiqurunun oturaq hissəsinin Ana zağada 29 saylı daşda, sağ 

tərəfin  aşağı  hissəsindəki  və  bu  kimi  qadın  təsvirlərini  təkrar  etdiyini  bildirən  tədqiqatçının 

fikrincə, göstərilən düşərgələrdən və göstərilən tip qadın təsvirlərinin dövründən uzaqlaşdıqca, 

dövrü  dəyişməyə  uyğun  qadın  təsvirləri  yeni-yeni  forma  alır,  bəzi  o  dövrün  mənzərəsini 

yaratmaq üçün geniş material verir. Tədqiqatçılardan C.Rüstəmov və F.Muradovanın qayaüstü 

təsvirləri  tədqiq  edərkən  insani  yaşayış  düşərgələrinin  olduğu  yerləri  də  aşkar  etmişlər  ki, 

bunlar da yeni və daha dəqiq elmi nəticələr çıxarmaq üçün alimlərə gərəkli olmuşdur. Onların 

1974,  1975  və  1976-cı  illərdə  apardıqları  tədqiqat  işləri  öz  bəhrəsini  vermiş  və  Böyükdaş 

dağının yuxarı səki sahəsində “Ana zağa”-dan, 40-50 m cənub-şərqdə, yuxarı səki üzrə 115, 

116, 117 a saylı, üzərində qədim təsvirlər saxlanmış qayalar arasında, onların bir-birinə söy-

kənməsi nəticəsində alınmış sığınacaqlarda aşkar edilmişdir. Məlum olmuşdur ki, sığınacağın 

divarlarını  təşkil  etmiş  qayaların  hələ  qədimdə  uçması,  yerdəyişməsi  nəticəsində  burada  bir 

neçə gözdən ibarət insanın yaşaması üçün yararlı sahələr əmələ gəlmişdir (8, s. 6-7). Belə bir 

maraqlı  cəhətə  də  diqqət  yetirmək  lazımdır  ki,  ayrı-ayrı  dövrlərdə  tədqiqat  işləri  aparmış 

alimlərin tapıntıları və ya kəşfləri məntiqi olaraq bir-birini tamamlamışdır. Məsələn, “Kənizə” 

düşərgəsindən  tapılmış  Mezolit  dövrünə  aid  əhəngdaşından  hazırlanmış  qadın  fiqurları  (11, 

s.93)  xüsusi  elmi  əhəmiyyət  kəsb  etmişdir.  Onlardan  ikisi  formasına  görə  Qobustan  qaya-

larında  təsviri  olan  iri  sinəli,  baldırları  xüsusi  qabarıq  və  yoğun  verilmiş  qadın  təsvirlərinin 

oxşarıdır (4,s.19). С. Rüstəmovun fikrincə, Qobustanda, eləcə də başqa daş dövrü abidələrində 

də, qadın bir növ simvolik təsvir edilmişdir. Belə ki, onlar həm öndən, həm yandan görünüşdə

sinələri və ombaları çox qabarıq, başı çıxıntıvari və qolsuz təsvir edilmişdir. Məlum həqiqətdir 

ki,  qadın  anadır,  nəslin  davametdiricisidir.  Tədqiqatçının  mülahizəsinə  görə,  onun  bu  cür 

verilməsi qadının analıq əlamətlərinin xüsusi qeyd edilməsi ilə əlaqədardır. Ona görə də qadın 

təsvirlərində sinə və omba qabarıq verilir (10, s.20). C.Rüstəmovun adı çəkilən monoqrafiya-

sında qadın təsvirləri və heykəlcikləri haqqında da ətraflı məlumat verilir. Qeyd etmək lazım-

dır ki, Qobustanın qayaüstü təsvirləri mövzu müxtəlifliyi, süjetlərin orijinallığı və sənətkarlıq 

baxımından fərqlənir. Qayaların üstündə kişi və qadın,  vəhşi öküz, maral, şir, at, it və canavar 

təsvirlərinə təsadüf olunur. “Ana zağa”, “Ovçular zağası”, “Kənizə”, “Yeddi gözəl” düşərgələ-

rində, Böyükdaş yaşayış məskənində və başqa yerlərdə torpağın altından çoxlu sayda qayaüstü 

təsvir, əmək aləti, heyvan sümükləri, istehsal tullantıları, bizlər, nizə ucu, balta, bəzək, məişət 

əşyaları  və  sairə  tapılmışdır.  Bütün  bunlar  tədqiqatçılar  üçün  zəngin  material  və  mövzular 

vermiş yeni-yeni elmi-tədqiqat əsərlərinin yaranmasına gətirib çıxarmışdır. 



Arxeologiya və Etnoqrafiya 

Tarix və onun problemləri,  № 4 2014 

 

320 

     Qədim mədəniyyət ocağı olan Qobustan ulu əcdadlarımız tərəfindən Azərbaycan tarixi və 

mədəniyyətinə  verilən  mənəvi  töhfədir.  Bu  mədəniyyət  abidəsinin  görkəmli  alimlərimiz 

tərəfindən araştırılmasına baxmayaraq daima tədqiqat obyekti olması vacibdir.  



 

ƏDƏBİYYAT 

 

1. Vəliyeva Samirə. Qobustan qayalar üzərində salnamədir// Azərbaycan qəzeti, № 156, 09 



iyul  

2.  Rüstəmov C. Qobustan dünyası. Bakı ; “Azərnəşr”, 1994, - 176 s. 

3. Джафарзаде И.М. Гобустан. Наскальные изображения. Баку; 1973, 198 с. 

4. Джафарзаде И.М. Наскальные изображения Кобыстана (Азерб.ССР) // 

Археологические исследования в Азербайджане (Сборник статей), Бакы; 1965, с. 18-29. 

5. Bünyadov T.Ə. Azərbaycan arxeologiyası oçerkləri. Bakı; “Azərnəşr”, 1960, -238 səh. 

6. Cəfərzadə İ.M. Qobustan. Qayaüstü rəsmlər. Bakı ; YNE – XXI, 1999, -259 s.  

7. Məmmədov Ş. Qobustan rəsmlərinin yorulmaz tədqiqatçısı // «Azərbaycan müəllimi» 

qəzeti, 21 oktyabr 2011-ci il, № 41. 

8. Рустамов Д.Н., Мурадова Ф.М. Полевые работы в Гобустане //Археологические и 

этнографические изыскания в Азербайджане (1974 г.) Баку; “Элм”, 1975, с. 6-10.  

9. Fərəcova M. Azərbaycan qayaüstü incəsənəti. Bakı ; “Aspoliqraf”, 2009, - 384 s. 

10. Rüstəmov C. Qobustan - Azərbaycanın qədim mədəniyyət ocağı. Bakı; “Nurlan”, 2006, - 

96 s. 


11. Рустамов Дж., Мурадова Ф. О результатах археологических исследований 1981 года 

в  Гобустане//Археологические  и  этнографические  изыскания  в  Азербайджане  (1980-

1981гг.), Баку ; “Элм”, 1986, с. 92-94.  

 

СААДАТ МАМЕДОВА 



ДРЕВНИЙ МАТЕРИАЛЬНЫЙ-КУЛЬТУРНЫЙ ОЧАК АЗЕРБАЙДЖАНА - 

ГОБУСТАН 

 

     Древний  материальный-культурный  очак  находиться  в  Гобустане.  Первые  наскаль-



ные  изображения  были  обнаружены  впервые  видными  археологам  И.М.Джафарзаде  в 

1939 года. В результате его долголетних, систематических исследований, начавшихся с 

1947 г., в Гобустане обнаружено, регистрировано и изучено тысячи наскальных изобра-

жений, относящихся к периодам мезолита, неолита, энеолита, бронзы, раннего железа, 

античности  и  средневековья.  Наряду  с  пещерами,  на  скалах  Гобустане  обнаружено 

более 6000 наскальных изображений на территория Беюкдаш, Кючюкдаш, Джингирдаг, 

отражающих  материальную  и  духовную  культуру,  древние  поселения  предков  азер-

байджанского народа.  



SAADAT MAMMADOVA 

 

THE ANCIENT MATERIAL-CULTURAL HOTBED 



OF AZERBAIJAN-GOBUSTAN 

 

    The article is devoted to rock drawings in Azerbaijan. Notes that the petroqlyps are found in  



Azerbaijan for the first time in 1939, also notes that the region in which is Gobustan historical 


Arxeologiya və Etnoqrafiya 

Tarix və onun problemləri,  № 4 2014 

 

321 

monuments are protected are a national park.  About 6 thousands inscriptions on rocks. More 

than  10  thousands  of  settlement  camps  of  the  Stone  Age  and  subsequent  ages,  many 

sepulchral  and  other  archeological  monuments  have  been  revealed  in  the  territory  of 

Beyukdash, Kichikdash, Jingirdag .  

 

 



 

Rəyçilər: t.ü.f.d. M.Məmmədova, t.e.d. A.İskəndərov 

 

BDU-nun  “Mənbəşünaslıq,  tarixşünaslıq  və  metodika”  kafedrasının  13  oktyabr 

2014-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №3). 

 

Yüklə 65,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə