Эмин джалилов



Yüklə 200,86 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix24.12.2017
ölçüsü200,86 Kb.
#17650
  1   2   3   4   5   6   7


Kitablar, Rəylər 

Тarix və onun problemləri, № 1  2014 

 

325 

ESMİRA CAVADOVA 

Azərbaycan Milli Elmlər Akademiyasi Məhəmməd  

Füzuli adina Əlyazmalar Institutunun aparici  

elmi işçisi, tarix üzrə fəlsəfə doktoru  

E-mail: TarixVeOnunProblemleri@gmail.com 

 

ALİMŞAH GÜMBÜRLÜ “ÇEÇƏLƏ BARMAĞIN İŞIĞINDA” KİTABI 

 

Açar sözlər: 

şeirlər, hekayələr, publisistika, etnodemoqrafik düşüncələr, 

həmçinin Kələ Gümürün toponimləri, antroponimləri, tarixi, tarixi 

coğrafiyası, təbiəti, etnik-mənəvi dəyərləri, mədəniyyəti, adət-

ənənələri, dili, dini, sənətkarlığı, məişəti, məşğuliyyətləri, xalq 

bayramları, folkloru, oyunlar 



Ключевые слова: 

стихи, рассказы, публицистика, этнодемографические 

размышления, а также топонимы, антропонимы, история, 

историческая география, природа, этнонравственные ценности, 

культура, обычаи и традиции, язык, религия, быт, ремесла и 

ремесленничество, занятость, народные праздники, фольклор, 

игры Кела Гюмурских татов. 

 

Alimşah Gümürlünün «Çaşıoğlu» nəşriyyatı tərəfindən çap olunmuş «Çeçələ barmağın 

işığında…»  adlı  kitabı  nədənsə  diqqətimi  cəlb  etdi.  Elə  ilk  səhifədə  verilmiş  «İlğım»  adlı 

şeirini  oxuduqda  müəllifin  çox  həssas,  duyğulu  bir  insan  olduğu  göz  önünə  gəlir.  Ürəkdən, 

coşqun  bir  ehtirasla  sevgilisini  sevməsi,  sevən  bir  insanı  göz  yaşlarına  qərq  edir,  həyatda 

özünə  belə  bir  sevgi  arzulayır.  Müəllif  sevgilisini  öpmək  üçün  gah  meh  olmaq  istəyir,  gah 

boyun boğazına sarılmaq üçün mirvari daşlı boyunbağı olmaq istəyir, gah brilyant üzük olmaq 

istəyir  daim  barmağını  sıxmaq  üçün,  qolbənd  olmaq  istəyir  intəhasız  və  sonsuz  ürək 

döyüntüsünü hiss etmək üçün, qan olmaq istəyir, həyat verən qan, daim ürəyinə axmaq üçün: 

 

 



...Ürək olmaq istəyirəm – 

 

 



 

Ən yaxın həmdəm, 

 

 

 



 

 

Sevinci, kədəri tən bölmək üçün. 



 

…Torpaq olmaq istəyirəm – 

 

 

 



Soyuq bir məzar! 

 

 



 

 

 



Əbədi sinəmə baş qoymağınçün! 

 

 



 

 

 



Əbədi torpağa qarışmağınçün!.. 

 

Kitaba daxil edilmiş seçmə şeirlər içərisində  yurdumuzun səfalı  guşələrindən biri olan 



Qarabağa  göz dikən erməni işğalçıları tərəfindən torpaqlarımızın zəbt edildiyi o qanlı-qadalı 

günlərdə şairin qələmə aldığı «Vətənimin əsgəri» adlı şeiri Vətən əsgərlərinə sanki bir çağırış 

olmuşdur. Bu çağırışa sevimli bəstəkarımız Oqtay Rəcəbov da qoşularaq öz töhfəsini vermiş, 

bu sözlərə musiqi – marş bəstələmişdir:  

 

 

 



 

Namus mərdi çağırır, 

 

 

 



Vətən oğlu, oyan sən. 

 

 



 

Şəhid ruhu hıçqırır: 




Kitablar, Rəylər 

Тarix və onun problemləri, № 1  2014 

 

326 


 

 

 



Torpaq – deyib dayan sən, 

 

 



 

Vətənimin əsgəri! (2) 

 

 

 



Sıxılmış yumruqların, 

 

 



 

Başa enən gürz olsun. 

 

 

 



Düşmənlərin canına 

 

 



 

Əsim-əsim lərz salsın, 

 

 

 



Vətənimin əsgəri! (2) 

 

Şairin bu səpkidə yazdığı «Qarabağ əfsanəsi» adlı şeiri də əsgərlərə ünvanlanmışdır. 



Müəllifin qələmə aldığı misralarında dolğun məzmun, məna olduğu üçün bəstəkarların 

fikrini  özünə  cəlb  edə  bilmişdir.  «Şəhərli  oğlan»  (məzəli  mahnı),  «Azərbaycan  gəncliyi» 

(mahnı marş) adlı şeirləri də bu qəbildəndir.  

Müəllif  ürək  yanğısı  ilə  bacısı  Səlvərin  xatirəsinə  ithaf  etdiyi  «Elegiya»nı  «Səni  heç 

unutmadım ki…» dil deyib oxşamasını həyəcansız, göz yaşları axıtmadan oxumaq olmur. 

Soy kökünə bağlı olduğu üçün şair Alimşah Gümürlü onu vəsf edir və fəxrlə deyir ki, 

Gümürümün  keçmişi  var,  ötənləri,  itmişi  var,  bərəkətli  torpağı,  çölü,  çəməni,  dağı,  qışlağı, 

yaylağı, bağçası, bağı, bulaqları, meşələri, nohurları, çəmənləri var: 

 

Pirlərim, piranilərim, 



 

 

 



Nurlarım, nuranilərim, 

 

 



 

Gözü yolda viranələrim, 

 

 

 



Abadlığa çıxmalıyam 

 

 



 

Bilin ki, mən Gümürlüyəm. 

 

 

 



 

Deyəcəklər kəndin öyür, 

 

 

 



Qoy desinlər kim nə deyir, 

 

 



 

Məftununam bilən bilir, 

 

 

 



Ədam yoxdur, səmimiyəm, 

 

 



 

Çünki Kələ Gümürlüyəm. 

 

 

 



 

Yaradana imanım var, 

 

 

 



Çəkilən bir dumanım var, 

 

 



 

Sabahına gümanım var, 

 

 

 



Sabahları xeyirliyəm 

 

 



 

Mən Alimşah Gümürlüyəm. 

 

Şair Alimşah qələmini hekayə janrında da ustalıqla işlətmişdir. Sən demə orta məktəbi 



bitirib  sənədlərini  dostu  Füzuli  ilə  birgə  V.İ.Lenin  adına  APİ-nin  riyaziyyat  fakültəsinə  ver-

diklərinə baxmayaraq, gənc Alimşahın içində müşahidə etmək və yazmaq həvəsi də onu rahat 

buraxmırdı. Dostunun ilk baxışdan Jalə adlı qıza vurulması, onunla şirin-şirin söhbət etməsi, 

lakin qızın imtahandan kəsildiyi üçün onu bir daha görməməsi, 5-6 il keçməsinə baxmayaraq 

onu  unuda  bilməməsi  müəllifin  qələmə  aldığı  «Danışım,  ya…»  adlı  hekayəsinin  mövzusu 

olmuşdur. Hekayədə bir-birini sevən iki gəncin taleyindən, xoşbəxt ailə qura bilməməsindən, 

Jalənin  qısqanclığı  üzündən  sevdiyini  itirməsindən  və  başına  gələnləri  təsadüfən  bir  kupedə 

yol yoldaşı olan Füzulinin dostu Natiqə hönkürtü ilə ağlayaraq danışması, indi isə onu bütün 

olanlar haqqında hələ də Jaləni unutmayan Füzuliyə danışıb ya danışmamasından bəhs edilir. 



Yüklə 200,86 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə