Эмин джалилов



Yüklə 68,46 Kb.
Pdf görüntüsü
tarix26.01.2018
ölçüsü68,46 Kb.
#22582


Qədim dövr və orta əsrlər  

Тarix və onun problemləri, № 1 2014 

 

65 

 

S.Ə.QASIMOVA 

Tarixçi,  Azərbaycan Dövlət Aqrar Universiteti 

E-mail: TarixVeOnunProblemleri@gmail.com 

 

BÖYÜK BULQAR DÖVLƏTI 

 

Açar sözlər: bulqarlar, tayfa birliyi, dövlət qurumu, bulqarların irsi 

Ключевые слова: булгары, племенное объединение, государственная структура, 

коренное наследие булгар 

 Key words: Bulgars, tribal association, state structure, indigenous heritage of Bulgarians 

 

  X əsrdə Orta Volqa boyu ərazilərdə tarixi mənbələrdə Volqa Bulqariyası adı ilə məşhur 



olan iri dövlət qurumu meydana gəldi. Artıq dövlətin adının özü ondan xəbər verir ki, bulqar 

tayfaları  onun  formalaşmasında  fəal  iştirak  etmişlər.  Lakin  Tankeyev  qəbirstanlığının  mate-

riallarının göstərdiyi kimi, Volqa Bulqariyasının əhalisinin əsas etnik kütləsi bulqar deyil, baş-

qa  mənşəli  türk  tayfaları  və  yerli  fin  uqor  xalqlarından  –  mari,  udmurt,  komi  permyakların 

əcdadları təşkil etmişdi. 

 Monqollara  qədərki  dövrdə  Volqa  Bulqariyasının  mədəniyyətinin  formalaşmasında 

gəlmə  bulqar  tayfalarının  rolunun  böyük  olub-olmamasını  Böyük  Tərxan  və  ona  yaxın  olan 

qəbirstanlıqların materiallarının X-XIII əsrlərə aid Volqa Bulqariyasının abidələri ilə müqayi-

səsi göstərə bilər. Böyük Tərxan və Kaybel qəbirstanlıqları monqollara qədərki dövrdə demək 

olar ki, Volqa Bulqariyasının ərazisinin mərkəzi hissəsində yerləşmişdi. Lakin, çox maraqlıdır 

ki, nə birinci, nə də ikinci qəbirstanlığın yanında onlara sinxron olan mərkəzlər yoxdur. 

 Böyük Tərxan tipli qablar bu abidələrin heç birində aşkar edilməmişdir. Böyük Tərxan 

qəbirstanlığını  əhatə  edən  rayonlarda  bu  dövrə  aid  məskənlərin  olmamasını  onların  öyrənil-

məsi ilə izah etmək çətin olardı. Bir qrup alimlər bunu onunla izah edirlər ki, bu, erkən bulqar 

tayfalarının  təsərrüfat  və  məişətinin  xarakteri  ilə  bağlı  idi.  Erkən  bulqar  tayfaları  müəyyən 

dərəcədə yarımköçəri maldarlar idi ki, bu da Böyük Tərxan qəbirstanlığının dəfn adəti və dəfn 

inventarının təhlil olunması ilə təsdiqlənir. 

 Qəbirstanlığın  osteoloji  materialları  içərisində  at  və  qoyun  sümükləri  üstünlük  təşkil 

edir. Sürünün belə tərkibi köçəri maldar tayfalar üçün (ən çox yayılmış heyvanlar at və qoyun 

idi)  xarakterikdir.  Böyük  Tərxanın  358  qəbrində  bir  dənə  də  balta  tapılmamış  və  (halbuki 

köçərilər  üçün  tipik  bir  haldır)  atın  parçalara  ayrıldığı  vəziyyət  müşahidə  olunmamışdı.  Bu 

arxeoliji materiallar yazılı mənbələrlə də təsdiqlənir. Hələ İordan VI əsr Qara dəniz sahili hun-

bulqar  tayfalarını  təsvir  edərkən  yazırdı:  Yayda  onlar  çöl  boyunca  səpələnir  və  mal-qaraları 

üçün qida olan yerlərdə düşərgələrini salırdılar [1,23]. On üç tayfa arasında bulqarları (burqar) 

qeyd  edən  suriya  xronikası  təsvir  edir  ki,  onlar  çadırlarda  yaşayırlar,  mal,  balıq,  ət,  vəhşi 

heyvanlar və silahla yaşayırlar [2,165]. Bulqarların yarımköçəri siması çox güman ki, VIII-IX 

əsrlərdə də saxlanılmışdır, ona görə ki İbn Fadlanın sözləri X əsrə aiddir. O, bildirir ki, bulqar 

kübarları  yazın  gəlişi  ilə  alaçıqları  ilə  birlikdə  köç  yerlərinə  yollanırdılar  və  uzun  müddət 

çadırlarda yaşayırdılar [3,39]. 

 Bulqar tayfalarının köçəri təsərrüfat quruluşunun qalıqları Volqa Bulqariyasının təsərrü-

fatının  əkinçi  əsası  ilə  uyğunlaşmır,  belə  ki,  Volqa  Bulqariyasında  X-XI  əsrlərdə  artıq  əsas 

yaşayış yerləri uzunmüddətli istehkamlı şəhərlər, şəhərciklər, kənd və qəsəbələr idi [4,30-31]. 




Qədim dövr və orta əsrlər 

Тarix və onun problemləri, № 1 2014 

 

66 


Böyük Tərxan qəbirstanlığının dulusçuluq keramikasının formaları kifayət qədər yeknə-

səkdir: dolça, küpə, parçalar həmişə alçaq  gövdəli  və daha çox enliyi aşağı  tərəf yönəlir. X-

XIII əsrlər keramikası üçün forma müxtəlifliyi xarakterikdir, bununla yanaşı müqayisə olunan 

formalar (dolça, küpə, parçlar) daha dartılmış proporsiyaları ilə Böyük Tərxan məmulatların-

dan fərqlənir. 

Dulusçuluq keramikasının bəzədilməsində əsaslı rolu X-XIII əsrlərdə həm qoyulma tex-

nikası, həm də təsvirə görə kifayət qədər müxtəlif olan ornament demək olar ki yoxdur. 

Bir  sıra  Böyük  Tərxan  qablarının  altında  möhür  vardır  ki,  təsvirə  görə  bir  neçə  varia-

siyalarla yeddi tipə bölünür. X-XIII əsrlərə aid qabların heç birində bu möhürün dəqiq surəti 

yoxdur. Lakin X əsrdə Bolqarıstanda bulqar çarlarının adına kəsilmiş bəzi sikkələr üzərində A 

hərfinin çevrilmiş formasına bənzər damğalar mövcuddur [5, 164-165]. 

Ümumilikdə qeyd etmək lazımdır ki, Böyük Tərxan qəbirstanlığının keramikası çətin ki 

X-XIII əsr keramikasının inkişafının əsasında durmuş olsun. Burada çox güman ki, Tankeyev 

qəbirstanlığında təqdim olunmuş keramika müəyyənedici rola malik idi. Tankeyev qəbirstanlı-

ğının dulusçuluq keramikası həm ümumi forma, həm də detallarına görə X-XIII əsrlər Volqa 

Bulqariyasına daha yaxın idi. Qabların rəngində də böyük yaxınlıq müşahidə edilir. 

Monqol işğalına qədərki dövrdə Volqa Bulqariyası mədəniyyəti üçün xarakterik müxtəlif 

təyinatlı –  silah, əmək  alətlərinin hissələrindən tutmuş  bəzək  və  mərasim əşyalarına qədər  – 

sümük məmulatlarının geniş yayılması idi. Böyük Tərxan qəbirstanlığında sümük məmulatla-

rının sayı çox azdır və onların təyinatı olduqca məhduddur – bu, ox və oxluqların bir hissəsi 

idi. Sümük məmulatlarından istifadə Tankeyev qəbirstanlığı üçün səciyyəvidir. 

Metal və başqa materiallardan hazırlanmış bəzək əşyaları X-XIII əsr abidələrində tez-tez 

rast gəlinir. Belə ki, bu dövr üçün adi tapıntı müxtəlif forma və variantları olan muncuqlar idi. 

Məlumdur ki, muncuqlar Böyük Tərxan qəbristanlığı üçün xarakterik deyil, halbuki Tankeyev 

qəbristanlığında onların sayı çoxdur. Böyük Tərxan qəbristanlığının metal-bəzək əşyaları kifa-

yət qədər orijinaldır və X-XIII əsrlər bəzək əşyaları ilə oxşar deyil [5,168]. 

Əgər sırğa və asmalıq bəzək əşyalarını götürsək, onda demək olar ki bulqar-saltov tipli 

sırğalar X-XIII əsrlərdə məlum deyildi. Burada muncuqlu sırğalar daha geniş yayılmışdı, onun 

sadə formasına Tankeyev qəbirstanlığında rast gəlmək mümkündür. 

Böyük  Tərxan  qəbristanlığında  olduqca  tez-tez  rast  gəlinən  tapıntı  mis  və  bürünc  qar-

maqlar idi ki paltarda düymə kimi istifadə olunurdu. X-XIII əsrlərin materiallarında belə pred-

metlər mövcud deyil, bu da onunla izah olunur ki, bu dövrdə qarmaq əvəzinə sümükdən olan 

yarımşar  şəkilli  və  ya  bürünc  düymələrdən  istifadə  olunurdu.  Döğrudur  ki,  Böyük  Tərxan 

qəbristanlığının  qəbirlərində  bürünc  düymələrə  də  rast  gəlinir,  lakin  onlar  adətən  kiçik,  sar-

şəkilli formada, ornamentsiz olur, lakin X-XIII əsrlər və Tankeyev qəbristanlığının material-

larında damcı və sarşəkilli formada həndəsi və bitki ornamentli böyük düymələr təşkil edir. 

X-XIII  əsrlər  bəzəklərin  tərkibinin  başqa  özəlliyi  Tankeyev  qəbristanlığı  üçün  də 

xarakterik olan müxtəlif asması olan səs salan asmalıqların çox olması idi. Görünür, burada X-

XIII əsrlər Volqa Bulqariyasının mədəniyyətinə Kama boyu tayfaların – udmurt və komilərin 

güclü təsiri özünü göstərir, belə ki, belə bəzək əşyaları onların mədəniyyəti üçün spesifik idi. 

Təəssüflər olsun ki, Böyük Tərxan qəbristanlığının dəfn adətini və Volqa Bulqariyasının 

qəbristanlıqlarını  X  əsrdən  sonra  müqayisə  etmək  mümkün  deyil,  ona  görə  ki,  sonuncular 

üçün bütün etnik xüsusiyyətləri məhv edən islam dəfn mərasimi xarakterikdir. 

 Beləliklə, Böyük Tərxan qəbristanlığının dəfn inventarı və adətinin X-XIII əsrlər Volqa 

Bulqariyasının abidələrinin materialları ilə yuxarıda aparılan müqayisəsi belə bir fikrə gəlmə-

yə əsas verir ki, Böyük Tərxan və ona yaxın olan qəbristanlıqları qoumuş olan əhalinin mədə-




Qədim dövr və orta əsrlər  

Тarix və onun problemləri, № 1 2014 

 

67 

niyyətinin  formalaşmasında  böyük  deyil.  Görünür,  Volqa  Bulqariyasının  etno-mədəni  əsası 

fərqli olmuşdu. 

Volqa Bulqariyasının yarandığı dövrə aid olan IX-X əsr yazılı mənbələri bu dövrdə orta 

Volqanın  əhalisinin  mürəkkəb  etnik  tərkibli  olduğunu  qeyd  edirlər.  Məsələn,  ən  erkən  ərəb 

coğrafiyaşünaslarından biri İbn Xordadbeh əsrin sonunda Avrasiyanın türk tayfalarını sadala-

yır və peçeneqləri Ural və Volqa arasında yerləşdirir [6,144-145]. 

X əsrin başlanğıcında Volqa Bulqariyası haqqında daha ətraflı məlumatları İbn Ruste və 

İbn Fadlan verir. İbn Ruste bulqarların ərazisi haqqında məlumatla yanaşı yazır ki, bulqarlar 

üç qrupa bölünür: bir qrup Bersula, o biri Eseqci və üçüncüsü Bulqar adlanır [6,145]. İbn Fad-

lan İbn Rustenin ardınca Volqada gördüyü birliyin çoxtayfalı xarakteri haqqında yazır: burada 

adətən  sakalibelərin  çarı  adlanan  böyük  çar  Axmuşla  yanaşı  iki  nəfər  eskel  tayfasının  çarı, 

Viriq adlı knyazla sivan (suvaz) xalqı brancar adı altında beş min sayda ev adamları qeyd edi-

lir [3,138]. Maraqlıdır ki, onların hamısı bulqar deyil,“sakalibe” ümumi adı altında birləşir. Bu 

termin əhalini daha geniş anlamda ifadə edirdi, nəinki bir tayfa ittifaqının etnik qrupu kimi. 

İbn Fadlan sakalibe adını cəmi 16 dəfə çəkib, halbuki bulqarların adını bir dəfə Axmu-

şun adından xütbə oxunarkən çəkib: Ay Allah! Yeltivarın çarı, Bulqarların çarını qoru!(3,132). 

Bu ifadə və başqa bir neçə müqayisədən çıxış edərək A.P.Kovalevski hesab edir ki, “bulqarla-

rın çarı” titulu bütün bulqar tayfalarının deyil, yalnız bir bulqar tayfasının çarı və ya daha də-

qiq knyaz edir [3,142]. Ola bilsin ki, İbn Fadlan tərəfindən qeyd edilən başqa tayfalar (eseqel, 

sivan) bulqar deyildi, belə ki, əks tədqirdə onların xüsusi etnik adı olan tayfa kimi ayırmağın 

mənası yox idi. 

X əsrin birinci yarısında formalaşan dövlətin  tərkibinə başkirlər, peçeneqlər  və oğuzlar 

daxil idi. Onlarla Volqa Bulqariyasından bilavasitə yaxınlıqda görüşü İbn Fadlan təsvir edir. 

Bununla bağlı Almuşu öz kürəkəni adlandıran quz ordusunun sərkərdəsi Etrekin qeydi maraq-

lıdır. Görünür, Almuş Etrekin qızı və ya bacısı ilə ailə qurmuşdu.  

Bu sahədə B.N.Zaxoder Volqa boyu ərazilər haqqında ərəb və fars mənbələrinin bütün 

məlumatlarını “Şərqi Avropa haqqında məlumatların Xəzər məcmuəsində” ümumiləşdirməyə 

cəhd  etmişdi.  Bu  əsərin  birinci  hissəsində  Volqa  Bulqariyasının  ərazisi,əhalisi  və  sərhəd  ra-

yonları  haqqında  məlumatların  xülasəsi  verilmişdir.  Bu  hissədə  belə  bir  maraqlı  qeyd  vardır 

ki, bulqarların çarı Ahmuş kiçik qrupun canişinidir və onun beş yüz sayda soydaşı vardır [7, 

27]. Bulqarların yerləşdiyi ərazilər haqqında bulqarlardan şərq və cənuba – dağlar, qərbə İtil 

çayı, şimalda peçeneqlərin vilayəti qeyd edilmişdir. Bulqarların bilavasitə qonşuları kimi pe-

çeneqlər haqqında qeydlər Burtaslar bölməsində yer alır: “Burtaslar dim peçeneqlərlə  müha-

ribə aparır... Burtasların  vilayətindən şərqə  İtil çayı, cənuba xəzərlər, qərbə  -v.n.nd.r, şimala 

türk peçeneqləri [7, 27]. Nəzərə alsaq ki, demək olar ki, bütün mənbələr burtasları cənubdan 

xəzərlər və şimaldan bulqarlar arasında yerləşdirir, onda hesab etmək olar ki, türk peçeneqləri 

burada bulqarlarla yanaşı yerləşir. Bu fikir daha konkret şəkildə maydar-türklər haqqında böl-

mədə ifadə edilmişdir: Madyarların sərhədlərinin başlanğıcı – peçeneqlərin (və ya bulqarların) 

və bulqar a.s.k.l. (eseqel) ölkələri arasındadır” [7, 28]. 

XI əsrin əvvəllərində Orta Asiyanın ən qüdrətli alimi Əhməd əl- Biruni öz coğrafi əsəri 

“Kitab  əl-Təfhim”də  yazırdı  ki,  yeddinci  iqlimin  əhatə  etdiyi  vilayət  Başxart  dağları,  peçe-

neqlərin sərhədləri, Suvar və Bulqar şəhərləri vasitəsilə keçir [7, 29]. 

Hətta XII əsrdə Volqa Bulqariyasının etnik tərkibi artıq müəyyən dərəcədə dağıldığı vaxt 

mənbələr Bulqar yaxınlığında məskunlaşmış türkdilli tayfaların çoxluğundan danışır. Məsələn, 

Əbdülhəmid  əl-Qannatı  (1136-cı  il)  yazır  O  (Bulqar)  şam  ağacından  tikilmiş,  divarları  palıd 

ağacından olan, ətrafında sayı-hesabı olmayan türk tayfalarının yaşadığı şəhərdir [5, 173]. XII 



Qədim dövr və orta əsrlər 

Тarix və onun problemləri, № 1 2014 

 

68 


əsrin ən qüdrətli ərəb coğrafiyaşünaslarından olan Əbu Abd-Allah Məhəmməd İdrisi öz coğ-

rafi məcmuəsində Volqa Bulqariyasının torpaqlarının təsvirinə böyük yer ayırır. Çox maraq-

lıdır  ki,  Volqa  Bulqariyasının  ərazisində  iki  əhali  qrupunu  yerləşdirir.  Bulqar  şəhəri  yaxın-

lığında türk bulqarlarının torpaqlarını, Kama boyu ərazilərdə yenə də türk bulqarları adı altın-

da sakinləri. Onlardan şimala doğru türk peçeneqlər tərəfindən tutulmuş vilayət qeyd edilir [5, 

173]. 


Yazılı və arxeoloji mənbələrə istinadən belə düşünmək olar ki, Orta Volqada gəlmə bul-

qarlar Tankeyev qəbirstanlığının  materiallarının göstərdiyi  kimi öz çevrələrinə yerli fin-uqor 

əhalisinin qrupunu daxil edən türk dilli tayfaların böyük kütləsi ilə qarşılaşdılar. Əgər iqtisadi 

cəhətdən bu tayfalar bulqar tayfaları ilə eyni səviyyədə və hətta ola bilsin, bir qədər də üstün 

dayanırdılarsa, (oturaq əkinçiliyə keçid hesabına) lakin hərbi və sosial təşkilatçılıq baxımından 

bulqarlar çox güman ki, aparıcı mövqeyə malik idilər. B.D.Qrekov hesab edir ki, bulqar çarı 

Ahmuşun hərbi drujinası  vardı  və bu onun əsas dayaq mövqeyini təşkil edirdi [8, 164]. Çox 

güman ki, bulqar əyanları drujina ilə IX-X əsrlərdə formalaşan dövlətdə hakimiyyəti əllərinə 

ala bildilər, buna görə təbii olaraq bu dövlət hakim qrupun adından belə adlandırılmağa baş-

landı. Burada Orta Volqada yəqin ki, həmin mənzərə təkrar olundu ki, bunu birinci minillikdə 

Asiya  və  Avropanın  bir  sıra  erkən  dövlət  qurumları  üçün  müşahidə  etmək  olardı.  Nümunə 

olaraq səlcuqlar, xəzərlər, dunay bulqarları və başqalarını göstərmək olar. 

Bu  baxımdan  Dunay  Bulqariyasının  formalaşması  prosesi  maraqlıdır.  VII  əsrin  70-  ci 

illərində məlum olduğu kimi Asparuxun Dunaya gəldi və slavyan ittifaqı “yeddi tayfa” tərəfin-

dən  məskunlaşmış  vilayətlərə  irəliləyərək  onlar  üzərinə  xərac  qoydu.  Xan  Asparux  özünü 

dövlətin başçısı elan etdi və bulqar əyanları güclü hərbi təşkilatlanmaya istinad edərək slavyan 

əyanlarını sıxışdıraraq  birinci yeri ələ aldı, o  vaxta qədər yeddi slavyan tayfası  kimi tanınan 

dövlət Bulqariya adlanmağa başladı. 

Lakin  köçəri-bulqarlar  slavyanlarda  mövcud  olan  istehsal  münasibətlərinə  heç  bir 

dəyişiklik etmədilər  və tezliklə özləri onların  həyat tərzinə  keçdilər. Həmin hadisəni  mədəni 

münasibətlərə də aid etmək olar. Slavyanların gəlmə bulqarlar üzərində təsərrüfat və mədəni 

üstünlüyü və slavyanların sayca çoxluğu son nəticədə bulqarların slavyan mühitində tam əri-

məsinə  gətirib  çıxardı.Volqada  da  Bulqariyasının  yarandığı  dövrdə  bulqar  əyanlarının  irəli 

sürdüyü  bulqar  çarlarından  biri  Almuş  bütün  qalan  tayfalar  üzərinə  xərac  qoydu  və  bundan 

əlavə xərac və ya vergi yalnız hər evdən götürülmürdü, həm də toydan, ticarətdən və hücumlar 

zamanı əldə olunmuş qənimətdən alınırdı. Güman etmək olar  ki, əsasən bulqar çarının haki-

miyyəti altında olan tabe tayfalar xərac verirdilər. 

Almuşun  deməli  həm  də  bulqar  əyanlarının  hakimiyyəti  X  əsrin  birinci  yarısında  hələ 

kifayət qədər möhkəm və sabit deyildi. Formal olaraq Almuşa tabe olan tayfalar tez-tez itaət 

altından çıxırdılar. İbn Fadlan savan tayfa qruplaşmasından bir hissəsinin Almuşun yerdəyiş-

mə ilə bağlı əmrinə tabe olmaqdan imtina etmələri haqqında məlumat verir. Onlar imtina etdi-

lər və iki hissəyə parçalandılar. Bir hissə zəif idi və onların üzərində özünü çar Virıq adlı bir 

şəxs elan etdi. Almuş təhdid və hədə qorxuya əl atmağa məcbur oldu – kim mənə qarşı gəlsə, 

onu qılıncdan keçirəcəyəm. Görünür, məhz bu mürəkkəb mühitdə öz mövqeyini möhkəmlən-

dirmək üçün  Almuş ərəb xəlifəsi Müqtədirə  müraciət etdi  və ondan ona qarşı olan çarlardan 

müdafiə olunmaq üçün istehkamın tikilməsində yardım etməsini xahiş etdi. Bu ifadədə Almu-

şun düşmənlərinin çox sayda olması haqqında fikir açıq-aydın səslənir. Təbii ki, burada Volqa 

Bulqariyasının digər artıq xarici düşməni - Almuşun ehtiyat etməli olduğu xəzər çarını unut-

maq olmaz. 



Qədim dövr və orta əsrlər  

Тarix və onun problemləri, № 1 2014 

 

69 

Görünür, hakimiyyət uğrunda daxili mübarizə fasiləli uğurla gedirdi, çünki çarın adından 

sikkələrin vurulduğu dövlət paytaxtı ya Bulqar, ya Suvar, XI əsrin sonu XII əsrin əvvəllərində 

isə Böyük şəhər Bilər və ya Bülər olur. 

S.A.Yaninanın  fikrincə  X  əsrin  sonunda  hətta  iki  müstəqil  knyazlıq  mövcud  idi  –  biri 

mərkəzi Bulqarda olan, digəri isə mərkəzi Suvarda olan. Bununla yanaşı numizmatik material-

ların  öyrənilməsi  X  əsrin  ortalarında  yalnız  Suvarın  Bulqardan  siyasi  müstəqilliyi  haqqında 

danışmağa, həm də Suvarın Bulqardan asılı olmayan tayfaların xüsusi dövləti olduğunu demə-

yə imkan verir [5,176]. 

Bununla bağlı X əsr əsərlərində anonim fars  coğrafiyaçısının  məlumatı  maraq doğurur. 

Hüdud əl-Aləm bulqarlar haqqında: onlar üç qrupdurlar, baxdula iskil və bulqar. Hamısı bir-

birilə müharibə vəziyyətindədirlər. Düşmən peyda olanda onlar dostlara çevrilirlər [9,32]. 

Son nəticədə hakimiyyət uğrunda mübarizə bulqar əyanlarının qələbəsi ilə yekunlaşdı və 

X  əsrdən  başlayaraq  XIV  əsrin  sonlarına  qədər  Orta  Volqa  boyu  türkdilli  xalqların  dövlət 

birliyi bulqar adını saxlamaqda davam edirdi. 

Böyük Bulqariyanın dağıldığı dövrdə bulqarların etnik adı geniş vüsət aldı və demək olar 

ki,bütün qalan tayfa adlarını üstələdi. Buna  görə də onların adı altında tamamilə fərqli əhali 

qrupları çıxış edirdilər. Lakin mədəni münasibətlərdə keçmiş bulqar ittifaqının tayfaları olduq-

ca yaxın idilər. Onların mədəniyyətinin tarazlığına eyni ərazilərdə uzun müddət qalma, həyat 

tərzində  və  təsərrüfat  fəaliyyətində  eynilik  də  təsir  göstərirdi.  Maddi  komplekslərin  tarazlı-

ğında Qara dəniz sahili sənət-peşə mərkəzləri və Bizansla daimi əlaqə və ticarət də az rol oy-

namamışdı.  Tez-tez  baş  verən  hərbi  toqquşmalar  bəzi  tayfa  qruplarını  zəiflətmək  məsələn, 

kutriqur və utiqurlarla mübarizə bir əhali qrupunun başqa bir qrupla assimilyasiya olunması və 

qarışıq tayfa birliklərinin meydana gəlməsinə gətirib çıxartdı. 

Gəlmə  tayfaların  mənşəyi  haqqında  məsələnin  araşdırılmasını  çətinləşdirən  amillərdən 

biri də odur  ki,  IV-VIII əsr, yəni  köçərilərin  Asiyadan Qaradəniz sahili ərazilərə  gəlişi  döv-

rünə  aid  mənbələr  zəif  öyrənilmişdir.  Buna  görə  də  eramızın  birinci  minilliyinə  aid  Avropa 

köçəriləri ilə bağlı ola bilən abidələri və  vilayətləri ümumi cəhətlərinə  görə qeyd etmək olar 

[10,131-132]. 

Bulqar tayfaları ilə bağlı arxeoloji abidələr göstərir ki, VIII- X əsrlərdə bulqarların etnik 

tərkibi  artıq  olduqca  mürəkkəb  idi.  Bulqarların  tərkibinə  birinci  minillikdə  Şərqi  Avropa 

çöllərində yaşamış müxtəlif tayfa qrupları daxil idi. Mövcud materiallar əsasında bulqarların 

tərkibində  türk  və  uqor  mənşəli  tayfaları  müəyyən  etmək  olur.  Qəbristanlıqların  materialla-

rında sarmat ənənəsi müşahidə edilmir [5,142-143]. 

Eranın VII-VIII əsrlərində bulqarların Orta Volqaya gəlişinə doğru həm burada, həm də 

qonşu rayonlarda müxtəlif etno-mədəni birliklər mövcud idi. Onların bir hissəsi gəlmə tayfala-

rın təsirinə məruz qalırdı və eyni zamanda da öz təsirini göstərirdi.  

 

ƏDƏBİYYAT 

 

1.Иордан, О происхождении и делениях гетов. Пер. Е.Ч. Сарижинский, М., 1960, 436 с.  



2.Пигулевская Н.В. Сирийские источники по истории народов СССР, М.Л., 1941  

3.Ковалевский А.П. Книга Ахмеда Ибн-Фадлана о его путешествии на Волгу в 921-922 

гг., Харьков, 1956, 345 с. 

4.Смирнов А.П. Волжские булгары, М., 1951, 275 с. 

5.Генинг В.Ф., Халиков А.Х. Ранние болгары на Волге, М., 1964, 176 с.  

6.Материалы по истории Туркмении, Ашхабад, 1939 




Qədim dövr və orta əsrlər 

Тarix və onun problemləri, № 1 2014 

 

70 


7.Заходер Б.Н. Каспийский свод сведений о Восточной Европе, Т. 2, Издательство 

Наука, М., 1967, 210 с. 

8.Греков Б.Д. Избранные труды т 1, М., Издательство АН СССР, 1957, 450 с. 

9.Худуд ал-Алем, Рукопись Туманского, Л., 1930. 

10.Артамонов М.И. История Хазар, Л., 1962, 523 с. 

 

  С.А.ГАСЫМОВА  



Историк, 

Азербайджанский Государственный Аграрный Университет 

 

К СТАТЬЕ «ВЕЛИКОЕ БУЛГАРСКОЕ ГОСУДАРСТВО» 

 

 Статья посвящена изучению ранней истории булгарских племён, создавших Бул-

гарское  государство.  Известно,  что  о  Булгарском  государстве,  о  его  создании  можно 

получить  из  арабско-персидских  письменных  источников  и  археологических  материа-

лов. В данной статье история союза булгарских племен исследуется на основе письмен-

ных источников и археологических материалов. С другой стороны известно и то, что в 

состав  булгарского  государство  входили  не  только  булгарские  племена.  Хотя,  эти  и 

другие вопросы кратки, но всё - же нашли своё отражение в этой статье. 



  

 S.Ə.QASIMOVA  

Historian,  Azerbaijan State Aqrarian University 

  

GREAT BULGARIAN STATE 

 

 This  article  is  about  the  Bulgarians  tribe.  It  has  been  dedicated  to  learning  of  the 

Bulgarians  early  history.  It  is  known  that  the  information  about  Bulgarian  state  Have  been 

learnt on the basis most of arab – farsi written sources and archaeological materials. Bulgarian 

tribe haven’t been only in structure of the Bulgarian state. This and other problems have been 

reflected in the article. 



 

 

Rəyçilər: t.e.n. S.İsmayılov, t.e.d. İ.M.Məmmədov 



ADAU-nun “Azərbaycan tarixi,  fəlsəfə və hüquq” kafedrasının 27 yanvar 2014-cü il 

tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (pr. №9). 

 

Yüklə 68,46 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə