Эмин джалилов



Yüklə 72,52 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü72,52 Kb.
#2224


Müasir dövr 

Тarix və onun problemləri, № 1 2014 

 

244 


YAQUB YAQUBOV  

Azərbaycan Milli Elmlər Akademiyası, Fəlsəfə,  

Sosiologiya və Hüquq institutunun “Politologiya və Siyasi  

sosiologiya şöbəsi”nin dissertantı 

E-mail: TarixVeOnunProblemleri@gmail.com 

 

ERMƏNI KILSƏSI VƏ ONUN “ERMƏNI KIMLIYI”NIN  

FORMALAŞMASINA TƏSIRI 

 

Açar sözlər: din, kilsə, erməni psixologiyası, siyasi düşüncə 

Ключевые слова: религия, церковь, армянская психология, политическая мысль 

Keywords: religion, church, the Armenian psychology, a political idea 

 

Giriş  

Ermənilərin  yaşadığı  ərazilərdə  təkrarlanan  milli  münaqişələr  və  münaqişələrin  bir 

tərəfinin daim ermənilər olması adı çəkilən xalqın idealoji meyllərinin tədqiqinə ehtiyac hiss 

etdirmişdir. Lakin ilk növbədə onu demək yerinə düşər  ki, ermənilərdə bütün ideyalogiyalar 

çərçivəsində iddialılıq və şovinizm onları müşayət edən bir cəhət olaraq qalmışdır. Onlar daim 

öz keçmişlərini mifləşdirməyə və özlərini dünya mədəniyyətinə böyük töhvə vermiş xalq kimi 

göstərməyə çalışmışlar. Təəssüf ki, qeyri-adi bir xalq olmanın saxta şüuru erməniləri yaşadıq-

ları regionların bəlasına çevirmiş və onların vəhşilik, o cümlədən vandalizm həvəsləri qonşu 

xalqları, xüsusən müsəlman türk xalqlarını zədələmişdir. 

Bu  günün  özündə  də  ermənilərin,  eləcə  də  Ermənistan  Respublikası  dövlət  siyasəti  və 

rəsmi ideyalogiyasının dayaqları mifizmə gedib söykənir. Məsələn bu gün Ermənistan dövlə-

tinin gerbi həmin miflərin özündə əksinin bariz nümunəsidir. Gerbdə üç rəng əks olunmuşdur. 

Tam  mərkəzdə  ermənilərin  özlərinə  simvol  götürdükləri  Ararat  dağı  və  üzərində  Nuh 

peyğambərin  gəmisi  təsvir  olunmuşdur  [1,2].  Göründüyü  kimi  ermənilər  bununla  özlərinin 

başlanğıcını  Nuh  peyğambərin  nəsli  ilə  başlamaq  istəyirlər.  Əlbəttə  burada  əsas  məqsəd 

Ermənistan tarixini dərinləşdirməyə çalışmaqdır.  

Ümumiyyətlə götürdükdə bütün xalqların kifayət qədər qədim bir tarixi vardır. Ancaq bu 

tarixin  xülyalara  əsaslanaraq  süni  dərinləşdirilməsi  regional  sabitliyə  və  sülhə  daim  zərbə 

vurur.  Çünki  süni  olaraq  tarixini  dərinləşdirən  xalqlarda  digərlərinə  qarşı  bir  dözümsüzlük 

yaranır. Saxtalaşdırılmış tarixə əsaslanan xalqlar özlərini üstün görməyə başlayır, hətta onları 

əhatə edənlərin insan olaraq yaşama haqlarını da sual altına alırlar. Ermənilərin tarixində belə 

hallara  az  rast  gəlinməmişdir.  Saxta  tarixi  dərinləşdirilmədən  qaynaqlanan  aqressivliyin 

qurbanlarından biri də hər zaman Qafqazda insanilik təcəssümü kimi tanınmış azərbaycanlılar 

çıxış etmişlər. 

Sual  meydana çıxa bilər  ki, ermənilərin həqiqi tarixi onların xülyaları ilə üst-üstə düşə 

bilirmi? Bir də ermənilər Qafqazın say etibarilə daim üstünlük təşkil etmiş yerli əhalisidirmi? 

Ermənilər  mənşələri  haqqında  öz  mənbələrinin  belə  tərəddüd  etdiyi,  lakin  iddiaları 

böyük  olan  bir  xalqdır  [2,16].  Erməni  siyasi  düşüncəsinin  formalaşmasına  təsir  etmiş  olan 

mühüm  ictimai  institutlardan  biri  də  erməni  kilsəsidir.  Erməni  kilsəsi  digər  millətlərin  və 

xalqların  dini  institutlarından  müəyyən  qədər  fərqlənir.  Belə  ki,  tarixin  uzun  əsrlərində 

itirilmiş  dövlətçilik  ermənilər  üçün  kilsə  vasitəsi  ilə  konpensasiya  edilmişdir.  Dünyanın 

müxtəlif  yerlərinə  dağılmış  olan  ermənilər  dövlətə  olan  mənəvi  ehtiyaclarını  kilsə  ətrafında 




Müasir dövr 

Тarix və onun problemləri, № 1 2014 

 

245 

toplaşaraq  ödəmişlər.  Kilsə  onlar  üçün  toplantı  mərkəzi,  eyni  zamanda  siyasi  quruma 

çevrilmişdir.  

Ermənilərin bütün ictimai fəaliyyət təzahürləri istənilən əsrdə və dövlət daxilində kilsə-

nin  ciddi  nəzarəti  altında  olmuşdur.  Belə  demək  mümkünsə,  məhz  erməni  kilsəsi  bu  xalqın 

kimliyini  formalaşdırmışdır.  Qəribədir  ki,  dini  bir  institut  olan  kilsə  mənəvi  saflıq  tərbiyə 

etmək  əvəzinə  erməniləri  xəyanətkar,  fürsətçi,  qəddar  və  irqçi  kimi  yetişdirmişdir.  Erməni-

lərdə  ən  böyük  nifrəti  isə  onları  hər  zaman  himayə  edən  türklərə  və  müsəlmanlaa  qarşı 

formalaşdırılmışdır.  

Kilsə nəzarətində formalaşan düşüncə 

Kilsə  nəzarəti  altında  ermənilər  özlərinin  gerçəkdə  olmayan  tarixlərini  yazmağa 

başlamışlar. Erməni tarixçiləri erməni dilində izah edilən toponom, oronim, etnonim və saxta 

tarixi  şəxs  adları  uydurmuşlar.  Saxta  tarix,  onun  obrazları  və  qəhrəmanları  erməni  siyasi 

düşüncəsinin birinci dayanağıdır. Yəni erməni siyasi düşüncəsi mistizmə və  miflərə dayanır. 

Ümumiyyətlə,  ermənilərin  əsas  xüsusiyyəti  kimi  digərlərinin  milli-mənəvi  dəyərlərinə,  hətta 

adlarına sahib çıxmaq hələ tarixin çox qədim çağlarında formalaşmışdır. Ermənilər ilk baxışda 

elə  də  ciddi  bir  təhlükə  olmamışlar.  Daha  doğru  ifadə  etsək  isə,  onların  bu  hərəkətlərində 

təhlükəli qəsdləri digərləri tərəfindən sezilməmişdir. 

Erməni  kilsəsinin  xidmətində  dayanan  tarixçilər  “Böyük  Ermənistan”  mifi  üzərində 

işləyərək  onu  müasir  erməni  siyasi  cərəyanları  və  konsepsiyaları  üçün  təməl  anlayışa  çevir-

mişlər. bu  gün istənilən siyasi istiqamətdə dayanan partiya və təşkilat, hətta kommunist olsa 

belə bu saxta anlayışın ermənilər üçün əhəmiyyətini qəbul edir. Bu saxta anlayışı qəbul etmək 

sanki “ermənilik” sübutudur.  

Erməni dövlətçiliyinin olmaması xritianlığın qəbulundan sonra kilsə institutu vasitəsi ilə 

konpensasiya  edilmişdir.  Ermənilər  kilsə  ətrafında  toplaşmış,  onların  bütün  ehtiyacları  kilsə 

tərəfindən  ödənmişdir.  Erməni  kilsəsinin  nəzarətində  olan  erməni  məktəblərində  “Böyük 

Ermənistan”  ideyasının  fəal  təbliği  həyata  keçirilmişdir.  Ermənilərin  böyük  xalq  olması, 

Qafqazda  ilk  olaraq  xristianlığı  qəbul  etmələri  haqqında  əsərlər  yazılmışdır.  Təəssübkeşliyə 

əsaslanan tarixi mənbələrdə isə tarixi reallıqlar təhrif edilmişdir.  



“Böyük Ermənistan” xülyası haqqında bir qədər 

Bəs Böyük Ermənistan adı ilə özünə vəsiqə qazanmış xülyanın gerçək mahiyyəti nədir? 

Necə  oldu  ki,  ermənilər  bu  xülya  üzərində  özlərinə  bir  siyasi  idealoji  baza  hazırladılar.  Bu 

suallara cavab vermək də tədqiqatımızın bu mərhələdə olan məqsədlərindəndir.  

Erməni  ideyalogiyasının  ataları  hesab  edilə  biləcək  olan  erməni  tarixçilərinin  ciddi 

cəhdlərinə  baxmayaraq  Böyük  Ermənistan  haqqında  tam  bir  görüş  birliyi  mövcud  deyildir. 

Erməni  elm  adamı  Aqop  Məlik  Aqopyanın  gəldiyi  nəticəyə  görə  əslində  ermənilərin  qədim 

tarixi haqqında iddia olunanların əskinə olaraq mənbələr susmaqdadır [2,13]. 

 “Böyük Ermənistan” ideyası sovet dövrü erməni dərsliklərində özünə yer etmiş, əsası da 

odur  ki,  digər  xalqlarda  hansı  isə  bir  millətçilik  təzahürünü  qəddarlıqla  məhv  edən  mərkəz 

erməni özbaşnalıqları qarşısında göz yummuşdur [3,61-62].  

Erməni elmi dairlərində müşahidə edilən məsələlərdən biri də qədim dillərdə bəzi sözlər 

üzərində oynamaq və onların müasir erməni dilində leksik və sintaktik analoqunu tapmaqdır. 

Lakin bu görüşlərin özündə belə kifayət qədər ziddiyyətlər tapmaq mümkündür [4,12-16]. Bir 

sözlə  belə  bir  qənaətə  gəlmək  olar  ki,  ermənilər  tarixlərini  gördükləri  kimi  deyil,  görmək 

istədikləri kimi qələmə verməyə çalışmışlar [5]. 

Hətta erməni iddialılığı o yerə çatmışdır ki, bəşəriyyətin hamısına məxsus olan dəyərləri 

də  erməniləşdirməyə  və  bununla  erməni  ideyalogiyasına  zəmin  hazırlamağa  çalışmışlar. 




Müasir dövr 

Тarix və onun problemləri, № 1 2014 

 

246 


Müasir erməni ideoloq və şiddətə təşviq edicilərindən olan insanlıq düşməni Zori Balayan isə 

daha da irəli gedərək gülməli şeylər söyləməkdən belə çəkinməmişdir. O yazır: "…Əfsanəyə 

görə,  Nuh  Peyğəmbər  Tufandan  sonra  ilk  gördüyü  bir  quru  parçasına  "Erevume",  yəni 

"Görünür", deyə qışqırmış və bu quru parçasının adı Erevan olaraq tarixə keçmişdir…" [6,30] 

Beləliklə,  bu  erməninin  xəstə  təfəkküründən  belə  qənaətə  gəlinir  ki,  Nuh  peyğambər  də 

erməni olmuşdur. Əlbəttə belə bir yanaşma gülüş doğurmaya bilməz. Ən azından ona görə ki, 

hətta dini ənənəyə görə Nuh tufanından sonra bütün bəşəriyyət xilas olmuşdur.  

Ermənilərin  öz  idealoji  fəaliyyətləri  zamanı  belə  cəfəng  fikirlərə  müraciət  etməsi  hətta 

bir çox dünya tədqiqatçılarını da dəhşətə gətirmişdir. Problem ondan ibarətdir ki, cəfəngiyyat-

larla dolu olan belə məlumatların toplandığı kitablar ermənilər tərəfindən öz uşaqlarına keçil-

mişdir. Rus araşdırmaçısı V.L. Vekiçko bu haqda yazmışdır: “Biz hələ bədnam Böyük Ermə-

nistan barədə və özünü bütün qonşularını mədəniləşdirmək kimi dünya miqyaslı bir missiyanı 

öz  boynuna  götürən  ermənilərdən  söz  açan  cəfəng  dərsliklərdən  danışmırıq.  Həmin  kilsə 

məktəblərində paytaxtı Tiflis olmaqla az qala Voronejə qədər Böyük Ermənistanın xəritələri 

də intişar etdirilirdi”[7,107] 

Erməni kilsəsinin yeni fəaliyyət dövrü 

Ermənilər  xristyan  olmaqlarından  da  yeri  gələndə  istifadə  etmişlər.  Məsələ,  XIX  əsrdə 

böyük dövlətlərin, Rusiya, İran  və Osmanlının Qafqaz uğrunda  mübarizəsi ermənilərin  işinə 

çox  yaradı.  Belə  ki,  onlar  xristian  təəssübkeşliyindən  istifadə  edərək  həm  böyük  xristian 

imperiyaları Böyük Britaniya və Fransada, həm də dünya ağalığı uğrunda mübarizədə özünə 

yer hazırlayan ABŞ-da dayaqlar tapdılar. Eləcə də İran və Osmanlı kimi dünyanın əsas qüd-

rətli  müsəlman dövlətlərindəki daxili çəkişmələrdən, digər  milli azlıqların da ayağa qalxma-

sından istifadə etməyə başladılar. Müasir türk araşdırmaçıları da məsələlərin bu tərəfini diqqət 

mərkəzinə  çəkirlər:  “Fransız  İnqilabının  milli  müstəqillik  fikirləri  Osmanlı  dövlətinin  əvvəl 

xristian azlıqları üzərində təsirli oldu. Balkanlarda yaşayan serblər, yunanlar, bolqarlar, rumlar 

və digərləri Osmanlı dövlətinə qarşı dəyişik zamanlarda qiyam qaldırdılar. Xristian azlıqların 

hər  qiyamında,  Avropa  ictimaiyyəti  və  böyük  dövlətləri  dərhal  onları  qorudular.  Rusiya  isə 

bundan faydalanıb Osmanlı dövlətinə hücum etdi. Bundan ən son faydalananlar isə ermənilər 

oldular.”[5] 

Böyük dövlətlərin də ermənilərə yönəlik öz planları vardı. İlk öncə xristian imperiyaları 

ermənilər  arasında  istənilən  sağlam,  İran  və  Osmanlıya  sadiqlik  tərəfdarı  olan  fikirlərə  son 

qoymaq üçün missioner fəaliyyətlərinə başladılar. Ermənilər Avropaya getmək, orada ən yaxşı 

məktəblərdə  təhsil  almaq  imkanları  əldə  etdilər.  Buralarda  təhsil  alan  ermənilər  artıq  iki 

ideyanın  daşıyıcısı  idilər.  Erməni  dövlətinin  yaranması  və  bəhrələndikləri  dövlətlərin 

maraqlarının təmin edilməsi düşüncələri daim onları təqib edirdi.  

Ermənilər onlara qarşı tətbiq edilən istənilən fəaliyyəti də dini münasibətlər rakursunda 

təqdim  etməyə  çalışırdılar.  Osmanlı  İmperiyasının  ərazisində  yaşadıqları  müddət  ərzində 

mərkəzi dövlətə qarşı qiyamlar etdilər və buna görə də cəzalandırıldılar. Üsyanların Osmanlı 

qüvvətlərin tərəfindən basdırılması, dünya ictimaiyyətinə "müsəlmanlar xristianları qətl edir" 

mesajıyla  təqdim  etdirilmişdir.  Anadolunun  hər  küncünə  dağılmış  xristian  missionerləri  də 

erməni  təbliğatının  Qərb  ictimaiyyətinə  çatdırılmasında  və  mənimsədilməsində  böyük  rol 

oynamışlar.  

Erməni kilsəsinin fəaliyyətinin istiqamətlərindən biri də terrorçu və quldur erməni siyasi 

birləşmələrinə resurs cəlb etməkdən ibarət olmuşdur. Erməni keşişləri erməni gənclər arasında 

təbliğat aparır. Onları ermənilərdən ibarət olan müxtəlif silahlı və terrorçu birləşmələrə daxil 

olmağa təşviq edirdilər. Bu həmişə belə olub, indi də həmin tendensiya özünü göstərməkdədir.  



Müasir dövr 

Тarix və onun problemləri, № 1 2014 

 

247 

Erməni Kilsəsinin müasir dövrdə inkişaf etməsinə təkan  vermiş olan amillərdən biri də 

ona  I  Vazgenin  rəhbərlik  etməsi  olmuşdur.  I  Vazgen  ermənilərin  radikal  millətçiliyinə  qarşı 

çıxmamış, əksinə bu qeyri-humanist millətçilik təzahürünü dəstəkləmişdir. Ermənilərin Azər-

baycan torpaqlarına qarşı kiçik “səlib yürüşü” təşkil etməsində onun “xidmətləri” danılmazdır. 

Kilsəyə rəhbərlik etdiyi 1955-1994-cü illər ərzində I Vazgen SSRİ-nin qapalı məkan olmasına 

baxmayaraq  xaricdəki  ermənilərlə,  onların  imkanlı  və  nüfuzlu  təbəqələri  ilə  əlaqələri 

gücləndirə  bilmişdi.  Katalikosun  fəaliyyəti  o  qədər  intensivləşdi  ki,  Erməni  Kilsəsi  1962-ci 

ildə  Dünya  Kilsələr  Birliyinə  qoşuldu.  Bu  addım  ermənilərin  dünyada,  xüsusən  xristyanlar 

arasında saxta soyqırım və deportasiya yalanlarının təbliğində onlara kömək göstərdi. Erməni 

Kilsəsi  nümayəndələri  harada  olurlarsa  olsunlar  ermənilərin  yalançı  əzabkeş  obrazlarını 

formalaşdırmağa çalışırdılar.  

1991-ci ildə Ermənistan Respublikası özünün müstəqilliyini elan etdi. Artıq azərbaycan-

lılardan,  yəni  ölkənin  əsas  müsəlman  əhalisindən  təmizlənmiş  olan  bir  dövlət  qurulmuşdu. 

Burada demək olar ki, digər dinlərə etiqad edən millətlər qalmamışdı. Yalnız yezidi kürdlərin 

icması istisna idi.  

Yeni  yaranmış  olan  Ermənistan  Respublikası  özünü  dünyavi  dövlət  elan  etdi.  Hamıya 

məlum olan həqiqətdir ki, dünyavi dövlətlərdə hər hansı isə bir dinin üstünlüyü olmur. Ermə-

nistanda  vəziyyət fərqli idi. Burada erməni  kilsəsi dövlətin qanunları qarşısında əlahiddə bir 

dini  isntitut  kimi  tanındı.  Erməni  Kilsəsinin  xüsusi  statusu  Ermənistan  Konstitusiyasında  və 

digər  qanunvericilik  sənədlərində,  eləcə  də  Vicdan  və  Dini  etiqad  azadlığı  qanununda,  hətta 

cinayət  məcəlləsində  özünə  yer  tapdı.  Erməni  kilsəsinin  fəaliyyətindən  başqa  Ermənistanda 

digər dinlərin nümayəndələrinin dini icmalarda birləşmək hüquqi xeyli məhdudlaşdırılmışdır. 

Əvvəllər bir dini icmanın fəaliyyətini formalaşdırmaq üçün 50 nəfər kifayət edirsə bu rəqəm 

200-ə  yüksəldilmişdir.  1997-ci  ildə  qəbul  edilmiş  olan  qanuna  görə  qeyri-qriqoryan  dini 

icmaların fəaliyyətinin  mətbuat  və ictimai  tərəfləri  məhdudlaşmışdır. Ermənilərdən hər hansı 

bir kimsəni digər dinə döndərən dini icmanın nümayəndələrinə qarşı represiya aparılır. Amma 

istənilən şəxsin qriqoryanlığı qəbul etməsi mümkündür. 

Ancaq hal-hazırda Ermənistanda Kilsənin adı ilə bağlı müzakirələr canlanmaqdadır. Belə 

ki,  ermənilər  kilsələrinin  adlarını  Mərkəzi  Eçmiadzin  Olan  Erməni  Kilsəsindən  Mərkəzi 

Eçmiadzin Olan Erməni Xristyan Kilsəsinə dəyişmək istəyirlər. Göründüyü kimi bura xristyan 

sözü əlavə edilir. Bu məsələnin də bir qədər izaha ehtiyacı vardır. Digər xristyan məzhəbləri 

etiqadi  olaraq  Erməni  Qriqoryan  Kilsəsinə  müsbət  münasibət  göstərmirlər.  Çünki  bu  kilsə 

özünü əlahiddə sayır. Belə olan təqdirdə kilsənin adına xristyan sözü əlavə etməklə ermənilər 

xristyan  dünyasında  dini  etiqadlı  kəsimdə  özlərinə  qarşı  müsbət  münasibət  formalaşdırmaq 

istəyirlər. 



Yekun  

Erməni  kilsəinin  uzun  illər  apardığı  təbliğat  bir  erməni  kimliyi  formalaşdırmışdır. 

Məqalənin  axırında  bu  kimliklə  bağlı  bəzi  fikirlərimizi  ifadə  etmək  istərdik.  Erməni  siyasi 

düşüncəsində davamlı münaqişənin olması mühüm bir əhəmiyyətə malikdir. Çünki bu zaman 

erməni  məsələsinin  gündəmdə  qalması  təmin  edilməkdədir.  Eyni  zamanda  erməni  millətinin 

özündə  də  hər  hansı  bir  pozitiv  təzahürün  qarşısı  alınır.  Belə  ki,  öz  ideoloqlarının  əsirinə 

çevrilən ermənilər qonşu xalqlarla sağlam bir münasibət qurmağa imkan tapmırlar. Ermənilər 

üçün səciyyəvi olan odur ki, bir zaman müttəfiq olmaq istədikləri millətlərlə belə öz maraqları 

naminə  savaşmağa  hazır  olurlar.  Erməni  siyasi  düşüncəsi  üçün  xəyanət  anlayışı  o  qədər 

elastikdir ki, ermənilərin özlərindən başqa hamıya qarşı tətbiq edilə bilər.  




Müasir dövr 

Тarix və onun problemləri, № 1 2014 

 

248 


Ermənilərin  iki  üzlü  mahiyyətə  müvafiq  bir  siyasət  izləmələri  Azərbaycan  ziyalı  və 

səlnaməçisi  Mir  Möhsün  Nəvvabın  da  diqqətini  cəlb  etmişdi.  Mir  Möhsün  Nəvvab  yazır: 

“Əfsuslar  olsun  ki,  erməni  tayfasının  indi  təbiəti  dəyişib.  Zahirləri  batinləri  ilə  bir  deyil. 

Zahirən  özlərini  dost  kimi  göstərsələr  də  batinləri  ədavətlidir.  Özləri  də  görürlər  ki, 

batinlərinin bu cür ədavətli olmasından həmişə əziyyət çəkirlər” [8,11] 

Ermənilərin siyasi fəaliyyəti və milli psixilogiyasında kilsənin formalaşdırdığı ən önəmli 

cəhətlərdən biri də müsəlmanlara qənim kəsilmələri idi. Məsələn, 1918-1920-ci illər arasında 

erməni  siyasi  düşüncəsinin  hərb  və  təzyiqə,  eləcə  də  zora  əsaslanan  tərəfləri  bir  sıra 

Azərbaycan mənbələrində də zahirə çıxmaqdadır. Bu dövrdə Naxçıvan bölgəsində ermənilərin 

azərbaycanlılara  qarşı  etdiyi  zülmləri  qeydə  almış  olan  Mirzə  Bağır  Əliyev  onların 

məramlarını  belə  ifşa  edir:  “Müqəddimədə  söylədiyimiz  kimi  hər  xəyalə  əsas  ilə  ermənilər 

müsəlmanların  əleyhinə  qiyam  edəcək  xəyalinə  düşərək  ənvayi-təşəbbüsdə  bulunur  idilər. 

Buna  binaən  hər  tərəfdə  müsəlmanlara  təzyiq  etmək  və  acı-acı  sözlər  ilə  qəti  münasibətdə 

bulunmaq  kimi  ürək  sancan  rəftarlara  başlamışlar  idi....  Ermənilər  daima  cürəbəcürə  rollar 

oynayıb planlar tökür idilər”[9,7] 

Ermənilər  bir  millət  olaraq  dünya  tarixində  qlobal  proseslər  fonunda  neqativ  spesifika-

larını  saxlamış  bir  topluluqdur.  Onların  tarixi  və  siyasi  düşüncəsinin  inkişafı  müəmmalarla 

doludur.  Belə  ki,  erməni  xalqı  miflər  və  steriotiplərə  əsir  düşən,  öz  xəyallarının  arxasınca 

qaçan  bir  insan  cəmiyyəti  hesab  edilə  bilər.  Tarixin  əksər  dövrlərində  digər  dövlətlərin 

tabeçiliyində olan ermənilər həm də özlərinə qarşı humanist münasibəti də dəyərləndirmədilər. 

Ermənilərin  sayca  az  olması,  elm  və  tərəqqidə  güclü  şəxsiyyətlərinin  olmaması  onlarda 

qısqanclıq  və  paranoya  formalaşdırdı.  Tarixin  bütün  zaman  kəsiklərində  ermənilər  regional 

proseslərdən və böyük güclər arasında gedən mübarizədən istifadə edərək xəyallarında forma-

laşdırdıqları  erməni  dövlətini  qurmağa  çalışdılar.  Bu  arzuların  ermənilərdə  yaşmasına  və 

nəsildən  nəsilə  ötürülməsinə  erməni  kilsəsi  rəhbərlik  etdi.  Öz  inkişaf  xüsusiyyətlərinə  görə 

erməni kilsəsi ruhani və dini bir qurum olmaqdan çox mistik massonik bir təsisata bənzəyirdi. 

Dini qurumların dünya təcrübəsi onu göstərir ki, əksəriyyət hallarda onlar insanlarda mənəvi 

dəyərləri formlaşdırmağa çalışmışlar.  Lakin bu məsələdə erməni  kilsəsi belə deyildi. Erməni 

kilsəsi qeyri-ermənilərə qarşı öz millətində bir bəşəri mərhəmət hissi formalaşdırmaq əvəzinə 

nifrət hissi formalaşdırdı.  

Tibb  elmində  manyakizm  deyilən  bir  istilah  vardır.  Bu  müəyyən  bir  fərdin  psixi 

problemlərinin intiqamını digərlərindən almaq istəməsidir. Çox zaman fiziki və psixi qüsurları 

olanlar  bu  qüsurların  düzəldilməsi  üçün  müətəxəssisə  müraciət  etmək  əvəzinə  cəmiyyətdən 

intiqam  almaq  həvəsinə  düşürlər.  Belə  şans  əllərinə  düşəndə  intiqamı  ən  dəhşətli  üsullarla 

günahkar  olmayan  insanlardan  alırlar.  Ermənilərdə  bu  proses  bir  millət  olaraq  müşahidə 

edildi. Tarixin dərin qatlarında fraqmental bir dövlətçiliyi olmuş ermənilər (bu da böyük sual 

doğurur)  əsrlərlə  dövlətçiliyə  sahib  ola  bilmədilər.  Uzun  bir  tarixi  dövrdə  digər  dövlətlərin, 

böyük əksəriyyəti ilə türk dövlətlərinin təbəəsinə çevrildilər.  İstər Osmanlı, istərsə də Səfəvi 

idarəsində  ermənilərə  qarşı  olduqca  mərhəmətli  davranıldı.  Onların  dini  və  milli  hüquqları 

qorundu,  aralarından  rəhbər  vəzifələrə  çəkilənlər  də  oldu.  Ancaq  ermənilər  ölərinə  qarşı  bu 

mərhəmətin qarşısında türklərə və müsəlmanlara qarşı içlərində manyakcasına bir nifrət bəslə-

yirdilər. Türk və müsəlman dövlətləri olan Osmanlı və Səfəvilərin güclü vaxtlarında ermənilər 

bu nifrəti ifadə edə bilmir, əksinə öz yaltaqlıqları ilə etibar qazanırdılar. Fəqət tarixin onların 

üzünə gülməyə başlaması bu coğrafiyada türklərin və müsəlmanların faciələrinə yol açdı.  




Müasir dövr 

Тarix və onun problemləri, № 1 2014 

 

249 

İSTIFADƏ EDILMIŞ ƏDƏBIYYAT: 

 

1.

 



Ermənistan Respublikası (məlumat-sorğu kitabçası) Bakı, nəşriyyatsız 2006 

2.

 



Раффи (Акоп Мелик Акопян), Самвел. Ереван, Айастан 1971 

3.

 



Есаян Е. Русский язык. Ереван, Луйс, 1972 

4.

 



GÜRÜN, Kamuran, Ermeni Dosyası, TTK yayınları, ANKARA 1983 

5.

 



http://www.azg.Am/RU/20020108/2002010817.shtm.  

6.

 



Балаян З. Очаг. Ереван, Советакан Грог, 1980 

7.

 



Величко В. Л. Кафказ. Русское дело и междуплеменные вопросы. С-

Петербург,1904 

8.

 

Mir Möhsün Nəvvab 1905-1906-cı illərdə erməni-müsəlman davası. Bakı 



“Azərnəşr” 1993 

9.

 



Əliyev M. B. Qanlı günlərimiz (1918-1920, Naxçıvan) Bakı “Azərnəşr” 1993 

10.


 

Абекян М. История армянской литературы. Ереван, 1975. 

11.

 

http://www.yeniforumuz.biz/ermeni-sorunu-tehcir-t1185777.html 



 

ЯГУБ ЯГУБОВ   

 

АРМЯНСКАЯ ЦЕРКОВЬ, И ЕЕ ВЛИЯНИЕ НА ФОРМИРОВАНИЕ 

АРМЯНСКОГО САМООПРЕДЕЛЕНИЯ 

 

В  статье  речь  идет  о  деятельности  армянской  церкви.  Затрагивается  роль  армян-

ской  григорианской  апостольской  церкви  на  формирование  армянского  самоопределе-

ния. Ведется исторический экскурс развития церкви, в том числе ее политической дея-

тельности. Особое внимание уделяется религиозной не терпимости армян к другим.  

 

YAQUB YAQUBOV  

 

THE ARMENIAN CHURCH AND ITS INFLUENCE ON FORMATION 

OF THE ARMENIAN SELF-DETERMINATION 

 

In article it is a question of activity of the  Armenian church. The role of the  Armenian 

Gregorian  apostolic  church  on  formation  of  the  Armenian  self-determination  is  mentioned. 

Historical  retrospective  journey  of  progress  of  church,  including  its  political  activity  is 

conducted. The special attention is given religious not to tolerance of Armenians to another.  

 

 



 

Rəyçilər: s.e.n.G.İbrahimova, t.e.d.Q.Ə.Əliyev 

Bakı Dövlət Universiteti “Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi” kafed-

rasının 13 dekabr 2013-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (proto-

kol №04). 

Yüklə 72,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə