Eminonun macəralari



Yüklə 180,72 Kb.
səhifə2/3
tarix20.10.2017
ölçüsü180,72 Kb.
#6121
növüYazi
1   2   3

Şeytan:Dünyada işlər yaxşı getmir.Buna görə də səninlə razılaşmalıyıq.

Emino:Nə razılaşması?

Şeytan:Sən dünyanı xilas edəcəksən,bizdə səni azad edəcəyik.

Emino:Dünya dara düşəndə gəl Emino,hər şey yaxşı gedəndə gəl Emino.Belə olmaz.Mən dünyanı xilas edəcəm, sizdə məni ömür boyu rahat narahat etməyəcəksiz.

Şeytan:Yaxşı.

Emino:Həmdə mənimlə oğlanda çıxacaq.

Şeytan:Yox olmaz!O hərşeyi bilir.

Emino:Mən onsuz heç yerə getməyəcəyəm.

Şeytan:Sən dünya uğruna gedirsən!Dünyanın sənə ehtiyacı var!

Emino:Var idisə məni bura niyə qapatdız?

Şeytan:Sən həddini aşan hərəkətlər etdin.Bunlara biz görməzdən gələ bilməzdik.

Emino:Bəs yenə etsəm?

Şeytan:Həddini aşmayan şeylər etsən sənə heçnə etməyəcəyik.

Emino:Bəs etsəm?

Şeytan:Sənə aydın olmadı?

Emino:Mən dünyada istədiyimi edəcəm.Heç kim mənə heçnə deməyəcək.

Şeytan:Yaxşı sən indi dünyaya gedirsən?

Emino:Oğlanla gedirəm.

Şeytan:O gedə bilər,ancaq gərək onun yaddaşından bəzi məlumatları silək.

Emino:Yaxşı

Onlar Fanlenin yaddaşını sildilər və dünyaya göndərdilər. Bundan Eminonun xəbəri var idi.O dünyaya yollandı və dünyanı xilas etdi.Tevisin yanına yollandı.Tevis onu tanıyırdı.Deməli dünya köhnə halına dönmüşdü.

EMİNO VƏ İTMİŞ XƏRİTƏ

1-Cİ HİSSƏ

Rey bir xəritə axtarırdı.Bu xəritə tapılsaydı,dünya məhv olma təhlükəsi ilə üz-üzə qalacaqdı.Çünki bu xəritə özündə çox böyük gücləri saxlayırdı və bu xəritəni tapan hər bir insan bu güclərin sahibi olacaqdı.Bu xəritənidə dünyaya sahib olmaq istəyən Rey axtarırdı.Bu xəritəni əvvəl Karl tapmışdı.Amma o xəritəni oxuya bilməmişdi. Xəritədə onu ona görə məhv etmişdi.Rey isə onu oxuya bilərdi.Onun üçün yalnız xəritəni tapmaq qalmışdı.Xəritə Karlı məhv etdikdən sonra özünü gizlətmişdi.Yalnız xəritəni tapmaq üçün bir yol vardı.O yolda bir insan idi və oda xəritəni tapmaq istəyən şəxsin yanına gələcəkdi.O insanın adı Bredberi idi.Bredberi həftənin bazar günü Reyin evinə gəldi.O Reyə bilməsi gərəkən hər şeyi danışır və gecəni orada keçirir.Səhər olur.Səhər yeməyində bir dialoq yaşanır:

Rey:Deməli biz bu gün xəritənin yanına yola çıxacayıq.

Bredberi:Biz birazdan yola düşməliyik.Yolumuz uzun olacaq.

Rey:Yetərki xəritəni tapaq.

Bredberi:Sən narahat olma.Mən səni xəritə olan yerə aparacam və orada səndə ayrılacam.

Rey:Mən sənə inanıram.

Bredberi:Sənin məndən başqa ümidində yoxdur.

Yemək bitir.Lazım olan ləvazimatlar alındıqdan sonra yola çıxırlar.Onların yolculuğu Amazon meşəliyinə idi.2 gün sonra onlar Amazon meşəliyinin girəcəyinə çatdılar.Xəritə isə meşələrin ortalarında,torpağın altındakı sandıqda idi. Sandığın içində yalnız xəritə vardı.Onlar meşəliyin içinə doğru hərəkətə başladılar.Yavaş-yavaş hərəkət edirdilər. Dünyanın ən təhlükəli meşəliyində hərəkət etmək elədə asand məsələ deyildi.Belə hərəkət etsəydilər 10-20 gün ərzindəistədikləri yerə çatacaqdılar.Bu zaman Emino və sinifi burada ekspedisiyada idi.Onlar buraya biologiya fənni üzrə gəlmişdi.Sinif nəzarətçi olmadan meşəliyə daxil olmuşdu. Sinifdə Rey və Bredberi tərəfə hərəkət edirdi.Biraz sonra onlar qarşılaşdı və sinif geri yol aldı.Emino isə onlardan şüpələnməyə başlamışdı. Çünki Rey sinifi görən kimi nədənsə qorxmuş kimiydi.Emino sinifdən gizlicə ayrıldı,bir ağacın arxasına söykəndi. Rey və Bredberi irəli irəliləmişdi amma, Emino gözünə görükürdülər.O gecikməyib onların arxasınca düşdü. Rey təqib edildiklərini bilmirdi.Birdən Eminonun ayağı ağac kökünə ilişdi və o yerə yıxıldı.Bu zaman da səs çıxdı.Rey geri dönsədə onu görmədi.Yəqin heyvandır deyə yoluna davam etdi.Emino ayağa qalxıb hərəkətə başladı.Onları izləməyə davam edirdi.Bu sırada geri dönək sinifə.Müəllimə Eminonun sırada olmadığını öyrənmişdi. O böyük təşviş içində idi və sinif sürətlə meşəliyin girəcəyinə doğru hərəkət edirdi.Sinif çıxışa çatır.Müəllimə hər şeyi polisə və “Amazonda axtarış” orqanına xəbər verdi.Axtarışda iştirak edən əməkdaşlar meşəyə daxil oldu.Onlar 60 nəfər idi. Qayıdaq Eminoya.Emino təqibə davam edirdi,Rey və Bredberi isə xəritəyə doğru irəliləyirdi.1 gün keçdi.Emino Rey və Bredberidən biraz aralı yerdə, ağacın qalın budağında gecələmişdi. Rey və Bredberi isə yollarının uzun olduğunu bildiyi üçün özləri ilə çadır gətirmişdi.

Polislərdə axşam çadırda gecələmişdi.Onlar gündüzləri durmadan Eminonu axtarırdı.Sinif isə meşəliyin girəcəyində səbirsizliklə Eminonu gözləyirdi amma,ən çox müəllimə təşvişdə idi.

Emino səhər tez oyanmışdı.O Reyin və Bredberinin izini qaçırmamaq üçün belə etmişdi.Onların nə hərəkət edəcəyinə diqqət yetirirdi.Onların səhər yeməyini,içməyini görən Emino geri qayıtmaq fikrinə düşür.Lakin gücünü toplamağı bacarır. Rey və Bredberi yola qoyulanda Eminoda onların ardınca yola qoyulur. Onlar gümrah idilər,O isə tamamilə gücdən düşmüşdü.Buna baxmayaraq o onları təqib edirdi.Beləliklə təqibin 2-ci günü də sona çatır.Gecələməyə Emino yenə bir ağac tapmağa çalışırdı.Uyğun yeganə ağac təhlükəli yerdə idi.Ağac çadırın çox yaxınlığında yerləşirdi.Emino orada gecələməyə məcbur idi.Bu vaxtı polislər öz aralarında bəzi qərarlar aldı.Onların bəziləri geri qayıtmaq,bəziləri isə yola davam etmək qərarı aldı.Polislərin sayı demək olar ki 50% azalmışdı.Axtarışa davam edən polislər Emino kimi ağacda gecələməyi qərara aldı.Emino çadırın arxasına keçib onların söhbətinə qulaq asırdı.Orada belə bir söhbət gedirdi:

Rey:Bizim çatmağa təxminə nə qədər vaxtımız qalıb?

Bredberi:Belə davam etsək 4 gün.Sən xəritəni tapdıqda dünyaya hökmranlıq etmək istəyirsən?

Rey:Bəs mən bu xəritəni nəyə görə axtarıram ki?

Bredberi:Sən deyən olsun.

Rey:Mən xəritəyə sahib olsam mənimlə qalarsan?

Bredberi:Axı mən sənə danışmışdım.Yadından çıxıb?



Rey:Yox,dedim bəlkə mənimlə qalmağa imkan ola bilər?

Bredberi cavab vermir və burada onların dialoqu başa çatır.Bütün bu söhbəti Emino eşitmişdi.O bu sözləri eşitdik özünə belə nifrət etdi.”İnsan oğlu bu qədər mi zalım olar?” deyə öz-özünə sual verdi.Pıçıltı ilə “mən səni hər şey eçen peşman edəcəm”.Onlar yuxuya dalırlar.Emino biraz gözlədikdən sonra yatır.Səhər qanla açılır.Polislər səhər yırtıcıların hücumuna məruz qalmışdı.Bu faciədən heç bir polis sağ çıxmır.Emino yenə səhər tezdən oyanmışdı,lakin o qorxu hissi ilə oyanmışdı.Bunun səbəbi Rey və Bredberiyə çox yaxın gecələməsi idi.O o yana kimi oradan tez uzaqlaşır.Bir ağacın arxasın keçir.3 saat keçdikdən sonra onlar nəhayət oyanır.Çadırı yığışdırıb yola qaldıqları yerdən başlayırlar. O bu dəfə daha hirsli təqib edirdi.Onların kamp qurduğu yerə çatanda yerdəki su şüşəsində su görür və onu içir.Biraz rahatlananan sonra təqibi davam edirdi.Bütün bu uzun gündə Emino,Rey və Bredberi ciddi bir hadisə baş vermir.Yəni xəritə axtaranlar xəritəni axtaır,təqib edən isə təqib edirdi.Beləliklə 4 gün geridə qaldı.5-ci gün pis başlamır,lakin bu günün əhəmiyyəti son gün olması idi. Onların xəritəni tapmağına çox az qalmışdı.Onlar səhər oyanar-oyanmaz yola düşür.Bu dəfə Emino oyanmamışdı. O yatıb qalmışdı.Günlərin yorğunluğu onu oyatmamışdı.Onlar gedəndən 2 saat sonra o oyanır.O ətrafa baxdıqda onların yola düşdüyünü görür.Dik atılara qaçmağa başlayır. Onların ayaq izlərini təqib edirdi.Bu sırada danışaq Rey və Bredberidən.Onlar Emino oyananda artıq çatmışdı.Rey Bredberinin göstərdiyi yeri qazmağa başlayır.Rey Bredberiyə “mənə kömək et” dedikdə Bredberi orada yox idi.Bu sırada Emino da onların ayaq izlərini təqib edirdi.Rey 1 saat qazdıqdan sonra sandığı çıxarma nail olur.Sandığı açır. Xəritə onun içində idi və o onu götürür.Bu zaman Emino özünə ora yetirmişdi.O küləyin gücü ilə xəritəni onun əlindən alıb özünə doğru çəkir.Rey onun üzərinə doğru qaçır.Emino qaçmağa başlayır.5-10 dəqiqə idi ki Reyin təqibi davam edirdi,lakin Eminonu tuta bilmirdi.Bir müddətdə təqib davam etdi.Çox qaçan Emino sonda taqətdən düşür.Rey isə taqətdən düşməmişdi.Emino çarəni gizlənməkdə tapır və o iri gövdəli bir ağacın arxasında dayanır.O burada həm dincəlir, həm də gizlənirdi.Rey o tərəfə gəldikdə, Emino təlaşlanır. Rey onu görsəydi işlər yaxşı getməyəcəkdi.Çünki Emino tam taqətdən düşmüşdü. Rey dayanıb,ora-bura baxır,lakin Eminonu görmür.Rey onun buralarda olmasını hiss eləmişdi.Ona görə onu sürətlə axtarırdı.Ağacların ətrafında onu axtaırdı.Lakin bəzi ağaclara baxmırdı.Eminoda şansdan bu ağacların birinin arxasında olur.Xəritə birdən-birə parıldayıb açıldı və göyə qalxmağa başladı.Biraz hündürə çıxdıqdan sonra dayanır.Rey bunu görür və oraya doğru qaçmağa başlayır.Eminoda son qüvvəsini toplayaraq oradan ayrılmaq istədi,amma ayrıla bilmədi.Onu görünməz qalxan qoymurdu.Rey oraya çatdıqda,Emino tərəfə keçə bilmir. Bunların hamısını xəritə edirdi.Bəs xəritə nə üçün belə edirdi?Xəritə Reyin qarşısına gəlir.Rey xəritəni almaq üçün əlini uzadanda,xəritə onu içinə çəkir.Emino Reyin hara getməsinə inana bilmirdi.Yoxsa xəritə Reyi seçmişdi?Xəritə Karlı yox edən kimi onu da yox etmişdi.Xəritə Eminonun başının üzərinə gəlib,dayanır.O tam hərəkətsiz qalmışdı. Barmağını belə tərpədə bilmirdi.Xəritə toz halına çevrilərək başının üstünə tökülür.O yerə yıxılır və təqribən 1 saat sonra oyanır.O özünü hiss etmirdi.O Emino şəklində olsada Emino deyildi.Xəritə onun beynini ələ keçirmişdi.Xəritənin isə məqsədi dünyanı məhv etmək idi.O göyə qalxır.Əsas sehrləri edə bilməsədə bəzi sehrləri də bilirdi.Yalnız əşyaları hərəkət edə bilirdi.Xəritə onu tam ələ keçirə bilməmişdi.Əşyaları dedikdə süxurları,iri daşlarıda nəzərdə tuturam.Xəritə dünyadan sürətlə uzaqlaşırdı.Onun bir fikri vardı.Bu fikir bütün dünyanı yox edə bilərdi.Bəs onu kim durduracaqdı? Birdən onun başına haradansa daş parçası düşür. Başı yarılır və başında qara maye axır.Bu axan qan deyildi.Bir sözlə bu xəritənin canı idi.Beləliklə xəritə məhv olur.Emino sürətlə yerə enirdi.O hüşunu ititmişdi,lakin özünü tez toplaya bildi və yerə güvənli bir şəkildə endi.Yerə endikdən sonra ilk iş olaraq Tevisin yanına gəlir və ona olan-bitən hər şeyi danışır.Tevis “bu haqda eşitmişdim, amma inammırdım. Səndə hər şeyə inan.Bu məndən sənə böyük bir məsləhət olsun.Onu da deyim ki, heç kimə inamma,güvənmə.Elə bir sənə elə bir zərbə endirərlər ki özün məəttəl qalarsan. Kimə inanacağını,kimə güvənəcəyini özün seç.Çalış ki,düzgün seç”.

2-Cİ HİSSƏ



Xəritə yenidən dünyaya,Eminonu tapmağa gəldi.Xəritənin məqsədi əvvəlki kimi idi.Emino hər şeyə hazırlıqlı idi, lakin xəritənin geri dönməsini gözləmirdi.Çünki o elə bilirdi ki xəritə artıq məhv olub.Xəritə onu tapır və bu dəfə də əvvəlki kimi olur.Eminonu yenə də o idarə edirdi.O köhnə planını həyata keçirmək üçün yenidən dünyadan uzaqlaşır.Bütün bunların hamısı Tevisin gözünün qabağında baş verdi,lakin o heçnə edə bilmədi.O bunun necə durdurulmasını bilirdi.Lakin o buna macal tapmadı.Emino da tədbiri qabaqcadan almışdı.O elə etmişdi ki, xəritə onu çox idarə edə bilməyəcəkdi.5-10 dəqiqə idarə olunacaqdı.Tevis bunu bildiyi üçün narahat olmurdu.Həmçinin Emino özünə gələndə xəritə əbədiyən yox olacaqdı.Bu belə də olur.Emino dünyaya dönür,xəritə ilə macəralar da başa çatmışdı.Lakin bu belə olmur.Onlar xəritənin yox olduğunu sanırdılar,amma xəritə yox olmamışdı.Xəritə o zaman toz halına çevrilib,başına xəbərsiz tökülmüşdü.Toz onun bədənində idi.1 həftə keçir.Toz hərəkətə başlayıb onun bədənindən çıxmaq istəyirdi.O evdə tək idi.Birdən onun halı pisləşdi.Çox qısa müddət ərzində o yerə yıxıldı,hərəkətsiz qaldı. Qışqırıb kömək istədi,səsi çıxmadığına görə heç kim eşitmədi. Bədənindən tər axmağa başladı.Bu tər tozların xaricə çıxması demək idi.Tər quruduqda toza dönəcəkdi.Bu 5 dəqiqə davam etdi.Bundan biraz sonra ayağa qalxdı.Heçnə hiss etmirdi. Tevis yanına qaçaraq getdi.Bu zaman tozlar xəritəni bərpa edirdi.Emino Tevisə hər şeyi anlatdı.Onlar evdən çıxdılar. Eminonun evinə çatanda,pəncərədən rəngbərəng işıqların gəldiyini gördülər. Onlar tez evə girdilər.Bu zaman xəritə özünü tamamilə bərpa etmişdi. Onlar xəritəni yerdə gördülər.Öz-özlərinə “bəs bu xəritə yox olmamışdı?” dedilər.Xəritə birdən-birə yox olaraq günəşin yaxınlığına getmişdi.Burada günəşdən gələn şüaların təsir gücünü artıraraq dünyanı kül etmək istəyirdi.Bu olsaydı dünya 1 saniyə məhv olacaqdı.Bu hadisənin qarşısını yalnız Emino və Tevis ala bilərdi.Dünyanın taleyi onlardan asılı idi.Onlar xəritəni axtarsalarda,tapa bilmirdilər. Emino gözlərini qapadı və beynində xəritənin olduğu yeri tapdı.O Tevislə yola çıxdı.Onların yolculuğu günəşin ən yaxınlığında ki planet idi.Çünki o buranı görmüşdü. Xəritə olduğu yerdən günəş şüalarına güclü təsir edə bilmirdi.Buna görə Emino və Tevis olduğu planetə getdi.Onlar künc-bucağa baxsalarda xəritəni görmürdülər.Birdən xəritə görünür.Tevis gətirdiyi sehrli qəfəsi çıxardı.Bu qəfəs kibrit qutusu ölçüsündə olsada,açıldıqda böyüyəcəkdi.Xəritənin yanına sakitcə yaxınlaşıb onu onun içərisinə salmaq lazım idi.Bunu yalnız Emino edə bilərdi.O xəritəyə tərəf səssizcə hərəkətə başladı. Xəritənin içərisinə salmağa nail oldu və Tevis oraya doğru hərəkətə başladı. Tevis qəfəsi götürərək bağladı.Qutu şəklinə düşən qəfəsi sonra sındırdı.Qəfəs məhv oldu.Bu zaman qəfəs yox olduğu üçün xəritə də yox olmuşdu.Buna onlar əmin omamışdılar.Onlar dünyaya döndülər.Rahat idilər.Xəritə tamamilə yox olmuşdu,amma onlar bir şeydən xəbərsiz idilər.Xəritə yox olduğuna görə güclər dünyadaki ən pis adama keçəcəkdi.Bu dünya üçün təhlükə idi. Onların bundan xəbərsiz olmaları işi lap çətinləşdirirdi.Burada Eminoya şans lazım idi.Səhər olur. Emino hər şeydən xəbərsiz yuxudan oyanır.Olan-bitənlərdən xəbəri yox idi.Pəncərədən baxdı,hava hələ qaranlıq idi.Bu vaxtı hava günəşli olmalı idi.Hətta bu vaxtı günəş ən təpədə olmalı idi.O fənəri götürərək Tevisə getdi.Tevis yox idi. Nəin ki Tevis,Eminodan başqa heç bir insan yox idi. O çox qorxmuşdu. Ən qorduğu isə Tevisində yox olması idi.Yalnız daha bir insan vardı.Pis güclərin sahibi.Dünyada Emino və o qalmışdı. Onlar qarşı-qarşıya gəldi.Kimin qalib gələcəyi məlum deyildi.Döyüş bərabər səviyyədə gedirdi.Bu fantastik döyüşün qalibi Emino idi. Dünya əvvəlki halına döndü. Qayıdaq sinifə.Onlar artıq yaşadıqları yerə çatırdı.Eminonu həyətdə görəndə gözlərinə inammadılar. Avtobusdan enib, olan-bitəni danışdılar.Emino əlbəttə ki hər şeyi olan kimi danışmadı.

EMİNO?


Emino Tevislə döyüş məşqi eləyirdi.O getdikcə sehrli güclərini artırırdı.Həftənin 5-ci günü idi.O məşq eləyib,günün proqramını bitirmişdi.Öz evinə dincəlməyə gedirdi.Tevis onun yanında yox idi.Evdə tək yaşayırdı.Açarlarını cibindən çıxarıb,qapını açdı. İşıqları yandırmaq istəyəndə, işıqlar yanmadı.Yəqin işıqlar sönüb deyə,öz otağına getdi.Qapını açanda qulaqlarına qəribə səs gəldi. Belə bir səsi hələ eşitməmişdi.Onun otaqda bir ruhun olmasından xəbəri yox idi.Birdən yerə yıxıldı.O artıq özündə deyildi.Çünki bədəninə ayrı ruh girmişdi.Oda içəridə ruhla mübarizə aparırdı. Emino hər şeyi hiss edirdi.Lakin özünü idarə eləyə və danışa bilmirdi.Bədəni tamamilə ruhun idarəçiliyi altında idi.Özü o an bir şeyi başa düşürdü ki,öz bədənində ruhu məğlub etməsə, bu dünya məhv ola bilərdi.O yerdən durur və çarpayıya gedib yatır. Səhər olur. Ruh onun bədəninə girdiyi üçün bütün məlumatları bilirdi. Eminoda içəridə mübarizəsini davam etdirirdi.Tam gücüylə savaşırdı.Lakin qələbə qazana bilmirdi.O tevislə görüşə gedir.Tevis bu anda ona bütün planları danışır.O həyatının səhvini etdiyini bilimirdi.Axı o Emino deyildi.Ruh artıq hər şeyi bilirdi.Yəni belə demək olardı(bu plan haqqında sizə biraz məlumat verim.Emino və Tevis ruhların olduğu planeti yox etmək istəyirdi.Buda sadə idi.Onlar ora gedəcəkdilər və onların beyinləri fikirlərlə doldurub öz aralarında müharibə başladacaqlar.Emino axşam evə gəldi və öz planetlərinə getdi.Orada ruhlara hər şeyi danışdı və ruhlar qərara gəldilər ki dünyaya hücum eləyib,oranı qalaktikadan silsinlər və qərara gəldilər ki dünyaya bir həftədən sonra hücum etsinlər.Emino içəridə bunları eşitdi.Nə bahasına olursa olsun ruhu məğlub etməyi qərara aldı. Öz iradəsini toplayıb, hücum etməyə hazırlaşdı. Üç gün keçdi.Tevislə Emino yenə sehr məşqləri edirdi. Məşqlər qurtardıqdan sonra o evə gəlir. Bu zaman yerə yıxılır.Emino o anda ruha qalib gəlmişdi.Oyandı və ruhu gördü.Sehrlə onu qəfəsə saldı və Tevisin yanına qaçdı.Qapını döydü,Tevis açdı və içəri girib ona hər şeyi danışdı.Oda inana bilmədi ki dörd çağırdığı şəxs bir ruh imiş.O həmdə başqa nələrin olduğunu soruşdu.Emino dedi: Ən əsası onlar dörd gündən sonra bura hücum edəcəklər.Biz müdafiə olunmalıyıq.Yoxsa dünyaya əlvida deməli olacayıq. Onlar məşq etməyə yollandılar.Axı dünya onların ümidinə qalmışdı.O,o gün bir çox sehrlər öyrənir.Üç gün qalır.O gün o ən vacib sehrlərdən biri olan qalxan sehrini öyrənmişdi.Bu sehrlə dünyanı qalxana almaq olardı.Buda ruhların dünyaya girişinin qarşısını alacaqdı. Sonraki gün hazırlıqlar daha da güclü gütdi.Artıq iki gün qalmışdı. Bu gündə də o dəyərli sehrlər öyrənir.Axşam olur.Səhər olur.Əsas günə bir gün qalmışdı.Bu gündə gəlib,keçir.Əsas gün gəlib,çatır. Onlar səhər oyanar-oyanmaz bir yerə gəlib görüşürlər.Emino qalxan sehrindən istifadə edir. Yer bütövlüklə qalxana bürünmüşdü və oradan heçnə keçə bilməzdi.2-3 saat keçdikdən sonra ruhlar hücuma hazırlaşdılar.5 saat sonra isə hücuma keçdilər.Emino və Tevis bilirdi ki,onlar yer kürəsinə çatanda qalxan onları içəri qoymayacaq.Onlar bilmirdilər ki ruhları qalxan durdudra bilməz! Onlar rahat olmalı deyildi.Amma onlar çox rahat idilər.Ruhlar qalxana yaxınlaşır və onu keçirlər.Onlar qalxanı keçən zaman göydə bir gurultu qopdu.Ağappaq ildırım çaxdı.Emino heyrətləndi. Dedi ki yəqin qalxandan keçməyə çalışırlar.Amma onlar artıq qalxanı keçmişdilər.Qalxandan keçəndən sonra onlar qruplara bölünərək paylandılar.Görünməz oldular və insanların bədənini ələ keçirib digər insanları öldürürdülər.Emino isə hələ bunu anlamırdı. Anlamaqda mümkün deyildi.Ruh o an onun bədəninə girdi.Digər bir ruhda Tevisin.Eminonu ruh idarə etsədə,o içəridə ruhla savaşa bilirdi.O ruhu məğlub etməli idi.Məğlub etməsəydi, hamı dünya ilə vidalaşmalı olacaqdı.Tevis isə özünü idarə edə bilmirdi.Emino içəridə savaşırkən dünya tamamilə dağılmışdı.Çox qısa müddət ərzində dünya bu hala gəlmişdi. Nəhayət ki Emino ruhu məğlub etdi və öz bədənini idarə etməyə başladı.Dünyanın halını gördü və heyrətə gəldi.Birdən əlinin içindən alov çıxdığını gördü.Buna ruhlarda şahidlik etdilər.Qısa zaman ərzində onun bütün bədəni alova büründü.Lakin o bədəninin yandığını hiss etmirdi.Bədən yanıb,kül oldu.O görünməz olmuşdu.Onu heç kim görmürdü.Lakin belə heçnə edə bilməzdi. Birdən onun yadına bir şey gəldi.Tevisin verdiyi bir toz.Bu toz zamanı geri almaq üçün istifadə edilirdi.Zaman tozun miqdarından asılı idi.Tez evə getdi.Gördü ki ev yanıb, kül olub.Amma toz anbarda saxlanmışdı. Anbara isə çox zərər dəyməmişdi.Anbara düşdü.Tozun yeri o qarışıq vaxtda yaddan çıxmışdı.O bir-bir bütün yerləri axtardı.Geri qayıtdı.O ruh olmuş insanları yenidən insana çevirə bilərdi,lakin bu qədər insanı ruhlardan xilas etmək mümkün deyildi.O Tevisi tapdı.Ruhu bədənindən çıxarıb,onunla birlikdə tez evə getdilər. Tevis tozun yerini bildiyi üçün tez tapdılar.Emino tozu götürüb üflədi.Toz zamanı geri almadı.Tevis ümidini tamamilə itirmişkən Emino sehrli kürə yaratdı və bu sehri əlavə etdi.Kürə partladı və əlavə etdiyi ruh çıxarma sehri işə yaradı.Hamı insan halına geri dönmüşdü.O onların yaddaşlarını sildi.Yaddaş dedikdə yaddaşlarını tamamilə silməmişdi. Sadəcə bu hadisə baş verən zamanları silmişdi.Lakin təhlükə hələ sovuşmamışdı. Hələ dünyada 1 ruh qalmışdı.Bu ruh digər ruhlardan tamamilə fərqlənirdi.Bunun səbəbi bilinmirdi.O ölümsüz idi və gözlə görünə bilərdi.Ən əsası isə həm o adi insan gözüylə görünə bilərdi,həm də o yalnız ruhlar tərəfindən məğlub edilə bilərdi.Gözə görülə bilən dedikdə o ruh şəklində deyildi.İnsan şəklindəydi. Görünməz ola bilməzdi,lakin digər bütün xüsusiyyətlərində digər ruhlardan daha güclü idi.Onu da deyim ki,o Eminonun yaşlarında görünürdü.

Hadisədən bir həftə keçdi.Emino ilə Tevis parkda gəzişirdi.Bir-biri ilə dialoqa girir və s.işlər görürdülər.Hava tam qaralmamışdı və Tevis Eminoya bowling oynamağı təklif etdi.Emino təklifi qəbul etdi və bowling oynamağa getdilər.Bowling zalına çatdılar çatdılar və oyuna başladılar.İlk atışı Tevis atdı və uğurlu oldu.Emino isə ilk atışında uğursuzluğa məhkum oldu.Bu uğursuzluq get-gedə daha da artdı və sonda Tevis qalib gəldi.Emino bundan qəzəblənərək yenidən oynamağı təklif etdi,amma Tevisin kinoteatr fikri Eminoya elə də pis gəlmədi və onlar kinoteatra yollandılar.İndi də filmin seçilməsi ilə bağlı kiçicik münaqişə yarandı.Lakin tez zamanda həll oldu və filmin nümayiş olunacağı salona girdilər.Filmin komediya janrında olması Eminonun gönlüncə deyildi.O komediya janrını deyil daha çox fantastik janrda olan filmləri sevirdi.Bu film Tevisin də ürəyincə deyildi.O daha çox macəra janrını sevirdi.Film zövqləri ayrı olması onları komediya janrındaki filmə baxmağa vadar etdi. Film bitdi.Görünüşə görə ikisi də filmi çox sevmişdi.Emino Tevisə :”Mən çox yorulmuşam və evə getmək istəyirəm”-dedi.Tevissə gecənin bitməsini heç istəmirdi.O Eminonu bütün gecə əylənməyə razı etdi.İndiki məkan səhərə qədər əylənmək üçün bir gecə klubu idi.Eminonun yaşı çatmasada bir sehr hər şeyi həll etdi.Tevis isə ilk dəfə belə şeyə icazə verirdi.Səhərə qədər əylənirlər və evə səhərə yaxın evə gəldilər.Saat yeddi idi.Tam yeddi.Bazar olduğu üçün gəlib evə tam beş saat yatdı.Saat on ikidən biraz keçmişdi.

Ruh isə Eminonu məhv etmək üçün bəzi planlar cızırdı.Ruh bir oğlanın bədənini ələ keçirmişdi və oğlanın ailəsi ilə bir evdə yaşayırdı.Özünü elə aparırdı ki,ailəsi ondan heç şübhələnmirdi.Öz ruh bacarıqları ilə ailəsini Emino yaşayan küçəyə köçürür.O yaşadığı yeri dəyişdiyi üçün məktəbini də dəyişməli idi.Elə plan da bununla başlayacaqdı.O adını Emino oxuyan sinifə yazdırır.Səhər olur.Emino ilə ruh məktəbə gedərkən yolda qarşılaşırlar.Lakin bir-birlərini tanımadıqları üçün heç bir reaksiya vermədilər.Ruh Eminonu belə məhv edə bilməzdi.O onu az-az içdən,yəni ruhu vasitəsilə məhv edə bilərdi.Bunun da olması üçün Eminoda ruh düşgünlüyü olmalı və ya kəskin bir xəyanət kimi bir şey olmalı idi. Yalnız o zaman ruh Eminonun ruhu vasitəsilə onu məhv edə bilərdi. Bu da Eminoda mümkünsüz kimi bir şey idi.Birlikdə məktəbə gedirlər.Məktəbə daxil olanda Emino ruha deyir:”Sən bu məktəbdə yenisən?”.Ruh deyir:”Bura yeni gəlmişik.Bu gün də mənim məktəbdə ilk günümdür”.Eyni sinifə girdikdə isə bir dialoq yaşanır.

Emino:Sən bu sinifdə oxuyursan?

Ruh:Daha doğrusu oxuyacam.Görünüşə görə eyni sinifdə oxuyacayıq.

Onlar yerlərini aldılar.Dərs gününün sonunda Emino ona bir birlikdə şəhəri gəzməyi təklif etdi.Ruhsa elə bu gün gəzmək istədiyini ona dedi.Sonda saat yeddidə görüşmək qərarı alındı.Vaxt çatdı və onlar birlikdə gəzintiyə çıxdılar.Gəzinti bitdikdən sonra evlərinə gedirlər.Artıq onlar bir-biri ilə dost olmuşdu.

Səhər məktəbə gedərkən bir0birləri ilə yenidən qarşılaşırlar və bir yerdə məktəbə gedirlər.Ruh bu zaman nə edəcəyini fikirləşirdi.Bu anda qonşu sinfə gözəl bir qızın gəldiyi xəbərini eşitdi.Artııq nə edəcəyini tapmışdı.O qızı Eminoya öz ruh qabiliyyətləri ilə aşıq etməyi bacardı. Amma qız o gün deyil,5 gün sonra bunu Eminoyla bölüşəcəkdi.Onlar elə o gün qarşılaşırlar.Qızın gözəlliyi ilk anda da Eminonu heyran edir.Bir-birlərindən xoşları gəlmişdi.Bir-birlərinə elə ilk anda aşiq olmuşdular.Onların bir-birlərinə sehrsiz aşiq olmaları işi biraz çətinləşdirəcəkdi.Ruh əvvəlki sehri yox edərək,yeni bir sehr etdi.Əlaqələr ciddiləşəcəkdən sonra qız onu başqa biriylə,yəni özü ilə aldadacaqdı.

İki gün keçir.Emino məktəbə gedərək qızla görüşür və ona hər şeyi danışır.Qız da ona qarşı boş olmadığına görə sevindi.Artıq onlar sevgili idi.Məktəbdən gələndən sonra Tevislə görüşür və biraz söhbət edir.Belə bir dialoq yaşanır.

Tevis:3 gündür görüşmürük.Bu zaman ərzində neyləmisən?

Emino:Özümə yeni sevgili tapmışam.Qız elə gözəldi ki görsən dilin tutular.

Tevis:Gedək mənə göstər.

Emino:Gedib görmək olmayacaq.Sənə birazdan sehrlə göstərərəm.

Tevis:Bu axşam məndəsən.Etiraz istəmirəm.

Emino:Axşam səndə olacam.Amma səhər məktəbə getməliyəm.

Tevis:Gedərsən.İndi qızı göstər.

Emino sehrli kürə yaratdı və qızı göstərdi.Qızı görən Tevis deyir:

-Bu qız çox gözəldi.

Emino deyir:



-Sənə demirdim?

Burada onların söhbəti bitir və evə yollanırlar.Gecə yeni sehrləri sınaqdan keçirdilər.Bütün sehrlər uğurlu oldu.Emino gücünə güc qatmışdı.Yeni sehrlər öyrənmişdi və öyrənməyə də davam edirdi. Səhər olur.Emino məktəbə getmir və günortaya qədər Tevis olur. Günorta yeməyi bitdikdən sonra onlar küçəyə çıxırlar və bu zaman ruhla qarşılaşırlar.Tevisi onunla tanışdırır və birlikdə söhbət edə-edə yollanırlar.İki saatdan sonra Tevis onlardan ayrılır.Onun başqa bir işi vardı.Ruhla Emino yalnız qalır.Birazdan isə ruhun da xəbəri olmadan Eminonun sevdiyi gözəl qızla qarşılaşırlar.Oradan da ruh onlardan ayrılır və baş-başa gəzintiyə çəxərlar.Axşama kimi gəzirlər və s. işlər görürlər.O gündə qız evdə tək idi.Atası və anası həkim olduğundan və təsadüfən gecə növbəsində xəstəxanada idilər.Onlar baş-başa evə yollanırlar.Gecə Emino orada qalır.Səhər olur.Səhər tezdən öz evinə gedir və çantasını götürüb məktəbə yollanır.Məktəbdən də bir oğlan bu qıza aşiq olmuşdu və oğlan məktəbin rugby idman komandasının kapitanı idi.Məktəbdə çox tanınırdı,həm də çox yaraşıqlı idi.Lakin qıza Emino sahib olmuşdu.Qız sinifə getdi.Emino isə sinfin qapısının ağzında bir dostuyla dayanmışdı.Oğlan da qızın Eminoyla birlikdə olmasını bilirdi.O onun yanına gəldi və boğazından tutaraq divara vurdu.Ona:”O qızı mən sevirəm.Qızdan ayrılacaqsan!”-dedi.O isə bunlara qarşı sakit şəkildə dururdu.Axı o adi bir insan deyildi.Özünə sehr etdi və oğlanın əlini boğazından çəkdi.Oğlan bundan qəzəbləndi.Döyüş başladı.Ruh da orada onları seyr edirdi. Lakin döyüşə müdaxilə etmək mümkün deyildi. Qısa bir müddət sonra məktəb rəhbərliyi orada oldu.Döyüş yarımçıq qaldı.Görünür döyüş məktəbin xaricində baş verəcəkdi.Amma onun etdiyi sehr işə yaramadı.Bu necə olmuşdusa olmuşdu.Lakin burada heç bir səbəb yox idi.Sadəcə sehri səhv etmişdi.Əsas səbəb bu idi.Rəhbərlik tərəfindən dərslərdə məcburi iştirak edən Emino və oğlan dərslərin sonunu gözləyirdi.Bu döyüş bütün məktəbin diqqəti altında idi.Dərs bitdi və demək olar ki,bütün məktəb bu döyüşü izləməyə getdi.Hətta məktəbin direktoru da onların içində idi. Döyüş məktəb vaxtından sonra olacağı üçün məktəb rəhbərliyi buna heç nə demədi.Ruh da orada idi.Emino qorxurdu.Çünki əvvəl etdiyi sehr işə yaramamışdı.Bu dəfə isə o sehr yox,sehrlər etdi. Emino oğlanı məğlub etdi.Oğlan məktəbdə rüsvay olmuşdu.İlk dəfə bir qız üçün etdiyi döyüşdə məğlub olurdu.Bu ona çox böyük psixolojik təsir etdi.Elə o gündən sonra onun məktəbdə populyarlığı artdı.Bu qızın xoşuna gəlmişdi.Bu da onlar arasındakı eşqin daha da sürətlənməsinə səbəb oldu.Bu da ruh üçün yaxşı idi.Oğlan hələ də mübarizə aparırdı.Həm qız üçün,həm də özü üçün.Emino isə rəqib olaraq məktəbin rugby komandasına qatılır.İlk günlərdəcə məşqçinin gözünə girir və komandanın əsas heyətinə cəlb olunur.Artıq bir-birlərini hər gün görəcəklərdi.Evə qayıdan Emino ilk iş olaraq Tevisin yanına getdi.Lakin ona heçnə danışmır.Çünki bilirdi ki,Tevisin xəbəri olsaydı bunlara icazə verməyəcəkdi.Sadəcə bu hadisələrdən xəbəri olub-olmadığını yoxlamaq üçün və biraz da gedişatdan xəbər almaq üçün gəlmişdi.Biraz söhbətdən sonra Tevisin bu işdən və ya işlərdən xəbəri olmadığını öyrəndi.Biraz da orada oldukdan son öz evinə yollandı.Biraz TV-yə baxandan sonra küçəyə çıxdı və yalnız gəzməyə başladı.Axşama qədər yalnız gəzdi və öz-özünə fikirləşdi.O sabah olacaq oyunun ulduzu olacağını bilirdi.Çünki bir sehrlə oyunun ulduzu olacağını bilirdi.Yenidən evinə qayıtdı və yatdı.Səhər məktəbə gələn Eminonu oğlan yenə küncə sıxır və qulaqlarına yavaşca deyir:”Sən nədən istifadə edirsən?” və “sən də demək istəyirsən” deyə cavab eşidir.Oğlan yenə “Sən belə güclü idinsə bundan əvvəl gücünü niyə göstərmirdin?” deyir.Emino isə cavab verməyərək cəld dönür, bu dəfə divara sıxılan oğlan olur.Ona “sən kimsən ki sənə heab verim” deyir.Sonra onu yumruq ilə vurur.Oğlan buna cavabsız qalmır və döyüş başlayır.Bu dəfə onu daha qısa müddətə məğlub edir,lakin oyuna çıxa bilməsi üçün ona sehr edir.Bu sehr vasitəsilə ağrı hiss etməyəcəkdi.Dərs bitir.Eyni şəhərin komandaları qarşılaşacaqdı. Emino komandanın start heyətində oyuna çıxdı. Eyni zamanda oğlan da start heyətində idi.Oyun başlandı.Oyunda bir-birləri ilə rəqabət aparırdılar.Bu oyunun gedişinə təsir göstərirdi.Amma o performansını artırdı və sayıları ardıcıl atdı.Oyunun ulduzu Emino idi.Onun komandası da görüşdə qələbə qazandı.Bu görşdən sonra məşqçi onu bir daha sınayaraq onu ortaq kapitan etmək qərarına gəlir.Bu sınaqdan da uğurla keçsəydi ortaq kapitan olacaqdı.Növbəti görüş bir həftə sonra baş verəcəkdi.Qızınsa bunlardan xoşu gəlirdi.Ruh da bunlara sevinirdi. Artıq plan tam həll olmaq üzərə idi.Bu gün belə sona çatır.Səhər məktəbə gedərkən qızla Emino məktəbə gecikmişdi.Onlar məktəbin qabağında qarşılaşdılar.İlk dərsin müəllimi çox ciddi bir müəllim idi.Gecikən şagirdləri dərsə buraxmırdı.Onlar qərara gəldilər ki,ilk dərsi buraxsınlar və yaxınlığdakı kafeyə getsinlər.Kafeyə gedərək ilk dərsin bitməsini gözləyirlər və dərs bitir.Sinifə gedirlər.Bu axşam qız evdə tək olacaqdı.Onu da axşam öz evlərinə qalmağa dəvət etdi.O şansı əldən verməyərək təklifi qəbul etdi.Dərs bitir.Tevis onu öz evinə çağırmışdı.Onun bir iş gördüyünü hiss etmişdi.Həm də özü ilə əvvəlki kimi vaxt keçirmirdi. O gəldi.

Emino deyir:


Yüklə 180,72 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə