ƏMİRƏl-mö’MİNİN ƏLİ İbn əbutaliB ƏleyhiSSƏlamin həyati



Yüklə 469,96 Kb.
Pdf görüntüsü
səhifə10/14
tarix15.03.2018
ölçüsü469,96 Kb.
#32087
1   ...   6   7   8   9   10   11   12   13   14

Peyğəmbərin  (səlləllahu  əleyhi  və  alih)  dörd  maddədən  ibarət  xəbərdarlığını 

müşriklərə çatdırdı.

44

 

Bunu  eşidən  müşriklər  başa  düşdülər  ki



  artıq  onların  cəmi  dörd  ay  vaxtları  qalıb 

ki



 İslam hökumətinə qarşı öz münasibət və fikirlərini bildirsinlər. 



Qur’an ayələri və Peyğəmbərin (səlləllahu əleyhi və alih) xəbərdarlığı müşriklərdə 

böyük tə’sir qoydu və dörd ay keçməmiş onlar dəstə-dəstə İslam dinini qəbul etdilər. 

Hicrətin onuncu ili qurtarmamış Hicazda bütpərəsliyin kökü kəsildi. 

Əbu Bəkr ayələri Əli əleyhissəlama təhvil verdikdən sonra narahat halda Mədinəyə 

qayıtdı. Peyğəmbərin (səlləllahu əleyhi və alih) hüzuruna gəlib gileylənərək dedi: “Nə 

oldu ki


 əvvəl məni bu iş (Allahın hökmünü müşriklərə çatdırmaq) üçün layiq gördün

 

bir  az  keçməmiş  məni  bu  işdən  saxladın?  Bu  barədə  Allahdan  bir  hökümmü  nazil 



oldu?” 

Peyğəmbər  (səlləllahu  əleyhi  və  alih)  cavab  verdi  ki

  vəhy  mələyi  nazil  olub 



bildirdi ki

 bu iş üçün mənim özüm



 ya da özümdən olan bir şəxsdən başqa heç kimin 

səlahiyyəti çatmır.

45

 



4. Peyğəmbərin (s) vəfatından Əli əleyhissəlamın zahiri 

xilafətinədək 

Bu  bölməyə  başlamazdan  əvvəl  xatırladırıq  ki

  İmamət  məsələsi  Peyğəmbərin 



(səlləllahu əleyhi və alih) vəfatından (hicrətin on birinci ili səfər ayının iyirmi səkkizi) 

İmam  Həsən  Əskəri  əleyhissəlamın  vəfatınadək  (hicrətin  iki  yüz  altımışıncı  ili 

rəbbiül-əvvəl  ayı)  təxminən  dörd  mərhələdən  ibarətdir.  Hər  mərhələ  İmamların 

dövrün  hakiminə  qarşı  tutduqları  mövqelərə  əsasən  bir  sıra  xüsusiyyətlərə  malikdir. 

Bu dörd mərhələ aşağıdakılardır: 

1) İmamın səbr etməsi və ya dövrün hakimləri ilə yola getməsi mərhələsi. 

Bu mərhələ Əli əleyhissəlamın Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından 

(18-ci  hicri  ili)  Əli  əleyhissəlamın  zahiri  xilafətinə  qədərki  (35-ci  hicri  ili)  dövrünü 

əhatə edir. 



2)  Əli  əleyhissəlamın  xilafət  başına  gəlməsi  mərhələsi.  Bu  mərhələ  Əli 

əleyhissəlamın  dörd  il  doqquz  ay

  ondan  sonra  isə  İmam  Həsən  əleyhissəlamın  bir 



neçə aylıq xəlifəliyini əhatə edir. Bu mərhələnin az müddət olmasına baxmayaraq bu 

iki İmam (Əli (əleyhissəlam) və Həsən (əleyhissəlam)) bir çox çətinliklərlə üzləşmiş

 

İslamın  müxtəlif  düşmənləri  tərəfindən  təzyiqlərə  mə’ruz  qalmışdır



  ancaq  bununla 

belə, bu mərhələ İslam hökumətinin ən parlaq mərhələsi hesab olunur. 

3)  Həqiqi  İslam  hökuməti  və  dövlət  quruluşu  qurmaq  üçün  aparılan  az  müddətli 

sə’ylər  mərhələsi.  Bu  mərhələ  İmam  Həsən  əleyhissəlamın  sülhündən  (hicrətin  qırx 

birinci  ili)  İmam  Hüseyn  əleyhissəlamın  şəhadətinə  qədər  (hicrətin  altımış  birinci  ili 

məhərrəm  ayına  qədər)  olan  iyirmi  ili  əhatə  edir.  İmam  Həsən  əleyhissəlamın 

sülhündən  sonra  şiənin  yarımgizli  işi  başlamış  və  məqsədi,  hökumətin  münasib 

fürsətdə  Peyğəmbər  (səlləllahu  əleyhi  və  alih)  ailəsinə  qaytarılması  olan  proqramlar 

hazırlanmışdı. Bu imkan elə də çətin şey deyildi. Yə’ni

 Müaviyənin ölümündən sonra 



bu işi həyata keçirmək olardı. 

4)  Nəhayət  dördüncü  mərhələ  həmin  məqsədin  və  proqramların  uzun  müddət 

davam  etməsi  mərhələsi.  Bu  mərhələnin  iki  əsrə  yaxın  müxtəlif  sahələrində  bir  sıra 

                                                      

44

  Peyğəmbərin  (səlləllahu  əleyhi  və  alih)  dörd  maddədən  ibarət  xəbərdarlığı  belə  idi:  a) 



Müşriklərin  sazişi  ləğv  olunur.  b)  Müşriklərin  həcc  mərasimində  iştirak  etmək  hüququ  yoxdur.  v)  O 

vaxtadək  müşriklər  arasında  adət  olmuş  lüt  şəxslərin  təvaf  etməsi  qadağan  olunur.  q)  Müşriklərin 

Məscidül-hərama girməsi qadağandır. 

45

 Ruhul-məani, c.1, (“Tövbə” surəsinin təfsiri). 




müvəffəqiyyətlər  və  uğursuzluqlar  əldə  olmuş

  ideoloji  işlərdə



  yüzlərlə  münasib 

taktikalarda və minlərlə ixlas və şücaətlə dolu işlərdə qəti uğurlar əldə edilmişdir. 

Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatı və İmamət məsələsi 

Əli  (əleyhissəlam)  Peyğəmbərdən  (səlləllahu  əleyhi  və  alih)  sonra  İslam 

hökumətini  idarə  etmək  üçün  ən  səlahiyyətli  şəxs  olmuşdur.  İslam  aləmində 

Peyğəmbərdən (səlləllahu əleyhi və alih) başqa heç kəs fəzilət

 təqva


  fiqh


  hökumət 

(qəzavət)

  Allah  yolunda  cihad  etmək  və  bu  kimi  gözəl  xüsusiyyətlərdə  Əli 



əleyhissəlama çatmazdı. Məhz bu üstünlüklərə görə Əli (əleyhissəlam) dəfələrlə Allah 

və  Peyğəmbər  tərəfindən  müsəlmanların  gələcək  rəhbəri  tə’yin  olunmuşdu.  Onların 

hamıdan  əsası  «Qədir  Xum»  hadisəsidir.  Buna  görə  də,  Peyğəmbərin  (səlləllahu 

əleyhi  və  alih)  vəfatından  sonra  ehtimal  verilirdi  ki

  Əli  (əleyhissəlam)  hökumətə 



gələrək  müsəlmanlara  başçılıq  edəcək.  Ancaq  heç  də  belə  olmadı  və  xilafət  yolu 

Peyğəmbərdən (səlləllahu əleyhi və alih) sonra tamamilə dəyişdi. Əli (əleyhissəlam) 

siyasi səhnədən və İslam hökumətinin idarə işlərindən uzaqlaşdırıldı. 

İki əsas yol ayrıcı 

Əli (əleyhissəlam) İslam hökumətinin təhrif olunmasına heç vaxt dözə bilməzdi və 

bu  cür  işin  qarşısında  sakit  durmağı  da  ar  sayırdı.  Dəfələrlə  sübutlar  və  mətin 

ehticacları (meydan oxuması) ilə xəlifə və onun ətrafındakıları tənqid atəşinə tutaraq 

onlara öz e’tirazını bildirirdi. Ancaq tarix və hadisələrin sonrakı cərəyanı göstərdi ki

 



bunların  heç  bir  faydası  yoxdur.  Xəlifə  və  onun  ətrafındakılar  öz  vəzifələrindən 

möhkəm yapışmışdılar. Belə olduqda Əli (əleyhissəlam) iki əsas yolayrıcında durmalı 

olur;  Ya  yeni  hökuməti  qanunsuz  sayan  öz  həqiqi  səhabələrinin  və  Peyğəmbər 

(səlləllahu  əleyhi  və  alih)  ailəsinin  həqiqi  dostlarının  köməyi  ilə  ayağa  qalxmalı  və 

qüdrətə arxalanaraq hökuməti ələ keçirməli

 ya da bu vəziyyətə dözməli və mümkün 



olan qədər müsəlmanların müşkülatını həll etməli və öz vəzifəsini yerinə yetirməli idi. 

İlahi  rəhbərlərin  rəhbərlik  məqamından  məqsədləri  vəzifəyə  yetişmək  deyil.  Onların 

məqsədləri  vəzifədən  qat-qat  üstün  bir  şeydir.  Rəhbərin  vücudu  ona  görədir  ki

 



məqsədə çatmaqda sə’y etsin. Buna görə də, əgər bir gün rəhbər iki yolayrıcına çatıb 

vəzifə və məqsədin ikisindən birini buraxmalı olsa

 gərək vəzifədən əl çəkib məqsədi 



vəzifədən üstün tutsun. Belə iki yolayrıcına çatan Əli (əleyhissəlam) ikinci yolu seçdi. 

O vəziyyətin  gedişatı və  İslam cəmiyyətinin vəziyyətini araşdırıb belə nəticəyə gəldi 

ki



  əgər  o



  hökuməti  ələ  keçirmək  üçün  ayağa  qalxıb  mübarizə  aparsa

  Peyğəmbərin 



(səlləllahu  əleyhi  və  alih)  iyirmi  üç  il  çəkdiyi  bütün  əziyyətlər  heç  olacaq

  bu  yolda 



tökülən  bütün  qanlar  hədər  gedəcək.  Əli  (əleyhissəlam)  bu  məsələyə  «Şiqşiqiyyə» 

xütbəsində  toxunaraq  buyurur:  «Mən  xəlifəlik  vəzifəsindən  əl  çəkdim



  ondan  kənar 

oldum.  Mən  bu  fikirdə  idim  ki



  təkbaşına  ayağa  qalxıb  özümün  və  camaatın  haqqını 



müdafiə edim



  yoxsa  bu  cür qaynar bir  mühitdə  və  belə  bir zülmətdə  səbr  edim?  Bu 



mühit qocaları əldən salmış



 cavanları isə qocaltmışdır. İmanlı kişiləri ömrünün son 



anlarına  qədər  əziyyətdə  qalmağa  vadar  etmişdir.  (Nəhəyət)  gördüm  ki



  səbr  etmək 



ağıl  və  düşüncəyə  daha  yaxındır.  Buna  görə  də,  səbr  etdim.  Ancaq  səbr  edərkən 

gözünə  tikan  batmış



  boğazına  sümük  qalmış  şəxsə  bənzəyirdim.  Öz  gözümlə 



görürdüm ki



 mirasımı qəsb edirlər.»



46

 

Əli  (əleyhissəlam)  İslam  hökumətinin  özünün  əsl  yolundan  çıxmaması  və  İslam 



dininin  əsasını  qorumaq  üçün  səbr  etdiyinə  başqa  yerlərdə  də  işarə  etmişdir.  O 

cümlədən


 Osman xəlifə seçilərkən şuranın rə’yi Osmanın lehinə başa çatdıqdan sonra 

                                                      

46

 Nəhcül-Bəlağə (Sübhi Saleh), Xütbə 3. 




Yüklə 469,96 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə