ƏMİRƏl-mö’MİNİN ƏLİ İbn əbutaliB ƏleyhiSSƏlamin həyati



Yüklə 469,96 Kb.
Pdf görüntüsü
səhifə11/14
tarix15.03.2018
ölçüsü469,96 Kb.
#32087
1   ...   6   7   8   9   10   11   12   13   14

və o, xilafət başında oturduqdan sonra üzünü şuranın digər üzvlərinə tutub buyurdu: 

«Mənim  xəlifə  olmağa  hamıdan  səlahiyyətli  olduğumu  hamınız  yaxşı  bilirsiniz.  And 

olsun  Allah-taalaya  ki



  müsəlmanların  işi  nə  qədər  öz  qaydasındadır  və  nə  qədər 



məndən başqasına zülm olunmursa



 səbr edəcəyəm.»



47

 

Daxili və xarici təhlükələr 

Qeyd  etdik  ki

  Əli  (əleyhissəlam)  qiyam  edib  xilafəti  ələ  keçirdiyi  təqdirdə  irəli 



çıxacaq  təhlükələri  nəzərə  alıb  səbr  etməli  oldu.  Ola  bilər  biri  fikirləşsin  ki

  o  vaxt 



yenicə təməli qoyulmuş İslam hökuməti üçün hansı təhlükələr ola bilərdi? 

Bu  sualın  cavabını  daxili  və  xarici  təhlükələr  və  Əli  əleyhissəlamın  qiyam 

etməsinin  qarşısını  alan  maneələrlə  aydınlaşdırıb  onları  aşağıdakı  şəkildə  bə’yan 

etmək olar: 



1) Əgər Əli (əleyhissəlam) xilafəti ələ keçirmək üçün qiyam etsəydi, özünün həqiqi 

dostlarını  və  qəlbən  o  Həzrətin  İmamətinə  e’tiqadları  olan  bir  çox  yoldaşlarını 

mübarizə  nəticəsində  itirəcəkdi.

48

  Həmçinin  Həzrət  silahdaşlarının  az  olduğunu 



qiyama  qalxa  bilmədiyinin  səbəbləri  kimi  vurğulayaraq  bir  yerdə  belə  deyir:  “Kaş, 

qırx  nəfər  cəsur  adamım  olaydı!...”

49

  Bundan  əlavə,  Əli  əleyhissəlamın  xəlifə 



olmasına  razılıq  verməyən  peyğəmbərin  səhabələri  də  arada  qırılacaqdılar.  Bu 

dəstənin  xilafət  məsələsində  Əli  əleyhissəlamla  müxalif  olması

  kinə  və  qərəz 



üzündən  Əli  əleyhissəlamın  xəlifə  olmasına  razılıq  verməməsinə  baxmayaraq

  onlar 



başqa  işlərdə  Əli  əleyhissəlamla  müxalif  deyildilər.  Bütpərəstlik

  məsihiyyət  və 



yəhudiliklə  müqabil  olan  bu  dəstənin  ölümü  ilə  İslam  çox  zəifləyərdi.  Əli 

(əleyhissəlam)  əhdlərinə  vəfasız  çıxan  Təlhə  və  Zübeyrin  başlarına  topladığı  ordunu 

dağıtmaq  üçün  Bəsrəyə  hərəkət  edərkən  bu  məsələyə  toxunaraq  buyurmuşdur: 

“Peyğəmbər  (səlləllahu  əleyhi  və  alih)  dünyasını  dəyişdikdən  sonra  Qüreyş 

eqoistcəsinə  özlərini  bizdən  üstün  sayıb  rəhbərliyə  hamıdan  səlahiyyətli  olduğumuz 

halda,  bizi  öz  haqqımızdan  məhrum  etdilər.  Mən  gördüm  bu  işin  müqabilində  səbr 

etmək  müsəlmanlar  arasında  təfriqə  salıb  boş  yerə  qan  tökməkdən  üstündür.  Çünki 

camaat  təzəcə  müsəlman  olmuş



  din  südlə  dolub  köpüklənmiş  bir  tuluğa  bənzəyirdi. 



Balaca bir səhv



 qəflət onu xarab edər və balaca bir insan onu dağıda bilərdi...”



50

 

2)  Peyğəmbərin  (səlləllahu  əleyhi  və  alih)  ömrünün  sonlarında  müsəlman  olmuş 

bir çox qəbilə və tayfalar hələ lazım olan İslami tə’limləri tam öyrənməmişdilər. İman 

nuru  onların  qəlbində  hələ  tam  şəkildə  təşəkkül  tapmamışdı.  Elə  ki

  Peyğəmbərin 



(səlləllahu  əleyhi  və  alih)  vəfat  xəbəri  onların  arasında  yayıldı

  onların  bir  çoxu 



yenidən müşrik olub bütpərəstliyə qayıtdılar. Mədinədə İslam hökuməti ilə açıq-aşkar 

müxalifət etməyə başladılar

  İslam  vergilərini  (xums



  zəkat  və  s.)  ödəməkdən  boyun 

qaçırdılar.  Hələ  bu  azmış  deyə  nizami  ordu  toplayıb  Mədinəni  möhkəm  qorxuya  da 

saldılar.  Buna  görə  də,  yeni  qurulmuş  İslam  hökumətinin  bunlara  qarşı  ilk  tədbiri  o 

oldu  ki

  müsəlmanlardan  ibarət  bir  ordu  təşkil  olundu  və  müxaliflərin  qiyamı 



müsəlman ordusunun sə’yi nəticəsində yatızdırıldı. (Əlbəttə, bu o demək deyil ki

 yeni 



xəlifə Əbu Bəkrin gördüyü bütün işlər düzgün olmuşdur.) 

İslamın  əvvəlki  düşmənlərinin  qiyam  qaldırıb  İslam  hökumətini  hədələdiyi  bir 

vəziyyətdə İmamın başqa bir bayraq qaldırıb qiyam etməsi əsla düzgün olmazdı. 

İmam  Misir  əhalisinə  yazdığı  məktubda  bu  məsələyə  toxunaraq  buyurmuşdur: 



«And  olsun  Allaha



  mən  fikir  eləməzdim  və  heç  ağlıma  belə  gəlməzdi  ki



  ərəblər 

                                                      

47

 Nəhcül-bəlağə (Sübhi Saleh), Xütbə 74. 



48

 Şərhi Nəhcül-bəlağə, c.2, səh. 20. 

49

 Şərhi Nəhcül-bəlağə, c.2, səh. 20; Bihaul-Ənvar, c. 30, səh. 15. 



50

 Şərhi Nəhcül Bəlağə (İbn Əbil Hədid) c. 1, səh. 308; Biharül Ənvar, c. 29, səh. 633. 




Peyğəmbərdən (səlləllahu əleyhi və alih) sonra İmamət və rəhbərliyi onun ailəsindən 

alsınlar



  (başqa  yerdə  qərar  versinlər



  inanmazdım  ki



)  məni  xilafətdən 



uzaqlaşdırsınlar. Məni narahat edən yalnız camaatın



 filankəsin (Əbu Bəkrin) başına 



toplaşıb onunla bey’ət etmələridir. (Vəziyyəti belə görüb) əl saxladım. Hətta iş o yerə 

gəlib  çıxmışdı  ki



  bir  dəstənin  dindən  çıxıb  Məhəmmədin  (səlləllahu  əleyhi  və  alih) 



dinini  məhv  etmək  istədiklərini  öz  gözümlə  gördüm.  Belə  olduqda  qorxdum  ki



  əgər 



İslama və (hökumətə) müsəlmanlara kömək etməsəm



  İslamın məhv  olmasının  şahidi 



olaram.  Bunun  müsibəti  mənə  xilafətdən  uzaq  düşməyimdən  və  sizlərə  hakimlik 

etməkdən  məhrum  olmağımdan  da  baha  başa  gələrdi.  Çünki  bu



  dünyanın  bir  neçə 



günlük  faydasıdır



  bir  müddətdən  sonra  qurtarıb  gedəcək.  Necə  ki



  yolda  görünən 

ilğım  qurtarır  və  necə  ki



  buludlar  aralanıb  gedirlər.  Belə  olduqda  mən  ayağa 



qalxdım. Bununla da batil aradan getdi və din möhkəmcə yerində qaldı.»

51

 

Əli  (əleyhissəlam)  bu  məsələyə  xilafətə  gəldiyi  ilk  günlərdə  də  toxunmuşdur. 



Abdullah  ibn  Cüneyd  deyir:  “Mən  Əlinin  xilafətinin  ilk  günlərində  Məkkədən 

Mədinəyə  gəldim.  Gördüm  bütün  camaat  Peyğəmbərin  (səlləllahu  əleyhi  və  alih) 

məscidində  əyləşib  İmamın  gəlməsini  gözləyir.”  Birdən  Əli  (əleyhissəlam)  əlində 

qılınc  evdən  bayıra  çıxdı.  Bütün  gözlər  ona  zilləndi.  O

  minbərdə  əyləşib  Allaha 



həmd-səna etdikdən sonra sözlərinə belə başladı: «Ey camaat! Peyğəmbər (səlləllahu 

əleyhi və alih) bizim aramızdan getdikdən sonra belə fikirləşirdik ki



 xilafət barəsində 



heç  kəs  bizimlə  mübarizə  etməyib  bizim  haqqımıza  göz  dikməyəcək.  Çünki  biz 

Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsi və onun varisi idik. Ancaq gözlədiyimizin 

əksinə  olaraq  camaatın  bir  dəstəsi  bizim  haqqımıza  təcavüz  edib  xilafəti  bizim 

əlimizdən  aldı.  Xilafət  başqasının  əlinə  keçdi.  And  olsun  Allaha



  əgər  müsəlmanlar 



arasında  təfriqə  yaranması



  küfr  və  bütpərəstliyin  bir  daha  İslam  məmləkətinə 



qayıtması və İslamın məhv olması qorxusu olmasaydı, mən onlarla başqa cür rəftar 

edərdim.»

52

 

3)  Dindən  çıxmış  şəxslərin  qiyam  etməsi  təhlükəsindən  başqa  bir  sıra  yalançı 

peyğəmbərlərin

  o  cümlədən  Müseyləmə



  Tüleyhə  və  Səccah  kimilərin  meydana 

gəlməsi və hər birinin öz ətrafına dəstə toplayaraq Mədinəyə hücum etmək fikrində 

olmaları  da  bu  təhlükələrdən  biri  idi.  Ancaq  müsəlmanların  birləşib  müqavimət 

göstərməsi nəticəsində bu təhlükə də sovuşdu. 

4) Roma  imperiyasının  hücum  etmə  ehtimalı da digər  tərəfdən  müsəlmanlar  üçün 

təhlükə  yaratmışdı.  Çünki  o  vaxta  qədər  müsəlmanlarla  romalılar  üç  dəfə 

vuruşmuşdular  və  elə  buna  görə  də,  romalılar  müsəlmanları  özlərinə  böyük  təhlükə 

sanır və onlara hücum etmək üçün fürsət axtarırdılar. Əgər Əli (əleyhissəlam) xilafət 

uğrunda mübarizəyə qalxsaydı

  müsəlmanlar  arasında vətəndaş  müharibəsi  baş verər 



və daxili cəbhənin zəifləməsi nəticəsində romalılar üçün ən  yaxşı əlverişli bir fürsət 

yaranardı. 

Bu dörd məsələni nəzərə aldıqda,  İmamın səbr etməyi mübarizədən üstün tutması 

və səbr etməklə

 uzaqgörənliklə İslam cəmiyyətini böyük təhlükədən qurtarması yaxşı 



mə’lum olur. 

Əgər Əli (əleyhissəlam) müsəlmanların birliyini istəməsəydi və həmçinin, onların 

ayrılması  nəticəsində  irəli  gələn  təhlükələrin  qorxusu  olmasaydı

  heç  vaxt  xilafətin 



Peyğəmbərin (səlləllahu əleyhi və alih) həqiqi xəlifələrinin əlindən çıxıb başqalarının 

əlinə düşməsinə icazə verməzdi. 

                                                      

51

 Nəhcül-bəlağə, 62-ci məktub (Sübhi Saleh); Əl-ğarat, c. 1, səh. 306 çox cüz`i fərqlə. 



52

 İbn Əbil Hədid, Şərhi Nəhcül-bəlağə, c.1

 səh.307; İrşad (Şeyx Müfid) səh. 131. 




Yüklə 469,96 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə