ƏMİRƏl-mö’MİNİN ƏLİ İbn əbutaliB ƏleyhiSSƏlamin həyati



Yüklə 469,96 Kb.
Pdf görüntüsü
səhifə13/14
tarix15.03.2018
ölçüsü469,96 Kb.
#32087
1   ...   6   7   8   9   10   11   12   13   14

yerləşirdi) döyüşə başlamağa hazırdır. Düşmən hücuma keçməzdən qabaq yaxşı olar 

ki



 biz onları qorxutmaq üçün hücuma başlayaq. 

Xəlifə məscidə gəlib səhabə başçılarını toplayaraq onları öz məqsədindən xəbərdar 

etdi.  Xəlifə  bildirdi  ki

  özü



  Mədinədən  Bəsrə  ilə  Kufə  arasında  olan  bir  yerə  gedib 

oradan  orduya  başçılıq  etmək  istəyir.  Bu  zaman  Təlhə  qalxıb  xəlifənin  fikrini 

bəyəndiyini  bildirdi.  Təlhənin  sözlərindən  xəlifəyə  yaltaqlanması  açıq-aşkar  hiss 

olunurdu. 

Ondan  sonra  Osman  qalxıb  nəinki  xəlifənin  Mədinədən  çıxmaq  istəmək  fikrini 

bəyəndiyini bildirdi

 hətta ona belə bir məsləhət  verdi: “Şam və Yəmən ordusuna da 



məktub yaz ki, öz yerlərini tərk edib xəlifəyə qoşulsunlar. Beləliklə, böyük bir ordu 

ilə düşmənlə qarşı-qarşıya çıxa bilərsən”. 

Bu  zaman  Əli  (əleyhissəlam)  ayağa  qalxaraq  buyurdu:  «Bu  işin  (İslamın)  qalib 

gəlib-gəlməməsi ordunun az ya çox olmasına bağlı deyil. Bu



 Allahın dinidir və O Özü 



onu  qalib  edər.  O



  ordusunu  Özü  hazırlayır  və  onlara  da  kömək  edir.  Allah-taala 



lazım olduğu yerə qədər İslamı gətirib çıxartdı



 hara yayılmalı idisə, ora yaydı. Allah-



taala bizə qalib gələcəyimizi və’d edib. Biz də bilirik ki



 Allah Öz və’dəsinə əməl edib 



Öz ordusuna kömək edəcək. 

Xəlifənin  mövqeyi  zəncir  halqalarına  bənzəyir



  xəlifə  bu  zəncirləri  bir-birinə 



bağlamalıdır. Əgər zəncirlər bir-birindən qırılarsa



 dağılıb parça-parça olacaq



 daha 

onu bir yerə yığmaq da mümkün olmayacaq. 

Bu  gün  ərəb  ordusu  sayca  az  olsa  da,  İslam  qüvvəsi  sayəsində  çoxdur  və  birlik



 



vəhdət sayəsində isə əziz və qüdrətlidir. 

Buna  görə  sən  (xəlifə)  bir  dəyirman  daşının  mərkəzi  kimi  müsəlmanları  hərəkətə 

gətir və onların köməyilə döyüşə başla. Əgər sən şəxsən Mədinədən çıxıb Kufəyə tərəf 

getsən, ordu künc-bucaqdan dağılaraq sənin ətrafına toplaşacaqdır. Belə olduqda da, 

arxada qalanlar qarşıdakılardan mühüm olacaqdır. 

Əgər sabah qeyri-ərəbin gözü sənə sataşsa



 deyəcəklər ki



 bu



 ərəblərin rəhbəridir. 



Əgər onu  aradan götürsək, rahat olacağıq. Bu fikir onları səninlə mübarizədə daha 

da  həvəsləndirəcək  və  düşmənin  daha  ciddi  hərəkətinə  səbəb  olacaq.  Deyirsən, 

bundan  narahatsan



  bil  ki



  Allah  bu  işdə  səndən  də  çox  narahatdır  və  Onun 

bəyənmədiyi işi dəyişdirməyə qüdrəti çatır. 

Ancaq  o  ki,  deyirsən  düşmənin  ordusunun  sayı  bizdən  çoxdur



  (unutma  ki)  biz 



keçmiş  döyüşlərimizdə  ordumuzun  sayına  deyil



  Allah-taalanın  köməyinə  arxalanıb 



qalib gəlmişik!»

1

 



Ömər  Əli  əleyhissəlamın  sözlərini  bəyənib  Kufəyə  tərəf  tək  getmək  fikrindən 

daşındı.


2

 

Bu  cür  çıxılmaz  məsələləri  həll  etməyinə  görə  Ömər  deyərdi:  «Bir  çətinlik  üz 



verərkən  bunun  həlli  üçün  Əbül  Həsənin  (Əli  əleyhissəlamın)  tapılmamasından 

Allaha pənah aparıram.»

3

 

                                                      



1

 Nəhcül-bəlağə (Sübhi Saleh), Xütbə 146. 

2

 İbn Əsir, Əl-Kamilu fit-tarix, c.3



 səh.8. 


3

  Əl-İstiabu  fi  mə’rifətil-əshab,  c.3,  səh.39.  Xəlifələrin  müxtəlif  zamanlarda  müsəlmanların 

çətinliklərinin həlli üçün Əli (ə) ilə müşavirə etmələri barədə geniş mə`lumat üçün Əsgər Qaidanın “Əli 

ibn Əbu Talibin siyasi mövqelərinin təhlili” kitabına müraciət edə bilərsiniz. 




5. Xilafətdən şəhadətədək 

Əli əleyhissəlamla be’yət tərzi 

Osmanın maliyyə və idarə pozğunluqları

 beytül-malı  yüz faiz  qeyri-şər’i  yollarla 



istifadə  etməsi

  Bəni-Üməyyə  qəbiləsindən  və  öz  qohumlarından  olan  nalayiq  və 



səlahiyyətsiz  şəxsləri  vəzifəyə  gətirməsi

  mühacir  və  ya  ənsardan  olan  səlahiyyətli 



şəxsləri  işdən  uzaqlaşdırması  və  dövlətin  bütün  işlərini  Bəni-Üməyyənin  ixtiyarında 

qoyması  camaatı  qəzəbləndirmişdi.  Osman  camaatın,  ləyaqətsiz  icra  başçılarının 

dəyişdirilməsi  haqqındakı  şikayətlərinə  baxmadığına  görə,  nəhayət  camaat  onun 

hökumətinin əleyhinə qiyam qaldırdı. Bu qiyam Osmanın ölümü ilə nəticələndi. Sonra 

camaat  Əli  əleyhissəlama  bey’ət  etdi.  Bu  baxımdan  Osmanın  ölümündən  sonra  iş 

başına  keçən  Əli  əleyhissəlamın  hökuməti  qiyam  və  camaatın  sabiq  hökumətin 

zülmlərinə qarşı qaldırdığı qiyam nəticəsində yaranmış bir hökumət idi. 

Osmanın  hökumətinin  pozğunluqlarından  biri  də  bu  idi  ki

  Həkəm  ibn  Əbul-Ası 



oğlu  Mərvanla  birgə  Mədinəyə  gətizdirmişdi.  Peyğəmbər  (səlləllahu  əleyhi  və  alih) 

onu Taifə sürgün etmiş və hətta birinci və ikinci xəlifələr (Əbu Bəkr və Ömər) də onu 

Mədinəyə  qaytarmağa  cür’ət  etməmişdilər.  Osman  onları  Mədinəyə  gətizdirdikdən 

sonra  öz  qızını  Mərvana  ərə  vermiş  və  Mərvanı  xilafətin  icra  aparatına  başçı  tə’yin 

etmişdi. Bu da təbiidir ki

 camaatın qəzəblənməsinə səbəb olmuşdu. 



Osmanın evi qırx doqquz gün qiyamçıların mühasirəsində qaldı.

1

  Osman  nə  vaxt 



camaatla  yumşaq  davranmaq  istyirdisə

  Mərvan  daha  çox  camaatı  qəzəbləndirirdi. 



Axırda müsəlmanlar qəzəblənib Osmanın evinə tökülərək onu qətlə yetirdilər. 

Əli əleyhissəlamın parlaq məqamı 

Qiyamçıların  yeganə  məqsədi  Osmanı  hökumətdən  kənarlaşdırmaq  idi.  Düzdür

 

Əli əleyhissəlamın adı Osmanın evi mühasirədə olan müddətdə dillərdə gəzirdi



 lakin 


qiyamçılar gələcək üçün (yeni xəlifə tə’yin etmək üçün) qəti bir qərara gəlməmişdilər. 

Elə  buna  görə  də,  Osmanı  öldürdükdən  sonra  yeni  bir  çətinliklə-xəlifə  seçmək 

çətinliyi ilə üzləşməli oldular. 

Digər  tərəfdən  Əli  (əleyhissəlam)

  Əbdürrəhman  ibn  Ovf



  Osman


  Təlhə


  Zübeyr 

və  Sə’d  ibn  Əbil  Vəqqasdan  ibarət  altı  nəfərlik  şura  üzvlərindən  ikisi

  yə’ni



 

Əbdürrəhman  ibn  Ovf  və  Osman  artıq  dünyadan  getmişdilər.  Qalan  dörd  nəfər 



arasında Əli (əleyhissəlam) camaatın daha sevimlisi idi. Belə ki, fəzilət və İslamdakı 

parlaq keçmişinə görə digər şura üzvlərinin heç biri ona çatmırdı. Bu da camaatın Əli 

əleyhissəlama tərəf gəlməsinə səbəb oldu. 

Əli  (əleyhissəlam)  vəziyyəti  nəzərə  alıb  Osmanın  dövründəki  dəyişiklikləri 

mülahizə  etməklə,  həmçinin  müsəlmanların  ilkin  həqiqi  İslamdan  uzaq  düşmələrini 

nəzərə alaraq  yaxşı bilirdi ki

  Osmanın  fəsadla  dolu  olan  hökumətindən  sonra  xəlifə 



olmaq  çox  çətin  bir  işdir.  Camaat

  xüsusilə  tayfa  başçıları  onun  nəzərdə  tutduğu 



islahatlarla  razılaşmayacaq  və  onun  ədalətinə  dözə  bilməyəcəklər.  Buna  görə  də, 

qiyamçılar Əli əleyhissəlama xəlifə olmasını təklif edəndə, Əli (əleyhissəlam) qəbul 

etmədi. 

Tarixçilər  yekdil  nəzərlə  Osmanın  hicrətin  otuz  beşinci  ili  zil-həccə  ayında 

öldürüldüyünü qeyd edir

 ancaq hadisənin hansı gündə baş verməsi haqqında müxtəlif 



fikirlər  söyləmişlər.

53

  Bir  məsələ  mə’lumdur  ki



  Osmanın  ölümü  ilə  Əli 

                                                      

1

 Məs’udi, Mürucuz-zəhəb, c.2



 səh. 346. 

53

  Yə’qubi  Osmanın  ölümünü  zil-həccənin  on  səkkizi



  c.2


səh.165


  Məs’udi  isə  zil-həccənin 

qurtarmasına üç gün qalmış bildirir.(Mürucuz-zəhəb) c.2

 səh.346. 




Yüklə 469,96 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə