ƏMİRƏl-mö’MİNİN ƏLİ İbn əbutaliB ƏleyhiSSƏlamin həyati



Yüklə 469,96 Kb.
Pdf görüntüsü
səhifə14/14
tarix15.03.2018
ölçüsü469,96 Kb.
#32087
1   ...   6   7   8   9   10   11   12   13   14

əleyhissəlamın xəlifə olması arasında azı dörd-beş gün fasilə olub.

54

 Bu bir neçə gün 



ərzində müsəlmanlar heyrət və hökumətsizlik mühitində yaşadılar. 

Qiyam  başçıları  Əli  əleyhissəlama  müraciət  edirdilər.  Amma  Həzrət  o  qədər  də 

zahir olmurdu. Çünki qiyamçıların onunla bey’ət etmək istədiklərini gördüyündən və 

xilafət başına keçmək üçün vəziyyətin yaxşı olmadığını bildiyi üçün qiyamçıların bu 

təklifini özünə hüccət bilməyib buyurardı: «Məndən əl çəkin



 gedin başqa adam tapın. 



Çünki  indi  vəziyyətin  siması  müxtəlif  olub  cəhətləri  ayrı-ayrıdır.  (Vəziyyət  çox 

qarışıqdır.) Ürəklər bu vəziyyətə dözməz



 ağıl bunu qəbul edə bilməz. Fəsad buludları 



İslam səmasının üstünü örtmüş və doğru yol tanınmaz qalmışdır. Bilin ki



  əgər  sizin 



təklifinizi qəbul etsəm



 sizinlə öz elmimlə rəftar edəcək və onun-bunun sözlərinə qulaq 



asmayıb  dedi-qoduçuların  sözlərinə  e’tina  etməyəcəyəm.  Ancaq  məndən  əl  çəksəz



 



mən də sizin kimilərdən biri olacağam. Bəlkə də mən yeni xəlifənin sözlərinə sizdən 

yaxşı qulaq asacaq və əmrlərini sizdən yaxşı yerinə yetirəcəyəm. Mənim sizin rəhbər 

və xəlifəniz olmağımdansa



 sizin vəzir və məsləhətçiniz olmağım yaxşıdır.»



55

 

Ancaq get-gəllər



 müsəlmanların tə’kidli istəkləri

 keçmiş zülmlərdən cana gəlmiş 



və ədalət aşiqi olan camaatın axınları Həzrət Əli əleyhissəlamın evinə çoxaldığından 

Əli (əleyhissəlam) özünə vəzifə bilib camaatın bey’ətini qəbul etdi. 

Əli (əleyhissəlam) Nəhcül-bəlağənin bir neçə yerində camaatın onun xilafət başına 

gəlməsi üçün evinə axınları və camaatın bey’ət etmək üçün tə’kidləri barədə söhbətlər 

etmişdir.  Bir  yerdə  belə  buyurur:  «Camaat  susamış  dəvənin  su  görərkən  sarbanın 

əlindən  azad  olub  suya  hücum  etdikləri  kimi  mənim  üstümə  hücum  etdi.  Bir-birini 

sıxışdırıb  çiyin-çiyinə  dəyirdilər.  Vəziyyət  o  hala  çatmışdı  ki



  mən  deyərdim  məni 



öldürmək istəyirlər



  ya  da  bir  dəstə  başqa  bir  dəstəni  öldürmək  istəyir.  Sonra  bu  işi 



(xilafətin qəbul etməsini) araşdırdım. Bütün cəhətlərini ölçüb biçdim. Belə ki



 yuxunu 



gözümdən çəkmişdi.»

56

 Başqa  bir  yerdə  İmam (əleyhissəlam)  camaatın  onun  ətrafına 

toplaşmasını canlandırıb camaatın onun xilafəti qəbul etməsini eşidib sevindiklərini

 



həyəcanlanmalarını bəyan edərək buyurur: «Siz mənim əlimi (bey’ət etmək məqsədilə) 

açdınız



  mən  isə  bağladım.  Siz  onu  özünüzə  tərəf  çəkirdiniz



  mən  isə  onu  geri 

dartırdım. Ondan sonra susamış dəvələrin su içmək üçün suya yaxınlaşarkən bir-biri 

ilə  çiyin-çiyinə  dəydiyi  kimi  mənim  ətrafıma  toplaşdınız.  Belə  ki



  ayaqqabımın  bağı 



qırıldı



 əba çiynimdən düşdü və zəif insanlar ayaq altında qaldılar. 



O gün camaatın mənimlə bey’ət etmək üçün yaranmış sevinci o həddə çatmışdı ki



 



hətta uşaqlar belə sevinirdilər. Evdə oturmuş qocalar ayaqları titrəyən halda bey’ət 

mənzərəsini  müşahidə  etmək  üçün  yola  düşmüşdülər.  Xəstələr  də  bu  mənzərəni 

müşahidə etmək üçün yataqlarından qalxmışdılar.»

57

 

Əli  (əleyhissəlam)  məşhur  «Şiqşiqiyyə»  xütbəsində  də  camaatın  şüurlu  pişvazı 



barədə və eləcə də xilafəti qəbul etməsi barədə söhbət etmişdir: «Məni qorxudan o idi 

ki



 camaat kaftar kimi sıx şəkildə hər tərəfdən mənim üstümə hücum çəkib məni əhatə 



etmişdi. Belə ki



 Həsən (əleyhissəlam)  və  Hüseyn (əleyhissəlam) ayaq altda qaldılar



 

paltarım iki tərəfdən cırıldı



 camaat qoyun sürüsü kimi mənim ətrafıma toplaşdı. And 



olsun  toxumu  bölən  və  insanı  yaradan  Allaha!  Əgər  o  camaat  bey’ət  üçün  ətrafıma 

toplaşaraq  mənə  arxa  olmaları  ilə  hüccət  mənə  tamamlanmasaydı  və  həmçinin, 

Allahın  alimlərdən  zülmkarların  zülmü  və  məzlumların  aclığı  qarşısında  sükut 

                                                      

54

  Yə’qubi  Əli  əleyhissəlamın  xilafət  başına  gəlməsini  zil-həccənin  qurtarmasına  bir  həftə  qalmış



 

Məs’udi isə deyir ki



 Osman ölən kimi camaat Əli əleyhissəlama bey’ət etdi. Başqa bir yerdə isə deyir 

ki



 deyilənə görə Əli əleyhissəlamla bey’ət dörd gün sonra baş vermişdir. 



55

 Nəhcül-bəlağə (Sübhi Saleh), Xütbə 92. 

56

 Nəhcül-bəlağə (Sübhi Saleh), Xütbə 54. 



57

 Nəhcül-bəlağə (Sübhi Saleh), Xütbə 229. 




etməmələri barədə peymanı olmasaydı, mən xilafət məqamından əl götürüb ondan üz 

döndərər



 onun sonunu başlanğıcındakı piyalə ilə doyuzdurardım. (Yə’ni



 necə ki



 ilk 



üç  xəlifənin  dövründə  kənarda  qalmışdım  indi  də  kənarda  qalardım.)  Onda  yaxşı 

bilərdiniz  ki



  sizin  dünyanız  mənim  nəzərimdə  keçi  burnunun  suyundan  da 



dəyərsizdir.»

58

 

Üç cəbhədə mübarizə 

Əli  əleyhissəlamın  hakimiyyətinin  əsl  ədalət  əsasında  olduğuna  və  xilafətin  əsl 

İslam sünnələrinin diriltməsinə bir sıra şəxslər dözə bilmirdilər. Beləliklə də, bu dəstə 

Əli əleyhissəlamın hökuməti qarşısında müxalif bir dəstə yaratdı. Bu müxalifət sonda 

«Nakisin»

  «Qasitin»  və  «Mariqin»  döyüşləri ilə  nəticələndi.  İndi də həmin döyüşlər 



barədə ayrı-ayrılıqda qısa mə’lumat veririk: 

Nakisin

59

 döyüşü (cəməl döyüşü) 

Nakisin  döyüşünün  səbəbi  bu  idi  ki

  Təlhə  və  Zübeyr  Əli  əleyhissəlama  bey’ət 



etdikdən  sonra  ondan  Bəsrə  və  Kufə  şəhərlərinə  vali  (başçı)  tə’yin  olunmalarını 

istədikdə, İmam (əleyhissəlam) onların bu istəyi ilə razılaşmadı. Nəhayət onların hər 

ikisi  “ümrə”ni  bəhanə  edərək  Məkkəyə  yola  düşdülər.  Orada  (Məkkədə)  Bəni-

Üməyyə tərəfindən qarət olunmuş beytül-maldan istifadə edərək ordu  yaradıb Ayişə 

ilə  birlikdə  Osmanın  qanını  almaq  qəsdi  ilə  Bəsrəyə  üz  tutdular.  Bəsrəni  tutub  öz 

əllərinə  keçirdilər.  Əli  (əleyhissəlam)  bu  hadisədən  xəbərdar  olub  onları  aradan 

götürmək  məqsədilə  ordu  ilə  Bəsrəyə  tərəf  hərəkət  etdi.  Bəsrə  yaxınlığında  qızğın 

döyüş  nəticəsində  Əli  (əleyhissəlam)  qalib  gəldi  və  «nakisinlər»  məğlubiyyətə 

uğradılar. Bu döyüş hicrətin otuz altıncı ilində baş vermişdir. 

Qasitin

60

 döyüşü (siffeyn döyüşü) 

Müaviyə  hələ  Əli  (əleyhissəlam)  xəlifə  olmazdan  neçə  il  qabaq  Şamda  özü  üçün 

xilafətə  keçmək  hazırlıqlarını  görmüşdü.  Əli  (əleyhissəlam)  xilafətə  gəlcək 

Müaviyənin işdən kənarlaşması əmrini verdi  (Müaviyə Osman tərəfindən  Şama vali 

tə’yin  edilmişdi.)  və  onun  bir  an  belə  işdə  qalmasına  razılıq  vermədi.  (Müaviyə  də 

təbii ki

  İmamın  fərmanı  ilə  razılaşmadı.)  Bu  müxalifətin  nəticəsi  o  oldu  ki



  İraq  və 

Şam  qoşunları  «Siffeyn»  adlı  bir  çöldə  üz-üzə  gəldilər.  Əli  (əleyhissəlam)ın 

ordusunun  qələbəyə  bircə  addımı  qalmışdı.  Ancaq  Müaviyə  (Əmr  Asın  köməyilə) 

hiylədən  istifadə  edərək  Əli  əleyhissəlamın  ordusunda  təfriqə  və  ixtilaf  yaratdı. 

Nəhayət  Əli  (əleyhissəlam)  ordusunun  tə’kidi  nəticəsində  məcbur  qalıb  Əbu  Musa 

Əş’əri  ilə  (Əli  əleyhissəlamın  tərəfindən)  Əmr  Asın  (Müaviyə  tərəfindən) 

danışıqlarına  razı  oldu.  Belə  ki

  onlar  (Əbu  Musa  Əş’əri  və  Əmr  As)  İslam  və 



müsəlmanların məsləhətləri haqda araşdırmalar aparmalı və öz nəzərlərini bildirməli 

idilər.  Əli  əleyhissəlamın  ordusundan  olanların  onu  Əbu  Musa  Əş’ərini  Əmr  Asla 

danışıqlara  göndərməsi  barədəki  tə’kidləri  o  dərəcəyə  çatmışdı  ki

  əgər  Əli 



(əleyhissəlam)  bununla  razılaşmasaydı,  bəlkə  də  bu  narazılıq  İmamın  ölümü  ilə 

nəticələnərdi. Bunun da nəticəsində müsəlmanlar böyük böhranla üzləşməli olardılar. 

Tərəflərin  öz  nəzərlərini  bildirmək  zamanı  çatdıqda  Əmr  As  Əbu  Musa  Əş’ərini 

aldatdı


61

 və Müaviyənin alçaq niyyətini camaata aşkar etdi. Danışıqlar başa çatdıqdan 

                                                      

58

 Nəhcül-bəlağə, Xütbə 3 (Şiqşiqiyyə xütbəsi), (Sübhi Saleh). 



59

  Nakisin  ərəb  sözü  olub

  «Əhdlərini  sındıranlar»  mə’nasını  bildirir.  Əli  əleyhissəlama  bey’ət 



etdikdən sonra bir dəstə bey’ətini sındırıb Əli əleyhissəlamın üstünə qoşun çəkdilər. Təlhə və Zübeyr 

onlara başçılıq edirdi. (Mütərcimdən) 

60

 «Qasitin» haqdan dönmüşlər



 zülmkarlar deməkdir. 




sonra  Əli  əleyhissəlamın  ordusundan  bir  dəstəsi  İmamın  danışıqları  qəbul  etməsinə 

görə  onunla  müxalifət  etməyə  başladı.  Onlar  İmamı  danışıqlarla  razılaşdığına  görə 

tənqidə tutdular. 

Qasitin  döyüşü  hicrətin  otuz  yeddinci  ilində  baş  vermişdir.(Bu  döyüş  tarixdə 

Siffeyn döyüşü adı ilə məşhur olmuşdur.) 

Mariqin döyüşü (Nəhrəvan döyüşü) 

Mariqin  (yolunu  azmışlar)  Əli  əleyhissəlamı  Əbu  Musa  Əş’əri  ilə  Əmr  Asın 

danışıqlarına razı olmağa məcbur etmiş dəstədir. Danışıqlardan bir neçə gün sonra bu 

dəstə  öz  işlərindən  peşman  olub  İmamdan  danışıqların  nəticəsi  ilə  razılaşmamasını 

istədilər. Ancaq Əli (əleyhissəlam) elə bir şəxs deyildi ki

 öz əhdinə vəfasız çıxsın və 



peymanı  sındırsın.  Bu  dəstə  işi  belə  görüb  Əli  əleyhissəlama  qarşı  ordu  toplamağa 

başladı. Nəhrəvan adlı bir yerdə Əli əleyhissəlamla bu dəstə arasında döyüş baş verdi. 

Əli  əleyhissəlamın  ordusu  bu  döyüşdə  də  qalib  gəldi.  Ancaq  kin-küdurət  yenə 

ürəklərdə qaldı. Tarixçilərin yazdığına görə bu döyüş hicrətin 38  yaxud 39-cu ilində 

baş vermişdir.  

Əlinin (ə) dövləti idarə sistemİndə tutduğu əhəmiyyətli islahat 

addımları  

Peyğəmbər  (s)-in  hicrətindən  sonra  Mədinədə  qurduğu  İslam  hökumətinin  ikinci 

nümunəsi olan Əli (ə)-ın bərpa etdiyi həmin dövlət təəssüflər olsun ki, çox da ömür 

sürmədi.  Hərçənd  Əli  (ə)  daxildə  baş  verən  münaqişələr,  xəyanətkar  ünsürlərin 

törətdiyi  təxribatların  ucbatından  nəzərdə  tutduğu  islahat  ideyalarının  həyata 

keçirməyə  nail  olmadı,  lakin  İslam  hökumətinin  prinsiplərinə  əsaslanan  ideal  dövlət 

numunəsini  ərsədə  işıqlandıra  bildi.  Həzrətin  təşkil  etdiyi  dövlətin  parlaq  strukturu 

ətrafında geniş mülahizələrə burada macal olmasa da, imkan daxilində hökuməti idarə 

istiqamətində onun əhəmiyyət verdiyi çox qiymətli örnək və ülgü kimi mahiyyət kəsb 

edə biləcək yüksək ideyalarına müxtəsər də olsa toxunacağıq: 

1.  Əli  (ə)  elə  ilk  başdan  xilafəti  qəbul  etməyinin  mahiyyətini  ədalətin  icrası  kimi 

irəli çəkərək onu, xüsusilə ictimaiyyətdə rifah və maddi tə`minatın, bir-birinə tam əks 

olan iki sinfi qütbün həlli perspektivində arayırdı.

62

  



Qabaqda  keçdiyi  kimi  çox  qabarıq  dərəcədə  sosial  problemə  çevrilən  iki  aclar  və 

toxlar təbəqələri arasındakı sinfi ayrıseçkiliyə öz münasibətini bildirən Həzrət deyirdi: 

Allah  bilici  və  alimlərlə  əhd-peyman  bağlayıb  ki,  belə  vəziyyətin  qarşısında  sükut 

etməsinlər. 

2. Həzrət (ə) mənsəb və iqtidarı yalnız xalqa xidmət, ictimai hüquqların bərpası və 

batili (zülm və haqsızlıq) məhv etmək üçün vəsilə bilmiş

63

 və heç vaxt ona sui-istifadə 



mənbəyi  yaxud yağlı bir tikə kimi tamah gözü ilə baxmamışdır. Deyilənlərə açıq və 

aydın  dəlil  onun  dövlətçiliyidir.  Elə  buna  görə  də,  nə  vaxtdan  bəri  iqtidara  susamış 

Təlhə və Zubeyr kimilərinə hər hansı mənsəb və rəhbərliyi tapşırmaqdan qəti imtina 

etmiş və nəticədə onların müxalifəti və təxribatları ilə qarşılaşmışdır.  

                                                                                                                                                        

61

  Əmr  As  danışıqlardan  qabaq  Əbu  Musa  Əş’ərini  görmüş  onunla  danışıqlar  barədə  söhbət 



etmişdir. O

 söhbətində bildirmişdi ki



 müsəlmanlar iki nəfərin - Əli və Müaviyənin üstündə bir-biri ilə 

müxalifət yaradıblar. Gəl sən Əli əleyhissəlamın nümayəndəsi kimi onu xilafətdən kənara qoy

 mən də 



Müaviyənin nümayəndəsi kimi onu xilafətdən kənara qoyum. Sonra müsəlmanlar yığışıb özlərinə yeni 

bir xəlifə tə’yin etsinlər. Əbu Musa Əş’əri Əmr Asın hiyləsinə aldanıb onunla razılaşdı. Ancaq Əmr As 

öz dediyinə əməl etməyib Müaviyəni xilafətdə saxladı. (Mütərcimdən) 

62

 Nəhcül-Bəlağə, xütbə 3. 



63

 Nəhcül-Bəlağə, xütbə 33. 




3.  O,  mö`minlərin  əmiri  və  xəlifəsi  olduğuna  baxmayaraq  son  dərəcə  sadə  bir 

güzaranla keçinir və vəzifələrə seçdiyi şəxslərə də orta və sadə tərzdə həyat sürməyi 

tövsiyə  edirdi.

64

  Dünyanın  cazibədarlığına  tam  e`tinasızlıq,  cəlbedici  maddi 



rəngarənglik  və  təmtəraqdan  uzaqlıq  Həzrətin  şəxsiyyətində  ən  spesifik 

xüsusiyyətləri, onun dövlətçiliyində ən üstün xarakterik çalarları aşılayır.  

4.  Onun  dövlət  nümayəndələrinin  seçki  və  tə`yinində  əsas  qarşıya  qoyduğu 

me`yarları  təqva,  sağlam  ömür  və  parlaq  keçmiş,  rəhbərlik  bacarığı,  qətiyyətli 

dindarlıq  və  digər  layiqli  keyfiyyətlərdən  ibadət  idi.  Qohumluq  və  digər  nisbət 

əlaqələrini  onun  vəzifə  bölgüsündə  hətta  zərif  izlərini  belə  görə  bilmərik.  Həzrətin 

bütün İslam ölkəsində rəhbərlik etdiyi 51 nəfər vali və nümayəndəsi arasında mühacir, 

ənsar, yəmənli, nəzarlı, haşimi və qeyri-haşimi, hicazlı, iraqlı, qoca və cavan şəxslər 

göründüyü halda oğulları imam Həsən, imam Hüseyn və Məhəmməd Hənəfiyyə, qızı 

Zeynəbin (ə.h.) əri Abdullah ibn Cə`fər kimilərindən əsər-əlamət yoxdur. Halbuki, bu 

adamların özləri də yaş və qabiliyyət baxımından vəzifə və rəhbərliyə layiq kəslər idi 

və  bir  çox  həssas  mövqelərdə,  müharibə  və  döyüş  meydanlarında  mühüm  rol 

oynayırdılar. Lakin Həzrət hər hansı vəzifənin öz qohum-əqrəbasına həvaləsində ciddi 

pəhriz edirdi.  

5.  İmam  (ə)  bir  çox  hakim  və  rəhbərlərin  (keçmişdə  və  indi)  yeritdiyi  “hədəf 

vəsiləyə  bəraət  qazandırır”  siyasi  prinsipinin  tam  əksinə  olaraq  öz  ali  və  müqəddəs 

məqsədlərinin  həyata  keçməsində  heç  vaxt  mənafe  yönümlü  əyri  yollara  əl  atmırdı. 

Mə`lum  olduğu  kimi  elə  xəlifəliyin  ilk  günlərində  bə`zi  xeyirxah  tərəfdarlarının 

beytül-malın bölüşdürülməsində hələlik mənsəb, şərəf və sərvət sahiblərinin səhm və 

payına  qismən  də  olsa  artıq  ödəyərək  yeni  qurulmuş  hökumətin  dayaqlarını 

möhkəmləndirmək  təklifini  rədd  edərək  buyurmuşdu:  Siz  deyirsiniz  ki,  hal-hazırda 

rəhbəri olduğum adamlara zülmə yol verərək qalib gəlim?! Allaha and olsun, nə qədər 

ki,  dünya  durur,  belə  şeyə  yol  vermərəm!  Əgər  bu  mal  öz  malım  olsaydı  belə 

etməzdim. O ki qaldı bu Allah malıdır!

65

 

Əks tərəfdə isə qatı düşmən olan Müaviyə öz çirkin və şeytani məqsədlərinə nail 



olmaq üçün heç nəyi əsirgəmir, şəriətə zidd olaraq hər bir alçaqlığa əl atırdı. Beləliklə 

də,  bə`zi  sadəlövh  və  şüursuz  adamlar  Müaviyənin  ağıllı,  siyasətçi  və  zirək  kimi 

İmamdan  üstün  olduğunu  təsəvvür  edirdilər.  Həzrətin  isə  bu  məqamda  buyurduğu 

kəlamı diqqəti özünə cəlb edir: Allaha and olsun, Müaviyə məndən ağıllı deyildir. O, 

həqiqətdə  kələkbazlıq,  yaramazlıq  və  alçaqlıq  edir.  Əgər  kələkbazlıq  və  hiyləgərlik 

çirkinlik olmasaydı, mən ən zirək adam olardım.

66

 

6.  Həzrət  heç  vaxt  müxaliflər  və  ya  düşmənlərlə  üsul  və  zabitəni  tapdamır, 



ixtiyarındakı  qüdrətdən  istifadə  edərək  onları  öz  azadlıq  hüquqlarından  məhrum 

etmirdi. Bu o vaxta qədər davam edirdi ki, özləri öz əleyhinə zəmin hazırlamasınlar. 

Həzrətin,  vəzifəyə  çatmayacağından  naümid  olub  e`tiraz  hissi  ilə  kənara  çəkilmiş 

Təlhə  və  Zubeyrin  ümrə  həccini  bəhanə  edərək  Məkkəyə  getməsinə  icazə  verməsi 

bunun aşkar nümunəsidir.

67

 Zahirən sırf təxribat yönümlü bu səfərin gedişatını aydın 



görən İmam (ə) hələ bir xəta baş verməmiş onların qarşısını almadı. Həmçinin nadan 

və cahil qövm olan Xəvaric “siffeyn” döyüşündən sonra qayıdarkən yolda qoşundan 

ayrılıb  Nəhrivan  ərazisində  düşərgə  saldıqdan,  eləcə  də  təxribat  və  terror 

əməliyyatlarına  başlamazdan  əvvəl  Həzrət  onlara  belə  buyurmuşdu:  Nə  qədər  ki, 

bizimləsiniz (düşmənə qoşulmamısınız) sizin üç hüququnuz qorunur:  

1. Əgər məscidlərdə namaz qılmaq istəsəniz, azadsınız, sizə mane olunmayacaq. 

                                                      

64

 Nəhcül-Bəlağə, məktub 45. 



65

 Nəhcül-Bəlağə, xütbə 126. 

66

 Nəhcül-Bəlağə, xütbə 200. 



67

 Tarixi Yaqubi, c. 2, s. 180. 




2.  Nə  qədər  ki,  bizimlə  əl-ələ  verib  çalışırsınız  beytül-maldan  məhrum 

olunmayacaqsınız. 

3.  Nə  vaxta  qədər  ki,  bizimlə  müharibəyə  başlamamısınız  sizinlə  döyüşə 

girməyəcəyik. 

Həzrətin  əlində  onları  tam  yatırmaq  iqtidarı  olduğu  halda,  beləcə,  onların  yersiz 

müxalifət və e`tirazlarını böyük təmkinlə qarşıladı və nəhayət dinc qalmayaraq terror 

əməliyyatlarına  əl  atmaqla  çox  yaramaz  işlər  ilə  iğtişaş  yaratdıqları  zaman  çarəsiz 

onların üzərinə qoşun yeritdi.  

7.  Əli  (ə)  iş  başına  ləyaqətli,  sağlam  nümayəndələr  tə`yin  etməsinə  baxmayaraq 

onların  iş  üsulu  və  rəftarlarından  daim  xəbərdar  olmaq  üçün  nəzarət  məqsədi  ilə 

xüsusi adamlar ayırmışdı. Heç bir hərəkət və hadisə onun  gözündən  yayınmır, lazım 

gəldikdə  onların  haqqında  münasib  yerli  qərarlar  verirdi.  Bunun  gözəl  nümunəsi 

Həzrətin  ə`yan-əşrafların  ziyafət  məclisində  iştirak  etmiş  Osman  ibn  Hüneyfə  və 

yazdığı  şiddətli  danlaq  məktubudur.

68

  Məsələnin  incəliyi  burasındadır  ki,  məktubun 



yazıldığı  tarix  Həzrətin  xilafətə  gəldiyi  ilk  aylara  təsadüf  edir  (çünki  Osman  ibn 

Hüneyf “cəməl” döyüşünədək Bəsrənin valisi olmuş və bu döyüş Həzrətin xilafətinin 

6-cı ayında baş vermişdi) və o vaxt İmamın başı çox gərgin surətdə quruculuq, nizam-

intizam işlərinə qarışmış, demək olar bütün vaxtını üçüncü xəlifə Osmanın qətlindən 

sonra  bütün  İslam  ictimaiyyətini  bürüyən  böhranlı  vəziyyətin  həllinə  ayırmışdı. 

Bununla  belə  İmamın  uzaq  bir  nahiyədə  öz  valisinin  hətta  bir  qonaqlıqda  belə 

hüzurundan  xəbərdar  olub  onu  məzəmmət  etməsi  dəqiqliyi  və  digər  xüsusiyyətləri 

onu əbədi rəhbər kimi cahanda yaşadır. 

Əli (əleyhissəlam) nəhayət

  dörd  il  bir  neçə  ay  (9  ay)  hökumətdə  olduqdan  sonra 



hicrətin qırxıncı ili Ramazan ayının on doqquzuncu gecəsi həmin mariqindən biri olan 

Əbdürrəhman ibn Mülcəm tərəfindən (Kufə məscidində namaz qılarkən) zərbətlənib 

iki gün sonra şəhadətə qovuşmuşdur. 

 

 

                                                      



68

 Tarixi Təbəri, c. 4, səh. 53. 



Yüklə 469,96 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə