ƏMİRƏl-mö’MİNİN ƏLİ İbn əbutaliB ƏleyhiSSƏlamin həyati



Yüklə 469,96 Kb.
Pdf görüntüsü
səhifə2/14
tarix15.03.2018
ölçüsü469,96 Kb.
#32087
1   2   3   4   5   6   7   8   9   ...   14

Mən anasının ardınca düşən uşaq kimi həmişə onun ardınca düşərdüm. Gündə bir 

əxlaqi məsələni mənə öyrədər və tapşırardı ki

 ona riayət edim.»



5

 

Əli (əleyhissəlam) hira



6

 mağarasında 

Məhəmməd  (səlləllahu  əleyhi  və  alih)  peyğəmbərliyə  seçilməzdən  qabaq  ilin  bir 

ayını Hira mağarasında keçirərdi. (Hira Məkkənin Şimal səmtində bir dağdır. Həmin 

dağın başında bir mağara var. Mağaranı dağın adı ilə əlaqədar olaraq Hira mağarası 

adlandırmışlar.)  Bu  bir  ay  ərzində  ibadətlə  məşğul  olardı.  Əgər  bir  nəfər  ac  onun 

yanına getsəydi

 ona yemək verərdi. Bir ay başa çatdıqdan sonra əvvəl gəlib Kə’bəni 



yeddi

 ya da müəyyən bir miqdarda təvaf edib sonra evə qayıdardı.



7

 

Tarixi  faktlardan  mə’lum  olur  ki



  Peyğəmbər  (səlləllahu  əleyhi  və  alih)  Əli 

əleyhissəlama olan xüsusi əlaqəsinə görə onu da özü ilə Hira mağarasına aparardı. 

Vəhy  mələyi  (Cəbrail)  ilk  dəfə  Hira  mağarasına  gəlib  Məhəmmədin  (səlləllahu 

əleyhi  və  alih)  Allah-taala  tərəfindən  peyğəmbərliyə  seçilməsi  xəbərini  çatdıranda, 

Həzrət  Əli  (əleyhissəlam)  da  onun  yanında  idi.  O  gün  də  peyğəmbərin  Hira 

mağarasına ibadətə gedən ayın günlərindən biri idi. 

Əli (əleyhissəlam) «Qasiə» xütbəsində bu barədə buyurur: «Peyğəmbər (səlləllahu 

əleyhi  və  alih)  hər  il  Hira  mağarasına  ibadətə  gedərdi.  Məndən  başqa  heç  kim  onu 

görməzdi...  Ona  ilk  dəfə  vəhy  nazil  olan  zaman  mən  Şeytanın  fəryadını  eşitdim. 

Peyğəmbərə (səlləllahu əleyhi və alih) dedim: “Bu nə qışqırıqdır?” Cavab verdi ki

 bu



 

Şeytanın  qışqırığıdır.  Qışqırmasının  səbəbi  də  odur  ki



  o


  camaatı  yer  üzündə 

aldatmaqdan  naümid  oldu.  Mən  eşidənləri  sən  də  eşidirsən

  mən  görənləri  sən  də 



görürsən.  Təkcə  fərqimiz  budur  ki

  sən  Peyğəmbər  deyilsən.  Sən  mənim  vəzirim



 

canişinimsən və xeyir-bərəkətlisən.» 



Bu  ifadənin  Peyğəmbərin  (səlləllahu  əleyhi  və  alih)  Peyğəmbər  olduqdan  sonra 

Hira  mağarasındakı  ibadətlərinə  aid  olmasının  mümkünlüyünə  baxmayaraq,  ötən 

sübutlardan  və  peyğəmbərin  Hira  mağarasında  ibadətə  məşğul  olmasının  adətən 

peyğəmbərlikdən  qabaq  olmasından başa  düşmək olar ki

  bu  ifadə  peyğəmbərlikdən 



qabaqkı dövrə aiddir. 

Hansı  halda  olursa-olsun  bu  ifadə  bunu  göstərir  ki

  Əli  (əleyhissəlam)  ruhunun 



paklığı və uşaqlıq dövründən Peyğəmbər  tərbiyəsi ilə tərbiyələnməsi nəticəsində elə 

uşaqlıq dövründən adi insanların eşitmədiyi və görmədiyi (və yalnız peyğəmbərlərin 

eşidib gördüyü) şeyləri eşidib və görüb. 

İbn Əbil Hədid Nəhcül-bəlağənin şərhində yazır: 

«Səhih

1

 kitablarında rəvayət olunmuşdur ki



 Cəbrail birinci dəfə peyğəmbərə nazil 

olub  onun  Peyğəmbər  seçildiyini  bildirdikdə  Əli  (əleyhissəlam)  da  peyğəmbərin 

yanında idi.

2

» 

2. Be’sətdən Peyğəmbərin hicrətinədək 



Həzrət  Əli  əleyhissəlamın  ömrünün  ikinci  hissəsini  be’sətdən  Mədinəyə  hicrətə 

qədərki  dövr  təşkil  edir.  Bu  hissə  on  üç  ildən  ibarətdir.  Həzrət  Əli  əleyhissəlamın 

                                                      

5

 Nəhcül-bəlağə, 192-ci xütbə (Sübhi Salehin redaktəsi olan nüsxə). 



6

  Hira  mağarası  Peyğəmbərin  (səlləllahu  əleyhi  və  alih)  orada  peyğəmbərliyə  seçildiyi  yerdir. 

Bə’ziləri onu Həra kimi tələffüz edir. Lakin doğru tələffüzü Hiradır. (Mütərcimdən) 

7

 İbn Hişam: Sireyi Nəbəviyyə, c.1



 səh.252. 

8

  Səhih  kitablar  sünni  məzhəbinin  mö’təbər  bildiyi  altı  kitabdır.  O  kitablar  bunlardır:  1)  Səhihi-



Müslim.  2)  Səhihi-Buxari.  3)  Sünəni-Termizi.  4)  Sünəni-İbn  Macə.  5)  Sünəni-Nəsai.  6)  Sünəni-İbn 

Davud. (Mütərcimdən) 

2

 Şərhi-Nəhcül-bəlağə (İbn Əbil Hədid), səh.208. 




İslamın dirçəlişi yolunda göstərdiyi bir sıra şücaətlər və xidmətlər bu hissəyə aiddir. 

Elə xidmətlər ki

 İslamda Əli əleyhissəlamdan başqa heç kimə nəsib olmayıb. 



İslamı qəbul etmiş ilk insan 

Əli  əleyhissəlamın  bu  dövrdəki  ilk  iftixarı  onun  ilk  növbədə  İslamı  qəbul 

etməsidir.  Daha  dəqiq  desək

  Əli  (əleyhissəlam)  bu  dövrdə  özünün  əvvəldən  olan 



İslami  əqidəsini  aşkar  etmişdir.  Əli  (əleyhissəlam)  əvvəldən  təkallahlığa  inanmış  və 

əsla bütpərəst olmamışdır.

9

 Yə’ni


 Əli əleyhissəlamın İslamı qəbul etməsi bu mə’naya 

deyil  ki

  o



  bütpərəstlikdən  əl  çəkmiş  və  İslamı  qəbul  etmişdir.  (Ancaq 

peyğəmbərlərin digər səhabələrinin İslamı qəbul etmələri bu mə’nayadır.) 

İslamı  qəbul  etməkdə  irəli  düşmək  elə  bir  dəyər

  fəzilətdir  ki



  Qur’an  açıq-aşkar 

ona işarə edərək buyurmuşdur: «Bir də öndə olanlar



 öndə olanlar! Bunlar [Allahın 



dərgahına



 Allahın lütfünə və mərhəmətinə] yaxın olanlardır.»



10

 

Qur’anın  İslamı  qəbul  etməkdə  irəli  düşməyə  xüsusi  diqqəti  o  qədərdir  ki



  hətta 


Məkkənin  fəthindən  qabaq  müsəlman  olanlar  Məkkə  fəthində  sonra  müsəlman 

olanlardan  üstün  sayılır.  Gör  indi  hicrətdən  qabaq  müsəlman  olanlar  nə 

dərəcədədirlər?  «Sizlərdən  [mal-dövlətini]  fəthdən  [Məkkənin  fəthindən]  əvvəl 

[Allah  yolunda]  sərf  edənlər  və  [müşriklərə  qarşı]  vuruşanlar  [başqaları  ilə]  eyni 

deyillər.  Onlar  [mallarını  Allah  yolunda]  fəthdən  sonra  sərf  edib  döyüşənlərdən 

dərəcə  e’tibarı  ilə  daha  üstündürlər.  Bununla  belə



  Allah-taala  onların  hamısına 



[həm  birincilərə



  həm  də  ikincilərə]  ən  gözəl  mükafat  [Cənnət]  və’d 



buyurmuşdur.»

11

 

Məkkənin  fəthindən  (hicrətin  səkkizinci  ilindən)  qabaq  müsəlman  olanların 



dərəcələrinin üstün olması ona görədir ki

  onlar  İslamı  qəbul  edəndə  İslam  dini  hələ 



Ərəbistan  yarımadasına  tam  yayılmamışdı

  müşriklərin  qərargahı  olan  Məkkə  şəhəri 



İslamın  düşməni  olaraq  qalırdı.  Müsəlmanlar  hələ  qorxu  içərisində  yaşayırdılar. 

Düzdür


  müsəlmanlar  Mədinəyə  hicrət  etdikdən  və  Mədinənin  böyük  qəbilələri  Ovs 

və Xəzrəcin və bir çox başqa qəbilələrin  İslama gəlməsindən sonra müsəlmanlar bir 

qədər  gücləndilər  və bir çox müharibələrdə meydandan qalib kimi çıxdılar. Belə bir 

zamanda  İslamı  qəbul  etmək  böyük  üstünlüyə  malikdirsə

  şübhəsiz  ki



  İslamın  ilkin 

çağlarında (hicrətdən qabaq) Qüreyşin və bütpərəstlərin camaata meydan oxuduqları 

bir  dövrdə  İslamı  qəbul  etmək  daha  çox  üstünlüyə  malik  olmalıdır.  Buna  əsasən  də, 

peyğəmbərin səhabələri arasında İslamı qəbul etməkdə irəli düşmək (və hətta birinci 

olmaq) böyük bir şərəfdir. 

Beləliklə  də,  Əli  əleyhissəlamın  İslamı  birinci  qəbul  etməsinin  də  nə  dərəcədə 

üstün olması mə’lum olur. 



Əli əleyhissəlamın ilk müsəlman olması haqda sübutlar 

Əli əleyhissəlamın birinci şəxs olaraq İslamı qəbul etməsi haqda kitablarda o qədər 

sübutlar  qeyd  etmişlər  ki

  onların  hamısını  bu  kitabda  qeyd  etmək  mümkün  deyil. 



Ancaq nümunə üçün onların bir neçəsini oxucuların nəzərinə çatdırırıq: 

a) Hamıdan  əvvəl  Peyğəmbərin (səlləllahu  əleyhi  və  alih)  özü  Əli  əleyhissəlamın 

İslamı birinci qəbul etməsini təsdiqləmiş və camaat arasında buyurmuşdur: «Qiyamət 

                                                      

9

 Əxtəb Əl-Mənaqibi Xarəzm, səh.18. 



10

 “Vaqiə” surəsi, ayə 10-11. 

11

 “Hədid” surəsi, ayə 10. 




Yüklə 469,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə