ƏMİRƏl-mö’MİNİN ƏLİ İbn əbutaliB ƏleyhiSSƏlamin həyati



Yüklə 469,96 Kb.
Pdf görüntüsü
səhifə3/14
tarix15.03.2018
ölçüsü469,96 Kb.
#32087
1   2   3   4   5   6   7   8   9   ...   14

günü Kövsər (hovuzunun) bulağının başında mənə birinci birləşən şəxs İslamı birinci 

qəbul etmiş şəxs Əli ibn Əbutalib olacaqdır.»

12

 

b) Alimlər və rəvayətçilər söyləmişlər: 



«Həftənin birinci günü Məhəmməd (səlləllahu əleyhi və alih) Peyğəmbər seçildi və 

Əli (əleyhissəlam) səhərisi gün onunla birgə namaz qıldı.»

13

  

v)  Həzrət  Əli  (əleyhissəlam)  özü  «Qasiə»  xütbəsində  buyurur:  “O  vaxt  (İslamın 

təzəcə vaxtı) İslam dini peyğəmbərlə Xədicənin evindən başqa yerdə yox idi. Mən isə 

onların üçüncüsü idim. Vəhy və nübüvvət iyini duyur və görürdüm.» 



q) Həzrət Əli (əleyhissəlam) başqa bir hədisdə özünün İslamı qəbul  etməkdə irəli 

düşməsi  barədə  belə  buyurmuşdur:  «İlahi!  Mən  Sənin  yoluna  gəlmiş  ilk  şəxsəm.  İlk 



dəfə  olaraq  mən  Sənin  xəbərini  eşitdim  və  Peyğəmbərin  (səlləllahu  əleyhi  və  alih) 

də’vətini qəbul etdim. O vaxt məndən başqa ancaq Peyğəmbər namaz qılırdı.» 

d) Əli (əleyhissəlam) buyurardı: «Mən Allah bəndəsi



 peyğəmbərin qardaşı və çox 



doğru danışan bir şəxsəm. Bu sözü məndən başqa kim deyərsə



 bilin ki



 o yalançıdır. 

Mən camaatdan yeddi il qabaq Peyğəmbərlə birgə namaz qılmışam.»

14

 

e)  Üfeyr  ibn  Qeys  Kendi  deyir:  «Mən  cahiliyyət  dövründə  ətriyyat  satıcısı  idim. 

Ticarət  səfərlərimin  birində  Məkkəyə  getdim  və  (Məkkə  tacirlərindən  biri  olan) 

Abbasın  qonağı  oldum.  Günlərin  birində  Məscidül–həramda  Abbasla  birgə 

oturmuşduq.  Günəş  göyün  ortasına  çatanda,  sifəti  parlaq  ay  parçasına  bənzər  bir 

cavan  kişi  məscidə  gəldi.  Göyə  baxdı  və  sonra  üzünü  Kə’bəyə  çevirərək  namaz 

qılmağa başladı. Bir az keçməmiş gözəl bir gənc oğlan da gəlib ona qoşularaq onun 

sağında durdu. Sonra çadraya bürünmüş bir qadın gəlib o iki nəfərin arxasında durdu. 

Beləliklə, üçü də namaz qılmağa başladı. 

Mən (bütpərəstliyin mərkəzi olan Məkkədə üç nəfərin ayrı dinə sitayiş etməsindən) 

çox  təəccübləndim.  Üzümü  Abbasa  tutub  dedim:  “Bu  çox  böyük  hadisədir!”  O  da 

mənə  dedi:  “Bu  üç  nəfəri  tanıyırsan?”  Dedim  ki

  xeyr.  Abbas  dedi:  “Birinci  gəlib 



hamıdan  qabaqda  duran  mənim  qardaşım  oğlu  Məhəmməd  ibn  Abdullahdır.  İkinci 

gələn başqa bir qardaşımın oğlu Əli ibn Əbutalibdir. Üçüncü gələn də, Məhəmmədin 

(səlləllahu  əleyhi  və  alih)  həyat  yoldaşıdır.  Məhəmməd  (səlləllahu  əleyhi  və  alih) 

iddia  edir  ki

  onun  dini  Allah-taala  tərəfindən  nazil  olub.  İndi  yer  üzündə  bu  üç 



nəfərdən başqa heç kim bu dinə qulluq etmir.»

15

 



Bu  hadisədən  çox  gözəl  mə’lum  olur  ki

  Peyğəmbərin  (səlləllahu  əleyhi  və  alih) 



də’vətini  əvvəllər  həyat  yoldaşı  Xədicədən  başqa  ancaq  Əli  (əleyhissəlam)  qəbul 

etmişdir. 



Peyğəmbərin (səlləllahu əleyhi və alih) hamisi və canişini 

İslam  peyğəmbəri  öz  də’vətini  üç  il  gizli  saxladı.  Ancaq  xüsusi  və  gizli  şəkildə 

də’vətini həyata keçirirdi. Kimdə qəbul hissi görürdüsə, onu da İslama də’vət edirdi. 

Üç  ildən  sonra  vəhy  mələyi  nazil  olub  bildirdi  ki

  Peyğəmbər  də’vətini  aşkara 



çıxartmalı və ilk növbədə öz qohum-əqrabasından başlamalıdır. 

Bu  barədə  Allah-taala  Qur’anda  belə  buyurmuşdur:  Və  ən  yaxın  qohumlarını 



qorxut!Sənə  tabe  olan  mö’minləri  qanadın  altına  al!  [Onlarla  yumşaq  davran



 



nəzakətlə rəftar et



 köməklərinə çat!] Əgər [yaxın qohumların] sənə qarşı çıxsalar



 

onlara belə de: «Şübhəsiz ki



 mən sizin əməllərinizdən uzağam



16

 

                                                      

12

 Əl-İstiab fi mə’rifətil əshab, c.3



 səh.28. və buna oxşar çoxlu sayda hədislər. 

13

 İbn Əbil Hədid, Şərhi Nəhcül-bəlağə, c.13



 səh.229. 

14

 Tarixül-üməm vəl-mülük, c.2



 səh.57. 

15

 Tarixül-üməm vəl-mülük, c.2



 səh.212. 

16

 “Şüəra” surəsi, ayə 214-216. 




Ümumi və aşkar də’vətin qohum-əqrəbadan başlanmasının səbəbi odur ki

 əgər bir 



nəfərin də’vətini onun öz qohum-əqrabası qəbul  etməsə

  onun  sözü  başqalarına  əsla 



tə’sir göstərməyəcəkdir. Çünki yaxın qohum-əqrəba onun pis və yaxşı cəhətlərinə çox 

gözəl  bələddirlər.  Bu  səbəbdən  onların  iman  gətirməsi

  peyğəmbəri  təsdiq  etməsi 



onun  doğruluğuna  sübut  hesab  olunur.  Əksinə

  qohum–əqraba  onun  də’vətini  qəbul 



etmədikdə  bu

  iddianın  düzgün  olmadığını  bildirir.  Buna  görə  də,  Peyğəmbər 



(səlləllahu əleyhi və alih) Əli əleyhissəlama tapşırdı ki

 Bəni–Haşim qəbiləsinin qırx 



beş  nəfər  böyük  şəxsiyyətlərini  nahara  qonaq  çağırıb  onlar  üçün  ət  yeməyi  bişirsin. 

Süfrəyə süd qoymağı da unutmasın. 

Qonaqlar  hamı  bir  nəfər  kimi  tə’yin  olunmuş  vaxtda  gəlib  çıxdılar.  Yemək 

yeyildikdən sonra Peyğəmbərin (səlləllahu əleyhi və alih) əmisi Əbu-Ləhəb öz yersiz 

söhbətlərilə məclisi bir-birinə vurub məclisin hazırlığını aradan apardı. Beləliklə də, 

məclis heç bir nəticə vermədən başa çatdı. Qonaqlar da durub hərə öz evinə getdi. 

Peyğəmbər (səlləllahu əleyhi və alih) qərara gəldi ki

 səhəri gün yenə qohumlarını 



nahara  də’vət  etsin  və  Əbu-Ləhəbdən  başqa  dünən  gələnlərin  hamısını  bir  daha  evə 

çağırsın.  Yenə  Əli  (əleyhissəlam)  qonaqlar  üçün  yemək  və  süd  hazırlayaraq 

qohumları nahara və peyğəmbərin söhbətinə qulaq asmaq üçün evə çağırdı. Qonaqlar 

yenə  də  tə’yin  olunmuş  vaxtda  gəlib  çıxdılar.  Yemək  yeyildikdən  sonra  Peyğəmbər 

(səlləllahu əleyhi və alih) söhbətə başlayaraq buyurdu: «Mənim öz qohumlarım üçün 

gətirdiyim şeydən yaxşı bir şey heç kim öz qohumları üçün gətirməyib. Mən sizin üçün 

dünya  və  Axirət  xeyrini  gətirmişəm.  Allahım  mənə  əmr  edib  ki



  sizi  tövhidə



 

təkallahlığa və öz nübüvvətimə də’vət edim. Bu işdə kim mənə kömək etməklə mənim 

qardaşım



 varisim və sizin aranızdakı nümayəndəm olar?» 

Peyğəmbər (səlləllahu əleyhi və alih) bunu deyib bir az sükut etdi. İstəyirdi görsün 

kim  onun  sualına  müsbət  cavab  verəcək.  Ancaq  bütün  məclisi  sükut  bürümüşdü. 

Hamı təəccüblü halda başını aşağı salıb fikirləşirdi. Bu zaman on dörd yaşlı

17

 Əli ibn 



Əbutalib  məclisin  sükutunu  pozaraq  ayağa  qalxdı

  üzünü  Peyğəmbərə  (səlləllahu 



əleyhi və alih) tutub buyurdu: «Ey Allahın Rəsulu! Mən bu işdə sənə kömək edərəm!» 

Bunu  deyib  peyğəmbərlə  bey’ət  etmək  üçün  (razılıq  əlaməti  olaraq)  əlini  ona  tərəf 

uzatdı.  Peyğəmbər  (səlləllahu  əleyhi  və  alih)  Əli  əleyhissəlama  əmr  etdi  ki

  yerində 



əyləşsin. 

İkinci dəfə Peyğəmbər (səlləllahu əleyhi və alih) öz sözlərini yenə təkrar etdi. Yenə 

də  Əli  (əleyhissəlam)  ayağa  qalxıb  bu  işə  hazır  olduğunu  bildirdi.Peyğəmbər 

(səlləllahu əleyhi və alih) ikinci dəfə də Əli əleyhissəlama oturmasını əmr etdi. 

Üçüncü dəfə də Əli əleyhissəlamdan başqa peyğəmbərə cavab verən olmadı. Təkcə 

Əli  (əleyhissəlam)  ayağa  qalxıb  Peyğəmbərin  (səlləllahu  əleyhi  və  alih)  müqəddəs 

fikrini  dəstəklədi.  Bu  vaxt  Peyğəmbər  (səlləllahu  əleyhi  və  alih)  əlini  Əli 

əleyhissəlamın əlinin üzərinə qoyaraq Bəni–Haşim qəbiləsinin böyükləri arasında Əli 

(əleyhissəlam)  barədə  öz  tarixi  cümləsini  buyurdu:  «Ey  mənim  qohum-əqrəbam!  Əli 

mənim qardaşım



 varisim və sizin aranızda xəlifəmdir (canişinimdir).»



18

 

Beləliklə



  sonuncu  peyğəmbərin  birinci  xəlifəsi  İslamın  əvvəllərində  və  çox  az 

insanın müsəlman olduğu bir dövrdə tə’yin olundu. 

Peyğəmbərin  (səlləllahu  əleyhi  və  alih)  öz  peyğəmbərliyini  Əli  əleyhissəlamın 

İmaməti  ilə  bir  gündə  qeyd  etməsi

  yə’ni



  Peyğəmbər  camaata  (qohum-əqrəbasına) 

                                                      

17

  Əli  (ə)-ın  müsəlman  olduğu,  həmçinin  Peyğəmbər  (s)-i  himayət  edəcəyini  e`lan  etdiyi  vaxt 



yaşının  neçə  olduğu  barədə  əlavə  mə`lumat  almaq  üçün  “Şər`i  Nəhcül-Bəlağə”,  c.  13,  səh.  234-235; 

“Rövzətül-kafi”, səh. 339-a müraciət edin. 

18

 Tarixül-üməm vəl-mülük, c.2



 səh.217; Əl-Kamilu fit-tarix, c.2

 səh.63; Şərhi-Nəhcül-bəlağə (İbn 



Əbil Hədid), c.13, səh.211. 


Yüklə 469,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə