ƏMİRƏl-mö’MİNİN ƏLİ İbn əbutaliB ƏleyhiSSƏlamin həyati



Yüklə 469,96 Kb.

səhifə4/14
tarix15.03.2018
ölçüsü469,96 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   14

«mən sizin peyğəmbərinizəm» buyurduğunu «Əli mənim canişinimdir» buyurduğu ilə 

birgə  qeyd  etməsi  İslam  dinində  İmamət  məqamının  nə  dərəcədə  yüksək  olduğunu 

sübut edir. Bundan mə’lum olur ki

 bu iki məqam (nübüvvət və İmamət məqamı) bir-



birindən ayrı deyil və İmamət məqamı nübüvvətin təkmil edicisidir. 

Böyük bir şücaət 

Be’sətin  on  üçüncü  ili  zilhiccə  ayının  on  üçündə  peyğəmbərlə  Yəsrib  (Mədinə) 

şəhərinin sakinləri arasında ikinci Əqəbə peymanı bağlanır. Mədinəlilər peyğəmbərin 

Yəsribə  gəlməsini  istəyərək  bildirdilər  ki

  onlar  peyğəmbəri  himayə  və  müdafiə 



edəcəklər.  Həmən  günün  səhərindən  e’tibarən  Məkkə  müsəlmanları  yavaş-yavaş 

Yəsribə köçməyə başladılar. Bundan xəbər tutan müşriklər bildilər ki

 İslam dini üçün 



yeni mərkəz qurulur və bu onlar üçün böyük bir təhlükə yaradır. Onlar qorxurdular ki

 



Peyğəmbər  Yəsribə  köçdükdən  sonra  çəkdiyi  əzab-əziyyətlərin

  müşriklərin  ona  və 



müsəlmanlara qarşı göstərdiyi təzyiqlərin intiqamını almaq fikrinə düşüb müşriklərlə 

müharibəyə  başlayacaq.  Əgər  müharibə  etmək  fikri  də  olmasa,  Qüreyş  tayfasının 

(Məkkənin)  Yəsrib  şəhərinin  kənarından  keçdiyi  Şam  (indiki  Dəməşq)  şəhəri  ilə 

Məkkəni birləşdirən ticarət yolunun qarşısını kəsəcək. Bu təhlükənin qarşısını almaq 

üçün  be’sətin  on  dördüncü  ili  səfər  ayının  sonunda  «Darun-nədvə»də  –  Məkkənin 

şura  yığıncağında  yığışıb  təkliflər  irəli  sürdülər.  Bə’ziləri  belə  təklif  verdilər  ki

 

Məhəmmədi (səlləllahu əleyhi və alih) ya sürgün etsinlər



 ya da həbsə alsınlar. Ancaq 

bu təklif hamı tərəfindən qəbul olunmadı. Çox götür-qoy etdikdən sonra nəhayət belə 

qərara  gəldilər  ki

  peyğəmbəri  öldürsünlər.  Ancaq  onu  öldürmək  heç  də  asan  iş 



deyildi.  Çünki  əgər  onu  öldürsələr,  Bəni–Haşim  sakit  oturmayıb  ayağa  qalxacaq  və 

qatildən qisas tələb edəcəkdi. Nəhayət belə planlaşdırdılar ki

 hər qəbilədən bir nəfər 



(gənc) yığışıb gecə vaxtı Məhəmmədi (səlləllahu əleyhi və alih) yuxuda olarkən qətlə 

yetirsinlər.  Belə  olduqda  qatil  təkcə  bir  nəfər  olmayacaq  və  Bəni-Haşim  qisas  tələb 

edə  bilməyəcək.  Çünki  Məhəmmədin  (səlləllahu  əleyhi  və  alih)  qətlində  hər  bir 

qəbilənin nümayəndəsi var və onlar bütün qəbilələrlə vuruşa bilməzlər. Çarəsiz qalıb 

Məhəmmədin  (səlləllahu  əleyhi  və  alih)  qan  bahasını  (qan  pulunu)  almaqla 

kifayətlənəcəklər. Beləliklə də, hər şey bitəcək. 

Bu planı həyata keçirmək üçün müşriklər rəbiül-əvvəl ayının birinci gecəsini tə’yin 

etdilər. 

Allah-taala  Qur’anda  müşriklərin  irəli  sürdükləri  hər  üç  təklifi  açıqlayaraq 

buyurmuşdur: «[Ya Məhəmməd!] Yadına sal ki



 bir zaman kafirlər səni həbs etmək 

və ya öldürmək



 yaxud da [Məkkədən] çıxarıb qovmaq üçün [Darun-nədvədə] sənə 



qarşı  hiylə  qururdular.  Allah  onların  da  [bu  hiyləsinə  qarşı]  tədbir  tökdü.  Allah 

tədbir tökənlərin ən yaxşısıdır

19

 

Müşriklərin bu pis təklifindən sonra vəhy mələyi nazil olub Peyğəmbəri (səlləllahu 

əleyhi və alih) bu işdən xəbərdar etdi və bildirdi ki

 Peyğəmbər (səlləllahu əleyhi və 



alih) (doğma vətəni olan) Məkkəni tərk edib

 Yəsribə getməlidir. 



Burada Peyğəmbər (səlləllahu əleyhi və alih) Məkkədən çıxmaq üçün «iz itirmək» 

taktikasından  istifadə  etməli  idi.  Buna  görə  də,  canından  keçmiş  şücaətli

  ürəkli  bir 



nəfər  lazım  idi  ki

  gecəni  peyğəmbərin  yatağında  yatsın.  Beləliklə,  evi  mühasirəyə 



almış müşriklər yatan şəxsin Məhəmməd (səlləllahu əleyhi və alih) olduğunu güman 

edib bütün nəzərlərini evə cəlb etsinlər və yollara nəzarət etmək fikrindən daşınsınlar. 

Belə bir şəxs Əli əleyhissəlamdan başqa kim ola bilərdi? 

                                                      

19

 “Ənfal” surəsi, ayə 30. 




Bu  səbəbdən  Peyğəmbər  (səlləllahu  əleyhi  və  alih)  Əli  əleyhissəlamı  müşriklərin 

qurduğu hiylədən agah edib ona dedi ki

 bu gecə o



 peyğəmbərin  yerində  yatmalı və 

Peyğəmbərin  yatarkən  üstünə  örtdüyü  yaşıl  parçanı  üstünə  çəkib  kafirlərin  fikrini 

özünə cəlb etməlidir. (Bu yolla onlar məni tə’qib edə bilməyəcəklər.) 

Əli (əleyhissəlam) peyğəmbərin dediyi kimi də etdi. 

Müşriklər gecə olan kimi Peyğəmbərin (səlləllahu əleyhi və alih) evini mühasirəyə 

aldılar.  Səhərə  yaxın  əllərində  qılınc  Peyğəmbərin  (səlləllahu  əleyhi  və  alih)  evinə 

tökülüşdülər.  Bu  vaxt  Əli  (əleyhissəlam)  yataqdan  qalxdı.  Səhərə  qədər  planlarını 

dəqiqliklə və yüz faiz həyata keçdiyini güman edən müşriklər yataqda olan şəxsin Əli 

(əleyhissəlam)  olduğunu  gördükdə,  bərk  qəzəblənərək  Əli  əleyhissəlamdan 

soruşdular:  “Məhəmməd  (səlləllahu  əleyhi  və  alih)  hardadır?”  Əli  (əleyhissəlam) 

onların  cavabında  buyurdu:  “Məgər  Məhəmmədi  (səlləllahu  əleyhi  və  alih)  mənə 

tapşırmışdınız  ki

  indi  də  məndən  istəyirsiniz?  Siz  elə  iş  gördünüz  ki



  o  evini  atıb 

getməli  oldu.”  Vəziyyəti  belə  görən  müşriklər  Əli  əleyhissəlamı  tutub  (Təbərinin 

dediyinə  görə)  ona  əziyyət  verməyə  başladılar.  Onu  Məscidül-hərama  aparıb  bir  az 

saxladıqdan  sonra  buraxdılar.  Sonra  Peyğəmbəri  (səlləllahu  əleyhi  və  alih)  tutmaq 

məqsədilə Yəsribə tərəf hərəkət etdilər. 

Bu zaman Peyğəmbər (səlləllahu əleyhi və alih) Sur mağarasında gizlənmişdi.

20

 



Qur’ani-Məcid  Əli  əleyhissəlamın  fədakarlığını  əbədi  tarixə  yazaraq  bir  ayədə  bu 

məsələyə  toxunmuş  və  Əli  əleyhissəlamı  canını  Allah-taala  yolunda  fəda  edən  şəxs 

kimi  qələmə  vermişdir:  «İnsanlardan  eləsi  də  var  ki



  Allah-taalanın  razılığını 



qazanmaq  yolunda  [Allah  Rizası  üçün]  öz  canını  fəda  edər.  Allah-taala  Öz 

bəndələrinə qarşı çox mehribandır.» (“Bəqərə” surəsi, ayə 207) 

Təfsirçilər  deyirlər:  «Bu  ayə  Əli  əleyhissəlamın  böyük  fədakarlığı

  Peyğəmbərin 



(səlləllahu  əleyhi  və  alih)  yatağında  yatması  barədə  nazil  olmuşdur”.  (O  gecə  İslam 

tarixində «Leylətül-məbit» adı ilə məşhur olmuşdur.)  

Əli əleyhissəlamın özü də Ömərin əmrilə xəlifə tə’yin etmək üçün təşkil olunmuş 

altı  nəfərlik  şurada  bu  məsələyə  toxunaraq  şura  üzvlərinə  meydan  oxumuş  və 

buyurmuşdur: «Sizi and verirəm Allaha



  deyin  görüm  o  təhlükəli  gecədə  Peyğəmbər 



Sur  mağarasına  gedərkən  kim  onun  yerində  yatıb  özünü  Peyğəmbərə  (səlləllahu 

əleyhi və alih) qalxan etdi?» 

Hamı «Səndən başqa heç kim» deyə cavab verdilər.

21

 

3. Hicrətdən Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatınadək 



Əli (əleyhissəlam) Peyğəmbərin qardaşı 

İslami  qardaşlıq  və  qardaşlıq  siğəsi  İslam  dininin  ictimai  qanunlarındandır. 

Peyğəmbər (səlləllahu əleyhi və alih) müxtəlif yollarla bu əlaqəni (qardaşlıq əlaqəsini) 

yaratmaq və onu  genişləndirmək üçün çox sə’ylər etmişdir. O cümlədən

 Peyğəmbər 



(səlləllahu  əleyhi  və  alih)  Yəsribə

22

  gəldikdən  sonra  mühacirlər  (hicrət  etmiş 



müsəlmanlar)  və  ənsar  (Peyğəmbərin  Mədinədəki  silahdaşları)  arasında  qardaşlıq 

əlaqəsi  yaratmaq  fikrinə  düşdü.  Buna  görə  də,  bir  gün  müsəlmanlar  arasında  ayağa 

qalxıb buyurdu: «Allah xatirinə bir-birinizlə iki-iki (bir mühacirlə bir ənsar) qardaş 

                                                      

20

 İbn Hişam, Sirətun-nəbəviyyə, c.2



 səh.124-128. 

21

 Əl-Xisal, c.2



 səh.560; Ehticaci-Təbərsi, c.1

 səh.75. 



22

  Yəsrib  şəhəri  Peyğəmbərin  (səlləllahu  əleyhi  və  alih)  hicrətindən  sonra  «Mədinətur-rəsul» 

adlandırıldı.  Mə’nası  Peyğəmbər  şəhəri  deməkdir.  Sonralar  qısa  olaraq  Mədinə  adı  ilə  məşhur 

oldu.(Mütərcimdən) 






Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə