ƏMİRƏl-mö’MİNİN ƏLİ İbn əbutaliB ƏleyhiSSƏlamin həyati



Yüklə 469,96 Kb.
Pdf görüntüsü
səhifə5/14
tarix15.03.2018
ölçüsü469,96 Kb.
#32087
1   2   3   4   5   6   7   8   9   ...   14

olun.»  Bundan  sonra  müsəlmanlar  iki-iki  qardaş  oldu  və  beləliklə,  onlar  arasında 

mehribançılıq daha da artdı. 

Bu  qardaşlıq  əlaqəsi  qardaş  olmaq  istəyən  iki  nəfərin  imanı  və  fəzilətinin  bir-biri 

ilə  münasib  gəlməsi  şərtilə  icra  olunurdu.  Bunu  bir-birilə  qardaş  olanların 

vəziyyətindən də müşahidə etmək olar. 

Müsəlmanlar  bir-biri  ilə  qardaş  olduqdan  sonra  Əli  (əleyhissəlam)  tək  qaldı. 

Yaşarmış  gözlərlə  Peyğəmbərin  (səlləllahu  əleyhi  və  alih)  hüzuruna  gəlib  buyurdu: 

«Məni  heç  kimlə  qardaş  etmədin.»  Peyğəmbər  (səlləllahu  əleyhi  və  alih)  buyurdu: 

«Sən  hər  iki  dünyada  mənim  qardaşımsan!

23

  Sonra  özü  ilə  Əli  (əleyhissəlam) 

arasında qardaşlıq siğəsi oxudu.

24

 

Bu  məsələ  Əli  əleyhissəlamın  fəzilət  və  əzəmətinin  nə  dərəcədə  olduğunu 



göstərməklə yanaşı, həm də Əli əleyhissəlamın peyğəmbərə nə qədər yaxın olduğunu 

göstərir. 



Əli (əleyhissəlam) döyüş meydanlarında 

Əli  əleyhissəlamın  həyatı  Peyğəmbərin  (səlləllahu  əleyhi  və  alih)  hicrətindən  o 

Həzrətin  vəfatına  qədər  çoxlu  hadisələrlə

  xüsusən  döyüş  meydanlarında  göstərdiyi 



hünər və şücaətlərlə doludur. 

Peyğəmbər (səlləllahu əleyhi və alih) Mədinəyə hicrət etdikdən sonra müşriklər və 

yəhudilərlə  bir  çox  müharibələr  aparmışdır.  Bu  müharibələrin  iyirmi  yeddisinə 

(böyüklü-kiçikli) peyğəmbərin özü komandanlıq etmiş və iyirmi yeddi döyüşün iyirmi 

altısında  Əli  (əleyhissəlam)  iştirak  etmişdir.  Təkcə  Təbuk  döyüşündə  Əli 

(əleyhissəlam)  iştirak  etməmişdir.  Onda  da  Peyğəmbərin  (səlləllahu  əleyhi  və  alih) 

əmrilə  Mədinədə  qalmışdır.  Çünki  münafiqlər  peyğəmbərin  olmamasından  istifadə 

edib Mədinədə çevriliş edə bilərdilər. Buna görə də, Peyğəmbər (səlləllahu əleyhi və 

alih)  Əli  əleyhissəlamı  Mədinədə  saxlamışdı  ki

  münafiqlərin  çevrilişinin  qarşısını 



alsın. 

Bu  müharibələrin  hamısı  haqqında  danışmaq  bu  kitabın  tutumundan  xaric  olduğu 

üçün  təkcə  Əli  əleyhissəlamın  Peyğəmbər  dövründəki  dörd  əsas  müharibədə 

göstərdiyi hünər və şücaətlərdən söhbət edəcəyik. 



1) Əli (əleyhissəlam) Bədr döyüşündə 

Hamıya mə’lumdur ki

 Bədr döyüşü müsəlmanlarla müşriklər arasında baş vermiş 



ilk  döyüşdür.  Bu  döyüş  ilk  döyüş  olduğundan  iki  tərəf  arasında  bir  imtahan  rolunu 

oynayırdı və bu döyüşdə hər hansı tərəfin qalib gəlməsi çox mühüm idi. 

Bədr  döyüşü  hicrətin  ikinci  ilində  baş  vermişdir.  Hicrətin  ikinci  ili  Peyğəmbərə 

(səlləllahu  əleyhi  və  alih)  xəbər  çatır  ki

  Qüreyşin  ticarət  karvanı  İslamın  köhnə 



düşməni olan Əbu Süfyanın başçılığı ilə Şamdan Məkkəyə qayıtmaq istəyir. Əvvəldə 

dediyimiz kimi Şama gedən ticarət yolu Mədinənin kənarından keçirdi. 

Peyğəmbər (səlləllahu əleyhi və alih) mühacir və ənsardan təşkil olunmuş üç yüz 

on  üç  nəfərlik  bir  ordu  götürüb  Qüreyşin  karvanını  ələ  keçirtmək  məqsədilə  Bədr 

məntəqəsinə yola düşdü. 

Peyğəmbərin  (səlləllahu  əleyhi  və  alih)  bu  hərəkətdən  məqsədi  müşriklərə  əsas 

ticarət yolunun müsəlmanların əlində olduğunu çatdırmaq idi. Əgər müşriklər İslamı 

yaymaqda  müsəlmanlara  mane  olmaqla  onları  rahat  buraxmasalar

  müsəlmanlar  da 



onların əsas ticarət yolunu kəsəcəklər. 

                                                      

23

 Əl-Mustədrəku ələs-səhihəyn, c.3



 səh.35. 

24

 Əl-İstiabu fi mə’rifətil-əshab, c.3



 səh.35. 




Müsəlmanların  hərəkətindən  xəbər  tutan  Əbu  Süfyan  karvanın  yolunu  dəyişib 

Qırmızı  dənizin  kənarı  ilə  hərəkət  edərək  Mədinədən  uzaqlaşdı.  Bir  nümayəndə 

göndərib  müşrikləri  vəziyyətdən  xəbərdar  edərək  Məkkə  əhlindən  müsəlmanlarla 

vuruşmaq üçün kömək istədi. 

Əbu  Süfyanın  başçılığı  ilə  doqquz  yüz  əlli  nəfərdən  min  nəfərə  qədər  cəngavər 

müşrik  Mədinəyə  tərəf  yola  düşdü.  Ramazan  ayının  (hicrətin  ikinci  ilində)  on 

yeddisində  müsəlmanlarla  müşriklər  Bədr  quyuları  kənarında  üz-üzə  gəldilər. 

Müşriklər sayca üç dəfə müsəlmanlardan artıq idilər. 

Döyüş başlayanda Qüreyşin ən güclü qəhrəmanlarından üçü–Ütbə (Əbu Süfyanın 

qaynatası

  Hindənin  atası)



  Şeybə  (Ütbənin  böyük  qardaşı)  və  Vəlid  (Ütbənin  oğlu) 

meydana çıxıb döyüşçü tələb etdilər. Bu zaman ənsardan üç nəfər irəli çıxıb özlərini 

tanıtdıraraq  onlarla  vuruşmaq  istədilər.  Qüreyş  pəhləvanları  onlarla  vuruşmağa  razı 

olmayıb qışqırdılar: “Ey Məhəmməd! Bizimlə vuruşmağa öz qohumlarımızdan

 bizim 



şə’nimizə layiq olan adamlardan göndər!” 

Bu  zaman  Peyğəmbər  (səlləllahu  əleyhi  və  alih)  Übeydə  ibn  Haris  ibn  Əbdül 

Müttəlibə

  Həmzə  ibn  Əbdül  Müttəlibə  və  Əli  ibn  Əbutalibə  əmr  etdi  ki



  meydana 

çıxıb  o  üç  nəfərlə  vuruşsunlar.  Onlar  meydanın  ortasına  gəlib  özlərini  tanıtdırdılar. 

Müşriklər  (Ütbə

  Şeybə  və  Vəlid)  onların  üçünü  də  qəbul  edib  dedilər:  “Bəli



  siz 


bizim  şə’nimizə  layiqsiniz”.  Beləliklə,  Həmzə  Şeybə  ilə

  Übeydə  Ütbə  ilə  və 



döyüşçülərin  ən  cavanı  olan  Əli  (əleyhissəlam)  Müaviyənin  dayısı  (Əbu  Süfyanın 

qaynı


  Hindənin  qardaşı  və  Ütbənin  oğlu)  Vəlidlə  vuruşmalı  oldu.  Təkbətək  döyüş 

başlandı. Əli və Həmzə tez bir zamanda öz rəqiblərini öldürdülər. Ancaq Übeydə ilə 

Ütbə  hələ  də  vuruşurdular.  Heç  biri  digərini  məğlub  edə  bilmirdi.  Buna  görə  də, 

rəqiblərini öldürmüş Əli (əleyhissəlam) ilə Həmzə Übeydənin köməyinə çatıb Ütbəni 

də öldürdülər.

25

 

Əli (əleyhissəlam) (xəlifə olduğu dövrdə və Müaviyənin ona düşmən kəsildiyi bir 



vaxtda)  Müaviyəyə  yazdığı  məktubların  birində  bu  hadisəyə  işarə  edərək  buyurur: 

«Bədr  döyüşündə  baban  Ütbəni



  dayın  Vəlidi  və  qardaşın  Hənzələni  öldürdüyüm 



qılınc indi də məndədir.»

26

 

İslamın  üç  böyük  qəhrəmanlarının  təkbətək  döyüşdə  qalib  gəlmələri  müşriklərin 



ordu başçılarının ruhiyyəsini tamamilə zəiflətdi. Bundan sonra ümumi döyüş başlandı. 

Ancaq bunun da bir xeyri olmadı. Müşriklər məğlub oldu və yetmiş nəfər əsir düşdü... 

Bu  döyüşdə  ölən  müşriklərin  yarıdan  çoxu  Əli  əleyhissəlamın  qılıncı  ilə  qətlə 

yetirildi. 

Mərhum  Şeyx  Müfid  Bədr  döyüşündə  ölənlərin  otuz  altısının  Əli  (əleyhissəlam) 

tərəfindən öldürüldüyünü qeyd etmiş və onların hamısının adını çəkmişdir. O yazır ki

 

«şiə  və  sünni  hədis  söyləyənləri  hamı  yekdilliklə  qeyd  etmişlər  ki



  bunları  (otuz  altı 

nəfəri) Əli (əleyhissəlam) təkbaşına öldürmüşdür. Yalnız bir neçə nəfərin qatili barədə 

mübahisə  var.  Bir  neçə  nəfərin  qətlində  isə  Əli  (əleyhissəlam)  başqaları  ilə  şərik 

olmuşdur.»

27

 



2) Əlİ əleyhİssəlamın Ühüd döyüşündəkİ mİsİlsİz şücaətİ 

Qüreyş  müşriklərinin  ruhiyyəsi  Bədr  döyüşündəki  məğlubiyyət  nəticəsində  çox 

zəiflədi.  Buna  görə  də,  onlar  qərara  aldılar  ki

  bu  məğlubiyyətin  əvəzini  çıxmaq  və 



ölənlərin intiqamını almaq üçün sayca çoxlu və qüvvətli bir ordu ilə Mədinəyə hücum 

etsinlər. 

                                                      

25

 Əs-sirətün-nəbəviyyə, c.2



 səh.277; Əl-Kamilu fit-tarix, c.2

 səh.125. 



26

 Nəhcül-bəlağə, 64-cü məktub. 

27

 Əl-İrşad, səh.29. 




Yüklə 469,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə