ƏMİRƏl-mö’MİNİN ƏLİ İbn əbutaliB ƏleyhiSSƏlamin həyati



Yüklə 469,96 Kb.
Pdf görüntüsü
səhifə6/14
tarix15.03.2018
ölçüsü469,96 Kb.
#32087
1   2   3   4   5   6   7   8   9   ...   14

Peyğəmbərin  (səlləllahu  əleyhi  və  alih)  kəşfiyyat  dəstəsi  Qüreyşin  bu  fikrini 

Peyğəmbərə (səlləllahu əleyhi və alih) çatdırdı. Peyğəmbər (səlləllahu əleyhi və alih) 

nizami  bir  şura  təşkil  etdi.  Şuradakıların  bir  çoxu  belə  bir  təklif  irəli  sürdülər  ki

 



müsəlmanlar müşriklərlə vuruşmaq üçün Mədinədən kənara çıxmalıdırlar. 

Peyğəmbər  (səlləllahu  əleyhi  və  alih)  min  nəfərlik  ordu  ilə  Mədinənin  şimalında 

yerləşən  Ühüd  dağına  tərəf  hərəkət  etdi.  Yolun  yarısında  İslam  ordusundan  məşhur 

münafiq  Abdullah  ibn  Übeyyin  üç  yüz  tərəfdarı  onun  sözü  ilə  Mədinəyə  qayıtdı. 

Beləliklə

  İslam  ordusunda  cəmi  yeddi  yüz  nəfər  döyüşçü  qaldı.  Hicrətin  üçüncü  ili 



şəvval ayının  yeddisi səhər çağı iki qoşun Ühüd dağının ətəyində bir-biri ilə üz-üzə 

gəldi. 


Peyğəmbər (səlləllahu əleyhi və alih) döyüş başlamazdan qabaq bütün məntəqəni 

nəzərdən  keçirtdi.  Peyğəmbərin  nəzərini  dağın  başında  olan  yol  özünə  cəlb  etdi. 

Peyğəmbər  (səlləllahu  əleyhi  və  alih)  fikirləşdi  ki

  kafirlər  döyüşün  qızğın  vaxtında 



oradan  keçib  müsəlmanlara  arxadan  zərbə  endirə  bilərlər.  Bu  təhlükənin  qarşısını 

almaq  məqsədilə,  Peyğəmbər  (səlləllahu  əleyhi  və  alih)  Abdullah  ibn  Cübeyr  adlı 

şəxsi  əlli  nəfər  oxatanla  həmin  yolu  nəzarət  altına  almağa  göndərdi.  Peyğəmbər 

(səlləllahu əleyhi və alih) ona dönə-dönə tapşırdı ki

 əsla oranı boş qoymamalı, hətta 



müsəlmanlar qalib gəldiyi halda da, oradan uzaqlaşmasınlar. 

Digər  tərəfdən  o  vaxtın döyüşlərində  bayraqdar  (bayrağı  əlində  tutan)  çox  böyük 

əhəmiyyət daşıyırdı. Buna görə də, bayraq həmişə şücaətli və qüvvətli şəxsə verilirdi. 

Bayraqdarın  ayaq  üstə  olması  və  bayrağın  daima  uca  qalması  döyüşçülərin 

ruhiyyəsini  artırırdı.  Eləcə  də  əksinə

  bayraqdarın  ölməsi  və  bayrağın  yerə  düşməsi 



döyüşçülərin ruhiyyəsini zəiflədirdi. Buna görə də, döyüşçülərin ruhiyyəsini artırmaq 

üçün  döyüşdən  qabaq  neçə  nəfər  bayraqdar  tə’yin  olunurdu.  (Əgər  biri  öldü  o  biri 

bayrağı tutardı. Əgər o da ölsə, üçüncü

 dördüncü... şəxs bayrağı tutardı.) 



Ühüd  döyüşündə  Qüreyş  bu  qaydaya  əməl  edib  ən  şücaətli  tayfa  olan  «Bəni–

Əbdüddar»  qəbiləsindən  bir  neçə  bayraqdar  tə’yin  etdi.  Ancaq  döyüş  başlanan  kimi 

onların  bayraqdarları  bir-birinin  ardınca  Əli  əleyhissəlamın  qılıncı  ilə  həlak  olurdu. 

Beləliklə də, müşriklərin bayrağı yerə düşür və qoşun qaçmağa üz tuturdu. 

İmam Sadiq (əleyhissəlam) bu barədə buyurmuşdur: «Ühüd döyüşündə müşriklərin 

doqquz  bayraqdarı  olmuş  və  onların  doqquzu  da  Əli  əleyhissəlamın  qılıncı  ilə  qətlə 

yetirilmişdir.»

28

 



Həmçinin ibn Əsir yazır:«Qüreyşin bayraqdarlarını həlak edən Əli (əleyhissəlam) 

idi.»


29

 

Mərhum Şeyx Səduq rəvayət edir ki



 Əli (əleyhissəlam) Ömərin ölümündən sonra 

xəlifə  tə’yin  etmək  üçün  təşkil  olunmuş  altı  nəfərlik  şurada  öz  rəqiblərinə  meydan 

oxuyaraq bu məsələyə toxunub buyurmuşdur: «Sizi and verirəm Allaha



 deyin görüm, 

burada  (bu  altı  nəfərin  arasında)  Ühüd  döyüşündə  Bəni–Əbdüddar  qəbiləsinin 

doqquz  nəfər  bayraqdarını  məndən  başqa  öldürən  varmı?»  Daha  sonra  İmam 

(əleyhissəlam)  əlavə  edib buyurdu: «Bu doqquz  nəfər bayraqdarın  ölümündən  sonra 



Bəni–Əbdüddar  qəbiləsinin  iri  bədənli  Sə’vəb  adlı  nökəri  meydana  çıxdı



  ağzı 



köpüklənmiş



 gözləri qanla dolmuş halda deyirdi  ki



 ağalarımın qisasını almaq üçün 

Məhəmməddən  (səlləllahu  əleyhi  və  alih)  başqa  heç  kimi  öldürməyəcəyəm.  Siz  onu 

görcək qorxub hərəniz bir kənara çəkildiniz. Ancaq mən onun döyüşünə getdim. Bizim 

aramızda iki tərəfli vuruş oldu. Mən ona



 o da mənə zərbələr endirirdi. Nəhayət



 mən 

ona elə bir zərbə endirdim ki



 o



 kəmərdən aşağı iki hissəyə bölündü.» 

Şura üzvləri hamı yekdilliklə Əli əleyhissəlamın dediklərini təsdiqlədilər.

30

 

                                                      



28

 Əl-İrşad, səh.47. 

29

 Əl-Kamilu fit-tarix (İbn Əsir), c.2



 səh.154. 




Qüreyş  ordusu  zəiflədi

  bayraqdarları  bir-birinin  ardınca  yerə  sərildilər.  Dağın 



başındakı  yolu  qoruyan  oxatanlar  bunu  görüb  qənimət  ələ  keçirtmək  üçün  yerlərini 

boşaldıb  aşağı  enmək  istədilər.  Onların  başçısı  Abdullah  Peyğəmbərin  (səlləllahu 

əleyhi  və  alih)  tapşırığını  bir  daha  onlara  xatırlatdı.  Ancaq  onlar  Abdullahın  sözünə 

heç bir məhəl qoymayıb qırx nəfərdən çox oxatan qənimət ələ keçirtmək üçün dağdan 

aşağı endi. Abdullah isə on nəfərdən az oxatanla dağın başında qaldı. 

Bu  hadisəni  müşahidə  edən  Xalid  ibn  Vəlid  müsəlmanların  dağın  başındakı  yolu 

gözdən buraxdıqlarını dərhal görüb bir dəstə ilə ora hücum edərək orada qalan beş-on 

nəfər oxatanı öldürdü və arxadan müsəlmanlara hücum etdi. Bunu görən Əmrə binti 

Əlqəmə  adlı  Qüreyşin  müşrik  qadınlarından  biri  Qüreyşin  ayaq  altına  düşmüş 

bayrağını qaldıraraq döyüşçülərin ruhiyyəsini artırdı. Bundan sonra döyüşün gedişatı 

tamamilə dəyişdi. Müsəlmanların nizami sıraları bir-birinə dəydi. Səflər bir-birindən 

ayrıldı.  Döyşçülərin  baş  komandanla  əlaqəsi  kəsildi.  Beləliklə

  müsəlmanlar 



məğlubiyyətə  uğradılar.  İslam  mücahidlərinin  təxminən  yetmiş  nəfəri

  o  cümlədən 



Həmzə  ibn  Əbdül  Müttəlib  (Peyğəmbərin  (səlləllahu  əleyhi  və  alih)  əziz  əmisi)  və 

İslam ordusunun bayraqdarlarından biri Müs’əb ibn Ümeyr şəhid oldular. 

Digər  tərəfdən  döyüş  meydanında  müşriklər  Peyğəmbərin  (səlləllahu  əleyhi  və 

alih)  öldürülməsi  şayiəsini  yaymaqla  müsəlmanların  bir  çoxunun  ruhiyyəsini 

zəiflətdilər.  Bir  tərəfdən  Peyğəmbərin  (səlləllahu  əleyhi  və  alih)  ölüm  şayiəsi

  digər 



tərəfdən isə müşriklərin yenidən hücuma keçməsi müsəlmanların əksəriyyətinin döyüş 

meydanından  qaçmasına  səbəb  oldu.  Döyüş  meydanında  Peyğəmbərin  (səlləllahu 

əleyhi  və  alih)  kənarında  tək-tük  adam  qalmışdı.  İslamın  həssas  və  böhranlı  anları 

gəlib çatmışdı. 

Burada  Həzrət  Əli  əleyhissəlamın  rolu  mə’lum  oldu.  Çünki  Əli  (əleyhissəlam) 

misilsiz şücaət və rəşadətlə Peyğəmbərin (səlləllahu əleyhi və alih) kənarında vuruşur 

və  İslamın  müqəddəs  və  ulu  rəhbəri  Həzrət  Məhəmmədi  (səlləllahu  əleyhi  və  alih) 

müşriklərin amansız və ardıcıl hücumlarından qoruyurdu. 

İbn Əsir öz kitabında  yazır:  «Peyğəmbər (səlləllahu əleyhi və alih) hücum etmək 

məqsədində olan bir dəstə müşriki görüb Əli əleyhissəlama əmr etdi ki

 onlara hücum 



etsin. Əli (əleyhissəlam) Peyğəmbərin (səlləllahu əleyhi və alih) əmrilə onlara hücum 

edərək bir neçəsini öldürməklə onları bir-birindən ayırdı. Sonra Peyğəmbər (səlləllahu 

əleyhi və alih) başqa bir dəstə görüb yenə Əli əleyhissəlama onlara hücum etməyi əmr 

etdi. Əli (əleyhissəlam) da onların bir neçəsini öldürərək onları bir-birinin ətrafından 

dağıtdı. Bu zaman vəhy mələyi Peyğəmbərə (səlləllahu əleyhi və alih) nazil olub dedi: 

“Əli (əleyhissəlam) son dərəcə şücaət göstərir.” Peyğəmbər (səlləllahu əleyhi və alih) 

ona  buyurdu:  “O  məndən



  mən  də  ondanam.”  Bu  vaxt  göydən  belə  bir  səs  eşidildi: 

«La seyfə illa Zulfiqar və la fəta illa Əli.» (Zülfiqardan başqa heç bir qılınc və Əlidən 

başqa heç bir cavan yoxdur.)

31

 » 


İbn  Əbil  Hədid  yazır:  «Elə  ki

  Peyğəmbərin  (səlləllahu  əleyhi  və  alih) 



səhabələrinin  çoxu  qaçmağa  başladı

  müşriklər  peyğəmbərə  hücumlarını  artırdılar. 



Bəni–Kənanə qəbiləsindən bir dəstə

 Bəni–Əbd Mənat dəstəsindən də digər bir dəstə 



Peyğəmbərə (səlləllahu əleyhi və alih) tərəf hücum etdilər. Onların arasında dörd adlı-

sanlı pəhləvan gözə dəyirdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlama 

əmr etdi ki

 bunların hücumunun qarşısını alsın. Əli (əleyhissəlam) piyada vuruşurdu. 



Əlli nəfərdən ibarət olan bu dəstəyə hücum edib onları bir-birindən ayırdı. Onlar bir 

neçə  dəfə  birləşib  Peyğəmbərə  (səlləllahu  əleyhi  və  alih)  hücum  etmək  istəsələr  də, 

ancaq Əli əleyhissəlamın müqavimətini qıra bilmədilər. Bu hücumlarda yuxarıda qeyd 

                                                                                                                                                        

30

 Əl–Xisal, səh.560. 



31

 Əl-Kamilu fit-tarix, c.2

 səh.154. 




Yüklə 469,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə