ƏMİRƏl-mö’MİNİN ƏLİ İbn əbutaliB ƏleyhiSSƏlamin həyati



Yüklə 469,96 Kb.
Pdf görüntüsü
səhifə7/14
tarix15.03.2018
ölçüsü469,96 Kb.
#32087
1   2   3   4   5   6   7   8   9   10   ...   14

etdiyimiz  dörd  pəhləvan  və  tarixdə  adları  mə’lum  olmayan  digər  on  nəfər  Əli 

əleyhissəlamın qılıncı ilə yerə sərildilər. 

Cəbrail Peyğəmbərə dedi: “Əli (əleyhissəlam) doğrudan da sənə çox kömək edir. 

Mələklər bu cavanın sənə etdiyi köməkdən (göstərdiyi şücaətdən) heyran qalmışlar.” 

Peyğəmbər (səlləllahu əleyhi və alih) Cəbrailə buyurdu: “Nəyə görə də belə olmasın? 



O  məndən



  mən  də  ondanam.”  Cəbrail  dedi:  “Mən  də  sizdənəm.”  Həmin  gün 

asimandan  belə  bir  səs  eşidilirdi:  «La  seyfə  illa  Zulfiqar  və  la  fəta  illa  Əli.» 

(Zülfiqardan başqa heç bir qılınc və Əli əleyhissəlamdan başqa heç bir cavan yoxdur.) 

Bu  cümlə  dəfələrlə  təkrar  edilirdi.  Səs  eşidilir

  ancaq  deyən  görünmürdü. 



Peyğəmbərdən  (səlləllahu  əleyhi  və  alih)  soruşdular  ki

  bunu  deyən  kimdir?  Cavab 



verdi ki

 Cəbrail.



32

 

3) Əlİ (əleyhİssəlam) «Əhzab» (Xəndək) döyüşündə 

Əhzab

33

  döyüşü  adından  da  mə’lum  olduğu  kimi  İslamın  müxtəlif  düşmənlərinin 



əl-ələ verib təzəcə çiçəklənmiş İslamı aradan aparmaq istədikləri döyüşdür. 

Bə’zi tarixçilər bu döyüşdə iştirak edən kafirlərin sayının on mindən çox olduğunu 

bildirmişlər. İslam ordusu isə cəmi üç min nəfər idi. 

Bu  döyüşün  rəhbərliyini  öhdələrinə  götürmüş  Qüreyş  başçıları  öz  ordularının  say 

çoxluğunu  və  əllərində  olan  çoxlu  döyüş  avadanlıqlarını  nəzərə  alaraq  belə  güman 

edirdilər  ki

  bu  döyüşlə  onlar  müsəlmanları  tamamilə  məhv  edəcək  və  Məhəmmədi 



(səlləllahu  əleyhi  və  alih)  aradan  götürməklə  onun  və  silahdaşlarının  əlindən  bir 

dəfəlik yaxa qurtaracaqlar. 

Kafirlərin  hərəkət  xəbəri  Peyğəmbərə  (səlləllahu  əleyhi  və  alih)  çatdırıldıqda, 

Peyğəmbər (səlləllahu əleyhi və alih) nizami şura təşkil etdi. Bu şurada Salman Farsi 

belə  təklif  etdi  ki

  Mədinənin  kənarında  xəndək  qazıb  kafirlərin  şəhərə  girməsinə 



mane olsunlar. İrəli sürülən bu təklif hamı tərəfindən razılıqla qarşılandı. Bir neçə gün 

müddətində  müsəlmanların  göstərdiyi  işgüzarlıq  nəticəsində  xəndək  hazır  oldu. 

Xəndəyin eni elə idi ki

 düşmən atlıları onu keçə bilməzdilər. Dərinliyi də elə idi ki



 

onun içinə düşən asanlıqla qırağa çıxa bilməzdi. 



Kafirlər  yəhudilərin  köməyi  ilə  gəlib  şəhərin  kənarına  çıxdılar.  Onlar  güman 

edirdilər  ki

  əvvəlki  (Bədr  və  Ühüd  döyüşlərində  olduğu)  kimi  yenə  müsəlmanlarla 



Mədinə  şəhərinin  kənarında  üzləşəcəklər.  Ancaq  onlar  bu  dəfə  şəhərin  kənarında 

müsəlmanlardan əsər-əlamət görməyib Mədinəyə tərəf irəliləməyə başladılar. Şəhərə 

çatanda, şəhər kənarında qazılmış enli və dərin xəndək onları təəccübləndirdi. Çünki 

onlar  o  vaxta  qədər  ərəb  müharibələrində  xəndəkdən  istifadə  etməyi  görməmişdilər. 

Məcbur olub xəndəyin kənarından Mədinə şəhərini mühasirəyə aldılar. 

Bə’zi rəvayətlərə görə Mədinə şəhəri bir ay mühasirədə qaldı. 

Qüreyş  əsgərləri  nə  vaxt  xəndəyi  keçmək  fikrinə  düşürdülərsə,  müsəlmanların 

xəndəkdə qoyduqları  yaxın fasiləli gözətçilərlə üzləşməli olurdular. Müsəlmanlar ox 

və daş atmaqla onların ehtimal olunan bütün hücumlarının qarşısını alırdılar. Hər iki 

tərəfin ox atması gecə-gündüz davam edirdi. Ancaq tərəflərin heç biri digərinə üstün 

gələ bilmirdi. 

Digər tərəfdən  Mədinənin belə bir ordunun mühasirəsində qalması müsəlmanların 

bir  çoxunun  ruhiyyəsini  zəiflətmişdi.  Üstəlik  Mədinənin  daxilində  yaşayan 

yəhudilərin

  Bəni–Qüreyzə  tayfasının  əhdinə  vəfasız  çıxması  və  kafirlər  xəndəyi 



aşdıqdan  sonra  düşmən  ordusuna  birləşərək  arxadan  müsəlmanlara  hücum  edəcəyi 

planı mə’lum olduqdan sonra müsəlmanların ruhiyyəsi daha da zəiflədi. 

                                                      

32

 Şərhi-Nəhcül-bəlağə, c.14



 səh. 250-251; Mənaqibi Xarəzmi, səh. 223. 

33

 Əhzab hizb sözünün cəmi olub dəstələr



qruplar mə’nasını ifadə edir. 




Həssas və böhranlı günlər 

Qur’ani-Məcid  müsəlmanların  bu  mühasirədəki  çətin  və  böhranlı  vəziyyətini 

«Əhzab» surəsində çox gözəl şəkildə bəyan etmişdir: 

«Ey  iman  gətirənlər!  [Xəndək



  yaxud  Əhzab  vuruşunda  Qüreyş



  Qətfan  və 

yəhudilərin  Bəni-Nəzir  qəbilələrindən  təşkil  olunmuş]  ordular  sizin  üstünüzə 

gəldiyi  zaman  Allahın  sizə  olan  ne’mətini  yada  salın.  O  vaxt  Biz  onların  üstünə 

külək  və  sizin  görmədiyiniz  [mələklərdən  ibarət]  qoşun  göndərmişdik.  Allah  o 

zaman  sizin  nə  etdiyinizi  görürdü.  O  zaman  onlar  üstünüzə  həm  yuxarı



  həm  də 



aşağı tərəfdən [vadinin üst və alt tərəfindən] hücum etmiş və [qorxudan] gözünüz 

hədəqəsindən çıxıb ürəyiniz ağzınıza gəlmişdi. Allah barəsində də müxtəlif fikirlərə 

düşmüşdünüz. [Mö’minlər Allahın Öz və’dinə doğru olduğuna inanır



  münafiqlər 



və e’tiqadı zəif olanlar isə Məhəmmədin bu bəladan xilas ola bilməyəcəyini güman 

edirdilər].  Məhz  onda  [Xəndək  vuruşunda]  mö’minlər  imtahana  çəkilmiş  [kimin 

həqiqi  mö’min



  kimin  münafiq  olduğu  bəlli  olmuş]  və  möhkəm  sarsılmışdılar.  O 



zaman münafiqlər və qəlblərində mərəz [şəkk] olanlar: «Allah və Onun peyğəmbəri 

bizə  yalan  və’d  etmişdir.  [Biz  zəfər  çala  bilməyəcəyik]»  –deyirdilər.  O  zaman 

onlardan  biri:  «Ey  Yəsrib  [Mədinə]  əhli!  [Burada]  sizin  üçün  duracaq  bir  yer 

yoxdur



  [evinizə]  qayıdın!»-demişdi.  Başqa  bir  dəstə  isə:  «Evlərimiz  açıqdır 



[kimsəsizdir



 



oğru  girməsindən  qorxuruq]»-deyə  [geri  qayıtmaq  üçün] 

Peyğəmbərdən izn istəyirdi. Həqiqətdə isə evləri açıq [kimsəsiz] deyildi. Onlar ancaq 

[döyüşdən]  qaçmaq  istəyirdilər.  Əgər  [Mədinənin]  hər  tərəfindən  üstlərinə 

yüyürülüb  [cumulub]  onlardan  fitnə  törətmək  [imandan  dönmək



  yenidən 



müşrikliyə  qayıtmaq]  istənilsəydi



  sözsüz  ki



  dərhal  onu  edər  və  bunda  [bu  işdə] 

azacıq da olsa yubanmazdılar.»

34

 

Ancaq  müsəlmanların  bu  çətinliyinə  baxmayaraq  xəndək,  kafirlərin  hücumunun 



qarşısını  alırdı  və  onlar  (kafirlər)  vəziyyətin  bu  cür  davam  etməsinə  davam  gətirə 

bilmirdilər.  Çünki  hava  üzü  soyuğa  gedirdi  və  digər  tərəfdən  də  kafirlərin  özləri  və 

heyvanları üçün gətirdikləri yemək qurtarmaq üzrə idi. Onlar Bədr

 Ühüd kimi kiçik 



müddətli  döyüş  üçün  tədarük  hazırlamışdılar.  Ancaq  mühasirə  uzun  çəkdiyindən  və 

müsəlmanların  müqavimətini  uzun  müddət  qıra  bilmədiklərindən  yeməkləri  yavaş-

yavaş  qurtarır  və  az  qalırdı  ki

  vuruşmaq  fikrindən  daşınıb  geri  qayıtsınlar. 



Ruhiyyələri get-gedə zəifləyirdi. Nəhayət ordu başçıları belə qərara gəlirlər ki

 cəsur 



və  şücaətli  pəhləvanlar  nəyin  bahasına  olursa–olsun  birtəhər  xəndəyi  aşıb  o  tərəfə 

keçsinlər.  Bəlkə  bununla  müsəlmanların  müqavimətini  qıra  bilələr.  Beləliklə

 

kafirlərin  qəhrəmanlarından  beşi  atlarını  xəndəyin  kənarında  oynadaraq  xəndəyin 



ensiz  hissəsindən  o  biri  tərəfə  atılırlar.  Xəndəyi  aşdıqdan  sonra  təkbətək  döyüşmək 

üçün rəqib istədilər. 

Bu  pəhləvanlardan  biri  ərəblərin  ən  qüdrətli

  ən  şücaətli  cəngavəri  olan  Əmr  ibn 



Əbdəvəd idi. Ərəblər onu min döyüşçüyə bərabər sanırdılar. O

 Yəlyəl adlı bir yerdə 



bir  orduya  təkbaşına  qalib  gəldiyi  üçün  onu  «Yəlyəl  atlısı»  (Yəlyəl  qəhrəmanı) 

adlandırmışdılar.  O

  Bədr  döyüşündə  yaralandığı  üçün  Ühüd  döyüşündə  iştirak  edə 



bilməmişdi. İndi Xəndək vuruşuna gəlmişdi ki

 öz şücaətini göstərsin. 



Əmr  ibn  Əbdəvəd  xəndəyi  aşdıqdan  sonra  vuruşmağa  rəqib  tələb  etdi.  Onunla 

vuruşmağa  heç  kimin  çıxmadığını  görüb  bir  az  ürəkləndi  və  müsəlmanların 

əqidələrinə istehza (rişxənd) məqsədilə toxunub dedi:  «Siz ki

  deyirsiniz  sizin  ölülər 



Cənnətə

  bizimkilər  isə  Cəhənnəmə  gedir



  onda  sizdən  biri  gəlsin  mən  onu  Cənnətə 

göndərim

  ya  da  o  məni  Cəhənnəmə  göndərsin.»  Sonra  bir  az  rəcəz  (nizami  şe’r) 



                                                      

34

 “Əhzab” surəsi, ayə 9-14. 




Yüklə 469,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə