ƏMİRƏl-mö’MİNİN ƏLİ İbn əbutaliB ƏleyhiSSƏlamin həyati



Yüklə 469,96 Kb.
Pdf görüntüsü
səhifə8/14
tarix15.03.2018
ölçüsü469,96 Kb.
#32087
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

oxuyub dedi:  «Sizin aranızdan bir rəqib tələb etmək üçün o qədər qışqırıb  «mənimlə 

vuruşan varmı?» dedim ki

 səsim tutuldu.» 



Əmrin  qışqırığı  müsəlmanların  ürəyinə  elə  qorxu  salmışdı  ki

  yerlərində  quruyub 



qalmışdılar  və  tərpənməyə  belə  cür’ət  etmirdilər.  Hər  dəfə  Əmr  qışqırıb  rəqib 

istədikdə, yalnız Əli (əleyhissəlam) ayağa qalxıb Peyğəmbərdən (səlləllahu əleyhi və 

alih)  vuruşmaq  üçün  izn  istəyirdi.  Ancaq  Peyğəmbər  (səlləllahu  əleyhi  və  alih)  ona 

izn  vermirdi.  Əli  (əleyhissəlam)  üç  dəfə  ayağa  qalxdı

  lakin  Peyğəmbər  (səlləllahu 



əleyhi və alih) razılıq vermədi. Əli (əleyhissəlam) bir daha icazə istədikdə Peyğəmbər 

(səlləllahu əleyhi və alih) Əli əleyhissəlama buyurdu: «Əli! Bu Əmr ibn Əbdəvəddir!» 

Əli (əleyhissəlam) da dedi ki

  ya  Rəsuləllah



  mən  də  Əliyəm!

35

  Nəhayət  Peyğəmbər 



(səlləllahu əleyhi və alih) Əli əleyhissəlama izn verdi. Peyğəmbər (səlləllahu əleyhi və 

alih)  öz  qılıncını  Əli  əleyhissəlama  verib  öz  əmmaməsini  onun  başına  bağlayaraq 

onun üçün dua etdi. 

Əli  (əleyhissəlam)  meydana  gedərkən  Peyğəmbər  (səlləllahu  əleyhi  və  alih) 

buyurdu: «İndi bütün İslam bütün şirklə (müşrikliklə) üz-üzə gəlir.»

36

 

Bu  hədisdən  asanlıqla  mə’lum  olur  ki



  bu  iki  nəfərdən  birinin  digərinə  qalib 

gəlməsi imanın şirkə

  yaxud da şirkin imana qalib gəlməsidir. Başqa sözlə desək



 bu 


döyüş  çox  həlledici  rol  oynayırdı.  Belə  ki,  İslamın,  yaxud  şirkin  gələcək  taleyi  bu 

döyüşdən asılı idi. 

Əli  (əleyhissəlam)  piyada  meydana  yollandı.  Əmrlə  üz-üzə  gəldikdə  ona  dedi: 

“Sən söz vermişdin ki

  Qüreyş  tayfasından  bir  kişi  səndən  üç  şey  istəsə



 onun  birini 

yerinə yetirəcəksən.” (Əli (əleyhissəlam) özü də Qüreyş tayfasından idi.) 

Əmr dedi: “Düzdür.” 

Əli: “Mənim birinci istəyim budur ki

 İslam dinini qəbul edib müsəlman olasan.” 



Əmr: “Bundan keç.” 

Əli:  “Gəl  Məhəmmədlə  (səlləllahu  əleyhi  və  alih)  döyüşmək  fikrini  başından  at

 

çıx get. Əgər Məhəmmədin (səlləllahu əleyhi və alih) dedikləri düz olarsa



 onda  sən 

onun vasitəsilə dünyanın ən səadətli insanı olacaqsan

  yox əgər onun dedikləri  yalan 



olarsa

 onda sən dava etmədən də öz istəyinə nail olmuş olarsan.” 



Əmr:  “Xeyr

  Qüreyş  qadınları  belə  fikirləşməyəcəklər.  (Onlar  mənim  səndən 



qorxub meydandan qaçdığımı zənn edəcəklər.) Mən nəzir etmişəm ki

 Məhəmməddən 



(səlləllahu əleyhi və alih) intiqamımı almayınca başıma yağ çəkməyəcəyəm.”

37

 



Əli: “Elə isə onda atdan düş mənimlə vuruşaq.” 

Əmr: “Heç güman etməzdim ki

 bir ərəb məndən belə istək diləsin. Mən istəmirəm 



sən mənim əlimlə qətlə yetiriləsən. Çünki atanla dostluq etmişəm. Qayıt get

 sən hələ 



cavansan.” 

Əli: “Ancaq mən səni öldürmək istəyirəm.” 

Əmr  Həzrət  Əli  əleyhissəlamın  bu  sözündən  qəzəblənib  atdan  yerə  endi  və 

qəzəbindən dərhal atın qıçlarını kəsdi. Əli əleyhissəlamın üstünə hücum etdi. Gərgin 

döyüş başladı. Hər iki cəngavər bir-birinə zərbələr endirirdilər. Əmr fürsət tapıb Əli 

əleyhissəlamın  başına  güclü  bir  zərbə  endirdi.  Həzrət  Əli  (əleyhissəlam)  özünü 

müdafiə  etmək  üçün  qalxanı  başına  tutdu.  Lakin  qalxan  iki  yerə  bölündü  və  Əli 

əleyhissəlamın  başı  yaralandı.  Həzrət  Əli  (əleyhissəlam)  da  fürsətdən  istifadə  edib 

Əmrə  güclü  zərbə  endirdi.  Həmin  zərbə  nəticəsində  Əmr  yerə  sərildi.  Döyüş 

meydanında    qalxmış  toz-torpaq  hər  iki  qoşuna  öz  döyüşçülərinin  vuruşunu  öz 

                                                      

35

 Şərhi-Nəhcül-bəlağə (İbn Əbil Hədid), c.13



 səh.284. 

36

 Biharul-ənvar, c.20



 səh.215. 

37

 O vaxt ərəblərdə başlarına yağ çəkmək adət idi. 




gözlərilə izləməyə mane olurdu. Birdən Əli əleyhissəlamın təkbir (Allahu əkbər) səsi 

göyə ucaldı. 

İslam ordusu sevincindən fəryad edirdi. Hamı bildi ki

 Əli (əleyhissəlam) ərəblərin 



ən məşhur pəhləvanını öldürmüşdür.

38

 



Əmrlə  birgə  xəndəkdən  aşmış  digər  dörd  pəhləvan  meydanda  durub  Əli 

əleyhissəlamla  Əmrin  mübarizəsinin  nəticəsini  gözləyirdilər.  Elə  ki

  onlar  Əmrin 



öldürüldüyünü  gördülər

  qaçmağa  üz  tutdular.  Onlardan  üçü  xəndəyi  aşıb  öz 



ordularına qoşula  bildi. Lakin onlardan biri – Nofəl adlı pəhləvan xəndəyi keçərkən 

yıxılıb xəndəyə düşdü. Əli (əleyhissəlam) xəndəyə qayıdıb onu da öldürdü. 

Əmrin  ölməsi  düşmənin  ruhiyyəsinin  zəifləməsinə  səbəb  oldu.  Onlar  artıq 

Mədinəyə  hücum  etmək  fikrindən  daşınıb  naümid  olaraq  hər  qəbilə  öz  yurduna 

dönmək fikrinə düşdü. 

Düşmənə  sonuncu  zərbəni  Allah-taala  güclü  külək  və  tufanla  endirdi.  Düşmən 

naçar qalıb öz vətəninə dönməli oldu.

39

 



İslam  peyğəmbəri  Əli  əleyhissəlamın  o  gün  göstərdiyi  şücaət  münasibətilə  ona 

buyurdu:  «Əgər  sənin  bu  gün  gördüyün  işi  ümmətimin  bütün  əməlləri  ilə  müqayisə 



etsələr



  sənin  gördüyün  bu  iş  onlardan  üstün  olacaq.  Çünki  Əmrin  ölümü  ilə 



müşriklərin bütün evləri zillətlə



 müsəlmanların bütün evləri isə izzətlə doldu.



40

 

Sünni  məzhəbinin  görkəmli  hədis  söyləyəni  Hakim  Nişaburi  Peyğəmbərin 



(səlləllahu əleyhi və alih) bu ifadəsini aşağıdakı şəkildə qeyd etmişdir: 

«Ləmubarəzətu Əliyy ibn Əbitalib li Əmr ibn Əbdəvəd  yəvməl  xəndəqi əfzəlu min 

ə’mali ümməti ila yəvmil qiyaməh.» «Xəndək döyüşündə Əli ibn Əbutalibin Əmr ibn 

Əbdəvədlə  mübarizəsi  mənim  ümmətimin  Qiyamətədək  edəcəkləri  əməllərin 

hamısından üstündür.»

41

 

Bu sözün fəlsəfəsi mə’lumdur. O gün İslam və Qur’an nizami səhnədə məhv olmaq 



həddinə  yetişmiş  və  özünün  ən  böhranlı  anlarını  yaşayırdı.  Həmin  gün  öz  misilsiz 

şücaətilə İslama nicat verib onun Qiyamətədək yaşamasını tə’min edən və İslamı öz 

şücaətilə rişələndirən şəxs Əli ibn Əbutalib olmuşdur. Deməli

 bütün ümmətin ibadəti 



onun sayəsində həyata keçir və bu yolda hamı Əli əleyhissəlama borcludur. 

4) Əlİ - Xeybər qalasının fatehİ 

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) hicrətin yeddinci ili belə qərara gəlir 

ki



  Mədinənin  kənarındakı  Xeybər  qalasının  yəhudilərinə  hücum  etsin.  Peyğəmbərin 



(səlləllahu əleyhi və alih) bu işə əl atmasının iki səbəbi var idi: 

1)  Xeybər  qalası  yenicə  çiçəklənməkdə  olan  İslam  hökuməti  üçün  fitnə-fəsad 

mərkəzinə çevrilmişdi. Bu qalanın yəhudiləri dəfələrlə İslam düşmənlərilə əl-ələ verib 

Mədinəyə hücum etmişdilər. Xüsusilə onların xəndək döyüşündə böyük rolu olmuşdu. 

2) O zamanlar dünyanın ən böyük imperiyaları olan İran və Roma imperiyalarının 

bir-biri ilə   uzun-uzadı müharibə etmələrinə baxmayaraq  İslamın üçüncü bir qüdrətli 

dövlət  kimi  meydana  çıxması  onlar  üçün  dözülməz  idi.  Buna  görə  də,  Xeybər 

yəhudiləri bu iki imperiya ilə əl-ələ verib İslamın əleyhinə yürüşlər edə bilər, yaxud 

müşrikləri təzə müsəlmanların əleyhinə qızışdırıb döyüşdürdükləri kimi bu iki böyük 

imperiyanı da cavan İslama qarşı döyüşə qaldırardılar. 

                                                      

38

 Əl-Məğazi, c.2



 səh.471. 

39

 Bu hadisə müxtəlif mənbələrdə qeydə alınmışdır: 



Biharül ənvar, c. 20, səh. 203-206; Xisal (təshih) səh. 560; Sirətün-nübüvvə (təhqiq), c. 3, səh. 236; 

Əl-kamil fit-tarix, c. 2, səh. 181; İrşad, səh. 54; Şərhi Nəhcül-Bəlağə, c. 19, səh. 62-64. 

40

 Biharul ənvar, c.20



 səh.216. 

41

 Əl-Mustədrəku ələs-səhiheyn, c.3



 səh.32. 




Yüklə 469,96 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə