ƏMİRƏl-mö’MİNİN ƏLİ İbn əbutaliB ƏleyhiSSƏlamin həyati



Yüklə 469,96 Kb.
Pdf görüntüsü
səhifə9/14
tarix15.03.2018
ölçüsü469,96 Kb.
#32087
1   ...   6   7   8   9   10   11   12   13   14

Bu iki məsələ Peyğəmbərin (səlləllahu əleyhi və alih) min altı yüz nəfərlik bir ordu 

ilə Xeybər qalasına hücum etməsinə səbəb oldu. 

Xeybər  qalaları  böyük  divarlara  və  çoxlu  müdafiə  qurğularına  malik  idi  və 

yəhudilərin döyşçüləri onları möhkəm qoruyurdular. İslam ordusunun döyüşçülərinin 

şücaəti nəticəsində qalalar çətinliklə də olsa, bir-birinin ardınca süqut edirdi. Lakin ən 

böyük və ən güclü pəhləvanların yığıldığı Qəmus qalası hələ də müqavimət göstərirdi. 

İslam  mücahidləri  nə  qədər  cəhd  göstərsələr  də,  o  qalanın  müqavimətini  qıra 

bilmədilər.  Peyğəmbər  (səlləllahu  əleyhi  və  alih)  möhkəm  başağrı  nəticəsində  özü 

bilavasitə  döyüş  səhnəsində  iştirak  edə  bilmir  və  orduya  birbaşa  başçılıq  etmirdi. 

Buna görə də, Peyğəmbər (səlləllahu əleyhi və alih) hər gün bayrağı bir nəfərin əlinə 

verib  qalanı  fəth  etməyi  ona  tapşırırdı.  Ancaq  onlar  heç  bir  nəticə  almadan  geri 

dönürdülər. Bir gün Peyğəmbər (səlləllahu əleyhi və alih) bayrağı Əbu Bəkrin əlinə

 

səhəri  gün  isə  Ömərin  əlinə  verib  onları  qalaya  tərəf  göndərdi.  Ancaq  onlar  heç  bir 



qələbə qazanmadan geri döndülər. 

Vəziyyətin  bu  cür  gedişinə  Peyğəmbər  (səlləllahu  əleyhi  və  alih)  tab  gətirə 

bilmirdi.  İşin  belə  olduğunu  görən  Peyğəmbər  (səlləllahu  əleyhi  və  alih)  buyurdu: 

«Sabah bu  bayrağı elə bir şəxsə  verəcəyəm  ki



  Allah-taala  o  qalanı  həmin  şəxsin əli 



ilə fəth edəcək. O elə bir şəxsdir ki



 Allahı və peyğəmbəri sevir



 Allah və Peyğəmbər 

də onu sevirlər.»

42

 

O  gecə  Peyğəmbərin  (səlləllahu  əleyhi  və  alih)  bütün  səhabələri  fikirləşirdilər  ki



 

görəsən  Peyğəmbər  (səlləllahu  əleyhi  və  alih)  bayrağı  sabah  kimə  verəcək?  Səhər 



olcaq  səhabələr  Peyğəmbərin  (səlləllahu  əleyhi  və  alih)  çadırının  qarşısında  durub 

hamı ümid edirdi  ki

  Peyğəmbər  (səlləllahu  əleyhi  və  alih)  bayrağı  ona  verəcək.  Bu 



zaman  Peyğəmbər  (səlləllahu  əleyhi  və  alih)  buyurdu:  «Əli  haradadır?»  Səhabələr 

cavab verdilər ki

 o, gözü ağradığı üçün istirahət edir. Peyğəmbər (səlləllahu əleyhi və 



alih)  buyurdu:  «Əlini  bura  gətirin!»  Əli  (əleyhissəlam)  gəldikdə,  Peyğəmbər 

(səlləllahu  əleyhi  və  alih)  onun  gözünün  sağalması  üçün  dua  etdi.  Peyğəmbərin 

(səlləllahu  əleyhi  və  alih)  duası  nəticəsində  Əli  əleyhissəlamın  gözü  sağaldı.  Sonra 

Peyğəmbər (səlləllahu əleyhi və alih) bayrağı ona verdi. Əli (əleyhissəlam) dedi: “Ya 

Rəsuləllah!  Onlarla  İslamı  qəbul  edənə  qədər  vuruşacağam.”  Peyğəmbər  (səlləllahu 

əleyhi  və  alih)  buyurdu:  “İndi  ora  get!  Elə  ki  qalaya  yetişdin  əvvəl  onları  İslama 

də’vət  et

  onların  Allah-taala  qarşısında  olan  vəzifələrini  (İslam  dininə  itaət  etməyi) 



onlara xatırlat! And olsun Allaha ki

 bir nəfərin sənin də’vətinlə müsəlman olmasının 



xeyri sənin qırmızı tüklü dəvələrə  yiyələnməyindən üstündür.

43

” (Qırmızı tüklü dəvə 



ən qəşəng və ən baha dəvədir.) (Səhihi-Müslim, c.7

 səh121) 



Əli  (əleyhissəlam)  bu  vəzifəni  yerinə  yetirmək  üçün  qalaya  tərəf  yollandı  və  o 

möhkəm və qüdrətli qalanı misli görünməmiş bir şücaətlə fəth etdi. 



Peyğəmbərin (səlləllahu əleyhi və alih) xüsusi nümayəndəsi 

İyirmi ildən artıq idi ki

 İslam dini Hicazda ərəblərin müşrik qəbilələri arasında şirk 



və  bütpərəstliyin  ziddi  olaraq  yayılmışdı.  Bu  müddətdə  ərəblərin  demək  olar  ki

 



hamısı  İslamın  büt  və  bütpərəstlik  haqqındakı  məntiqindən  xəbərdar  olmuş  və 

bilirdilər ki

 bütpərəslik əcdadlardan kor-korana təqlid etməkdən başqa bir şey deyil



 

onların  (əcdadların)  sitayiş  etdiyi  bütlər  o  qədər  ləyaqətsizdirlər  ki



  nəinki  başqaları 

üçün  bir  iş  görə  bilməzlər,  hətta  özlərindən  belə  təhlükəni  uzaqlaşdırmağa  qadir 

                                                      

42

 Əl-İstiab fi mə’rifətil-əshab, c.3



 səh.36. 

43

  Dəvə  ərəblər  üçün  hər  şey  demək  idi.  Həm  minik  vasitəsi



  həm  yemək

  həm  də  içmək  idi.  Bu 



ifadə bir nəfəri müsəlman etməyin nə qədər xeyirli olduğunu göstərir. 


olmayıb yaxud da özlərinə bir xeyir yetirə bilməzlər. Ona görə də, bu cür ləyaqətsiz 

bütlərə sitayiş etməyə dəyməz. 

Vicdanı  ayıq  və  qəlbi  təmiz  olanlar  Peyğəmbərin  (səlləllahu  əleyhi  və  alih) 

sözlərini  eşitməklə  öz  həyatlarında  böyük  dəyişikliklər  etdilər  və  bütpərəstlikdən  əl 

götürüb tövhidə (təkallahlığa) tərəf gəldilər. Xüsusən Peyğəmbər (səlləllahu əleyhi və 

alih) Məkkəni fəth etdikdən sonra din təbliğatçıları dini aşkar şəkildə azad bir mühitdə 

təbliğ etməyə başladılar. Nəticədə Hicazın bir çox şəhər

 qəsəbə və kəndlərində bütlər 



sındırıldı  və  ürəkaçan  tövhid  və  haqq  nidası  hər  tərəfdə  eşidilməyə  başladı.  Ancaq 

inadkar  və  nadan  insanlar  öz  keçmiş  adət-ən’ənələrindən  əl  çəkə  bilmir  və 

bütpərəstlikdən  əl  götürmək  onlara  çox  çətin  gəlirdi.  Onlar  öz  vicdanlarının  əksinə 

hərəkət  edərək  öz  çirkin  adətlərindən  əl  çəkmir  və  onlarla  əxlaqi  və  ictimai 

pozğunluqlara  səbəb  olan  bu  cür  işlərdən  itaət  edirdilər.  Buna  görə  də,  əziz 

Peyğəmbər (səlləllahu əleyhi və alih) hər cür bütpərəstlik və qeyri-insani hərəkətlərə 

qarşı  nizami  qoşun  yeritməklə  və  qüdrətə  arxalanmaqla  əxlaqi  və  ictimai 

pozğunluqların  mənşəyi  olan

  daha  doğru  desək



  insaniyyət  məqamının  hörmətini 

aradan aparan bütpərəstliyi birdəfəlik məhv etmək istəyirdi. 

Bununla  həmzaman  olaraq  Qur’anın  «Bəraət»  (Tövbə)  surəsi  nazil  oldu.  Bu 

surənin nazil olması ilə əlaqədar Peyğəmbərə (səlləllahu əleyhi və alih) Allah-taalanın 

və  peyğəmbərin  müşriklərdən  zəhləsi  getdiyini  dünyanın  hər  tərəfindən  Məkkəyə 

gələn  hacıların  arasında  həcc  mərasimində  e’lan  etməsi  tapşırılır.  Uca  səslə  Hicaz 

müşriklərinə bildirilməlidir ki

 dörd ay müddətində məsələni həll etsinlər. Əgər dönüb 



müsəlman  olurlarsa

  onda  digər  müsəlmanlara  qoşulub  İslamın  maddi  və  mə’nəvi 



ne’mətlərindən  bəhrələnəcəklər.  Yox  əgər  öz  inadkarlıqlarına  davam  edib 

bütpərəstlikdə qalsalar

 onda dörd aydan sonra (haram aylar çıxdıqdan sonra) döyüşə 



hazırlaşsınlar. Bunu da bilsinlər ki

 nə vaxt harada tutulsalar dərhal öldürüləcəklər. 



«Bəraət» surəsi elə bir vaxtda nazil oldu ki

 Peyğəmbərin (səlləllahu əleyhi və alih) 



həcc  mərasiminə  getmək  fikri  yox  idi.  Çünki  ondan  bir  il  qabaq  –  Məkkənin  fəth 

olunduğu  ildə  Allah  evini  ziyarət  etmiş  və  bir  də  gələn  il  (sonralar  bu  ziyarət 

«Həccətül-vida» (vida həcci) adlandırıldı) həccə ziyarətə getmək istəyirdi. Buna görə 

də, Allahın hökmünü çatdırmaq üçün bir nəfəri Məkkəyə göndərməli idi. Peyğəmbər 

(səlləllahu  əleyhi  və  alih)  əvvəl  Əbu  Bəkri  yanına  çağırıb  «Bəraət»  surəsinin  ilkin 

ayələrini  ona  öyrətdi  və  onu  qırx  nəfərlə  Məkkəyə  göndərdi.  Tapşırdı  ki

  Qurban 



bayramı  günü  bu  ayələri  müşriklərə  oxusun.  Əbu  Bəkr  Məkkəyə  təzəcə  yola 

düşmüşdü ki

 vəhy nazil olub Peyğəmbərə (səlləllahu əleyhi və alih) əmr edildi ki



 bu 


xəbəri  ya  peyğəmbərin  özü

  ya  da  peyğəmbərdən  olan  bir  nəfər  müşriklərə 



çatdırmalıdır. Bu iki nəfərdən başqa heç kimin bu işə səlahiyyəti çatmır. 

Vəhy  baxımından  Peyğəmbərdən  (səlləllahu  əleyhi  və  alih)  olan  və  bu  xəbərin 

çatdırılması  ona  həvalə  olunan  şəxs  kim  ola  bilər?  Vaxt  ötmədən  Peyğəmbər 

(səlləllahu əleyhi və alih) Əli əleyhissəlamı çağırtdırıb ona əmr etdi ki

 Məkkəyə tərəf 



yola  düşsün  və  yolda  Əbu  Bəkri  görüb  ayələri  ondan  alsın.  Həmçinin,  ona  desin  ki

 



peyğəmbərə vəhy gəlib bildirildi ki

  bu  ayələri  ya Peyğəmbərin  (səlləllahu  əleyhi  və 



alih) özü

 ya da ondan olan bir nəfər müşriklərə oxumalıdır. Buna görə də, bu ayələri 



oxumaq mənə həvalə edilmişdir. 

Əli (əleyhissəlam) Cabir və Peyğəmbərin (səlləllahu əleyhi və  alih) səhabələrinin 

bir dəstəsi ilə Peyğəmbərə (səlləllahu əleyhi və alih) məxsus dəvəyə minib Məkkəyə 

yola düşdü. Əli (əleyhissəlam) yolda Əbu Bəkri görüb Peyğəmbərin (səlləllahu əleyhi 

və alih) buyurduğunu ona dedi. Əbu Bəkr də  ayələri Əli əleyhissəlama təhvil verdi. 

Əli (əleyhissəlam) Məkkəyə daxil olub zil-həccə ayının onu (Qurban bayramı günü) 

Cəməreyi-Əqəbənin  üstünə  çıxıb  uca  səslə  «Bəraət»  surəsinin  ilk  ayələrini  və 



Yüklə 469,96 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə