Empirik sosioloji tədqiqat özünəməxsus idrak prosesi kimi zaman daxilində



Yüklə 98,62 Kb.
Pdf görüntüsü
tarix07.11.2018
ölçüsü98,62 Kb.
#77975


Empirik sosioloji tədqiqat özünəməxsus idrak prosesi kimi zaman daxilində 

baş verir. Tədqiqatın hazırlanması və keçirilməsini əhatə edən bütün dövr xronoloji 

şəkildə bir-birinin ardınca gələn mərhələlərə bölünür. 

Tədqiqatın məqsədi — müvafiq mövzunu öyrənmək və ya hansısa praktiki 

problemi  həll  etmək  imkanı  verən,  nümayəndəlik  və  mötəbərlik  keyfiyyətlərinə 

malik  olan  müəyyən  empirik  informasiyanı  toplamaqdır.  Bu  məqsədin  həyata 

keçirilməsi bir çox zehni əməliyyatları yerinə yetirməyi tələb edir. Bu əməliyyatlar 

qruplarda  birləşdirilmişdir.  Keçid  xronoloji  olaraq  bir  qrupdan  o  birisinə  edilir, 

halbuki mövcud qrupun daxilində xronologiya zəruri deyil və o, pozula bilər, çünki 

hər bir ayrıca elementdən bütün başqalarına doğru qeyri-müəyyən dəfə təkrar edilə 

bilən çoxistiqamətli hərəkət gedir. 

Bu  baxımdan  empirik  sosioloji  tədqiqatın  mərhələləri  hər  mərhələdə  həll 

edilən vəzifələrin məcmusundan asılı olaraq keyfiyyətcə xüsusiləşmiş olur. 

Empirik sosioloji tədqiqatın aşağıdakı mərhələlərini fərqləndirirlər: 

 

birinci mərhələ — hazırlıq,  



 

keçid mərhələsi — yoxlama (nümunə) tədqiqatı, 



 

ikinci mərhələ — tədqiqatın həyata keçirilməsi



 

üçüncü mərhələ — materialın işlənməsi. 



Hazırlıq mərhələsində, ilk növbədə, tədqiqatın proqramı işlənilib hazırlanır. 

Başqa  sözlə,  bu,  hansı  materialın  toplanacağı  sualına  cavab  verməkdir.  Bununla 

bərabər  informasiyanın  toplanılması  və  işlənməsinin  yolları  və  vasitələri 

müəyyənləşdirilir. 

Yoxlama  tədqiqatını  biz  keçid  mərhələsi  kimi  səciyyələndiririk,  çünki  o, 

həmişə  vacib  deyildir.  Yoxlama  tədqiqatı  hazırlığın  keyfiyyətini  yüksəltmək 

məqsədini güdür. Hazırlıq elementlərinin (bütövlükdə və ya qismən) özünəməxsus 

şəkildə 


praktiki 

yoxlanılmasıdır, 

bundan 

sonra 


həmin 

elementlərin 

təkmilləşdirilməsi  gedir.  Bununla  da  hazırlıq  tamamilə  başa  çatır  və  növbəti 

mərhələyə keçmək olur. Bu mənada yoxlama tədqiqatına hazırlığın bir hissəsi kimi 




baxmağa  əsas  var.  Tədqiqatın  həyata  keçirilməsi  mərhələsində  informasiya 

toplanılır,  tədqiqatın  əsl  məqsədi  həyata  keçirilir.  Burada  informasiya  fərdi,  ilkin 

informasiya şəklində alınır. O, hələlik nəzəri analiz üçün hazır deyildir. 

Fərdi  informasiyadan  məcmu  informasiyaya  sıçrayış,  tədqiqatın  sonuncu 

materialının işlənməsi mərhələsində baş verir. Bu işlənmə cüzi istisnalarla statistik-

riyazi  işlənmədir.  Özünün  əksər  hissəsində  bu  keçid  informasiyanın  empirik 

xarakterini dəyişmir. Lakin informasiya artıq nəzəri təhlil üçün yararlı hala düşür. 

Bununla da empirik sosioloji tədqiqat başa çatır. Müvafiq şəkildə işlənmiş 

empirik  informasiya  artıq  əldə  edilmiş  olur.  Bundan  sonra  nəzəri  təhlil, 

ümumiləşmə, yəni sosioloji nəzəri tədqiqat, eləcə də bu informasiyadan idarəçilik 

qərarlarının qəbul edilməsindən istifadə olunması başlayır. 

Empirik  sosioloji  tədqiqatın  mərhələləri  arasındakı  qarşılıqlı  əlaqə  üçün 

prosesin bir istiqamətdə getməsi səciyyəvidir. İdrak prosesi hazırlıqdan tədqiqatın 

həyata keçirilməsinə (burada biz yoxlama  tədqiqatını təcrid edirik) və buradan da 

materialın  işlənməsinə  doğru  yayılır.  Əks  istiqamətdə  hərəkət  ziyanlıdır.  Əgər 

hazırlıq  elementlərinə  —  proqrama,  metodika,  təşkil  və  s.  tədqiqatın  həyata 

keçirilməsinə başladıqdan sonra hansısa dəyişikliklər edilirsə, bu ancaq o deməkdir 

ki, ya hazırlıq başa çatdırılmamış və vaxtından əvvəl icra mərhələsinə keçilmişdir, 

ya da hazırlıq zamanı elə dəqiqsizliklər və nəzərdənqaçmalara  yol verilmişdir ki, 

onlar  tədqiqatın  gedişində  aradan  qaldırılmalıdır.  Bütün  hallarda  bu,  tədqiqatın 

səviyyəsini  aşağı  salır.  Eyni  şey  tədqiqatın  həyata  keçirilməsi  və  materialın 

işlənməsi  mərhələləri  arasındakı  əlaqəyə  də  aiddir.  Əgər  sual  vərəqələri 

doldurulmamış  və  məzmun  baxımından  təshih  olunmayıbsa,  materialın 

işlənməsinə  başlamaq  olmaz.  Materialın  işlənməsinə  sual  vərəqələrinin 

yoxlanılmış  və  hazır  kimi  qəbul  edilmiş  hissəsindən  başlamağın  mümkün  olması 

isə  başqa  məsələdir.  Lakin  bu  o  deməkdir  ki,  onlar  üçün,  yəni  seçmənin,  tədqiq 

olunan məcmunun müvafiq vahidləri üçün tədqiqatın həyata keçirilməsi mərhələsi 

başa çatmışdır. 




Əgər  empirik  sosioloji  tədqiqatın  mərhələləri  arasında  əlaqə  bir 

istiqamətlidirsə,  əgər  mərhələlər  xronoloji  cəhətdən  bir-birinin  ardınca  gəlirsə, 

onda növbəti mərhələ özündən əvvəlkinə təsir göstərə bilməz. Burada ancaq bircə 

imkan  var:  —  əvvəlki  mərhələnin  strukturunda  elə  elementlər  olmalıdır  ki,  onlar 

sonrakı  mərhələnin  xarakter  tələbatını  nəzərə  almış  olsunlar.  Bu  mənada  əks 

qayıdış  təsirindən  danışmaq  mümkündür,  lakin  bu  geriyə  təsir  bilavasitə  həyata 

keçir.  Məsələn,  materialın  işlənməsi  mərhələsinin  "mənafeyi"  hazırlıq 

mərhələsində materialın işlənməsi layihəsi ilə (bu layihə hələ hazırlıq mərhələsində 

işlənilir),  tədqiqatın  həyata  keçirilməsi  mərhələsinin  "mənafeyi"  isə  təşkilat  planı 

ilə (bu plan da hazırlıq mərhələsində tutulur) təmsil olunmuşdur. 

Hər  bir  mərhələ  özlərinin  bütövlüyü,  qarşılıqlı  asılılığı  və  vahidliyi  ilə 

mərhələnin sərhədlərini müəyyənləşdirən, onu digər mərhələlərdən fərqləndirən bir 

neçə elementə malikdir. 

Proqram,  hansı  empirik  informasiyanın  toplanacağı,  nəyin  öyrəniləcəyi, 

hansı  sosioloji  qarşılıqlı  əlaqələrin,  cəhətlərin  və  proseslərin  həqiqətən  sosioloji 

tədqiqatın predmeti olacağı sualına cavab verir. 

Materialın  işlənməsi  layihəsinin  köməyi  ilə  fərdi  informasiyadan  məcmu 

informasiyaya sıçrayış baş verir. 

Metodika özü də aşağıdakılara bölünür:  

a) məlumatların toplanılması metodikası; bu metodika fərdi informasiyanın 

doğruluğunu təmin edən metodlar, vasitələr və prinsipləri müəyyənləşdirir.  

b) seçmə metodikası; bu metodika tədqiq olunan şəxslərin sayını və onların 

seçilməsinin informasiya mötəbərliyini təmin edən üsullarını müəyyənləşdirir. 

Təşkilati plan tədqiqatın necə təşkil olunacağını müəyyənləşdirir. 

Sənədlər  (alətlər  dəsti)  hazırlığın  nəticələrinin  yazıldığı  və  qeyd  olunduğu 

sənədləri əhatə edir. 



Yüklə 98,62 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə