Əmr № Bakı şəhəri



Yüklə 19,37 Kb.
tarix27.10.2017
ölçüsü19,37 Kb.
#6964




Azərbaycan

Respublikası

Təhsil Nazirliyi

BAKI DÖVLƏT

UNİVERSİTETİ

ƏMR

__________№__________

Bakı şəhəri




Məzmunu: Beynəlxalq Elmi Araşdırma Mərkəzinə işə qəbul haqqında

Bakı Dövlət Universitetinin Elmi Şurasının 13 dekabr 2013-cü il tarixli iclasının qərarı əsasında 31 mart 2014-cü il tarixli R-30 nömrəli əmrlə BDU-da virtual Beynəlxalq Elmi Araşdırma Mərkəzi  (BEAM) yaradılmışdır. BDU  Elmi Şurasının 13 dekabr 2013-cü il tarixli iclasında xaricdə yaşayan elm adamlarının öz arzuları əsasında bu Mərkəzdə virtual olaraq (ştatdankənar) işə qəbul edilməsi məqsədəuyğun hesab edilmişdir. BDU Elmi Şurasının tövsiyyəsi əsasında BDU-nun internet səhifəsində yeni bir səhifə açılmış və artıq xaricdə yaşayan bir neçə elm adamından həmin mərkəzdə virtual işə qəbul edilmələri barədə təkliflər alınmışdır.

Yuxarıda qeyd edilənləri və BDU  Elmi Şurasının 13 dekabr 2013-cü il tarixli iclasının qərarını nəzərə alaraq
ƏMR EDİRƏM
I. Xaricdə yaşayan və adları aşağıda qeyd edilən elm adamları BEAM-da virtual olaraq (ştatdankənar) elmi işçi vəzifəsinə işə qəbul edilsinlər:


  1. Əfəndiyev Məsud (Masud Efendiyev) – Helmhols adına Münhen Tədqiqat Mərkəzinin professoru.

  2. Məmmədov Əmrullah (Mehmetov Emirullah) – Bilkent Universitetinin professoru.

  3. Səlimov Arif (Salimov Arif)– Atatürk Universitetinin professoru.

  4. Həsənov Ələmdar (Hasanov Alemdar) – İzmir Universitetinin professoru.

  5. Kocahan Sayad – Çukurova Universitetinin dosenti.

  6. Hasanoğlu Arif – Çukurova Universitetinin professoru.


II. Elm və innovasiyalar üzrə prorektor, prof.Aydın Kazımzadə BEAM-ın sədri təyin edilsin.

  1. Fizika fakültəsinin dekanı, prof.Məhəmmədəli Ramazanov və Bilkent Universitetinin professoru Əmrullah Məmmədov BEAM sədrinin müavinləri təyin edilsinlər.

  2. Nanoaraşdırmalar Elmi Tədqiqat Mərkəzinin böyük elmi işçisi, f.ü.f.d. Zöhrab Ağamalıyev BEAM-ın elmi katibi təyin edilsin.

  3. BEAM-ın Əsasnaməsinə uyğun olaraq nəzərə alınsın ki, BEAM-ın sədri, sədr müavinləri, elmi katibi və üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər.


Əsas: Rektorun, Elm və innovasiyalar üzrə prorektorun dərkənarları ilə Elm və innovasiyalar üzrə prorektorun təqdimatı.
R E K T O R akademik A.M.MƏHƏRRƏMOV

Layihəni hazırlayıb: Razılaşdırılıb:


Elm və innovasiyalar üzrə prorektorun müavini ______________Ə.N.Mirzəyev






Elm və innovasiyalar üzrə prorektor

_____________ prof.A.H.Kazımzadə

Baş hüquqşünas

______________T.M.Sadıxov




Bakı Dövlət Universitetinin rektoru

akademik A.M.MƏHƏRRƏMOVA
TƏQDİMAT

Hörmətli Abel müəllim!

Bakı Dövlət Universitetinin Elmi Şurasının 13 dekabr 2013-cü il tarixli iclasının qərarı əsasında Sizin 31 mart 2014-cü il tarixli R-30 nömrəli əmrinizlə BDU-da virtual Beynəlxalq Elmi Araşdırma Mərkəzi  yaradılmışdır. BDU  Elmi Şurasının 13 dekabr 2013-cü il tarixli iclasında xaricdə yaşayan elm adamlarının öz arzuları əsasında bu Mərkəzdə virtual olaraq (ştatdankənar) işə qəbul edilməsi məqsədəuyğun hesab edilmişdir. BDU Elmi Şurasının tövsiyyəsi əsasında BDU-nun internet səhifəsində yeni bir səhifə açılmış və artıq xaricdə yaşayan bir neçə elm adamından həmin mərkəzdə virtual işə qəbul edilmələri barədə təkliflər alınmışdır.

Yuxarıda qeyd edilənləri və BDU  Elmi Şurasının 13 dekabr 2013-cü il tarixli iclasının qərarını nəzərə alaraq xaricdə yaşayan və adları aşağıda qeyd edilən elm adamlarının Beynəlxalq Elmi Araşdırma Mərkəzində virtual olaraq (ştatdankənar) elmi işçi vəzifəsinə işə qəbul edilməsi barədə müvafiq sərəncam verməyinizi Sizdən xahiş edirəm:


  1. Əfəndiyev Məsud (Masud Efendiyev) – Helmhols adına Münhen Tədqiqat Mərkəzinin professoru.

  2. Məmmədov Əmrullah (Mehmetov Emirullah) – Bilkent Universitetinin professoru.

  3. Səlimov Arif Ağacan o. (Salimov Arif)– Atatürk Universitetinin professoru.

  4. Həsənov Ələmdar Həsən o. (Hasanov Alemdar Hasanoglu) – İzmir Universitetinin professoru.

  5. Kocahan Sayad – Çukurova Universitetinin dosenti.

  6. Hasanoğlu Arif – Çukurova Universitetinin professoru.

Eyni zamanda Fizika fakültəsinin dekanı, prof.Məhəmmədəli Ramazanov və Bilkent Universitetinin professoru Əmrullah Məmmədovun BEAM sədrinin müavinləri, Nanoaraşdırmalar Elmi Tədqiqat Mərkəzinin böyük elmi işçisi, f.ü.f.d. Zöhrab Ağamalıyevin BEAM-ın elmi katibi təyin edilməsi təklif edilir.



Hörmətlə,

Elm və innovasiyalar üzrə prorektor prof.A.H.Kazımzadə


Yüklə 19,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə