Əmr № socar161000030270010020A00114 socar



Yüklə 27,35 Kb.
tarix27.10.2017
ölçüsü27,35 Kb.
#7141



ƏMR

SOCAR161000030270010020A00114





















SOCAR

Neftçilər pr.73

AZ 1000, Azərbaycan,Bakı

Tel: (99412)521 03 32

Faks:(99412)521 03 83

e-mail:info@socar.az



www.socar.az

Bakı, 10 Noyabr 2016



Standartların təsdiq edilməsi haqqında
Standart sənəd layihələrinin məsləhətçi şirkət cəlb etməklə hazırlanmasını, SOCAR-ın müvafiq qurumları və Baş ofisinin aidiyyəti struktur bölmələri ilə razılaşdırılmasını nəzərə alaraq, test imtahanları üzrə sual kitabçalarının, cavab kartlarının hazırlanması və istifadəsi, peşələr üzrə kadrların hazırlanması, qəbul və buraxılış imtahanlarının keçirilməsi və onların işə qəbul prosesinin təşkili ilə əlaqədar münasibətlərin tənzimlənməsi məqsədilə
əmr edirəm:


  1. “Peşə sınaq imtahanlarının təşkili və keçirilməsi (SOCARSS – 003.2016)” standartı təsdiq edilsin (Əlavə I).

  2. “Peşəkar fəhlə kadrların hazırlanması üçün təlim mərkəzlərinə şagird qəbulu, məzunların buraxılışı, işə qəbul və yerləşdirilməsinin təşkili (SOCARSS – 004.2016)” standartı təsdiq edilsin (Əlavə II).

  3. “Peşələr üzrə vakansiyaların idarə olunması (SOCARSS – 005.2016)” standartı təsdiq edilsin (Əlavə III).

  4. “Test sual kitabçaları və cavab kartları ilə işin təşkili (SOCARSS – 006.2016)” standartı təsdiq edilsin (Əlavə IV).

  5. SOCAR-ın Kadrların İdarə Edilməsi Komitəsinin 12.12.2011-ci il tarixli 1620 nömrəli qərarı ilə təsdiq edilmiş “ARDNŞ-nin təlim mərkəzlərinə şagird qəbulu Qaydaları” qüvvədən düşmüş hesab edilsin.

  6. SOCARSS – 003.2016, SOCARSS – 004.2016 və SOCARSS – 005.2016 standartları üzrə nəzərdə tutulmuş məsul qurumun səlahiyyətləri SOCAR-ın Kadrların İdarə Edilməsi Komitəsinə həvalə edilsin.

  7. “SOCARSS – 006.2016” standartları üzrə nəzərdə tutulmuş məsul qurumun, “SOCARSS – 003.2016” , “SOCARSS – 004.2016”, “SOCARSS – 005.2016” və “SOCARSS – 006.2016” standartları üzrə nəzərdə tutulmuş müvafiq struktur bölmənin səlahiyyətləri SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinə həvalə edilsin.

  8. SOCARSS – 004.2016 standartı üzrə nəzərdə tutulmuş “SOCAR-ın testləşdirmənin təşkili ilə əlaqədar olan müvafiq struktur bölməsi” səlahiyyətləri SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin Testləşdirmənin təşkili şöbəsinə həvalə edilsin.

  9. SOCARSS – 004.2016 standartı üzrə nəzərdə tutulmuş “SOCAR-ın peşəkar fəhlə kadrların hazırlanması ilə məşğul olan qurumun” səlahiyyətləri Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinə həvalə edilsin.

  10. SOCAR-ın Baş ofisinin Hüquq İdarəsinə (E. Orucov) tapşırılsın ki, standartların qeydiyyatının aparılmasını təmin etsin.

  11. SOCAR-ın Baş ofisinin İnformasiya Texnologiyaları Departamentinə (V. Əhmədov) tapşırılsın ki, standartların SOCAR-ın rəsmi veb səhifəsində yerləşdirilməsini təmin etsin.

  12. Standartların icrası ilə əlaqədar prosedur qaydalar SOCAR-ın Kadrların İdarə Edilməsi Komitəsi tərəfindən təsdiq edilsin.

  13. Bu əmrin icrasına nəzarət SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti X. Məmmədova həvalə edilsin.


Prezident

Rövnəq Abdullayev
Əlavə IV
Azərbaycan Respublikasının
Dövlət Neft Şirkətinin __ ____ 2016-cı il tarixli,
____________________nömrəli əmri ilə
təsdiq edilmişdir


Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin standartlaşma sistemi.

Test sual kitabçaları və cavab kartları ilə işin təşkili

(SOCARSS – 006.2016)




    1. Standartlaşmanın məqsədi – test imtahanları üzrə hazırlanan sual kitabçalarının və cavab kartlarının tərtibi, istifadəsi, saxlanılması, mühafizəsi və məhv edilməsi ilə əlaqədar münasibətlərin tənzimlənməsidir.

    2. Məsul qurum – SOCAR-ın prezidentinin əmri ilə müəyyən edilir.

    3. Test tapşırığının strukturu – test tapşırığı bir sual (tapşırıq) və yalnız biri doğru olan beş cavab variantından ibarətdir.

    4. Sual kitabçası – üzərində hər hansı hesablamalar və qeydlər aparmaq üçün xüsusi yer olan müvafiq ixtisaslar/peşələr üzrə qruplaşdırılan test məcmusudur.

    5. Sual kitabçalarının tərtibi – sual kitabçaları sahə üzrə ixtisaslaşdırılmış mütəxəssis(lər) tərəfindən hazırlanmış Test Tapşırıqlarının Elektron Bazasına daxil olunan test tapşırıqlarından tərtib olunur. Sual kitabçalarının forması və strukturu Məsul qurum tərəfindən müəyyən edilir.

    6. Sual kitabçalarının istifadəsi üzrə təlimat - Test imtahanı başlayana qədər Test Tapşırıqlarının Elektron Bazasından istifadə hüququ olmayan kənar şəxslərin sual kitabçalarının məzmunu ilə tanış olması qadağandır. Sual kitabçaları imtahan nəzarətçiləri tərəfindən test imtahanı başlandıqda iddiaçılara paylanılır və imtahan bitdikdən sonra onlardan geri alınır. İmtahan iştirakçıları (nəzarətçi, iddiaçı) tərəfindən sual kitabçalarını özlərində saxlanılması sual kitabçalarının və ya onlarda təsbit olunan məlumatların imtahan iştirakçıları tərəfindən hər hansı formada (scan, kseroks, foto və s.) imtahan zalından kənara çıxarılması qadağandır. Sual kitabçalarını təhvil verməyən iddiaçının imtahan nəticələri etibarsız sayılır.

    7. Sual kitabçalarının mühafizəsi - test imtahanı başa çatdıqdan sonra sual kitabçaları imtahan iştirakçıları tərəfindən müvəqqəti saxlanılması üçün Məsul quruma təhvil verilir. Sual kitabçaları müvafiq qaydada məhv edilənədək Məsul qurum tərəfindən mühafizə edilir.

    8. Sual kitabçalarının məhv edilməsi - sual kitabçaları test imtahanı başa çatdıqdan və nəticələr iddiaçılara bildirildikdən bir il sonra müvafiq qaydada aktlaşdırılaraq doğranılmaqla və ya yandırılmaqla məhv edilir.

    9. Cavab kartı – Sual kitabçasındakı test tapşırıqlarının iddiaçı tərəfindən cavablandırılması üçün xüsusi vərəqdir.

    10. Cavab kartlarının tərtibi - cavab kartlarının forması və strukturu test tapşırıqlarının sərbəst cavablandırılması üçün yer ayrılmaqla sual kitabçalarına uyğun olaraq Məsul qurum tərəfindən tərtib edilir.

    11. Cavab kartlarının istifadəsi üzrə təlimat – cavab kartları test imtahanı başladıqda iddiaçılara nəzarətçilər tərəfindən paylanılır və imtahan başa çatdıqdan sonra bütün cavab kartlar onlardan geri alınır. İddiaçı tərəfindən imzalanmamış cavab kartları etibarsız sayılır. İmtahan iştirakçılarının cavab kartlarını özlərində saxlanılmasına yolverilməzdir. İmtahan iştirakçıları (nəzarətçi, iddiaçı) tərəfindən cavab kartlarının özlərində saxlanılması qadağandır. Cavab kartını təhvil verməyən iddiaçının imtahan nəticələri etibarsız sayılır.

    12. Cavab kartlarının mühafizəsi - cavab kartlarında olan məlumatlar elektron bazaya əlavə olunaraq Məsul qurum tərəfindən mühafizəsi təmin edilir.

    13. Cavab kartlarının məhv edilməsi - cavab kartları imtahan başa çatdığı gündən 1 (bir) il müddətində saxlanılır. Bu müddət başa çatdıqdan sonra müvafiq qaydada aktlaşdırılaraq cavab kartları doğranılmaqla və ya yandırılmaqla məhv edilir.



İcraçı: SOCAR:00100000 - SOCAR-ın Baş ofisi:20008153 - Aparat:00100400 - Hüquq İdarəsi, xüsusi təyinatlı hüquqşünas, Vüqar Eyvazov, Tel(Daxili: 10-250)



Yüklə 27,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə