“Əmrahbank” SƏhmdar banki açIQ



Yüklə 0,98 Mb.

səhifə1/27
tarix02.04.2018
ölçüsü0,98 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   27


 

 

 



 

 

 



“ƏMRAHBANK” 

SƏHMDAR BANKI AÇIQ 

SƏHMDAR CƏMİYYƏTİ  

 

 

 

31 dekabr 2008-

ci il tarixinə bitən il üzrə 

 

Maliyyə hesabatları 

 

 

 




 

 

“ƏMRAHBANK” SƏHMDAR BANKI AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

 

 



MÜNDƏRİCAT  

 

 



Səhifə

 

 



MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ ÜZRƏ  

RƏHBƏRLİYİN MƏSULİYYƏTİ HAQQINDA HESABAT 

 

MÜSTƏQİL AUDİTORLARIN RƏYİ 



2-3 

 

31 DEKABR 2008-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ MALİYYƏ HESABATLARI: 



 

Mənfəət və zərər haqqında hesabat 

 

Balans 



 

Kapitalda dəyişikliklər haqqında hesabat 



 

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat 



7-8 

 

Maliyyə hesabatlarına qeydlər 



9-55 

 



 

 



“ƏMRAHBANK” SƏHMDAR BANKI AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

 



31 DEKABR 2008-

Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ 

 

TƏSDİQ EDİLMƏSİ ÜZRƏ RƏHBƏRLİYİN MƏSULİYYƏTİ HAQQINDA HESABAT 

 

 

Müstəqil auditor hesabatının 2-ci və 3-cü səhifələrində təqdim olunmuş müstəqil auditorların rəyində şərh 



olunan müstəqil auditorların məsuliyyətinə uyğun oxunmalı olan bu hesabat “Əmrah Bank” Səhmdar Bankı 

Açıq  Səhmdar  Cəmiyyətinin  (bundan  sonra  “Bank”)  maliyyə  hesabatları  ilə  bağlı  rəhbərliyin  müvafiq 

məsuliyyətini müstəqil auditorların məsuliyyətindən fərqləndirmək məqsədilə hazırlanmışdır. 

 

Rəhbərlik  Bankın  31  dekabr  2008-ci  il  tarixinə  maliyyə  vəziyyətini  və  həmin  tarixdə  bitən  il  üzrə  



əməliyyatlarının  nəticələrini,  pul  vəsaitlərinin  hərəkətini  və  kapitalda  dəyişikliklər  hesabatını  düzgün  əks 

etdirən  və  Maliyyə  Hesabatının  Beynəlxalq  Standartlarına  (“MHBS”)  uyğun  olan  maliyyə  hesabatlarının 

hazırlanmasına görə məsuliyyət daşıyır. 

 

Maliyyə hesabatlarını hazırlayarkən rəhbərlik aşağıdakılara məsuldur: 



 

 



Müvafiq mühasibat uçotu prinsiplərinin seçilməsinə və onların ardıcıl surətdə tətbiqinə; 

 



Ədalətli və düzgün qərarların verilməsinə və qiymətləndirmələrin aparılmasına; 

 



Bankın öz fəaliyyətini davam etdirməsi mümkün olmaması istisna olmaqla təxmin edilə bilən dövr 

ərzində maliyyə hesabatlarının fasiləsizlik prinsipi əsasında hazırlanmasına. 

 

Həmçinin rəhbərlik aşağıdakılara görə məsuliyyət daşıyır: 



 

 



Bankda effektiv və sağlam daxili nəzarət sisteminin qurulmasına, tətbiqinə və saxlanılmasına; 

 



Bankın  maliyyə  vəziyyətini  istənilən  zaman  lazımi  dərəcədə  dəqiq  açıqlayan  və  onun  maliyyə 

hesabatlarının MHBS-ın tələblərinə uyğun olduğuna təminat verən mühasibat uçotu sisteminin hər 

zaman dəqiq və düzgün saxlanılmasına; 

 



Yerli  mühasibat  uçotu  yazılışlarının  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  və  mühasibat 

uçotu standartlarına uyğun aparılmasına; 

 

Bankın  aktivlərinin  mühafizə  edilməsi  üçün  öz  səlahiyyətləri  daxilində  mümkün  tədbirlərin 



görülməsinə; və 

 



Saxtakarlıq hallarının və digər pozuntuların müəyyən edilməsinə və qarşısının alınmasına. 

 

31 dekabr 2008-ci il tarixinə bitən il üzrə maliyyə hesabatlarının buraxılması 29 aprel 2009-cu il tarixdə 



İdarə Heyəti tərəfindən təsdiq olunmuşdur. 

 

 



 

 


 

 



 

 

 

 



MÜSTƏQİL AUDİTORLARIN RƏYİ

  

 

“ƏmrahBank” Səhmdar Bankı Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarına və İdarə Heyətinə: 



 

Maliyyə hesabatları üzrə hesabat  

 

Biz “ƏmrahBank” Səhmdar Bankı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra “Bank”) 31 dekabr 2008-ci 



il tarixinə hazırlanmış balansdan və həmin tarixdə birən il üzrə mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti 

və  kapitalda  dəyişikliklər  haqqında  hesabatlardan,  habelə  əsas  mühasibat  uçotu  siyasətlərinə  dair 

icmaldan və digər izahlı qeydlərdən ibarət olan maliyyə hesabatlarının auditini apardıq.  

 

Maliyyə hesabatları üzrə rəhbərliyin məsuliyyəti   

 

Bankın  rəhbərliyi  maliyyə  hesabatlarının  Maliyyə  Hesabatının  Beynəlxalq  Standartları  əsasında 



hazırlanmasına və düzgün təqdimatına cavabdehdir. Rəhbərliyin məsul olduğu vəzifələrə bunlar daxildir: 

saxtalaşdırılmaya  və  mühüm  təhriflərə  yol  vermədən  maliyyə  hesabatlarının  hazırlanması  və  düzgün 

təqdimatı  üçün  daxili  nəzarət  sisteminin  planlaşdırılması,  tətbiqi  və  saxlanılması;  müvafiq  mühasibat 

uçotu  siyasətlərinin  seçilməsi  və  tətbiqi;  və  şəraitə  müvafiq  mühasibat  qiymətləndirilmələrinin  həyata 

keçirilməsi.  

 

Auditorun məsuliyyəti 

 

Bizim  vəzifəmiz  apardığımız  audit  əsasında  maliyyə  hesabatları  haqqında  rəy  bildirməkdir.  Biz  auditi 



Beynəlxalq  Audit  Standartlarına  uyğun  olaraq  həyata  keçirdik.  Həmin  standartlar  tələb  edir  ki,  biz  etik 

tələbləri  yerinə  yetirməklə  yoxlamanın  aparılmasını  elə  planlaşdıraq  və  həyata  keçirək  ki,  maliyyə 

hesabatlarında əks etdirilmiş məlumatlarda əhəmiyyətli səhvlərin olmadığına kifayət qədər əmin olaq. 

 

Audit zamanı maliyyə hesabatlarında göstərilən rəqəmləri və açıqlamaları təsdiq edən auditor sübutlarının 



əldə  edilməsi  üçün  prosedurlar  yerinə  yetirilir.  Prosedurlar  auditorun  mühakiməsindən,  o  cümlədən  

maliyyə hesabatlarında səhv və saxtakarlıqla bağlı mühüm təhrif risklərinin qiymətləndirilməsindən asılı 

olaraq  seçilir.  Həmin  riskləri  qiymətləndirərkən,  auditor  şəraitə  münasib  olan  auditor  prosedurlarının 

planlaşdırılması  məqsədilə  Bank  tərəfindən  maliyyə  hesabatlarının  hazırlanması  və  düzgün  təqdim 

edilməsi  ilə  bağlı  olan  daxili  nəzarət  sistemini  nəzərdən  keçirir,  lakin  bu  zaman  Bankın  daxili  nəzarət 

sisteminin effektivliyi haqqında rəy bildirmək məqsədi qoyulmur. Audit yoxlamasına həmçinin rəhbərlik 

tərəfindən  tətbiq  edilmiş  mühasibat  uçotu  siyasətlərinin  müvafiqliyinin  və  həyata  keçirilmiş  mühasibat 

qiymətləndirilmələrinin  düzgünlüyünün,  eləcə  də  maliyyə  hesabatlarının  ümumi  təqdimatının  təhlili 

daxildir. 

 

Hesab edirik ki, apardığımız audit nəticəsində rəy vermək üçün kifayət qədər və lazımi əsas toplamışıq. 



 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə