“Əmrahbank” SƏhmdar banki açIQ



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə5/27
tarix02.04.2018
ölçüsü0,98 Mb.
#35808
1   2   3   4   5   6   7   8   9   ...   27

“ƏMRAHBANK”

 

SƏHMDAR BANKI

 

AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 



 

 

31 DEKABR 2008-

CI İL TARİXİNƏ BİTƏN

 

İL ÜZRƏ 

 

MALİYYƏ HESABATLARINA QEYDLƏR (DAVAMI)

 

(

Azərbaycan manatı ilə

 

10 



 

 

Əməliyyat valyutası  

 

Bankın  maliyyə  hesabatlarına  daxil  edilən  maddələr  Banka  aid  olan  hadisə  və  şəraitlərin  iqtisadi 



mahiyyətini  ən  yaxşı  şəkildə  əks  etdirən  valyutanı  (“əməliyyat  valyutası”)  istifadə  etməklə 

qiymətləndirilir. Maliyyə hesabatlarının əməliyyat valyutası Azərbaycan Manatıdır (“manat”).  

 

 

3.

 

ƏSAS MÜHASĠBAT UÇOTU SĠYASƏTLƏRĠ   

 

Maliyyə alətlərinin tanınması və ölçülməsi  



 

Bank maliyyə aktivlərini və öhdəliklərini yalnız o vaxt balansda uçota alır ki, o, maliyyə aləti üzrə 

müqavilənin tərəfi olur. Maliyyə aktivlərinin və öhdəliklərinin adi qaydada alqı-satqısı Bankın alqı-

satqı  əməliyyatlarını  apardığı  tarixdə  qeyd  olunur.  Daha  sonra  satış  tarixi  ilə  hesablaşma  tarixi 

arasındakı  ədalətli  dəyərlə  ölçüləcək  maliyyə  alətlərinin  adi  qaydada  alışı  alınmış  maliyyə  alətləri 

üçün təyin olunan formada hesabat olunur.  



 

Maliyyə  aktivləri  və  ya  öhdəlikləri  ilk  olaraq  ədalətli  dəyər  ilə,  mənfəət  və  zərər  hesablarında 

ədalətli  dəyər  ilə  göstərilmədikdə  isə,  alışa  birbaşa  tətbiq  olunan  və  ya  maliyyə  aktivlərinin və ya 

öhdəliklərinin  buraxılması  üzrə  əməliyyat  xərcləri  məbləğində  tanınır.  Bu  maddələrin  daha  sonra 

yenidən qiymətləndirilməsinə dair mühasibat uçotu qaydaları aşağıda açıqlanır. 

 

Pul vəsaitləri və onların ekvivalentləri  

Pul  vəsaitlərinə  və  onların  ekvivalentlərinə  pul,  90  günə  qədər  ödəmə  vaxtı  olan  Azərbaycan 

Respublikası  Milli  Bankındakı  müxbir  hesablar  və  müddətli depozit hesablar üzrə məhdudiyyətsiz 

qalıqlar, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (“İƏİT”) daxil olan ölkələrdə yerləşən banklara 

verilmiş  avanslar  aiddir.  Pul  axınının  müəyyənləşdirilməsi  məqsədi  ilə  Azərbaycan  Respublikası 

Milli  Bankı  tərəfindən  tələb  olunan  məcburi  ehtiyat  depoziti  onların  istifadəsi  üzrə  mövcud  olan 

məhdudiyyətlər səbəbindən pul vəsaitlərinə daxil edilmir (11 saylı qeyd). 



 

Banklardan alınacaq vəsaitlər 

 

Bank  işinin  normal  gedişində  digər  banklarda  müxtəlif  müddətli  avanslar  və  depozitlər  saxlayır. 

Banklardan  alınacaq  vəsaitlər  ilk  olaraq  ədalətli  dəyərlə  qeyd  edilir.  Banklardan  sabit  ödəmə 

müddəti ilə alınan vəsaitlər effektiv faiz metodunu istifadə etməklə amortizaiya dəyəri ilə ölçülür və 

hər hansı ehtimal olunan zərərlər çıxılmaqla qeyd edilir. Sabit ödəmə müddəti olmayan vəsaitlər isə 

ehtimal  olunan  ödəmə  tarixlərinə  əsaslanmaqla  amortizasiya  dəyəri  ilə  qeyd  edilir.  Kredit 

təşkilatlarından  alınacaq  məbləğlər  dəyərsizləşmə  üzrə  ehtimal  olunan  zərərlər  üçün  hər  hansı 

ehtiyat çıxılmaqla göstərilir.   



 

MüĢtərilərə verilmiĢ kreditlər 

 

Müştərilərə verilən kreditlər maliyyə hesabatlarının digər kateqoriyaları üzrə təsnifləşdirilən maliyyə 

aktivlərindən  fərqli  olaraq  sabit  və  ya  müəyyən  edilən  ödənişli  və  fəal  bazara  çıxarılmayan  qeyri-

derivativ aktivlərdir. 



 


“ƏMRAHBANK”

 

SƏHMDAR BANKI

 

AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 



 

 

31 DEKABR 2008-

CI İL TARİXİNƏ BİTƏN

 

İL ÜZRƏ 

 

MALİYYƏ HESABATLARINA QEYDLƏR (DAVAMI)

 

(

Azərbaycan manatı ilə

 

11 



 

 

Bank  tərəfindən  sabit  ödəmə  müddətləri  ilə  verilən  kreditlər  əməliyyat  üzrə  aidiyyatı  xərclər, 



məsələn,  kreditlərin  ayrılması  və  xidmət  xərcləri  də  nəzərə  alınmaqla,  ilk  olaraq  ədalətli  dəyərlə 

tanınır.  Hesablanmış  ədalətli  dəyər  kreditin  ədalətli  dəyərinə  bərabər  olmadıqda,  məsələn,  kredit 

bazar  qiymətindən  aşağı  dəyərlə  verildikdə,  hesablanmış  ədalətli  dəyərlə  kreditin  ədalətli  dəyəri 

arasındakı  fərq kreditin ilkin tanınması üzrə zərər kimi qeydə alınır və bu zərərlərin xüsusiyyətinə 

uyğun  olaraq  mənfəət  və  zərər  haqqında  hesabata  daxil  edilir.  Daha  sonra  kreditlər  effektiv  faiz 

metodunu istifadə etməklə amortizasiya olunmuş dəyərlə qeydə alınır. Müştərilərə verilmiş kreditlər 

ehtimal olunan zərərlər üçün hər hansı ehtiyat çıxılmaqla uçota alınır. 

 

Kreditlərin və avansların silinməsi 

 

Kreditlər və avanslar kredit və avanslar ümidsiz borclara çevrildiyi halda, dəyərsizləşmə zərərləri 

üçün yaradılmış ehtiyatlardan silinirlər. Kreditlər və avanslar banka ödənilməli məbləğləri toplamaq 

üçün rəhbərlik tərəfindən bütün mümkün tədbirlər həyata keçirildikdən və Bank bütün mümkün 

girovları satdıqdan sonra silinir.  Əvvəllər silinmiş məbləğlərin bərpası həmin dövrdə mənfəət və zərər 

hesabatındakı maliyyə aktivlərinin dəyərsizləşməsi xərcləri ilə əvəzləşdirilmiş əks olunur. Yerli 

qanunvericiliyə uyğun olaraq kreditlər Müşahidə Şurasının qərarları ilə silinə bilərlər.   

 

DəyərsizləĢmə üzrə ehtimal olunan zərərlər üçün ehtiyat  



 

Amortizasiya olunmuş dəyərlə göstərilən aktivlər  

Bank  maliyyə  aktivlərinin  dəyərsizləşməsi  üzrə  ehtimal  olunan  zərərləri  maliyyə  aktivinin  və  ya 

maliyyə  aktivləri  qrupunun  dəyərsizləşməsinə  dair  obyektiv  sübut  olduqda  hesablayır. 

Dəyərsizləşmə  zərərləri  maliyyə  aktivlərinin  ilkin  effektiv  faiz  dərəcəsi  ilə  diskontlaşdırılaraq 

zəmanətlər  və  girov  hesabına  bərpa  oluna  bilən  məbləğlər  daxil  olmaqla,  balans  dəyərləri  ilə 

gələcəkdə daxil olması gözlənilən pul vəsaitlərinin cari dəyəri arasındakı fərq kimi müəyyən edilir. 

 

Dəyərsizləşmə  üzrə  ehtimal  olunan  bu  cür  zərərlər o zaman bərpa olunur ki, növbəti dövr ərzində 



dəyərsizləşmə zərərinin məbləği azalır və həmin azalma dəyərsizləşmə tanındıqdan sonra baş verən 

hadisə  ilə  əlaqəli  olur,  əvvəlcə  hesablanmış  dəyərsizləşmə  zərəri  ilə  bağlı  ehtiyat  hesaba  düzəliş 

edilir.   

 

İlkin  dəyər  ilə  uçota  alınan  maliyyə  aktivləri  üçün  dəyərsizləşmə  zərəri  maliyyə  aktivinin  balans 



dəyəri  ilə  oxşar  maliyyə  aktivlərinin  bazardakı  cari  rentabellik  tarifləri  əsasında  diskontlaşdırılan 

gələcəkdə daxil olması gözlənilən pul vəsaitlərinin ilkin dəyəri arasındakı fərq kimi ölçülür. Bu cür 

ehtimal edilən zərərlər bərpa edilmir.  

 

Satıla bilən maliyyə aktivləri  

Satıla bilən aktivlər dəyərsizləşərsə, həmin aktivlərin dəyəri (hər hansı əsas ödəniş və amortizasiya 

çıxılmaqla)  ilə  ədalətli  dəyəri  arasındakı  fərqdən  ibarət  olan  məbləğdən  əvvəllər  mənfəət  və  zərər 

haqqında  hesabatda  tanınan  hər  hansı  dəyərsizləşmə  zərərlərini  çıxmaqla  kapitaldan  mənfəət  və 

zərər  haqqında  hesabata  köçürülür.  Satıla  bilən  kimi  təsnifləşdirilmiş  kapital  alətləri  ilə  bağlı 

dəyərsizləşmə  zərərlərinin  bərpası  mənfəət  və  zərər  haqqında  hesabatda  tanınmır.  Əgər  alətin 

ədalətli dəyərində artım mənfəət və zərər hesabatında tanınmış  dəyərsizləşmə zərərindən sonra baş 

verən hadisə ilə obyektiv şəkildə bağlı olarsa, borc alətlərinin dəyərsizləşməsi üzrə ehtimal olunan 

zərərlərin bərpası mənfəət və zərər haqqında hesabat vasitəsilə bərpa olunur.   

 



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə