“Əmrahbank” SƏhmdar banki açIQ



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə6/27
tarix02.04.2018
ölçüsü0,98 Mb.
#35808
1   2   3   4   5   6   7   8   9   ...   27

“ƏMRAHBANK”

 

SƏHMDAR BANKI

 

AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 



 

 

31 DEKABR 2008-

CI İL TARİXİNƏ BİTƏN

 

İL ÜZRƏ 

 

MALİYYƏ HESABATLARINA QEYDLƏR (DAVAMI)

 

(

Azərbaycan manatı ilə

 

12 



 

 

Maliyyə aktivlərinin tanınmasının dayandırılması 



 

Maliyyə aktivləri 

Maliyyə aktivlərinin (və ya müvafiq olduqda maliyyə aktivlərinin bir hissəsi və ya analoji maliyyə 

aktivləri qrupunun bir hissəsi) tanınması aşağıdakı hallarda dayandırılır: 

 



 

Aktivlərdən pul vəsaitlərinin əldə edilməsi hüquqları başa çatdıqda; 

 

Bank  aktivlərdən  pul  vəsaitlərini  əldə  etmək  hüququnu  ötürdükdə  və  ya  aktivdən  pul  vəsaitləri 



əldə  etmək  hüququnu  saxladıqda,  lakin  “ötürmə”  müqaviləsi  üzrə  üçüncü  tərəfə  əhəmiyyətli 

gecikməyə yol vermədən tam ödəniş aparmaq öhdəliyini öz üzərinə götürdükdə; və 

 

Bank  ya  (a)  aktivlə  bağlı  bütün  əhəmiyyətli  riskləri  və  mükafatları  ötürdükdə,  və  ya  b)  aktivlə 



bağlı bütün mühüm riskləri və mükafatları ötürmədən və özündə saxlamadan yalnız aktivlər üzrə 

nəzarəti köçürdükdə. 

 

Maliyyə aktivinin tanınması maliyyə aktivi ötürüldükdə və tanınmanın dayandırılması üçün tələblər 



yerinə  yetirildikdə  dayandırılır.  Ötürmə  Bankdan  ya:  (a)  aktivlə  bağlı  vəsaitin  əldə  edilməsi  üçün 

müqavilə  hüquqlarını  ötürməyi;  və  ya  (b)  aktivlə  bağlı  pul  vəsaitləri  üçün  hüquqları  özündə 

saxlamağı,  lakin  bu  pul  vəsaitlərinin  üçüncü  tərəfə  ödənilməsi  ilə  bağlı  müqavilə  öhdəliklərini  öz 

üzərinə  götürməyi  tələb  edir.  Ötürmədən  sonra,  Bank  ötürülmüş  aktiv  üzrə  saxladığı  riskləri  və 

mükafatları  yenidən  qiymətləndirir.  Əgər  risklərin  və  mükafatların  əsas  hissəsi  saxlandıqda  aktiv 

balansda qalır. Əgər bütün risklər və mükafatlar ötürülübsə, bu halda aktiv silinir. Əgər bütün risklər 

və  mükafatlar  saxlanmayıb  və  ötürülməyibsə,  Bank  aktiv  üzrə  nəzarətin  saxlanıb-saxlanılmadığını 

qiymətləndirir. Əgər nəzarət saxlanılmayıbsa, aktiv silinir.  Bank aktiv üzrə nəzarəti saxladıqda isə 

aktivi iştirak dərəcəsində tanımaqda davam edir. 

 

Maliyyə öhdəlikləri   

Maliyyə öhdəlikləri - öhdəliklər yerinə yetirildikdə, ləğv edildikdə və müddəti qurtardıqda silinirlər.  

 

Mövcud  maliyyə  öhdəliyi  eyni  kreditor  qarşısında  tamamilə  fərqli  şərtlərlə  başqa  öhdəliklə  və  ya 



mövcud  öhdəliyin  şərtlərini  əhəmiyyətli  şəkildə  dəyişməklə  digər  öhdəliklə  əvəz  olunarsa,  bu  cür 

dəyişmə  və  ya  dəyişiklik  ilkin  öhdəliyin  silinməsi  və  yeni  öhdəliyin  tanınması  hesab  olunur  və 

onların balans dəyərləri arasındakı fərq mənfəət və zərər haqqında hesabatda tanınır. 

 

Maliyyə lizinqləri  



 

Maliyyə  lizinqləri  aktivin  mülkiyyət  hüququna  xas  olan  bütün  mühüm  risklərin  və  mükafatların 

köçürüldüyü  lizinqlərdir.  Mülkiyyət  hüququ  tədricən  köçürülə  və  ya  köçürülməyə  bilər.  Lizinqin 

əməliyyat  və  ya  maliyyə  lizinqi  olması  müqavilənin  formasından  daha  çox  əməliyyatın 

mahiyyətindən asılıdır. Lizinqlər aşağıdakı hallarda maliyyə lizinqi kimi təsnif edilir: 

 

 



İcarə müddətinin sonunda lizinq üzrə aktivin mülkiyyət hüququ icarədara verildikdə; 

 



İcarəçi  aktivi  seçimin  reallaşdırıldığı  tarixdə  ədalətli  dəyərdən  daha  aşağı  olması  gözlənilən 

qiymətlə  almaq  seçiminə  malik  olduqda,  belə  ki,  icarənin  ilkin  mərhələsində  seçimin 

reallaşdırılmasına dair kifayət qədər əminlik vardır; 

 



Aktivin  mülkiyyət  hüququnun  köçürülməməyinə  baxmayaraq  icarə  müddəti  aktivin  istismar 

müddətinin əksər hissəsini əhatə etdikdə; 




“ƏMRAHBANK”

 

SƏHMDAR BANKI

 

AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 



 

 

31 DEKABR 2008-

CI İL TARİXİNƏ BİTƏN

 

İL ÜZRƏ 

 

MALİYYƏ HESABATLARINA QEYDLƏR (DAVAMI)

 

(

Azərbaycan manatı ilə

 

13 



 

 



 

İcarənin ilkin mərhələsində minimum icarə ödənişlərinin cari dəyəri ən azı bütün icarəyə götürülən 

aktivlərin ədalətli dəyərinə bərabər olduqda; və 

 



İcarəyə  götürülən  aktivlər  xüsusi  tipli  aktivlər  olduqda,  belə  ki,  yalnız  icarədar  mühüm 

təkmilləşdirmələr aparmadan onlardan istifadə edə bilər. 



 

Bank icarədar olaraq  maliyyə lizinqlərini  kreditlər kimi təqdim edir və onları ilk olaraq lizinqdəki 

xalis investisiyaya bərabər məbləğdə qiymətləndirir. Daha sonra, tanınmış maliyyə gəliri mühasibat 

dövrlərinə elə paylanır ki, maliyyə lizinqində Bankın xalis investisiyası üzrə sabit dövrü dərəcəni əks 

etdirə bilsin.  

 

Başlanğıc  tarixinədək  gələcəkdə  maliyyə  lizinqinə  köçürülmək  məqsədilə  alınmış  əmlak,  tikili  və 



avadanlıq maliyyə hesabatlarında maya dəyəri ilə maliyyə lizinqinə köçürülmək üçün alınmış əmlak 

və avadanlıq kimi tanınır.  

 

Satıla bilən investisiyalar  

 

Satıla  bilən  investisiyalar  qeyri-müəyyən  müddətə  saxlanılması  nəzərdə  tutulan  borc  və  kapital 



investisiyalarından  ibarətdir.  Bu  qiymətli  kağızlar  dəyərsizləşmə  ehtiyatı,  məzənnə  fərqləri  və 

effektiv  faiz  dərəcəsilə  hesablanan  faiz  gəlirləri  istisna  olmaqla,  ilk  olaraq  ədalətli  dəyərlə  qeyd 

olunur  və  daha  sonra  bu  qiymətli  kağızlar  satılana  qədər  yenidən  qiymətləndirilməklə  ədalətli 

dəyərlə  birbaşa  kapitalda  göstərilir.  Satıldıqdan  sonra  isə  əvvəlcə  kapitalda  tanınmış  gəlir/xərc 

birbaşa  mənfəət  və  zərər  haqqında  hesabatda  tanınır.  Bank  satıla  bilən  investisiyaların  ədalətli 

dəyərini  müəyyən  etmək  üçün  rəsmi  bazar  məzənnələrindən  istifadə  edir.  Əgər  belə  aktiv  bazar 

yoxdursa,  rəhbərlik  müvafiq  qiymətləndirmə  metodlarından  istifadə  edir.  Qiymətləndirmə 

metodlarına müstəqil və məlumatlı  tərəflər arasında ən son qısamüddətli kommersiya əməliyyatları, 

qiymətləndirilən alətlə əhəmiyyətli dərəcədə eyni olan digər alətin hazırkı ədalətli dəyərinə  istinad, 

diskontlaşdırılmış  pul  vəsaitlərinin  və  opsion  qiymətlərinin  təhlili  üsulları  daxildir.  Əgər  aləti 

qiymətləndirmək üçün bazar iştirakçıları tərəfindən istifadə olunan ümumi qiymətləndirmə metodu 

mövcuddursa  və  həmin  metod  faktiki  bazar  əməliyyatlarından  əldə  olunan  qiymətlə  bağlı  etibarlı 

hesablamaları nümayiş etdirə bilərsə, Bank həmin metoddan istifadə edir.   

 

Bazarlarda satışı təşkil olunmayan səhm qiymətli kağızları  dəyərsizləşmə zərərləri çıxılmaqla, əgər 



varsa, ədalətli dəyəri düzgün qiymətləndirmək mümkün olmadıqda, ilkin dəyərlə göstərilir. 

 

Bu  cür  qiymətli  kağızların  dəyərsizləşməsinə  dair  obyektiv  sübut  olduqda,  əvvəllər  kapitalda 



tanınmış yığılan zərər kapitaldan çıxarılır və dövr üzrə mənfəət və zərər haqqında hesabatda tanınır. 

Dəyərsizləşmədən  sonra  baş  verən  hadisələrlə  obyektiv  əlaqəsi  olan  borc  alətləri  üzrə  bu  cür 

dəyərsizləşmə  zərərlərinin  bərpası  dövr  üzrə  mənfəət  və  zərər  haqqında  hesabatda  tanınır.  Kapital 

alətləri üzrə bu cür dəyərsizləşmə zərərinin bərpası mənfəət və zərər haqqında hesabatda tanınmır. 

 

Əmlak, avadanlıq və qeyri-maddi aktivlər  

 

Əmlak, avadanlıq və qeyri-maddi aktivlər yığılmış köhnəlmə və amortizasiya və tanınmış hər hansı 

dəyərsizləşmə zərəri çıxılmaqla ilkin dəyərlə tanınır.  

 



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə